Azərbaycan miLLİ elmlər akademiyasinin m. FÜzuli adina əlyazmalar institutu



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə3/20
tarix04.07.2018
ölçüsü0,94 Mb.
#53149
1   2   3   4   5   6   7   8   9   ...   20

 

Romada    qədim  kitabxananın  yerləĢdiyi  ərazidə  aparılmıĢ 



qazıntılar nəticəsində bir daĢ kitabə aĢkar edilmiĢdir. Həmin 

daĢın  üzərində  yunan  dilində  aĢağıdakı  sözlər  həkk 

olunmuĢdur: ―Heç bir kitab buradan aparılmayacaq. Biz buna 

and içmiĢik!‖.   

Müasir  kitabxanalarda  olduğu  kimi,  qədim  Roma 

kitabxanalarında  da  oxu  zalları  mövcud  idi.  Kitablar  xüsusi 

rəflərdə saxlanılırdı və fənlər üzrə qruplaĢdırılmıĢdı. Belə ki, 

kitabxanalarda coğrafiya, tibb, tarix, fəlsəfə və sair fənlər üzrə 

bölmələr mövcud idi. Poeziyaya xüsusi diqqət yetirilirdi. Oxu 

zallarında  muzaların  (elmlərə  və  incəsənətə  himayədarlıq 

edən  qadın  mələklərin)    heykəlləri  və  məĢhur  yazıçıların 

büstləri yerləĢdirilirdi. Bu, həmin zallarda yüksək mədəniyyət 

ab-havasını  yaradırdı.  Oxucunun  diqqətini  mütaliədən 

yayındırmamaq  üçün  kitabxananın  interyerində  əlvan 

rənglərdən və qızılı naxıĢlardan istifadə olunmurdu. DöĢəmə 

qara mərmər parçalarından, tavan və divarlar isə, adətən, ağ 

mərmərdən hazırlanırdı.   

Romanın bu möhtəĢəm kitabxanalarını V əsrdə  Ģəhərə 

basqın etmiĢ alman tayfaları (barbarlar) məhv etdilər. ―Əbədi 

Ģəhər‖də  daĢ üstə daĢ qoymayan iĢğalçılar kitabxanalara da 

rəhm  etmədilər.  Yarıibtidai,  qəbilə  həyatı  sürən  barbarlar 

ucdantutma  savadsız  idilər  və  kitabların  dəyərini  və  qədrini 

bilmirdilər. Romanı ələ keçirmiĢ barbarlar evləri, o cümlədən, 

kitabxanaları əvvəlcə qarət edir, sonra da od vurub bu binalara 

yandırırdılar  ki,  kül  və  xarabalıqların  içində  evləri  qarət 

etdikləri  zaman  aĢkar  edə  bilmədikləri  qiymətli  əĢyaları 

tapsınlar.  Barbarların  diqqətini  yalnız  qızıl,  gümüĢ, 

ləl-cəvahirat  və  adi  metaldan  (dəmirdən,  misdən,  tuncdan) 

hazırlanmıĢ məiĢət əĢyaları cəlb edirdi.  Onlar kitabxanaların 



 

darvazalarını,  qıfıllarını,  dəmir  rəflərini  yerindən  qopardıb 



tonqallara  atırdılar,  sonra  da  əridilmiĢ  metaldan  özləri  üçün 

dəbilqə, qalxan, xəncər, qılınc, nizə və ox ucları düzəldirdilər. 

Kitablar topa-topa tonqallara atılaraq yanacaq və odun yerinə 

istifadə  olunurdu.    Nəticədə,  Romada  əsrlər  boyu  yazılan, 

yaradılan və toplanan əsərlər çox qısa müddət içində  məhv 

edildi və neçə-neçə istedadlı alimin, yazıçının ədəbi və bədii 

irsi bəĢəriyyət üçün həmiĢəlik itirildi.  

Roma  Ġmperiyası  dağılandan  sonra  burada  yaĢayan 

xalqlar  min ilə yaxın davam edən qaranlıq barbarlıq dövrünə 

qədəm  basdılar.  Bütün  Avropada  yüksək  mədəniyyət  yoxa 

çıxdı,  kitabların  əksəriyyəti  məhv  edildi,  parlaq  keçmiĢ 

unuduldu.  Xristian  keĢiĢləri  latın  dilini  sırf  kilisə  dili  kimi 

qoruyub saxlasalar da, orta əsrlərdə Avropada savad Bibliyanı 

oxumağı öyrənməkdən o yana getmirdi, baĢqa kitabların sayı 

isə  olduqca  az  idi  və  onları  tapmaq  çox  çətin  idi.  Qərbi 

Avropada,  hətta  Romanın  özündə,  geniĢ  əhali,  o  cümlədən 

zadəganlar  savadsız  idi,  yazıb-oxumağı  isə  ancaq  keĢiĢlər 

bacarırdı.  

Bu  dövrdə,  yəni 

 VIII-XII  əsrlərdə,  Müsəlman 

Sərgində  mədəni  Ġntibah  dövrü  baĢlandı.  Xəlifə  Məmun 

(786-833) 

və 

sonradan 



gələn 

xəlifələr 

saraylarına 

tərcüməçiləri  toplayıb,  onlara  qədim  yunan  və  roma 

alimlərinin  əsərlərini  ərəb  dilinə  tərcümə  etməyi  göstəriĢ 

verdilər. VIII əsrdən baĢlayaraq ərəb qoĢunları cənubi Avropa 

ölkələrini,  indiki  Ġspaniya  və  Portuqaliyanın  ərazilərini  və 

Siciliya  adasını  fəth  etdilər.  Zəbt  olunmuĢ  ərazilərdə  ərəb 

kitabxanaları  təsis  olundu  və  oraya  ərəb  dilində  kitablar 

gətirildi. Onların arasında ərəb dilinə tərcümə olunmuĢ qədim 

yunan və roma müəlliflərinin əsərləri də var idi ki, Romanın 



10 

 

və  Yunanıstanın  özündə  onlar  çoxdan  yoxa  çıxmıĢ  və 



unudulmuĢdu. Bu kitabları əldə edən bəzi savadlı avropalılar, 

əsasən  keĢıĢlər,  onları  təkrarən  ərəb  dilindən  latın  dilinə 

tərcümə  etməyə  baĢladılar.  Bunun  nəticəsində  avropalılar, 

ərəblərin vasitəçiliyi ilə, Aristotelin, Evklidin, Pifaqorun bir 

çox əsərləri ilə yenidən tanıĢ olmağa fürsət tapdılar. Orta əsr 

müsəlman  alimlərinin  kitabları  da  latın  dilinə  tərcümə 

olunaraq, avropalıların masaüstü kitabına çevrildi. Ġbn Sina – 

Avisenna,  Ġbn  RüĢd  –  Averroes,  Əbülqasım  Zəhravi  - 

Albukasis,  Əbubəkir  Razi  –  Razes  adı  ilə  Avropada  Ģöhrət 

tapdılar. Nəsirəddin Tusinin riyaziyyata dair əsərləri də latın 

dilinə tərcümə edilərək dönə-dönə Ġtaliyada nəĢr olundu.  

Bütün  bunlar  Avropada  mədəniyyətin  yenidən 

dirçəlməsinə  gətirib  çıxartdı  və  Ġntibah  Dövrü  üçün  zəmin 

yaratdı.  XV  əsrdən  baĢlayaraq  Avropa  öz  mədəni 

möhtəĢəmliyini  sürətlə  özünə  qaytarmağa  baĢladı,  və 

elmi-texniki tərəqqiyə qədəm qoyaraq, ġərq ölkələrini geridə 

qoydu.  Lakin  Ġntibah  dövründə  avropalıların  Asiya 

xalqlarının  mədəniyyətinə  maraqları  azalmadı,  əksinə,  daha 

da  artdı.  O  dövrdə  toplanan  ġərq,  o  cümlədən,  Azərbaycan 

müəlliflərinin  əsərləri,  Nizami,  Füzuli,  Nəsimi,  Bəhmənyar 

əl-Azərbaycaninin  orta  əsr  əlyazmaları  indinin  özündə  də 

Roma kitabxanalarında qorunmaqdadır.  

Beləliklə,  müasir  Roma  kitabxanalarının  tarixi, 

əsasən, Ġntibah Dövründən, yəni XV-XVI əsrlərdən baĢlanır. 

Vatikan  Apostol  kitabxanası  Vatikanda  yerləĢən  və  çox 

zəngin  kolleksiyaya  malik  olan,  Ġntibah  dövründə  təsis 

edilmiĢ  məĢhur  kitabxanadır.  Kitabxana  XV  əsrdə  Roma 

papası XV Nikkolo tərəfindən təsis edilmiĢdir, və o dövrdən 

baĢlayaraq 

fasiləsiz 

olaraq 

nadir 


kitablarla 


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə