Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


N əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə53/73
tarix15.07.2018
ölçüsü1,49 Mb.
#56111
1   ...   49   50   51   52   53   54   55   56   ...   73

N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
 
A.H. 
NƏZƏROVA  
 
ALINMA 
FƏLSƏFİ TERMİNLƏRİN DİLİMİZƏ 
UYĞUNLAŞDIRILMASI YOLLARI 
 
Açar sözl
ər: alınma terminlər, üslub, terminlərin qarşılığı, istifadə qaydaları 
Ключевые  слова:  заимствованные  термины,  стилъ,  соотествие  терминов, 
правила исполъзования 
Key words: borrowings, style, equivalent of terms, rights of using 
 
Müasir dövrün qanunauyğunluğunu nəzərə alaraq, deyə bilərik ki, artıq istə-
nil
ən elm sahəsinə aid mətnləri terminlərsiz təsəvvür etmək mümkün deyil. Lakin 
bu, o dem
ək deyil ki, hər söz termindir. Termin - hər şeydən əvvəl, müəyyən elm 
sah
əsinə aid olub, məhz bir anlayışı ifadə edir; formaca yığcam və istifadə qaydası 
olduqca rahatdır. 
Az
ərbaycan dilində, eləcə də dünya dillərinin çoxunda alınma terminologiya 
milli m
ənşəli terminologiyadan daha geniş yayılmışdır. Müasir Azərbaycan dilin-
d
ə  alınma  fəlsəfi  terminlərin  işlənmə  qaydalarında  bəzi problemlərin də  olduğu 
diqq
ətdən yayınmır. Bu problemlərdən başlıcası, alınma mənşəli terminlərdən isti-
fad
ə edərkən, qarşılığının verilməməsidir. 
Dilimizd
ə tez-tez rast gəldiyimiz alınma terminlər var ki, onların Azərbay-
can dilind
ə qarşılığı var. Məsələn: konfort – rahatlıq, tolerant –dözümlü; sillabus - 
t
ədris proqramı; bonus – pay, hədiyyə; fundament – özül, kontrol – yoxlama; abs-
trakt - müc
ərrədnatura - təbiət; perespektiv – gələcək; unversal – hərtərəfli və s. 
B
ədii və elmi əsərlərdə bu terminlərin işlədilməsi daha məqsədəuyğundur. 
M
əlum olduğu kimi, terminlər hər hansı bir elm sahəsi ilə əlaqədar olur. Sö-
zün  elmi  üslubdakı  əsas  işinə, vəzifəsinə  onun  terminoloji  funksiyası  deyilir. 
M
ətndə bilavasitə terminoloji funksiya daşıyan söz, yaxud ifadə isə termindir. Əs-
lind
ə terminlər bütün elm sahələri üçün xarakterikdir və elmi üslubu terminsiz tə-
s
əvvür etmək olmaz. Bədii və elmi əsərlərdə milli terminlərin daha çox işlədilməsi 
m
əqsədəuyğundur. Lakin milli terminlərin dilimizə tətbiq edilməsi üçün müəyyən 
ədəbiyyatlar və bu ədəbiyyatların təhsildə tətbiqi yolları haqqında proqramlar, la-
yih
ələr işlənib hazırlanmalıdır. 
Elmi t
ədqiqatlar göstərir ki, getdikcə dünyada fəlsəfi təfəkkürün inteqrasiya-
sı güclənir. Hər bir tədqiqatçı çalışdığı sahə üzrə bütün təlimləri, konsepsiyaların 
ad
larını,  mülahizələri və  onların  mahiyyətini mənimsəməyə  cəhd göstərir. Ona 
gör
ə də dünyanın əsas dillərini bilmək, daha doğrusu, ixtisasa aid müxtəlif dillər-
d
ə məlumatları bilavasitə qəbul etmək lazım gəlir. Bu baxımdan milli terminolo-
gi
yanı yaymağın və alınma terminlərin dilimizə uyğunlaşdırılmasının təmin olun-
ma
sı  məsələlərinin həlli  yollarından  biri də  tədqiqat  işlərində  həmin terminlərin 
düzgün istifad
ə qaydalarıdır. 
 
123 


N
əsimi adına Dilçilik İnstitutunun Əsərləri – 2012, Xüsusi buraxılış 
Odur ki, dilçi alımlərimiz öz ideya və nəzəriyyələrini geniş miqyasda təq-
dim ed
ərkən milli söz və terminlərdən ən yüksək dərəcədə istifadə etməlidir. Öl-
k
əmizdə  inkişafda  olan  bütün sahələrdə  hər  hansı  bir  layihəni təqdim edərkən 
onun m
ətnində dilimizin imkanları hesabına yaranmış terminlərdən istifadəsi va-
cib
dir. Bu baxımdan qarşıya çıxan problemləri həll etmək və terminlərin istifadə 
qay
dalarını müəyyənləşdirmək üçün dilçi mütəxəsislərlə, dilçi alimlərlə məsləhət-
l
əşmələr aparmaq zəruridir. 
Bildiyimiz kimi, terminl
ərin əsas xüsusiyyətləri aşağıdakılardır: 
1)
 
h
ər bir dilin elmi üslubunda beynəlmiləl terminlər milli terminləri sıxış-
dırır; 
2)
 
elmi üslub get-ged
ə daha çox formullara, şərti işarələrə, müxtəlif xalq-
lardan olan müt
əxəssislərin hamısı üçün anlaşıqlı digər vasitələrə meyil edir; 
3)
 
müxt
əlif araşdırmaların nəticələrinin daha çox elan edildiyi dillər (məsə-
l
ən, ingilis, alman, fransız, rus və s.) müəyyənləşir. 
Az
ərbaycan ədəbiyyatında istifadə olunan terminologiyanın böyük bir hissə-
si m
əhz ərəb və fars dillərindən keçən söz və ifadələrdir. Avropa dilindən keçən 
terminologiya, 
əsasən, rus dili vasitəsilə dilimizə keçmişdir. Bunun bir neçə tarixi-
qneseoloji s
əbəbləri vardır: belə ki, ilkin orta əsrlərdə Azərbaycanın da daxil oldu-
ğu İslam mədəni bölgəsində fəlsəfi, xüsusilə də elmi dil olaraq ərəb dilinə üstün-
lük verilirdi. Bu dilin ifad
ə imkanları olduqca geniş olduğundan sözlərin əmələ-
g
əlmə, törəmə prosesi imkan verirdi ki, üç və ya dörd samitli feillərdən müxtəlif 
formalarda xeyli miqdarda söz 
əmələ gəlsin. Bu səbəbdən ərəb ədəbi dilində min-
l
ərcə söz ehtiyatı, hər bir kəlmənin çoxsaylı sinonimi vardır. Keçən əsrin əvvəllə-
rind
ə Azərbaycanda ərəb əlifbası mövcud olduğu üçün dil və ədəbiyyat sahəsində 
d
ə ərəb mənşəli terminlər daha üstünlük təşkil edirdi. Bu dövrdə şeir, ümumiyyət-
l
ə, poeziya sahəsində fars dili digər dillərlə müqayisədə xeyli öndə idi. Danışıq di-
li olaraq is
ə bölgədə türk dili geniş yayılmışdı. Türk dilindən danışıqda çox istifa-
d
ə edilməsi bu dövrə aid dastanların dilinə, şifahi xalq ədəbiyyatı nümunələrində 
öz 
əksini tapır. 
Müasir Az
ərbaycan dilində milli terminologiyanı mövcud dil bazası və hə-
min elm sah
əsinə müvafiq söz və ifadələrə şəkilçilər artırmaqla zənginləşdirmək 
olar. Bel
əliklə, terminlərin izahında sözün mahiyyəti və mənbəyi aydın göstəril-
m
əlidir. Alınma terminlərdən istifadə zamanı həmin terminin yazılışı və deyilişi 
Az
ərbaycan ədəbi dilinə uyğunlşdırılmalıdır. Bu zaman dilçi alimlərin köməyin-
d
ən istifadə olunması daha səmərəli nəticələr verər. 
 
 
124 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə