Azərbaycan miLLİ elmlər akademiyasinin m. FÜzuli adina əlyazmalar institutu



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə6/20
tarix04.07.2018
ölçüsü0,94 Mb.
#53149
1   2   3   4   5   6   7   8   9   ...   20

17 

 

sayılan oğlu Vaxtanqın dövründə və Kilikiyada böyük knyaz 



Rubenin  dövründə,  müzəffər  Gürcüstan  çarı  Georginin 

öldüyü, baĢ keĢiĢ Qriqorini Emənistanda patriarxlıq etdiyi və 

baĢ  yepiskop  Stefanın  bizim  Alban  ölkəsində  hakimiyyətdə 

olduğu dövrdə...

―Alban  salnaməsi‖nin  müəllifi  Mxitar  QoĢun  məhz 

alban  müəllifi  olduğu  akademik  Ziya  Bünyadov  tərəfindən 

əsaslı  Ģəkildə  sübut  edilmiĢdir

2

.  Maraqlıdır  ki,  Ermənistan 



Elmlər Akademiyasının ilk prezidenti akademik Ġ.A.Orbeli də 

bunu təsdiqləyirdi:  ―Mxitar QoĢ, öz  əsərini  yazmağa ―bizim 

çarlıqda hakimiyyətsizliyin çoxdan hökm sürdüyü illərdə və 

bizim Albaniya baĢ yepiskopu Stefanın ölkəsində baĢladığını 

bildirir‖.  Ġ.A.Orbeli  yazır  ki,  Albaniya  Mxitar  QoĢun 

vətənidir:  ―Mxitar  həmin  illərdə  öz  əsərini  yazmağa  harada 

baĢladığını  da  dəqiq  göstərir:   ―Həmin  Arran  ölkəsində‖. 

Burada bir Ģey diqqəti cəlb edir ki, o, Arrandan, yəni qədim 

Albaniyanın  vilayətlərindən  biri  haqqında  danıĢarkən  və 

Gəncə  mahalını  xatırlayarkən,  Gəncəni  ―Ģəhərlərin  anası‖, 

―metropoliya‖ adlandırır. ―Mxitar QoĢ özünün Arranla, onun 

ən  böyük  və  ən   əhəmiyyətli  Ģəhəri  olan  Bərdənin 

dağılmasından sonra, ona doğma olan Qandzak, yəni Gəncə 

ilə bağlılıq düĢüncəsini itirməmiĢdi‖. Ġ.A.Orbeli davam edir: 

―Beləliklə,  Mxitar  böyük  Nizaminin  müasiri  və  az  qala 

həmyaĢıdıdır,  eləcə  də  hələ  uĢaqlıq  çağından  Nizaminin 

böyüdüyü həmin Ģəhərlə bağlı idi‖. Sonra isə  yazır: ―Mxitar 

QoĢun  fəaliyyəti  mədəni  cəhətdən  erməniləĢmiĢ  Arsax 

(Yuxarı  və  AĢağı  Xaçen,  yəni,  Tərtərçay  və  Xaçençay 

                                                 

2

 

Буниятов З.М. Азербайджан в VII-IX вв. Баку, Из-во АН Азерб. 



ССР, 1965. 404 c. 


18 

 

çaylarının  arası)  vilayəti  ilə  bağlı  idi‖  (bax:  Избранные 



труды, I cild, səh. 213 və davamı).

3

  



 

AZƏRBAYCAN NESTORĠANLARININ VATĠKANLA 

ƏLAQƏLƏRĠNƏ DAĠR SƏNƏDLƏR 

 

Erkən orta əsrlərdən, Sasanilər dövründən baĢlayaraq, 



Azərbaycanda  xristian  dininin  cərəyanlarından  biri  – 

nestorianlıq  (nəsturilik)  geniĢ  yayılmağa  baĢladı

4

.    Vatikan 



Məxfi 

Arxivlərində 

Roma 

papalarının 



Azərbaycan 

nestorianları ilə əlaqələrinə dair xeyli məlumat var.   

Nestorianlıq  (nəsturilik)  təliminə  görə  Tanrı  təbiəti 

Ġsaya onun doğulmasından sonra daxil olmuĢdu, və ona görə 

də  Məryəm  ananı  ―Tanrının  anası‖  deyil,  ―Ġsanın  anası‖ 

adlandırmaq  lazımdır.  Bu  iddiaya  görə    nestorianlıq  əsas 

kilsələr  tərəfindən  heretik  xristian  təriqəti  və  cərəyanı 

sayılırdı.  Bu  təriqət  451-ci  ildə  xristianların  Xalkidon  

ġurasında heretik elan edilmiĢdi və onun tərəfdarları təqiblərə 

məruz  qalaraq  ġərqə  -  Sasani  dövlətinə  qaçmağa  məcbur 

olmuĢlar.  Orta  əsrlərdə  nestorianlığın  Azərbaycanda  çoxlu 

tərəfdarları  olub.  Məsələn,  Xaqani  ġirvaninin  anası  Rəbiyə 

islam  dinini  qəbul  etməzdən  öncə  nəsturi  olmuĢdur.  Sasani 

imperiyası  dövründən  baĢlayaraq,  daha  doğrusu,  V  əsrdən 

sonra,  nəsturilik,  həmin  ərazidə  yayılmıĢ  əsas  xristian 

cərəyanlarından  biri  idi.  Bizans  imperiyasında  təqibə  məruz 

qalmıĢ  nestorianlar (nəsturilər) məhz  Bizansın  qatı düĢməni 

olmuĢ  Sasanilər  tərəfindən  himayə  altına  alınmıĢ  və  burada 

                                                 

3

 Орбели И.А. Избранные труды. Ереван, 1963, т. 1, с. 213  



4

 Касумова С.Ю. Христианство в Азербайджане в раннем средневе-

ковье. Баку: Master Print & Publishing, 2005, с. 3-7 

 



19 

 

sığınacaq  tapmıĢdılar.  Nəsturilər,  Mərkəzi  Asiyaya  tərəf 



adlayaraq, Çin Türküstanına çatmıĢ və uyğur türkləri arasında 

öz dilərnini təbliğ edərək, orada böyük nüfuz qazanmıĢdılar. 

Vatikan  Məxfi  Arxivlərində  aparılmıĢ  tədqiqatlar 

zamanı nestorian məzhəbinin Azərbaycandakı patriarxlarının 

Roma  papalarına  göndərdiyi  məktubları  aĢkar  edilmiĢdir. 

Onların arasında nestorian partiarxı Mar Yabalaxanın Papaya 

məktublarını  xüsusilə  qeyd  etmək  lazımdır.  Qeyd  edək  ki, 

Elxanilər  dövründə  (XIII-XIV  əsrlər)  Azərbaycanın  Marağa 

Ģəhərində yerləĢən nestorian patriarxları  Yaxın və Orta ġərq 

nestorianlarına  dini rəhbərlik edirdilər.  

Bu  sənədlərin  CD  surəti  Bakıya  gətirilmək  üçün 

sifariĢ verilərək əldə edilmiĢdir.  



A.A., Arm. I-XVIII, 1800:  Due lettere “Iabalachae 

patriarchae  Orientis”  a  Bonifacio  VIII  (anno  1302)  e  a 

Benedetto XI (anno 1304) con copia della predette lettere 

per Benedetto XI. 

ġərqin patriarxı Yabalaxanın VIII Bonifasiya (1302 il) 

və  XI  Benediktə  (1304  il)  göndərdiyi  iki  məktub  və  XI 

Benetiktin ona bundan əvvəl göndərdiyi məktubunun surəti.   

 Nestorian 

katalikosu-patriarxı 

Mar 


Yabalaxa 

(dünyəvi adı – Markos)  milliyətcə uyğur türkü olmuĢ və 1245 

ildə  Çin  Türküstanının  KoĢanq  Ģəhərində  anadan  olmuĢdur. 

1317  ildə  Azərbaycanın  Marağa  Ģəhərində  vəfat  etmiĢ  bu 

Ģəxs, 1281 ildə Elxani hökmdarı Abağa xanın xeyir-duası ilə    

Nestorian  (Nəsturi,  Aysor)  kilsəsinin  rəhbəri  seçilmiĢdir  və 

1371 ilə  qədər bu vəzifədə  qalmıĢdır.  Mar Yabalaxa katolik 

cərəyanına  dərin  rəğbət  bəsləmiĢ  və  Vatikanla  hərtərəfli 

əlaqələr  qurmuĢdu.  1304  ildə  XI  Benediktə  göndərdiyi 

məktubda  Mar  Yabalaxa  katolik  dinini  qəbul  etməsini  elan 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə