Azərbaycan miLLİ elmlər akademiyasinin m. FÜzuli adina əlyazmalar institutu



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə7/20
tarix04.07.2018
ölçüsü0,94 Mb.
#53149
1   2   3   4   5   6   7   8   9   10   ...   20

20 

 

edir,  lakin  nəsturilər  bu  seçimi  rədd  edir,  və  beləliklə  də, 



nestorian və katolik kilsələrinin uniyası baĢ tutmur.  

    


ORTA ƏSR AZƏRBAYCAN  HÖKMDARLARININ 

ROMA PAPALARI ĠLƏ YAZIġMALARI 



 

Vatikan Məxfi Arxivlərində Roma papalarının orta əsr 

Azərbaycan  hökmdarları  ilə  yazıĢmalarını  əks  etdirən 

sənədlər 

(məktublar) 

mühafizə 

olunur. 

Məktublar 

Azərbaycan (türk), fars, latın, italyan, monqol, ərəb və baĢqa 

dillərdədir. Sənədlərin tam siyahısı əlavə olunur (Bax: Əlavə 

I). 

Bu  sənədlərdə  istifadə  olunan  ―Persia‖  (Azərbaycan 



dilinə  ―Ġran‖  kimi  tərcümə  olunmuĢdur)  sözü  haqqında  onu 

demək  olar  ki,  qədim  yunan  dövründən  baĢlayaraq, 

avropalılar  müasir  Ġranın  və  Azərbaycanın  müəyyən 

ərazilərini "Persia" adlandırsalar da,  bu sözü daha  çox milli 

anlayıĢ kimi deyil, sadəcə yer adı, coğrafi termin kimi istifadə 

ediblər. Əslində  isə  avropalıların  "Persia"  adlandırdıqları 

ərazi XI əsrdən XX əsrə qədər türk, o cümlədən Azərbaycan 

türk  sülalələri  -  Eldənizlər,  Ağqoyunlular,  Qaraqoyunlular, 

Səfəvilər, ƏfĢarlar, Qacarlar tərəfindən idarə olunurdu.  Bu o 

demək  deyil  ki,  bütün  bu  dövlət  və  sülalələrin  Ġran  tarixinə 

aidiyyatı  yoxdur.  Ümumiyyətlə,  iki  qonĢu  dövlət  olan 

Azərbaycan  və  Ġranın  tarixi  və  mədəniyyəti  bir-birinə  sıx 

bağlıdır. Ona görə də mədəniyyətimizdə, ədəbiyyatımızda və  

siyasi  tariximizdə  müĢtərək  Ģəxslər,  əsərlər  və  abidələr  

çoxdur.  Bu  gün  "Ġran  Ġslam  Respublikası"  və  "Azərbaycan 

Respublikası" adlandırdığımız ərazilər,  keçmiĢdə müxtəlif, o 

cümlədən  türk  və  azərbaycanlı  türk  sülalələri  tərəfindən 



21 

 

qurulmuĢ və idarə edilmiĢ feodal dövlətlərin tərkib hissələri 



idi.  

Azərbaycan  və  Vatikan  arasında  münasibətlərin 

kökləri uzaq keçmiĢə bağlıdır və bu əlaqələrin zəngin tarixi 

var.  Orta  əsrlər  zamanı  Azərbaycanı  idarə  edən  sülalələrin 

nümayəndələri  Vatikan,  Genuya,  Venesiya  və  Ġtaliyada 

yerləĢən  digər  Ģəhər  və  ölkələrlə  güclü  siyasi  və  iqtisadi 

əlaqələr yaratmıĢlar

5

.  



Roma  papaları  Abağa  xan  (1234-1282),  Arqun  Xan 

(1258 - 1291) kimi Elxani hökmdarlarının (1256-1335), eləcə 

də  Uzun  Həsən  Ağqoyunlunun  (1423-1478)  və  Səfəvilərin 

(1501-1736)  saraylarına  dönə-dönə  öz  diplomatlarını  və 

missionerlərini göndərmiĢ və onlarla osmanlılara qarĢı ittifaq 

qurmuĢlar.  

Nümunə  üçün  bəzi  sənədlərin  adlarının  Azərbaycan 

dilinə tərcüməsini veririk:  



1)  Elxani  hökmdarının  Papaya  göndərdiyi  monqol 

dilində  məktub;  Papanın  səfir    göndərdiyi  yepiskopa  Abağa 

xanın verdiyi buraxılıĢ fərmanı.   

2) Arqun xanın V Nikkoloya göndərdiyi məktub (1290 

il).  

3) PadĢah Həsənin VIII Bonifasiyə göndərdiyi məktub 

(1302 il). 

4)    Güyük  xanın  Roma  Papası  IV  Ġnnokentiyə  türk, 

fars və ərəb dillərində göndərdiyi məktub (3-11 noyabr 1246 

il).   

                                                 

5

 

Ягуб Махмудов. Взаимоотношения государств Агкоюнлу 



и Сефевидов с европейскими странами" (вторая половина XV - на-

чало XVII в.в.). Баку, 1991. 

 



22 

 

5)  Ġran  (orijinalda  “Persia”  –  F.Ə.)  hökmdarından 



bir  neçə  sual  (1555  il),  V  Piyin  Ġran  padĢahı  Təhmasibə 

cavabı (16 noyabr 1571) 

6) VIII Klementin Ġran padĢahı I Abbasa məktubu (30 

sentyabr 1592) 

7)  VIII    Klementin  Ġspaniya  kralı  III  Filippə  Ġran  

hökmdarının  yaxınlarda  göndəriləcək  missiya  haqqında 

məktub (4 sentyabr 1600 il),  

8) VIII Klementin Ġran Ģahı I Abbasa (24 fevral 1601); 

Ġranın Səfəvi hökmdarının xanımına göndərilmiĢ məktub (24 

fevral 1601 il) 

9)    Ġran  Ģahı  I  Abbasa  (2  may  1601)  göndərilən 

məktublar, və s. 

Мəsələn, Roma papası V Pavel tərəfindən 1605-ci ilin 

iyulun  20-də  I  ġah  Abbasa  göndərilən  məktubda  Papa 

Romada  Səfəvilərin  elçisi  Hüseynqulu  bəyin  öldürülməsinə 

görə  ondan  üzr  istəyib.  Məktubda  V  Pavel  qeyd  edir  ki,  bu 

qətlin qarĢısını ala bilmədiyinə təəssüflənir və buna görə üzr 

istəyir.  Buna  baxmayaraq,  Papa  ümid  etdiyini  bildirir  ki, 

Səfəvilərlə  mehriban  əlaqələr,  həm  ticarət,  həm  də  hərbi 

sahədə  münasibətlər  yenə  də  əvvəlki  kimi  davam  edəcək. 

Papa  özündən  əvvəlki  papaların  siyasi  xəttini  davam 

etdirəcəyini  də  deyib  və  Səfəvi  dövlətinə  3  səfir 

göndərildiyini  vurğulayıb.  Bunlar  karmelit  təriqətinə  qulluq 

edən  Pavel  Simon,  Ġoan  TadeuĢ  və  Zimsend  idi.  Həmin 

Ģəxslər V Paveldən əvvəl, VIII Klement tərəfindən səfir təyin 

edilmiĢ  və  Vatikan  taxt-tacını  təmsil  etmək  hüququ 

qazanmıĢdılar  (Arm.  XLV,  1.  ff.  52-53:    Paolo  V  al  re  di 



Persia Abbas I  (20 luglio 1605). 

Bəzi sənədlərin adları belə onların məzmunu haqqında 




23 

 

təsəvvür yaradır: ―Ġrana  Bizim Ağamız V Pavel tərəfindən iki 



rahib ata ilə birliktə bu ölkəni [xristianlığa] döndərmək üçün 

göndərilmiĢ 

Ayaqyalın 

Karmelitlər 

ordeninin 

nümayəndəsindən  bu  ölkə  məsələləri  ilə  bağlı  qısa  arayıĢ‖  



(Fondo Confalonieri 22. f. 253-255).   

Və yaxud: ―Ġranda və Hindistanda baĢ elçi Vinçentso 

di  San  Françesko  atanın  Səfəvi  Ģahı  ilə  birinci  görüĢü 

haqqında  hesabatı‖  (1611  il)  (Fondo  Confalonieri  65.  ff. 



10-17). 

BaĢqa maraqlı bir sənəddə isə Venesiya elçisinin orta 

əsrlərdə  Azərbaycanda  cərəyan  edən  hadisələr  haqqında 

ətraflı  məlumatı  verilir:  ―Cənab  Vinçentso  Alessandrinin 

Ġranda müĢahidə etdiyi Ģeylər haqqında Əlahəzrət Hökmdara 

(Venesiya  Dojuna  –  F.Ə.)  və  Venesiya  Sinyoriyasına  (Ali 

Dövlət ġurasına – F.Ə.) hesabatı, 1574 il‖ (Misc., Arm. II, 74. 

ff. 227-237). 

Bu  sənədlərin  arasında  o  dövrdə  Azərbaycanı  idarə 

edən hökmdarların birbaĢa etirafları da vardır. Məsələn: ―ġah 

Əlahəzrətləri  Sofinin  (yəni,  Səfəvinin  –  F.Ə.)  öz  dövlətinin 

keyfiyyət  və  kəmiyyət  göstəriciləri,  eləcə  də  1553  ildə  baĢ 

vermiĢ  müharibə  və  bir  çox  baĢqa  Ģeylər  haqqında 

danıĢdıqları‖, 1555 il.‖ (Misc., Arm. II, 94, ff. 95-196). 

Bütün  bu  sənədlərin  araĢdırılması  nəticə  etibarı  ilə 

Azərbaycan  tarixinə  yeni  faktların  əlavə  olunmasına  gətirib 

çıxara  bilər.Tədqiqat  zamanı  aĢkar  olunmuĢ  sənədlərin  tam 

siyahısı əlavə olunur (bax: Əlavə I). 

 

 



 

 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə