Azərbaycan miLLİ elmlər akademiyasinin m. FÜzuli adina əlyazmalar institutu



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə8/20
tarix04.07.2018
ölçüsü0,94 Mb.
#53149
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

24 

 

VATĠKANIN MÜSTƏQĠL AZƏRBAYCAN 



RESPUBLĠKASI ĠLƏ 1918-1920 ĠLLƏRDƏ 

ƏLAQƏLƏRĠNƏ DAĠR SƏNƏDLƏR 



 

1918-ci  ildə  müstəqilliyini  elan  etdikdən  sonra, 

Azərbaycan  Xalq  Cümhuriyyəti  (AXC)  dərhal  Vatikan  ilə 

siyasi  və  mədəni  əlaqələr  yaratmağa  cəhd  etdi.  Bunu 

Vatikanın Məxfi  arxivlərində aĢkar etdiyimiz Azərbaycanın 

Ġstanbuldakı  səfiri  Yusif  Vəzir  Çəmənzəminlinin    fəaliyyəti 

ilə bağlı indiyə qədər məlum olmayan sənədlər də sübut edir. 

Bu  sənədlərə    əsasən,  Azərbaycan  səfiri  xristian-müsəlman 

dialoqunun  tərəfdarı  Roma  Papası  XV  Benediktə  heykəlin 

ucaldılması layihəsinin təĢəbbüskarı və iĢtirakçısı olmuĢdur. 

Roma Papasının Ġstanbuldakı nümayəndəsi bununla əlaqədar 

Vatikana aĢağıdakı məlumatı göndərmiĢdi:   



“Serg. Stato Guerra (1914-1918), fasc. 112. Ff 58-61: 

comunicato, 

inviato 

dal 

delegato 

apostolico 

in 

Constantinopoli,  relativo  al  denaro  offerto  da  Jossif  Bek 

Veziroff  ,  rappresentante  della  Republica  musulmana  di 

Azerbaijan  per il progetto del monumento a Benedetto XV da 

erigersi  in Constantinopoli (14-31 Decembre 1919)”. 

Tərcüməsi:  "Konstantinopolda  Papa  XV  Benediktə 

abidənin  ucaldılması  layihəsi  üçün  müsəlman  Azərbaycan 

Respublukasının  nümayəndəsi  Yusif  bəy  Vəzirovun  təklif 

etdiyi  məbləğ  haqqında  məlumat    (14-31  dekabr  1919 

il)(Archivio 

Segreto 

Vaticano, 

Serg. 

Stato 

Guerra(1914-1918),  fasc. 112. ff. 58-61). 

Beləliklə,1918-ci  ildə  müstəqilliyini  elan  etdikdən 

sonra,  Azərbaycan  Xalq  Cümhuriyyəti  dərhal  Vatikan  ilə 

siyasi  və  mədəni  əlaqələr  yaratmağa  cəhd  etdi.  Bunu, 




25 

 

Vatikanın  gizli  arxivində  aĢkar  etdiyimiz  Azərbaycanın 



Ġstanbuldakı  səfiri  Yusif  Vəzir  Çəmənzəminlinin    fəaliyyəti 

ilə bağlı sənədlər də sübut edir. 

Azərbaycan 

Xalq 


Cümhuriyyətinin 

Osmanlı 


Ġmperiyasında səfiri Yusif Vəzir Çəmənzəminlinin Vatikana 

məktubu  və  Vatikanın  ona  cavabı  olduqca  maraqlıdır.  AXC 

və  Vatikan  birgə  Ġstanbulda  Papa  XV  Benediktə  heykəl 

qoymaq istəyib, bunun üçün Azərbaycan Səfirliyi tərəfindən 

müəyyən qədər pul da ayrılıbmıĢ. Amma bu baĢ tutmayıb. Bir 

tərəfdən Türkiyədə sultan hakimiyyətinin süqutu və Türkiyə 

Respublikasının  yaranması,  digər  tərəfdən  ADR-in  süqutu 

buna mane olub. Bu, 1919-cu ilə aid sənədlərdir. 

Azərbaycanın  Vatikanla  və  Roma  imperiyasının 

qalıqlarından  əmələ  gəlmiĢ  iki  böyük  kilsə  ilə  -  Bizansda 

mövcud  olan  Ortodoks  Konstantinopol  kilsəsi  və  Roma 

Katolik kilsəsi ilə həmiĢə - Qafqaz Albaniyası dövründən bu 

yana sıx əlaqələri olub. Bizans özü Babək hərəkatına kömək 

etməyə  çalıĢıb.  Alban  hökmdarı  CavanĢirin  də  onlarla 

əlaqələri  məlumdur.  Orta  əsr  hökmdarlarının  hamısının  da 

Roma papaları ilə iliĢgiləri olub.   Məhz bunun nəticəsi olaraq, 

Azərbaycan  öz  müstəqilliyini  elan  edəndən  bir  il  sonra  - 

1919-cu  ildə  Ġstanbulda  yerləĢən  Azərbaycan  səfirliyi  bu 

ənənəyə sadiq qaldı, Vatikanla 

 

əlaqələr qurmaq fikrinə düĢdü 



və Ġstanbuldakı Azərbaycan səfiri Yusif bəy Vəzirov (Yusif 

Vəzir Çəmənzəminli) Vatikana məktub yazdı ki, təxminən bir 

il  əvvəl  rəhmətə  getmiĢ  XV  Benedikt  adlı  Papanın  heykəli 

Ġstanbulda  qoyulmasını  istəyirlər.  Azərbaycan  hökuməti 

bunun tərəfdarıdır. Çünki XV Benedikt sülhpərvər olub, Qərb 

ölkələrini həmiĢə sülhə çağırıb. ÇalıĢıb ki, Osmanlı dövləti ilə 

Qərb  arasında  ixtilaf  olmasın.  HəmiĢə  sülh,  əmin-amanlıq 



26 

 

olsun və xristianlıqla islam arasında ədavət olmasın. Yəni, bu 



Ģəxs  sivilizasiyaları  bir-biri  ilə  barıĢdırmaq  yolunu  tutub. 

Beləliklə,  Yusif  Vəzirovun  belə  xoĢməramlı  təklifi  olub.   

Əlbəttə, Yusif Vəzirov bu təklifi təkcə öz adından deməmiĢdi, 

Azərbaycan Xalq Cümhuriyyəti ilə razılaĢdırmıĢdı.   



 

VATĠKANIN XIX ƏSRĠN SONU – XX ƏSRĠN 

ƏVVƏLLƏRĠNDƏ AZƏRBAYNCANDA APARDIĞI 

DĠNĠ SĠYASƏTLƏ BAĞLI MƏXFĠ ARXĠV SƏNƏDLƏRĠ 

 

Vatikan  Məxfi  arxivlərində  katolik  kilsəsinin  XIX 



əsrin sonu – XX əsrin əvvəllərində azərbaycanlıların yaĢadığı 

ərazilərdə,  o  cümlədən,  indiki  Azərbaycan,  Ermənistan, 

Gürcüstan  və  Ġran  Ġslam  Respublikaları  ərazilərində,  dini 

təbliğat  və  dini  siyasətlə  bağlı  məxfi  sənədləri  mühafizə 

olunur. Sənədlər, əsasən, latın, italyan və fransız dillərindədir. 

Onların  əksəriyyəti  aĢağıdakı  qovluqlarda  cəmləĢdirilib: 



“Archivio  Della  Nunziatura  Apostolica  in  Iran  (Persia) 

(1910-1936). A cura di Daniele Federico Rosa. Indice 1253. 

(Ġrandakı  Vatikan  səfirliyinin  Arxivi.  Ġndeks  1253  (Arch. 

Nunz.  Ġran).  A  cura  di  Daniele  Federico  Rosa.  Citta  del 

Vaticano, 2008). 

Sənədlərdən aydın olur ki, katolik dininin təbliği təkcə 

Vatikan  tərəfindən  deyil,  həm  də  katolik  ölkəsi  olan  Fransa 

hökuməti  tərəfindən  də  dəstəklənirdi  və  bu  məqsədlə 

Fransanın  dövlət  büdcəsindən  xeyli    vəsait  ayrılırdı.  Bu 

fəaliyyət,  əsasən,  Cənubi  Azərbaycanda  (Ġranda)  və  ġimali 

Azərbaycanda  xristianlığın  dəstəklənməsi  və  katolik  dininin 

təbliği  ilə  səciyyələnirdi.  Tədbirlər,  əsasən,  Ġranda  yerləĢən 

katolik  nunsiləri  tərəfindən  həyata  keçirilirdi.    (Ġndice  1253 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə