Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə9/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   5   6   7   8   9   10   11   12   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
ant
larla qarşılıq təşkil edən variantları əks etdirdiyi qeyd olunur. «Mərkəz» ten-
den
siyası  ilə  bağlı  A.  Meyenin  fransız  dili  ilə  əlaqədar fikri də  maraq  doğurur: 
«M
ərkəzi  Fransanın  şivələri  əsl dialektdən  çox,  «pozuq  fransız  dili»  təəssüratı 
oya
dır. Odur ki, dəqiq demək çətin olur: qarşımızdakı fransız dilidir, yoxsa yerli 
dialekt». Z
ənnimizcə, «mərkəz» tendensiyasının dillərin müəyyən inkişaf mərhə-
l
əsində ədəbi dil – dialekt müstəvisində ümumi – universal proses olduğunu söy-
l
əmək üçün kifayət qədər əsas var. Azərbaycan dili şivələri əsasında bu prosesin 
əyani göstəricisi «Azərbaycan dilinin dialektoloji atlası»nda toplanmış dəyərli xə-
rit
ələrdir (xəritələrdə ədəbi dillə uyğunluq təşkil edən xüsusiyyətlər qara işarələrlə 
verildiyind
ən mənzərə çox aydın  görünür). Bu  məsələ ilə bağlı diqqətimizi cəlb 
ed
ən bir məsələni də qeyd etmək istərdik. Məlumdur ki, dialektlər tarixi proseslə-
rin izl
ərini, eləcə də tayfa dil elementlərini qoruyub saxlamaqdadır və bu element-
l
ərin üstünlüyü baxımdan da dialektləri fərqləndirmək olar. M.Şirəliyevin «Azər-
baycan dilinin dialekt v
ə şivələri» kitabının sonunda verdiyi xəritədə oğuz və qıp-
çaq elementl
ərinin yayılma arealı göstərilmişdir. Diqqətəlayiq haldır ki, keçid şi-
v
ələrin yerləşdiyi  mərkəzi  zonada  oğuz  və  qıpçaq  elementləri də  qarışıq  halda 
özünü göst
ərir. 
Dilin dialekt bölgüsü uzunmüdd
ətli və  çoxtərəfli  proses  olduğundan  bəzi 
m
əsələlərə xüsusi diqqət yetirmək lazım gəlir. Belə ki, bəzən tarixi proseslər, icti-
mai hadis
ələr dil mənzərəsinin dəyişilməsinə səbəb olur və diqqətsizlik yanlış nə-
tic
ələrin çıxarılmasına gətirir. Bu məsələ aralıq (keçid) və qarışıq şivələrin fərq-
l
əndirilməsində nəzərə alınmalıdır. Fikrimizcə, bu terminlər tam fərqli anlayışları 
əks etdirir. Aralıq (keçid) şivələrin xüsusiyyətindən və sırf dildaxili proses nəticə-
sind
ə  formalaşmasından  danışdıq.  Nəzərə  alaq  ki,  coğrafi  baxımdan  da,  demək 
olar, bütün dill
ərdə bu zona mərkəzi hissəni əhatə edir. Qarışıq şivələr isə müxtəlif 
dil
xarici faktorların təsirindən, xüsusilə miqrasiyalar nəticəsində əhalinin qarışma-
sı ilə dil faktlarında dəyişmələrin müşahidə olunmasını əks etdirir – müxtəlif əra-
zil
ərə kompakt halda köçmüş əhali tədricən məskunlaşdığı arealda «gətirdiyi» şi-
v
ə xüsusiyyətlərini yayır və «qarışıq şivə»lər formalaşır. Məsələn, cənub-qərb his-
s
ədə bir zamanlar qərbi Azərbaycandan köçmələr nəticəsində müəyyən bir zolaq – 
c
ənub və qərb şivələrinin xüsusiyyətlərini əks etdirən qarışıq şivə (Cəbrayıl, Füzu-
li şivələri) özünü göstərir. Şamaxı ərazisindən (xüsusilə, zəlzələdən sonra) Salyan, 
Neftçala 
ərazilərinə kütləvi köçmələr məlumdur. Sözsüz ki, bunlar tarixi faktlarla 
daha d
əqiq verilə  bilər və  dil xüsusiyyətlərinin  açılması  –  qarışıq  xüsusiyyətlər 
m
əhz bununla izah oluna bilər. Fikrimizcə, Lənkəran şivələri ilə bağlı dialekt böl-
güsünd
ə mübahisəli fikirlərin meydana gəlməsi məhz miqrasiyaların izi ilə əlaqə-
dar
dır (müəyyən dövrlərdə Masallı, Yardımlı ərazilərinə Cənubi Azərbaycandan, 
xüsusil
ə  Ərdəbil  mahalından,  eləcə  də  şərq  şivələrinin  başlıca  daşıyıcısı  hesab 
olu
nan Şamaxıdan miqrasiyaların olduğu məlumdur). Düşünürük ki, dialektoloji 
ara
şdırmalarda dil hadisələrinin inkişaf meyillərinin düzgün müəyyənləşdirilməsi 
üçün bu cür m
əsələlərə xüsusi diqqət yetirilməli və dərindən araşdırılmalıdır. 
 
23 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
 
Q.G. 
QƏMBƏROVA  
 
AZƏRBAYCAN DİALEKTOLOGİYASININ İNKİŞAFI 
 
Açar sözl
ər: monoqrafik tədqiqat, dialekt və şivələr, Azərbaycan dialektologiyası, 
dil xüsusiyy
ətləri, dialektoloji atlas, ekspedisiyalar 
Ключевые слова: монографическое исследование, диалекты и говоры, Азер-
байджанская диалектология, лексическое особенности. 
Key words: monographic investigatron, dialekt and subdialekt, Azerbaijan 
dialectology, lexical features, dialectological atlas 
 
Bu gün 
ədəbi dilinin varlığı ilə “öyünən” hər bir xalqın dili öz mövcudluğu 
il
ə dialektə “borclu” sayılır. Dialektlər dilin ən saf və etibarlı mənbəyidir. Vaxtilə 
L.V.Şerba  yazırdı  ki,  hər  hansı  bir  ədəbi dili dialekt əsasından  məhrum etmək, 
Anteyin ayağını torpaqdan ayırmaq kimidir. 
Az
ərbaycan  Respublikasında  dialektologiya  elminin  “təməl  daşları”  XX 
əsrin 20-ci illərində  qoyulmuşdur.  Keçmiş  SSRİ-nin  yaranması  nəticəsində 
qurulan  SSRİ  Elmlər  Akademiyası  o  zamankı  dövlət siyasəti ilə  öz milli 
ucqarlarını  da  diqqətindən  yayındırmırdı.  Bu  siyasətin nəticəsi olaraq professor 
N.İ.Aşmarin Azərbaycan şivələrini öyrənmək məqsədi ilə Azərbaycana ezam olu-
nur.  O,  keçmiş  Nuxa  (indiki  Şəki)  şəhəri  əsas olmaqla onun ətraf kəndlərini də 
əhatə  edən  “Obşiy  obzor  narodnıx  qovorov  qor.  Nuxi”  adlı  əsərini 1926-cı  ildə 
çap etdirir. Sonralar bu t
ədqiqatların davamı kimi 2 cilddən ibarət olan “Azərbay-
can xalq şivələri lüğəti” (1930-1931) adlı sözlük nəşr edilir. Beləliklə, dialektolo-
giya elmind
ə həm monoqrafik, həm də müqayisəli-tutuşdurma metodu istiqamə-
tind
ə araşdırmalara start verilir. Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətin tap-
şırığı ilə N.İ.Aşmarinin hazırladığı proqram və göstərişlər əsasında başqa şivələrin 
d
ə öyrənilməsi başlanır. Bu məsul vəzifə o zaman görkəmli türkoloq B.Çobanza-
d
əyə həvalə olunur. Onun 1927-ci ildə nəşr etdirdiyi “Türk-tatar dialektologiyası” 
əsəri Azəbaycan dilçiliyində bu sahəyə həsr olunmuş ilklərdən biri sayılır. Müəllif 
bu 
əsərdə türk dillərinin dialektlərini müqayisəli planda tədqiq edir. O həm də ilk 
d
əfə olaraq dialekt və dialektologiya, türk dialektologiyası elminin tarixi, türk dil-
l
ərinin  qarşılıqlı  münasibəti məsələlərini  xüsusi  araşdıraraq  türk-tatar  şivələrini 
qeyd  etmiş  və  bu sahəyə  aid  əsas tədqiqatları  işıqlandırmışdır.  O  zamana  qədər 
Az
ərbaycan  şivələri tam öyrənilmədiyindən müəllif türk dillərini bütöv  şəkildə 

türmüşdür. 
Dialektologiyanın bir elm kimi sistemli inkişafı Azərbaycan Elmlər Akade-
mi
yasının 1945-ci ilin martın 27-də təsis edilməsindən sonra başlayır. Eyni vaxtda 
ya
ranan İctimai Elmlər bölməsində 4 elmi-tədqiqat İnstitutundan biri kimi Dilçilik 
İnstitutu mayın 21-də təsis olunur. 
 
24 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə