Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə6/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   2   3   4   5   6   7   8   9   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
dey
ə bilməyən “efir adamlarına” da rast gəlirik. Xüsusən ünvan deyəndə, məsələn, 
“üç x
ətt 5” demək  əvəzinə  yersiz olaraq rusun ifadəsindən istifadə  edərək “üç 
drob beş” deyirlər. 
Efir
ə  tam təsadüfi  adamlar  buraxıldığından,  avtobusda  sürücünün 
radiosundan  allı-güllü sözlər  çıxır.  Əlbəttə, belədə  ədəbi dil norması  lap  arxaya 
keçir, küç
ənin “ağırçəkili” leksikonu irəli çıxır. Bu, sürücüyə xoş, doğma, gülməli 
görünürs
ə, sərnişinlərin  etik  normalarına  zidd  gəldiyi  üçün  onları  əsəbiləşdirir. 
Ardınca  adi  bir  vətəndaş  belə  deyir:  “Hörmətli prezidentimizə  uzun ömür, 
cansağlığı arzulayıram, 56 milyon əhalinin qaz borcunu sildiyinə görə”. Başqa bir 
v
ətəndaşın dediyindən: “300 milyon əhalimizin hamısı xoşbəxt olsun!” 
Bu is
ə jurnalistin dediyidir: “Dünən Cənubi Azərbaycanda iğtişaş olub: iki 
az
ərbaycanlı ölüb, bir nəfər naxçıvanlı”. Bu məlumatda idrak, nitq mədəniyyətinin 
aşağı səviyyədə olduğu görünür. 
Mobil telefonlara g
əlincə, bütün dünya xalqlarının qrafikası, hətta mürəkkəb 
Çin heroqlifl
əri, yapon, hind xətti ilə yazışma mümkün olduğu halda, biz “ç”-nı 
“ch”, “ş”-nı “sh” və ya “w” kimi göstərib, anormal yazıdan istifadə edirik. Bu hal-
da orfoqafiyadan heç söz d
ə ola bilməz. Hər halda latın qrafikasına bir neçə spesi-
fik işarəli hərflərimizi əlavə etməklə milli simamızı, üstəgəl heysiyyətimizi göstə-
r
ə bilərik. Qonşularımız – erməni və gürcülər bunun öhdəsindən çoxdan gəliblər. 
Bir  sıra  hallarda  hər  hansı  yeni  bir  sözü  çoxları  düzgün  tələffüz etmir. 
M
əsələn, təhsil sisteminə təzəliklə daxil edilmiş “kollokvium” sözünü 90% adam 
“kollekvium” kimi deyir. Buna s
əbəb isə, utanc olsa da, müəllimlər özüdür. 
T
ələbələr onlardan eşitdiklərinı “qanun” kimi qəbul edirlər. 
B
əzi adamlar öz dilinin ahəngini pozaraq rus, ingilis, türk sözlərini danışığı-
na qat
ıb onu eybəcər hala salır. Söhbət  boyu gah “okey, yes”, deyir, gah “əvət, 
m
ərhəba, əfəm”, gah da “nu, kaneşno,vaabşe”... sözlərindən istifadə edir. 
N
əşriyyatın cəmiyyət üçün gördüyü iş əvəzsizdir. Burada çap olunan elmi, 
b
ədii, kütləvi, texniki ədəbiyyat, dərsliklər və  s. cəmiyyətə, sözsüz ki, fayda 
g
ətirir. Lakin bu  məkanda da məyusedici  hallar  vardır.  Sırf  təsadüfi, qazanc 
dalınca qaçanlar “öz nəşriyyatlarını”, öz qəzet-jurnallarını” açır və xalqı özlərinə 
m
əxsus  “xoşbəxt” edirlər.  Əvvəla,  heç  bir  normaya  sığmayan,  içi  orfoqrafik 
s
əhvlərə qərq olmuş üzdəniraq kitablar, əsasən şeirlər buraxırlar ki, bunların dili 
adic
ə  çayxana söhbətləri, hal-əhval tutmadan o yana getmir. Bəzən  süjeti  aydın 
olmayan, dili qüsurlu romanlar yazıb nəşr edir, yaxud tərcümə əsər kimi təqdim 
oluna bil
ən roman, povest çap edirlər. Oxucu onu oxuyur, amma heç nə  başa 
düşmür. Çünki tərçüməçi, tutaq ki, rus dilini ala-yarımçıq bilib, qazanc əldə etmək 
ist
əyən çilingərdir. Onun dilimizin söz sırası barədə təsəvvürü çox bəsitdir. Odur 
ki “ Ivan Mariyanı çağırdı” əvəzinə “Mariyanı İvan çağırdı”kimi tərcümə edir və 
düşünür  ki,  sözlər tamamilə  düzgün tərcümə  olunub, ona görə  qalanı  barədə 
fikirl
əşməyə dəyməz. Nəticədə, cəfəngiyyat, anlaşılmazlıq, bədii təfəkkürün evini 
yıxmaq! 
 
15 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
R
əsmi-kargüzarlıqla bağlı sənədlər bir çoxları üçün çətin sınaqdır. Əgər bu 
tip materiallara – 
ərizə, əmr, protokol, akt və s. baxsaq, saysız-hesabsız səhvlərlə 
üzl
əşərik. Maraqlıdır ki, belə formalarda düzgün yazanlar azdır. Adicə ərizə yaz-
maq çoxları üçün çətin sınaqdır. Arayış formasına gəldikə isə, o bizə rus dili for-
ma
sında yadigar qalmışdır: “Arayış verilir (k i m ə s ə) ondan ötrü ki,o,.... “Bunu 
Az
ərbaycan dilinin söz sırasına uyğunlaşdıranda “Arayış (kiməsə) ondan ötrü ve-
ri
lir ki...” formasını alır. 
Reklam, afişa, dükan adlarına, elanlara baxanda burada da xeyli qəribəlik-
l
ərlə  rastlaşırıq.  Məsələn  pepsodentin  reklamında  “çürüksüz  diş”,  başqa  bir  rek-
lamda “mük
əmməl dad” işlənir. Halbuki dilimizdə nə “çürüklü”, nə də “çürüksüz” 
sözü var. Bunların yerinə “saf” və “çürük” sözləri işlənir. Dad ləzzətli, ya da gözəl 
ola bil
ər. “Mükəmməl” sözü bitkin, kamil mənasında müəyyən elmi, bədii, musiqi, 
r
əsm və b.k. əsərlərə aid olur. 
Küç
ədə  maşının  üstündə  Qazax dialektində  yazılmış  balaca  bir  elan  görü-
nür: “Sateyram”. Sanki bunu yazan onu ancaq öz yerlil
ərinə satmaq istədiyi üçün 
ədəbi dildə yazmayıb. 
İdman şərhçiləri də əcaib fikirlər deyərək dildə məntiq normasını pozurlar: 
Futbol şərhçimiz Azərbaycan yığması Polşaya 3:0 uduzduğu bir anda deyir: “60-
cı dəqiqədir, oyunda hesab yaxşıdır(!) 3:0 geridəyik”. Yenə də futbol şərhçimiz:” 
İdman sahəsinə  xüsusi  qayğı  göstərilir, məhz bunun nəticəsidir ki,  futbol üzrə 
dünya  sıralanmasında  xeyli  irəliləmişik,  110-cu yerdəyik. Və  ya:  “Top  qapının 
dir
əyini yalayaraq içəri girdi”; “Top qapıdan keçsə, qol olacaq”. 
Günd
ə bir film, hətta serial çəkməyə qadir “rejissorlar” ssenariləri başdan-
ayağa  səhv ifadələrlə  dolu  film çəkib  tamaşaçılara  tərdim edirlər. Bu da ondan 
ir
əli gəlir ki, ssenarini yaxşı pul qazanmaq istəyən az savadlı adama tapşırırlar və 
bu  işdən  professional  ssenarist  uzaqlaşdırılır  ki,  pula qənaət edilsin. Və  ya 
t
ərcüməni  yarısavadlıya  həvalə  edirlər  və  nəticədə  ekrandan  əcaib ifadələr 
s
əslənir: “Mənə kastor yağı ver”, “Lopatkanı götürsənə”. Əlbəttə ki, “kastor yağı” 
deyil, “g
ənəgərçək yağı”,  “lopatka”  deyil,  “bel”  işlətmək  düzgündür. Dillə  belə 
r
əftar etmək olmaz. O, ümumxalq  malıdır.  Aydın  görünür  ki,  hər yerdə  olduğu 
kimi, dil normalarının pozulmasında da maddi maraqlar üstün gəlir. 
Mahnı mətnlərinə gəlincə, onların bir qismində mənasızlıq, musiqi ilə uyuş-
mama özünü göst
ərir, müğənninin nitqi isə qüsurlu, dialekt ünsürləri ilə dolu olur. 
El
şad Xose və Hüseyn Dərya kimi repçilərin ifasında isə söyüşlər səslənir ki, bu 
da 
ədəbi dil normalarına tam ziddir. 
Ulu baba  - 
oğul  -  ata  adları  ilə  bağlı  ad  sistemimiz  nədənsə  ruslaşdırılıb. 
Qabaqlar bel
ə  yazardıq:  Şıxlı  Orxan  Toğrul  oğlu.  İndi  isə  ruslardakı  ardıcıllığa 
gör
ə Orxan Toğrul oğlu Şıxlı yazırıq. Axı bu sıralanma bizə uyğun gəlmir. 
Mill
əti böyük dairələrdə təmsil edərkən daha böyük məsuliyyət daşınır. La-
kin b
əzən ya rustəhsilli olan, ya da öz dilini bilməyən məmurlar fikirlərini düzgün 
çat
dırmaqda çətinlik çəkirlər. 
 
16 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə