Azərbaycan miLLİ elmlər akademiyasinin m. FÜzuli adina əlyazmalar institutu



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə15/20
tarix04.07.2018
ölçüsü0,94 Mb.
#53149
1   ...   12   13   14   15   16   17   18   19   20

46 

 

aiddir



7

. Əlyazmada yer alan ―Dastani-Göyərçin‖ Ģeirindən bir 

parça: 

“Dastani-Göyərçin:  

EĢit ümid edübən bir xoĢ xəbər,   

Rəsul ikinci namazın qılmıĢ idi, 

Dua edüb, əl yüzə sürmüĢ idi,  

Kim nə dedi ol Rəsul mötəbər.  

Gök yüzündən bir gögərçin uçar

Qondu Rəsul dizinə qanlar saçar. 

Üç gün oldı bəni bir tufan qovar

Canımı almaq qəsdinə oldı suvar. 

Ya Rəsulullah, Ģəfaət eyləgil, 

Ol tufan gəlürsə, bəni verməgil...”  

(Vat. turc. 390, f.7b). 

 

Əbu  Talıb  Salikin  ( كلاس ةلاط يتا)  ―Xəmsətül-əbvab‖ 



باوتلاا ةسمخ)  əsəri  sufiliyə  həsr  olunub  və  dərviĢlərin  həyat 

tərzinin  qaydalarını  izah  edir.  Əsər  Əmir  Əhməd  bin  Əmir 

tərəfindən  köçürülmüĢ  məcmüənin  içindədir  və  cəmi  15 

vərəqdən ibarətdir (Vat. turc. 428, I, vər. 1a-15a).  

Kitabın  strukturundan  və  məzmunundan  bəhs  edən 

müəllif  yazır:  ―...  Bilgil  Əbu  Talib  Salik  dərviĢlərün 



mərifətinün 

məratibini 

dəxi 

bunlarun  yollarını  alə 

xəmsətül-əbvabdır.  Əvvəl  bab:  duanın  bəyanındadur,  dəxi 

ğüsl,  dəxi  təvəlla  təbərra,  dəxi  tövbə,  əhdu  və  bəy’ət  ,  dəxi 

təraĢi-mürid bildürür. Ġkinci bab: kisvət giymək, dəxi  ərkanı 

                                                 

7

 

M. Fatih Köksal. Eski Anadolu türkçesi döneminde yazılan meçhul 



eserlerden: Nâme-i MahĢer. Turkish studies - International periodical for 

the languages, literature and history of Turkish or Turkic. Volume 6/1. 

Winter 2011, p. 249-291

 

 




47 

 

ilə  kisvət  yetiĢdirmək  bildürür.  Üçünci  bab:  məftul 



iriĢdürmək,  dəxi  xidmət  və  tərtib  bildirür.  Dördünci  bab: 

müridin  xidmətini  bəyan  eylər  ta  təriqətin  büluğiyyətinə 

iriĢincə dərviĢlərün  yolında,  dəxi toqquz fəsl  üzərinə bünyad 

olundı...  Fəsli-əvvəl:  DərviĢlərün  xidmətin,  abdəstin  və 

keyfiyyətin  bildürür.  Fəsli-dovvom:  mətbəx  xidmətinün 

bəyanın  bildirür.  Fəsli-səvvom:  su  ulaĢdırmaq  və  carub 

çəkmək  dərviĢlər  söhbətində  onun  ədəbin  bildürür.  Fəsli 

çəharom: 

dərviĢlərün 

xidmətin, 

ədəbin 

bildürür. 

Fəsli-pəncom:  çıraq  uyarmaq  dəxi  çıraq  təriqənün  ərkanın 

bildirür...‖ (Vat. turc. 428, I, vər. 1a). 

Həmin 


məcmuədə 

Əbu 


Talibə 

məxsus 


―ġərhül-müfrədat‖ ( درفم حرش



ت

) adlı risalə də var (Vat. turc. 

428,  I,  vər.  46b-49a).    Əsər  dünyanı  təĢkil  edən  ilkin 

elementlərdən,  kainatın  və  insan  bədəninin  quruluĢundan 

bəhs  edir.  Müəllif  yazır:  ―Əlhəmdulillah  Rəbbil-Aləmin 

və-s-Səlavətə  vəs-Səlləmə  alə  Muhəmməd  və  ilə  təyyibin  və 

tahirin. Ġmdi  Əbu Talibi həqq bil kim, Həqq-Təala adəmi dört 

ünsürdən  vücudə  gətirdi.  Ġbarətlə  bir  torpaqdan,  iki  sudan, 

üçünci  yeldəndür,  dəxi  oddan  və  dəxi  altı  cəhətdən  yaratdı. 

Əvvəl  yukaru , 2 – aĢağa, 3 – sağ tərəf, 4- sol tərəf, 5 – ön, 6 – 

ard. Və on xassə dəxi yetirdi: beĢ zahirdə və beĢ dəxi batində. 

Əvvəl  kim  zahirdə  qoxudur,  və  zövqdür,  və  deməkdür,  və 

eĢitməkdür, və görməkdür. Ol beĢ xassə ki batindir: 1 - xəyal, 

2 – zəmirdir, 3 – fikr, 4 – fəhm, 5 – hifz. Və dəxi Həqq-Təala 

adamda yeddi əza yetirdi – baĢdır,  iki əl və iki ayaq, köküs, 

arqa  (arxa).    Və  dəxi  adəmə  ruh  verdi,  və  əql  verdi,  və  eĢq 

verdi, və nəfs verdi, və bu dört qismdür: 1 – nəfsi-əmmarə, 2 – 

nəfsi-ləvvamə, 3 - nəfsi-məlhəmə, 3- nəfsi-mütəəmminə. ġu yel  

ki, qismətdə bil ruhə təəlləqdür və su ətlə təəlləqdür, və topraq 



48 

 

nəfsə  təəlləqdür.  Amma  nəfsi-əmmarə  oda  təəlləqdür,  və 



nəfsi-ləvvamə  yelə  təəlləqdür,  və  nəfsi-məlhəmə  suya 

təəlləqdür,  və  nəfsi-mütəəmminə  toprağa  təəlləqdür.  Və  hər 

nəsnə  kim  afaqda  vardur  ənfəsdə  dəxi  vardur...―  (Vat.  turc. 

428, I, vər. 46b-47a). 

Təsəvvüf 

mövzusunda 

daha 

bir 


əsər 

―Kitabüs-silsilə‖dir  ( ةلسلسلا باحك).  Kitab  20,5x14,5  cm 

ölçüsündədir,  98  vərəqdən  ibarət  və  Cəlvətiyyə

8

 təriqətinin 



―silsiləsini‖ təqdim edir, yəni sufiliyin müqəddəs Ģəxslərini, 

Cəlvətiyyə  təriqətinin  Ģeyxlərini  ardıcıl  sürətdə  təsvir  edir.  

Fəsllərin  adları:  Allah,  Ġsrafil,  Mikail,  Cəbrail,  Məhəmməd 

Mustafa,  Əli  Ġbn  Əbu  Talib,  Kamil  bin  Ziyad,  Həsən  bin 

Yəsar  Bəsri,  Həbib  Əcəmi,  Davud  Tai,  Əbu  Məhfuz  Məruf 

əl-Kərimi  və  s.    Əsərdə  Cəlvətiyyə  Ģeyxlərinin  silsiləsini 

təqdim edən cədvəl verilir (Vat. tur. 404, 5b).   

Sufiliyə aid daha bir əlyazma da HəzrətüĢ-Ģeyx Seyyid 

Sultan  Əbdülqədir  əl-Geylaninin  (  ذثع ناطلس ذيس خيشلا ترضح

يولايجلا رداقلا)  ―Ər-risalətül-ğəvvasiyyə‖  (  ةطقل ةيساوغلا ةلاسرلا

  هيلصاول ا ثوغ هيفراعلا)  əsəridir.  Qədiriyyə

9

 sufi  təriqətinin 



banisi  Əbdülqədir  Geylani  (Gilani,  Cilani,  Ceylani  kimi  də 

tanınır)  1078  ildə  Gilanda  anadan  olmuĢ  və  1165  ildə 

Bağdadda vəfat etmiĢdir

10

.   



                                                 

8

 Cəlvətiyyə təriqəti Bayrami təriqətinin bir qolu kimi yaranaraq, daha 



sonralar müstəqil sufi təriqətinə çevrilmiĢdir. Osmanlı imperiyasında bu 

təriqətin inkiĢafı  Əziz Mahmud Hüdainin (vəfatı: 1628-ci il)  və Ġsmail 

Həqqi Bursalının (vəfatı: 1724-cü il) adları ilə bağlıdır. 

9

 Əbdülqadir Geylani (1078-1165) tərəfindən yaradılmıĢ sufi din 



təriqətidir. Qadiriyyənin ƏĢrəfiyyə, Rumiyyə, Xalisiyyə, Qəribiyyə, 

Hilaliyyə, Yafiiyyə, Əsədiyyə və Əkbəriyyə kimi qolları vardır. 

10

 

 



W. Braune, Abd al-Kadir al-Djilani, The Encyclopaedia of Islam, Vol. 

I, ed. H.A.R Gibb, J.H.Kramers, E. Levi-Provencal, J. Schacht, 

(Brill,1986), p. 69. 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə