Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan, dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında



Yüklə 4,43 Kb.
tarix11.04.2018
ölçüsü4,43 Kb.
#37076


Azərbaycan Milli Elmlər Akademiyası işçilərinin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 1 iyul tarixli 967 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Milli Elmlər Akademiyası işçilərinin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 1 iyul tarixli 967 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №7, maddə 414; 2004-cü il, № 10, maddə 829; 2005-ci il, №3, maddə 209; 2007-ci il, №4, maddə 352) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 1200 manat və müxbir üzvlərinin aylıq rütbə maaşları 850 manat məbləğində müəyyən edilsin.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncam 2011-ci il mayın 1-dən qüvvəyə minir.



İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 27 aprel 2011-ci il.



Yüklə 4,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə