Azərbaycan miLLİ elmlər akademiyasinin m. FÜzuli adina əlyazmalar institutu



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə5/20
tarix04.07.2018
ölçüsü0,94 Mb.
#53149
1   2   3   4   5   6   7   8   9   ...   20

14 

 

2.



 

Papa nümayəndələrinin arxilvərinin toplusu.  

3.

 

Ayrı-ayrı ailələrə və Ģəxslərə məxsus arxivlərin toplusu.  



4.

 

Vatikan qurultaylarının sənədləri.  



5.

 

Təriqət, monastır və abbatlıqların topluları.  



Bütövlükdə  Məxfi  Arxiv  fondlarında  35 000  cilddən 

ibarət 630 müxtəlif arxiv saxlanılır. Qiymətli sənədlər sırasına 

aĢağıdakılar daxildir:  

Mikelancelonun məktubları, VIII Henrixin boĢanmaq 

üçün  Papadan  icazə  istəməsinə  dair  məktubu,    1075-ci  ildə 

tərtib edilmiĢ  və  Vatikanın  bir növ nizamnaməsi  olan  Papa 

Diktatı  (Dictatus рарае) və s.  

Vatikan arxivlərinin zənginliyi nə ilə bağlıdır? Roman 

Katolik Kilsəsi yer üzündəki bütün katolikləri idarə edən bir 

dövlət olaraq dünyada gedən mədəni, dini və siyasi prosesləri 

də nəzarətdə saxlamıĢdır. Vatikan müxtəlif xalqlar haqqında, 

onların  mədəniyyəti,  iqtisadi  və  siyasi  vəziyyəti  barədə 

məlumat  toplamaqla  məĢğul  idi.  Buna  zərurət  var  idi.  Öz 

dinini baĢqa dinlərdən, Vatikan dövlətini baĢqa dövlətlərdən 

qorumaq,  katolik  dinini  dünyada  yaymaq  üçün  ətrafdakı 

gerçəkliklər  barədə  onlara  məlumat  gərək  idi.  Həmin 

məlumatları  toplamaq  üçün  onların  diplomatik  kanallar  da, 

kəĢfiyyat idarəsi də var idi. Ġdarə sərəncamında olan keĢiĢləri, 

xristian 

cərəyanlarına 

aid 

sektaların 



təmsilçilərini 

müxtəlif   ölkələrə  göndərirdilər.  Onlar  həmin  ölkələrdən 

bütün  məlumatları  yığıb  gətirirdilər.   Oranın  siyasi  durumu, 

ölkənin demoqrafik vəziyyəti barədə — yəni indi bizim tarix 

elmimiz  üçün  gərək  olan  bütün  məlumatları  toplayırdılar. 

Buna aid sənəd və məlumatları biz öz arxivlərimizdə çox vaxt 

tapa bilmirik. 

Qeyd etdiyimiz kimi, Vatikan Apostol kitabxanasında 




15 

 

və  Məxfi  Arxivlərdə    dünyanın  hər  yerindən  əsrlər  boyu 



toplanmıĢ  qiymətli  sənəd  və  əlyazmalar  vardır,  və  onların 

arasında  Azərbaycana  aid  materiallar  az  deyil.  Lakin,  buna 

baxmayaraq,  son  illərə  kimi  Vatikanda  Azərbaycan  alimləri 

tərəfindən  geniĢ  tədqiqat  iĢləri  aparılmamıĢdır.  Yalnız 

2010-2014  illər  müddətində  Heydər  Əliyev  Fondu  və 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təĢəbbüsü 

ilə  hazırkı  əsərin  müəllifi  Vatikana  ezam  olundu  və 

uzunmüddətli  araĢdırmalar  nəticəsində  orada  saxlanılan 

Azərbaycana  aid  sənədlər  aĢkar  edildi  və  onların  surətləri 

Bakıya gətirildi.   

  

VATĠKANDA SAXLANAN QAFQAZ ALBANIYASINA 



DAĠR ƏSƏRLƏR 

 

Vatikan  Apostol  Kitabxanasında  erməni  (qrabar) 



dilində 

yazılmıĢ 

əlyazmalarının 

arasında 

Qafqaz 

Albaniyasına aid sənədlər aĢkar edilmiĢdir.  Bunun üçün latın 



və  erməni  dilində  olan  materiallar  araĢdırılmıĢ  və  onların 

içində  Qafqaz  Albaniyasına  aid  aĢağıdakı  materiallar 

tapılmıĢdır  (bax:  Codices  Armeni  Bybliothecae  Vaticanae. 

Borgiani – Vaticani – Barberiniani – Chisiani. Romae Typis 

Polyglottis  Vaticanis,  MCMXXVII.  Indice  66.)  Codex 

Borgiani Armenicus 168, Vardanis historia. F. 423v.

I. VARDANIN "ÜMUMĠ TARĠXĠ".  Hazırkı tədqiqat 

nəticəsində  aĢkar  olunmuĢdur  ki,  Vatikan  kitabxanasında 

Qafqaz  Albaniyasından  bəhs  edən  erməni  mənbələri  vardır. 

Onların arasında ―Ümumi Tarix‖ adlı kitabın müəllifi orta əsr 

erməni tarixçisi Vardanın (1198-1271) əsərləri vardır. Əslən 

gəncəli  olan  Vardan  bu  kitabda  Qafqaz  Albaniyasının 



16 

 

tarixindən, 



onun 

hökmdar 


və 

patriarxlarından 

(katolikoslarından)  məlumat  verir.  Burada,  həmçinin, 

müstəqil  Alban  Kilsəsi    patriarxlarının  adları  sadalanır  və 

siyahısı  verilir.  Mətnin  bir  hissəsi  Vatikan  kitabxanasında 

qədim  erməni  (qrabar)  dilindən  Latın  dilinə  tərcümə 

olunmuĢdur.   

II.  ALBAN  MÜƏLLĠFĠ  MXĠTAR  QOġ  VƏ  ONUN 

ƏSƏRLƏRĠ.  Tədqiqatlar  zamanı  aĢkar  olunmuĢdur  ki, 

Vatikan  Apostol  Kitabxanasında  orta  əsr  Alban  müəllifi 

Mxitar  QoĢun  erməni  dilində  əlyazma  kitabları  saxlanılır. 

Mxitar  QoĢun  Vatikanda  saxlanılan  bu  əlyazmaları  böyük 

maraq doğurur: 

1.  Codex  legum  indicialium  (B  60  (132)) «Qanun 

kodeksi» 

2.  Oration  in  hora  liturgiae  B  3  (21);  «Liturgiya 

(ibadət) zamani deyilənlər»   

3.  Preces  pro  s.  liturgia  (B  3  (39v,  43)).  ―Liturgiya 

zamanı oxunan dualar‖  

Orta  əsr  Alban  müəllifi  Mxitar  QoĢ  (1120-1213) 

Qafqaz  Albaniyasının  Gəncə  Ģəhərində  anadan  olmuĢdur.  

Erməni müəllifləri əsassız olaraq Mxitar QoĢu erməni yazıçısı 

və  mütəfəkkiri  elan  edirlər.  Bu,  Mxitar  QoĢun  əsərlərinin 

günümüzə  yalnız  erməni  dilində  gəlib  çatması  ilə  bağlıdır. 

Lakin Mxitar QoĢun özü kitablarında özünü milliyətcə alban 

və ölkəsini Albaniya adlandırır.  Bu, aĢağıdakı sitatdan aydın 

görünür:  "...bizim  məmləkətin  (yəni  Qafqaz  Albaniyasının  - 

F.Ə.)    hakimiyyətdən  məhrum  olduğu  uzaq  illərdə  yalnız 

Xaçın  diyarında  cəmi  bir  neçə  knyazın  qaldığı  o  vaxtlarda, 

Həsən  adlı  knyazın  rahibliyi  qəbul  etdiyi  o  günlərdə  və  onu 

Xayterk    adlı  qalada  yaĢayan  və  digər  knyazların  baĢçısı 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə