Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə14/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   10   11   12   13   14   15   16   17   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
M.Ə. MAHMUDOV  
 
AZƏRBAYCAN DİLİ QLOBALLAŞMA ŞƏRAİTİNDƏ
*
 
 
Açar sözl
ər: qloballaşma, Azərbaycan dili, tətbiqi dilçilik, internet, dövlət dili 
Ключевые  слова:  глобализация,  азербайджанский  язык,  прикладная  линг-
вистика, интернет, государственный язык 
Key words: globalization,  the Azerbaijani language, applied linguistics, internet, 
the state language 
 
Az
ərbaycan dili bizə ulu babalarımızdan miras qalmış ən qiymətli milli sər-
v
ət, ən möhtəşəm, əbədiyaşar tarixi abidədir. Azərbaycan dilinin saflığını, təmiz-
liyini qorumaq, ona d
ərin ehtiram və qayğı ilə yanaşmaq hər bir azərbaycanlının 
v
ətəndaşlıq borcudur. 
Az
ərbaycan  dili  indiki  inkişaf  səviyyəsinə  çatana qədər yüz illər boyunca 
mür
əkkəb, ziddiyyətli, çətin bir yol keçmişdir. Dəfələrlə yadellilər torpaqlarımıza 
göz di
kmiş,  bizi  əsarət  altında  saxlamağa,  adət-ənənələrimizi, dilimizi 
unutdurmağa cəhd göstərmiş, lakin uğursuzluğa düçar olmuş, istəklərinə nail ola 
bilm
əmişlər. 
IV-V 
əsrlərdə  Azərbaycan  dili  artıq  ümumxalq  danışıq  dili  kimi  geniş 
f
əaliyyət göstərmiş  və  həmin  dildə  “Kitabi-Dədə  Qorqud” kimi möhtəşəm bir 
abid
ə yaranmışdır. 
Bu  dili  qorumaq,  onu  inkişaf  etdirmək hər bir azərbaycanlının  həm də 
övladlıq vəzifəsidir. 
Az
ərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli fərmanında 
qeyd olunduğu kimi, dil öz daxili qanunları əsasında inkişaf edirsə də, onun tədqiq 
v
ə  tətbiq edilməsi  üçün  yaradılmış  geniş  imkanlar  bu  inkişafın  daha  sürətli və 
dolğun olmasına imkan verir. 
Az
ərbaycanda dilçilik sahəsində başlıca elmi-tədqiqat mərkəzi olan Nəsimi 
adına  Dilçilik  İnstitutunda  Azərbaycan dilinin tarixi, müasir vəziyyəti,  inkişaf 
istiqam
ətləri, qohum və  qohum olmayan dillərlə  əlaqəsi, digər elm sahələri ilə 
h
əmhüdud sahələri,  informasiya  texnologiyalarından  istifadə  olunmaqla internet 
m
əkanında işlənməsi məsələləri həmişə prioritet hesab olunmuşdur. 
N
əzəri və tətbiqi dilçilik məsələləri, müasir qloballaşma şəraitində dillərin, o 
cüml
ədən Azərbaycan dilinin internet məkanında  işlənməsinin tətbiqi-linqvistik 
tex
nologiyalarının  hazırlanması,  dilçiliyin  dünya  elmi  kontekstində  öyrənilməsi 
günümüzün vacib m
əsələlərindəndir. Lakin, hər şeydən əvvəl, doğma Azərbaycan 
*
  M
əqalə  qismən dəyişikliklə  “Elm” qəzetində  (29.12.2012,  №-37-40)  “Qloballaşan  dün-
yada  dil  situasiyası”  adı  ilə  çap  olunmuşdur.Problemin  aktuallığını  nəzərə  alaraq bu topluda 
m
əqalənin çapı məsləhət görüldü. Redaksiya şurası 
 
 
34 
                                                 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
dilinin h
ərtərəfli öyrənilməsi ön planda olmalı, ana dilimiz daha dərindən və ciddi 
araşdırılmalıdır. Məhz buna görə də, Azərbaycan dilinin müasir vəziyyəti, funksi-
o
nal  üslubları  və  nitq mədəniyyəti, tarixi, qədim  yazılı  abidələrin və  ayrı-ayrı 
klassikl
ərin dili, eləcə də respublikada və respublikadankənar ərazilərdə Azərbay-
can dilinin v
ə  şivələrinin öyrənilməsi məsələlərinə  xüsusi diqqət yetirilməlidir. 
Az
ərbaycan dilinin dünya dilləri və Azərbaycanda yaşayan azsaylı xalqların dilləri 
il
ə qarşılıqlı əlaqədə öyrənilməsi, türk dillərinin fonetik, leksik və qrammatik qu-
ru
luşunun müqayisəli tədqiqi, bu dillər arasında Azərbaycan dilinin yerinin müəy-
y
ənləşdirilməsi, Azərbaycan  ərazisində  və  respublikadankənar  ərazilərdə, türk 
(Az
ərbaycan) mənşəli onomastik vahidlərin tədqiqi də dilçiliyimizin vacib sahələ-
rind
əndir. 
Az
ərbaycan dili leksikasının öyrənilməsi, Azərbaycan dilinin izahlı, ensiklo-
pedik, ikidilli v
ə  çoxdilli tərcümə  lüğətlərinin, eləcə  də  terminoloji  lüğətlərinin 
t
ərtibi, terminologiyanın tarixi və inkişaf qanunauyğunluqlarının araşdırılması da 
çox vacibdir. 
Az
ərbaycan dilinin dünya dilləri ilə əlaqəli şəkildə tədqiqi kontekstində ger-
man v
ə roman dilləri xüsusi yer tutur. Bu, qloballaşan dünyada ingilis dilinin get-
dikc
ə daha çox yayılması, beynəlxalq ünsiyyət dilinə çevrilməsi ilə səciyyələndiri-
l
ə bilər. Biz unutmamalıyıq ki, dünyanın heç bir elmi mərkəzində Azərbaycan dili 
bizd
ə  olduğundan  yaxşı  və  dərindən  araşdırıla  bilməz. Nəzərdə  tutmaq  lazımdır 
ki, dövl
ət dilimiz olan Azərbaycan dilinin inkişafı, öyrənilməsi, saflığının qorun-
ma
sı  dövlət tərəfindən tənzimlənir və  “Azərbaycan Respublikasında dövlət dili 
haq
qında” Qanun Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamla-
yan r
əsmi sənəddir. 
Yaşadığımız  XXI  əsr  qloballaşma  əsridir.  Qloballaşma  həyatın  bütün 
sferalarına olduğu kimi milli dillərə, adət-ənənələrə, dünyagörüşə, xalqın ruhunun 
v
ə  vərdişlərinin təzahürü olan mentalitetə  də  güclü təsir göstərir. Bu təsirin 
əlamətləri, hətta nəticələri artıq özünü qabarıq şəkildə büruzə verməkdədir. 
Qloballaşma  latın  mənşəli “qlobal” sözündən olub “yer kürəsini bürüyə 
bil
ən, əhatə edən” mənasını verir. Bu kontekstdə qloballaşma – bütün yer kürəsinə 
aid hadis
ənin, prosesin baş verməsi kimi izah oluna bilər. 
Qloballaşma obyektiv olaraq baş verən qarşısıalınmaz prosesdir. Biz onun 
qarşısını  alıb  saxlaya  bilmərik.  Ən  yaxşı  halda  biz  qloballaşma  şəraitində  milli 
m
ənliyimizi, mentalitetimizi, dilimizi qoruyub saxlamağın yollarını axtara bilərik. 
Qloballaşmanı  doğuran  səbəblər  kimi  dünya  iqtisadiyyatında,  siyasətində, 
m
ənəviyyatında  gedən inteqrasiya, birlik meyilləri  (Avropa  İttifaqı,  Avropa 
Birliyi, Ümumi bazar, MDB, GUAM v
ə s.), informasiya texnologiyalarının sürətli 
inkişafı,  internet  şəbəkəsinin getdikcə  daha çevik və  əhatəli  olması,  dəyişən 
dünyada ingilis dilinin rolunun v
ə nüfuzunun artması göstərilə bilər. 
Qloballaşmanın  ziyanı  nə  ola bilər? Milli dillərin  işləkliyi getdikcə  azala 
bil
ər, bir çox azsaylı xalqların dilləri yox ola bilər, adət-ənənələr, vərdişlər unudu-
 
35 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə