Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə1/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
  1   2   3   4   5   6   7   8   9   ...   134



AZƏRBAYCAN

MİLLİ


ELMLƏR AKADEMİYASI

ARXEOLOGİYA VƏ ETNOQRAFİYA  İNSTİTUTU



AZƏRBAYCAN

Etnoqrafiyası

ÜÇ CİLLDƏ

II CİLDƏ


ŞƏRQ-QƏRB

BAKI 2007




Baş redaktor:

Teymur Bünyadov

akademik


Redaksiya heyəti:

Maisə  Rəhimova

Qəzənfər Rəcəbli

Tofiq Babayev

Qabil Əliyev

Fəzail Vəliyev

Solmaz Məhərrəmova

Şirin Bünyadov

ISBN 978-9952-34-092-1

305.8/0094754-dc22

Etnoqrafiya-Azərbaycan

Azərbaycan etnoqrafiyası.Üç cilddə. II cild.

Bakı, “Şərq-Qərb”, 2007, 384 səh.

Bu kitab Azərbaycan etnoqrafiyasının mühüm tərkib hissəsi olan maddi

mədəniyyət  və ailə məişəti məsələlərinə həsr edilmişdir. Cilddə xalqımız  çoxəsrlik

tarixə malik yaşayış məskənləri və yaşayış evləri, geyim və bəzəkləri, yeməkləri və

içkiləri, nəqliyyat vasitələri və s. kimi maddi mədəniyyət sahələri geniş və  əhatəli

şəkildə öz əksini tapmışdır. Kitabda həmçinin ailə, nikah, toy, uşaqların tərbiyəsi və

dəfn mərasimi məsələləri də işıqlandırılır.




                                         ÖN SÖZ

      


Qafqazın  cənub-şərqində  geniş  ərazini  əhatə  edən

Azərbaycan əlverişli təbii-coğrafi və iqtisadi-strateji məkanda

yerləşmişdir. Ona görə də burada maddi mədəniyyətin təşəkkül tapması,

inkişafı və yayılması üçün hər cür imkan və mövcud şərait olmuşdur.

Xalqımız bu zənginliklərdən bəhrələnərək minilliklər boyu özünün

çoxşaxəli və dərin məzmunlu maddi mədəniyyət sahələrini yaratmış və

inkişaf etdirmişdir. “Azərbaycan etnoqrafiyası”nın ikinci cildinin

əsasən  bu  problemə  həsr  edilməsi  də  təsadüfi  olmayıb,  tam

qanunauyğunluq kimi qəbul edilməlidir. Heç şühbəsiz, maddi və

mənəvi mədəniyyətin qarşılıqlı əlaqəsi hər iki sahənin yüksək səviyyəyə

çatmasına zəmin yaratmışdır.

Azərbaycan haqlı olaraq bəşər sivilizasiyasının ilkin

ocaqlarından sayılır. İki milyon yaşı olan bu əzəli, əbədi və müqəddəs

torpaqda ulu əcdadlarımız çox qədim dövrdən sığınacaq tapıb, məskən

salıb, yuva qurub, ocaq çatıb, qayım-qada olub, dövran sürüb, zaman-

zaman yaşayıb, kamala yetib, təkamülə, tərəqqiyə çatıblar. Xalqımız

ana vətəninin əsil sahibi, əvəzsiz varisi, qoruyub-saxlayanı, qurub-

yaradını olub, dünyanın ən qədim və mədəni etnoslarının biri kimi

tanınıb, sayılıb, seçilib.

 Ümummilli liderimiz  Heydər Əliyevin müdrik bir kəlamını

xatırlatmaq istərdik: “Azərbaycan insanın, bəşəriyyətin beşiyi olan

nadir ölkələrdən biridir. Buarda həyat çox erkən yaranmışdır və Azıx

mağarasından tapılmış azıxantrop Azərbaycanın ən qədim ibtidai insan

məskənlərindən biri olmasını sübut edir. Qobustandakı və

Gəmiqayadakı ayaüstü təsvirlər və petroqliflər, Kür-Araz və Xocalı

mədəniyyətlərinə aid maddi mədəniyyət nümunələri, kurqan tapıntıları

sübut edir ki, hətta miladdan əvvəlki minilliklərdə də Azərbaycanda

inkişaf etmiş mədəniyyət mövcud olmuşdur”.

 

Azərbaycan  dövri-qədimdən  məşəllənib,  sinəsindən  od



parlayıb, atəş saçıb. Ulularımız bu işığa, bu  oda pənah gətiriblər, bu

inanca sitayiş ediblər. Adını yanar odlardan alıb, Odlar ölkəsi adlanıb.

Bu müqəddəs adla fəxr ediblər, qürur duyublar. Adlarını uca tutublar.



 Azərbaycan ərazisinin son dərəcə  əlverişli iqlim şəraiti, zəngin

flora və faunası, yerli əhalinin qədimliyi, təsərrüfat məişəti, çoxsahəli

sənətkarlığı, maddi və mənəvi dünyası onun etnoqrafik baxımdan daha

çeşidli və məzmunlu olmasına əsaslı zəmin yaratmışdır. O da həqiqətdir

ki, xalqımız minilliklərdən başlayaraq Qafqaz, Yaxın Şərq və başqa

ölkələrin xalqları  ilə davamlı və arasıkəsilməyən sıx iqtisadi və mədəni

əlaqədə olmuşdur. Yaranan bu qarşılıqlı təmasdan, qovuşuqluqdan çox

şey əxz etmiş, faydalanmış və zənginləşmişdir.

Deməli, xalqımızın etnoqrafiyası Qafqaz, bir qədər də geniş

mənada, Yaxın və Orta Şərq xalqlarının etnoqrafiyasının ayrılmaz

tərkib hissəsidir. Ona görə də, təbii olaraq, kitabda bu mühüm cəhətə

xüsusi diqqət yetirilmişdir. Qarşıya qoyulan hər hansı bir məsələ təcrid

edilmiş  şəkildə deyil, ümumi tarixi qanunauyğunluqlarla, müqayisəli və

əlaqəli şəkildə araşdırılır.

Xalqşünaslar xalqın çoxsahəli fəaliyyətini geniş araşdırarkən

onu təkcə qeydə almağa, təsvir etməyə deyil, eyni dərəcədə təhlilinə,

bərpasına çalışır, xronoloji ardıcıllıq prinsipinə uyğun olaraq sadədən

mürəkkəbə doğru inkişafını izləyir, ona zamanın tələbi baxımından

yanaşırlar. Etnoqrafiya elmi hər hansı bir hadisənin, məsələnin və ya

kiçik bir əşyanının necə yarandığını, hansı inkişaf mərhələlərindən

keçdiyini, nə kimi deformasiyaya uğradığını, aradan çıxması səbəbini

və ya inkişaf etməsi yollarını tarixi ardıcıllıqla izləyir və araşdırır.

Xalqımızın çoxsahəli, zəngin irsini yetərincə və hərtərəfli

öyrənmədən onun keçdiyi inkişaf mərhələlərini, mübarizəli tarixini,

maddi və mənəvi dünyasını lazımi səviyyədə tədqiq etmək qeyri-

mümkündür. Etnoqrafiya elmi hazırda qurub-yaradan xalqımızın qədim

və müasir tarixinin, mədəniyyətinin əhatəli şəkildə öyrənilməsinə təsirli

kömək göstərir, onu yeni dəlil-sübutlarla daha da zənginləşdirir, gələcək

nəsillər üçün qoruyub saxlayır, mənəvi varisliyin tarixi ardıcıllığını

təmin edir.

 Respublikada azərbaycançılıq ideologiyasının daha da inkişaf

etidirilməsi üçün xalqı birliyə, ayrılmazlığa səsləyən  ulu öndərimiz

Heydər Əliyev demişdir: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası

azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə

qürur hissi keçirməlidir.”



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə