Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə8/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   4   5   6   7   8   9   10   11   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
yeni m
əzmunlu fel variantının – ətdəməx' (Naxçıvan) – “kimisə döymək” felinin 
yaran
masına səbəb olmuşdur. 
Əldaşı  (Dərbənd)  əldəyirmanıdır.  Əldəyirmanının  kilkilə  (Qazax,  Şama-
xı)//kirkirə (Bərdə, Bolnisi, Cəbrayıl, Salyan, Culfa) formasında işlənməsi də dia-
lekt v
ə şivələrimizdə müşahidə olunur. 
Əpbəx'daşı (Şərur, Naxçıvan) üstündə yuxa yaymaq üçün alətdir. Düzəldiyi 
materialdan asılı olaraq ifadənin ikinci komponenti dəyişməyə başlamışdır. Belə 
ki, ilkin forma d
aşla bağlı olduğu üçün əpbəx'daşı, sonradan daş kəclə əvəz olunsa 
da, daşlaşmış kəc olduğu üçün yenə də əpbəx'daşı, material taxtadan olduğu üçün 
əpbəx'  taxdası  (Naxçıvan),  zahiri  görünüşünə  görə  dördə:x (Kəlbəcər, Tərtər)// 
dörd
əyağ//dördəyax  (Ağdam,  Ağdərə,  Bakı,  Cəbrayıl,  Göyçay, Səlyan, Tərtər) 
şəklində  işlənmiş,  hətta  üçayaqlı  olsa  belə, sonradan yenə  də  “dördayaq” 
adlanmışdır. Həmin sözün ə:axlı (Gədəbəy, Göranboy)// ə:xlı (Basarkeçər, Tovuz) 
variantlarına da dialekt və şivələrində rast gəlirik. 
Ümumiyy
ətlə,  daşla  bağlı  olan,  daşdan  düzəldilən məişət  əşyalarının  daş 
dövrün
ə aid olması heç bir mübahisə doğurmur. Hətta məişətimizdə daş axurdan − 
üzümün suyunu çıxartmaq üçün daş alətdən də istifadə olunmuşdur. 
Bununla da dil vahidl
əri insanın təşəkkül dövrünün öyrənilməsində bir vasi-
t
əyə çevrilir. 
 
 
20 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
 
N.Q. QAZIYEVA  
 
ƏDƏBİ DİL VƏ DİALEKT MÜNASİBƏTLƏRİ 
 
Açar sözl
ər: ədəbi dil, dialekt, keçid şivə, qarışıq şivə. 
Ключевые слова: литературный язык, диалект, говор. 
Key words: literary language, dialect, subdialect. 
 
Daxili qanunları ilə idarə olunaraq sistem təşkil edən dil varlıq kimi nizam 
v
ə prinsipial daxili ardıcıllığa malikdir. Hətta tipoloji baxımdan müxtəlif dillərin 
möv
cudluğu  onların  təbiətən vahid prinsiplər  əsasında  idarə  olunması  faktlarını 
inkar etmir. Bunu müxt
əlif dillərin  timsalında  ümumi  qanunauyğunluğu  əks 
etdir
ən nəzəriyyələr də  sübut  etmişdir.  Təsadüfi deyil ki, dillər üçün ümumi, 
universal n
əzəriyyələr ortaq cəhətlərin müəyyən  olunması  ilə  ümumilikdə  dil 
qanunlarını  və  ümumi  inkişaf  meyillərini müəyyən etməyə  imkan verir. Bir 
zamanlar «dalğa nəzəriyyəsi»nin irəli sürülməsi (X.Şuxardt, G.Şmidt) areal dilçi-
likd
ə bir sıra həlli vacib problemlərin müəyyənləşməsi və dilçilik sahəsi kimi bu 
sah
ədə araşdırma perspektivlərinə aydınlıq gətirilməsinə yol açmışdı. Dillərin in-
ki
şaf xüsusiyyətləri ilə bağlı bir sıra məsələlərin öyrənilməsində dilin və xalqın ta-
rixini v
əhdət halında özündə birləşdirərək əks etdirən dialektlərin dərindən araşdı-
rılması və eləcə də dillərin müasir inkişaf mərhələsində ədəbi dil və dialekt müna-
sib
ətindəki bəzi məqamların  meydana  çıxarılması  vacib  məsələlərdəndir. Lakin 
dia
lekt faktlarının araşdırılması ilə bağlı, ümumiyyətlə, metodologiyanın dəyişil-
m
əsinə, burada struktur metodların tətbiqinə ehtiyac hiss olunur. Dialektlərə məhz 
bel
ə ciddi münasibət bir sıra ümumi dil qanunlarının aşkar olunmasına şərait yara-
da bil
ər. Əvvəla,  «dialekt» termininin anlayış kimi doğurduğu assosiasiyaya ay-
dınlıq gətirmək lazımdır, bunun «qapalı, konkret, sərt sərhədləri olan areal» kimi 
an
laşılması bəzən bir sıra məsələlərlə bağlı yanlış fikirlərin irəli sürülməsinə sə-
b
əb olur. Dialektlər eyni bir dilin daxilində olduğundan burada, təbii ki, dil hadi-
s
ələri baxımından sərt keçidlər, qapalı sərhədlərdən söhbət gedə bilməz. Sadəcə 
izoq
losların aydın xətlə seçildiyi sahələrdə fərqli dialektlərin mövcudluğundan da-
nışmaq  olar.  Areal  baxımdan  dil  hadisələrinin  yayılma  xüsusiyyətlərinin  «dalğa 
n
əzəriyyəsi»nin mahiyyətində dəqiq izahını dialektlərdə dil hadisələrinin yayılma 
istiqam
ətini və  dərəcəsini izləməklə  görmək olar. Məlumdur ki, bu nəzəriyyəyə 
gör
ə, bir nöqtədən başlayaraq yayılan dil hadisəsi kənara getdikcə zəifləyir – bu 
is
ə variantlılığın meydana gəlməsi və areal şəraitlə şərtlənən fərqli dil vahidlərinin 
for
malaşmasına  şərait  yaradır.  Beləliklə,  tarixi  inkişafın  müəyyən mərhələsində 
dildaxili amill
ərlə  yanaşı, dilxarici faktların da şərtləndirdiyi dialektlər meydana 
g
əlmiş  olur.  Dil  hadisələrinin tədrici keçidi müxtəlif dialektlər  arasında  «xüsusi 
zo
na»nın formalaşması ilə müşahidə olunur ki, bu şivələr «keçid» və ya «aralıq» 
 
21 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
şivə terminləri ilə ifadə olunur. Dialektlər eyni dilə aid olduğundan əvvəldə qeyd 
etdiyimiz kimi, 
əsas dialektlər arasında sərt keçid olmur və demək olar ki, dialekt-
l
əri tədqiq olunmuş əksər dillərin başlıca dialektləri arasında «keçid zona»ların ol-
ma
sı qeyd olunur. Bu aralıq zonada əsas şivələrin sərhədləri yox olur, əsas şivələ-
rin h
ər birinə aid xüsusiyyətləri özündə əks etdirir – müxtəlif şivələrə aid variant-
la
rın qarşılaşması və seçimi gedir. Bu isə tipoloji baxımdan ədəbi dilin formalaş-
ma prosesini xatırladır. Aralıq şivələrdə «seçim» dildaxili qanunlara uyğun – sər-
b
əst olaraq gedir və bu «daxili seçim» elə prinsiplərə əsaslanır ki, seçilmiş vari-
antlar dil hadis
ələrinin sonrakı inkişaf xüsusiyyətləri və dil daşıyıcılarının istifadə-
si üçün daha m
əqbuldur (məs., «qənaət» prinsipinə  uyğundur)  və  bu prinsiplər
sözsüz ki, 
şüurlu şəkildə «seçmə və əvəzetmə yolu ilə» ədəbi dilin formalaşması 
üçün n
əzərdə tutulan variantlarla üst-üstə düşür. Aralıq zonada isə bütün şivələr-
d
ən uzaqda olan «mərkəz» hissə daha «seçilmiş» və özünəməxsusdur. Beləliklə, 
«dal
ğa  nəzəriyyəsi»nə  görə  bir nöqtədən  başlayaraq  yayılan  dil  hadisəsi kənara 
getdikc
ə zəifləyirsə, dil daxilində dialektlərin münasibət xüsusiyyətlərinin araşdı-
rılması başlıca dialektlər arasında «dalğa nəzəriyyəsi»nin «geri» variantının getdi-
yini göst
ərmiş olur – mərkəzə doğru «nüvə»də dil hadisələrinin xüsusi «ağıllı» se-
çimi gedir ki, bu da son n
əticədə ədəbi dil norması ilə üst-üstə düşür. 
Şamaxı, Şəki, Qarabağ, hətta Qazax və Bakı dialektlərinin bəzi xüsusiyyət-
l
ərini özündə əks etdirən keçid şivələrdən bəhs edərkən A.Vəliyev şərq, qərb və 
şimal qrupu şivələri arasında yerləşən Göyçay, İsmayıllı, Ağdaş, Ucar kimi şivə 
qrup
larının öyrənilməsinin xüsusi əhəmiyyətini vurğulayaraq qeyd edir ki, Azər-
baycan 
ərazisinin mərkəz  (orta)  rayonları  əhalisinin dialekt xüsusiyyətlərini  əks 
etdir
ən bu şivələrdə (A.Vəliyev. «Azərbaycan dialektologiyasına aid materiallar» 
Ba
kı, 1960, s. 4-5) «dilin qrammatik quruluşu daha möhkəm və sabit olduğundan 
bu
rada ayrı-ayrı dialekt qruplarına xas olan morfoloji hadisələrin bəzi ünsürləri ilə 
b
ərabər bütün qruplara məxsus olan ümumi cəhətlər – ədəbi dil normaları (kursiv 
bizimdir – N.Q.) da n
əzəri cəlb edir. Beləliklə, keçid şivələrin qərb, şərq və şimal 
qrup
ları  ilə  ədəbi  dil  arasında  körpü mövqeyində  durduğunu  müəyyənləşdirmək 
olar» (A.V
əliyev. «Azərbaycan dialektologiyası». Bakı, 1975, s. 3). 
Ədəbi  dil  normaları  ilə  «mərkəz» dialektə  məxsus dil vahidlərinin uyğun-
luğu müxtəlif dillərlə bağlı tədqiqatlarda qeyd olunmuşdur. Komi-zıryan ədəbi di-
linin 
əsasında  duran  Sıktıvkarətrafı  şivə  sısol  şivəsindən  viçeqod  şivəsinə  keçid 
t
əşkil edir («Общее языкознание». M., 1970, s. 456). Tatar ədəbi dilinin əsasında 
m
ərkəzi dialekt dayanır («Современной татарский литературный язык», s. 6). 
Müasir belorus milli dilinin 
əsasında Belorusiyanın mərkəzi hissəsinin dialekti da-
ya
nır (Виноградов В.В. Проблемы литературных языков и закономерностей 
их образования и развития. М., 1967, с. 61). Müasir Makedoniya dili mərkəzi 
Ma
kedoniya şivələri əsasında qurulur, onların heç biri ilə üst-üstə düşmür (yenə 
ora
da,  s.  61).  «Zonalararası  şivələr» termini ilə  verilən mərkəzi  rus  şivələrinin 
ədəbi dilə məxsus xüsusiyyətləri, digər dialekt zonalarının isə ədəbi dildəki vari-
 
22 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə