Azərbaycan miLLİ elmlər akademiyasinin m. FÜzuli adina əlyazmalar institutu



Yüklə 499,55 Kb.

səhifə4/20
tarix04.07.2018
ölçüsü499,55 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   20

11 

 

zənginləĢməkdədir.  Hal-hazırda  onun  fondlarlnda  1 600 000 



çap  kitabı,  150 000  əlyazma  əsəri,  8 300  litoqrafiya 

(daĢbasma)  kitabı,    100 000-dən  çox  qravüra  və  xəritə, 

300 000 sikkə və medal qorunur. Vatikan kitabxanaları Roma 

dövlət  qurumlarına  tabe  deyil,  çünki  Roma  Ģəhərinin 

ortasında  yerləĢən  Vatikan  hal-hazırda  müstəqil  dövlətdir, 

rəsmən ―Vatikan Ģəhəri‖ (Citta del Vaticano) adlanır və yalnız 

Müqəddəs Taxt-Tac sahibinə, yəni Roma papasına tabedir.   

Romada  məĢhur  olan  Kazanatenze  kitabxanası  

Dominikan  rahibləri  tərəfindən  Santa-Maria  Sopra  Minerva 

monastırı  nəzdində  yaradılmıĢdır.    O,  geniĢ  oxucu  kütləsi 

üçün  kardinal  Cirolamo  Kazantanın    (1620-1700)  əmri  ilə 

açılmıĢdır.  Kitabxana  orta  əsr  əlyazmaları  və  qədim  arxiv 

sənədləri ilə zəngindir.  

BaĢqa  məĢhur  orta  əsr  Roma  arxivi  Hertsiana 

kitabanasıdır.  Ancelika  kitabxanası  XVII  əsrdə  təsis 

edilmiĢdir və hal hazırda onun kolleksiyasında 200 min kitab, 

o  cümlədən  24  min  əlyazma  əsəri  vardır.  Romanın  Mərkəzi 

Milli  Kitabxanası  Ġtaliyanın  ən  zəngin  kitabxanalarından 

biridir və orada çoxsaylı orta əsr qaynaqları qorunur. Onların 

sırasında  XVI  əsrə  aid  25000  çap,  2000  daĢbasma 

(litoqrafiya) kitabı, 8000 orta əsr əlyazması,  10000 Ģəkil və 

20000 xəritə vardır.    

Müasir 

Roma 


kitabxanalarının 

cəlbedici 

xüsusiyyətlərindən  biri  də  burada  müxtəlif  xalqların  milli 

irsinin  mühafizə  olunmasıdır.  Bu  kitabxanalarda  nadir 

xristian, müsəlman, yəhudi və sair mənbələrə, eləcə də latın, 

italyan,  köhnə  fransız,  qədim  yunan,  ərəb,  türk,  fars  və  sair 

dillərdə  yazılmıĢ  qədim  əlyazmalara  rast  gəlmək  olar. 

Ġtaliyanın  ərazisində  mövcud  olmuĢ  orta  əsr  dövlətlərinin 




12 

 

hakimləri,  alimlər  və  hətta  iĢ  adamları  və  tacirlər,  özləri 



xristian 

olsalar 


da, 

baĢqa  millətlərin  tarixinə  və 

mədəniyyətinə həmiĢə böyük maraq göstərmiĢ, dünyanın hər 

yerindən  qiymətli  qədim  kitabları  toplayaraq  Romaya, 

Florensiyaya,  Venesiyaya  və  baĢqa  Ġtaliya  Ģəhərlərinə 

gətirmiĢlər. 

Romanın  kitabxanalarında  Azərbaycana  aid  saysız 

hesabsız mənbələr, tarixi sənədlər, orta əsr əlyazmaları vardır. 

Onların  aĢkar  edilməsi  və  araĢdırılması  Azərbaycan 

mədəniyyətinin  və  tarixinin  daha  da  dərindən  öyrənilməsi 

üçün böyük əhəmiyyət kəsb edir.  

 

VATĠKAN  KĠTABXANALARI  HAQQINDA 



 

Vatikan Arxivləri dünyanın ən zəngin kitab xəzinələri 

sırasındadır.  Bu  arxivlər  Müqəddəs  Taxt-Tac  sahibi,  Roma 

Papası  tərəfindən  idarə  olunan  suveren  Vatikan  Dövləti 

ərazisində yerləĢir. Vatikan kitabxanalarından ən məĢhurları – 

Papaların Dəftərxanası olan və  yüz illərlə fəaliyyət göstərən 

Məxfi Arxivlər və Müqəddəs Roma Katolik Kilsəsinin xüsusi 

kitab xəzinəsi olan Vatikan Apostol kitabxanasıdır. 



Vatikan  Apostol  kitabxanası  (lat.:    Bibliotheca 

Apostolica  Vaticana)   —  Vatikanda  yerləĢən  və  çox  zəngin 

kolleksiyaya  malik  olan,  Ġntibah  dövründə  təsis  edilmiĢ 

məĢhur  bir  kitabxanadır.  Baxmayaraq  ki  Roma  Katolik 

Kilsəsi  kitabları  erkən  orta  əsrlərdən  baĢlayaraq  toplayırdı, 

kitabxananın  rəsmi  açılıĢı  XV  əsrdə  baĢ  verdi  və  o,  Roma 

papası XV Nikkolonun adı ilə bağlıdır. Qeyd olunduğu kimi,  

hal-hazırda bu möhtəĢəm kitabxananın fondlarlnda 1 600 000 

çap  kitabı,  150 000  əlyazma  əsəri,      8 300  litoqrafiya 



13 

 

(daĢbasma) kitabı,  100 000-dən çox qravüra və coğrafi xəritə,  



300 000  sikkə  və  medal  qorunur.  Kitabxananın  nəzdində 

Vatikan  Kitabxanaçılıq  Məktəbi,  eləcə  də  mühüm 

əlyazmaların  bərpası  və  sürətlərinin  çıxarılması  ilə  məĢğul 

olan    Bərpa  və  Surətçıxarma  Laboratoriyası    fəaliyyət 

göstərir.  

Vatikan  Məxfi  Arxivləri  (lat.    Archivum  Secretum 

Apostolicum Vaticanum) — orta əsrlərdən bizim zamanımıza 

qədər bir dövrü  əhatə  edən arxiv materiallarının xəzinəsidir. 

Bu arxiv Papanın Ģəxsi arxivi olduğuna və orada iĢləmək üçün 

məhdudiyyətlər  qoyulduğuna  görə  ―məxfi‖  adlandırılır.  Bu, 

olduqca  böyük  arxivdir.  Rəflərin  və  stellajların  ümumi 

uzunluğu 85 км. bərabərdir. Əslində, bütün bu sənədlər çox 

qədim  zamanlardan  toplanmaqdadır.  Ġlk  dəfə  rəsmi  olaraq, 

arxiv  1610  ildə  Roma  Papası  V  Pavel  tərəfindən  təsis 

edilmiĢdir. 

O, 

Məxfi 


Arxivləri 

Vatikan 


Apostol 

kitabxanasından ayırmıĢdı.  Ġlk dəfə  arxivi alimlər üçün Papa 

XIII  Lev  1881-ci  ildə  açmıĢdır.  O  dövrdə  yalnız  V  Pavelin 

(1605-1621)  dövrünə  aid  sənədlərdən  məxfilik  götürmüĢdü. 

XI  Piy  isə  1846-ci  ilə  qədər  olanı  sənədlərdən  məxfiliyi 

götürmüĢdür. Sonralar bir sıra baĢqa sənədlərdən də məxfilik 

götürüldü.    2006-ci  ildə    XI  Piyin  (1922-1939)  dövrünə  aid 

sənədlər də tədqiqatçıların üzünə açıldı.  XX əsrdə xəzinəyə 

katolik  icmalarının,  Apostol  Sarayının,  Birinci  və  Ġkinci 

Vatikan  qurultaylarının  (2000-ci  il)    sənədləri  də  əlavə 

olundu.    Arxivdə  papaların  öz  elçiləri  və  xarici  dövlətlərin 

rəhbərləri ilə yazıĢmaları saxlanılır.   

Arxiv bir neçə hissəyə bölünmüĢdür: 

1.

 



Kuriyanın  (Vatikanın  baĢ  inzibati  və  məhkəmə  orqanı) 

toplusu. 






Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə