Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   ...   59   60   61   62   63   64   65   66   ...   95

128 
 
missionerlər  daxil  olan  bu  komissiyanın  əsas  məqsədi  Abxaziyada  xristianlığın 
yayılması üçün zəruri maddi və mənəvi şəraitin yaradılması idi
123

Bütün bu  yeniliklər  yerli  əhali tərəfindən, bəzən narazılıqla qarşılanırdı və 
xalq  çıxışlarına  səbəb  olurdu.  Abxaziya  Rusiya  imperiyasında  ən  qeyri-sabit 
regionlardan  biri  idi  və  buna  görə  burada  çoxsaylı  nizami  ordu  hissələri 
saxlanılırdı. 
Abxaziyada  ordu  kontingentinin  gücləndirilməsi,  həm  də  ənənəvi  olaraq 
müsəlman dininin daşıyıcıları olan abxaz xalqının dini, etnik, mədəni cəhətdən ona 
daha  yaxın  olan  Türkiyəyə  meyil  etməsi  ilə  bağlı  idi.  XIX  əsrin  60-cı  illərindən 
Rusiya  Abxaziyada  intensiv  məskunlaşma  siyasəti  yeritməyə  başladı.  Abxaziyaya 
qarşı daxili siyasətin dəyişdirilməsi üçün vacib olan bütün — iqtisadi, siyasi, sosial 
şərtlər yetişmişdi. Qafqaz müharibəsində qələbə çalan Rusiya dağlı xalqlarına qarşı 
sərt  siyasətə  keçdi  və  1864-cü  ildə  Abxaziyanın  muxtariyyəti  ləğv  edildi.  11 
oktyabr 1866-cı il tarixli fərmanla bütün Şimali Qafqazda və Abxaziyada hərbi — 
xalq  idarə  üsulu  bərqərar  oldu.  Əslində  bu  Abxaziyada  faktiki  olaraq  hərbi-polis 
despot  rejiminin  yaranması  demək  idi.  Çar  hökumətinin  apardığı  xristianlaşdırma 
və ruslaşdırma siyasəti abxaz əhalisini kütləvi şəkildə Türkiyəyə üz tutmağa vadar 
etdi:  XIX  əsrin  əvvəllərindən  başlayan  mühacirlik  hərəkatı  1877-ci  ildən  sonra 
kütləvi  xarakter  aldı.  Bu  1877-1878-ci  illərin  rus-türk  müharibəsi  dövründə 
Abxaziyada çarizmin müstəmləkə sisteminə qarşı başlayan xalq üsyanının məğlub 
olması  ilə  bağlı  idi.  Üsyan  rus  qoşunları  tərəfindən  amansızcasına  yatırıldı  və 
minlərlə  abxaz  ailələri  qisasdan  qorxaraq  Türkiyəyə  köçməyə  məcbur  oldular. 
Qeyd  etmək  yerinə  düşərdi  ki,  Rusiya  tarixşünaslığında  abxazların  kütləvi 
mühacirliyini  Abxaziyada  təbliğat  aparan  türk  agentlərinin  fəaliyyətinin
 
nəticəsi 
kimi qiymətləndirirlər. Əslində Abxaziyanı tərk edənlər, əsasən düzənlik ərazilərin, 
yəni hərbi baxımdan müdafiəsiz ərazilərin əhalisi idi. Onların bir qismi vətəni tərk 
etməyə  imkan  tapmadığından  knyazlığın  dağlıq,  rusların  çətinliklə  çata  biləcəyi 
rayonlarına  köçürdülər. Beləliklə, 1870-ci illərin sonuna  Abxaziyanın dənizkənarı 
bir  sıra  rayonları,  demək  olar  ki,  əhalisiz  qaldı  və  gündəmə  bu  ərazilərin 
məskunlaşdırılması məsələsi çıxdı. 
Çar  hökuməti  Abxaziya  kimi  strateji  bir  regionda  özünə  siyasi  baxımdan 
sadiq  əhalinin  yerləşdirilməsinə  üstünlük  verirdi.  Bundan  savayı,  boş  qalmış 
ərazilərdə    təsərrüfat  həyatının  canlandırılması,  Rusiyanın  daxili  bazarları  üçün 
xammal istehsalı da dövlət əhəmiyyətli məsələlərdən idi. Beləliklə, 1870-ci illərin 
sonundan başlayaraq çar hökuməti Abxaziyada çox həssaslıqla   köçürmə   siyasəti   
yeritməyə başladı.  Bu siyasətin hüquqi əsasları hələ 1870-ci illərdə qoyulmuşdu. 
Belə  ki,  1871-ci  ildə  Abxaziyada  torpaq  islahatlarının  aparılması  haqqında  
«Əsasnamə»  qəbul  edildi.  1871-ci  ildə  qəbul  edilmiş    «Suxumi  dairəsinin  abazin 
olmayan,  həmişəlik  burada  məskunlaşan  və  müvəqqəti  burada  yaşayan  sakinləri 
haqqında Qaydalar» qəbul edildi. Bu sənəd torpaq islahatı haqqında «Əsasnamə»yə 
əlavə  rolunu  oynayırdı.  «Qaydalar»a  görə  abxaz  olmayan  əhali  iki  kateqoriyaya 


129 
 
ayrılırdı. Birinci kateqoriyaya 1865-ci il yanvarın 1-dək  Rusiyada  məskunlaşmış,  
məskunlaşdıqları  vaxtdan daimi yaşayış yerini dəyişməmiş və 19 fevral 1871-ci il 
tarixədək rus təbəəliyini qəbul etmiş əhali aid idi. Onlar «həmişəlik məskunlaşmış» 
əhali  statusuna  malik  idi  və  onlara  şəxsi  mülkiyyətə  torpaq  almaq  hüququ 
verilmişdi. İkinci kateqoriyaya isə Abxaziyada 1865-ci il 01 yanvar tarixdən sonra 
məskunlaşan  və  məskunlaşma  tarixindən  asılı  olmayaraq,  rus  təbəəliyini  qəbul 
etməyən  əhali  aid  idi.  Onlara  «müvvəqəti  məskunlaşanlar»  statusu  verilmişdi  və 
onların şəxsi mülkiyyətə torpaq almaq hüquqları yox idi
124

1880-ci  illərdə  Rusiyada  başlayan  «antialman»  siyasəti  çar  hökumətinə 
köçürmə siyasətində müəyyən dəyişikliklər etməyə imkan verdi: hökumət daha çox 
slavyan  və  pravoslav  dininə  mənsub  əhalinin  yerləşdirilməsi  xəttini  götürdü. 
Bunun nəticəsidir ki, 1870-ci illərdən başlayaraq Abxaziyanın düzən ərazilərində, 
əsasən  ruslar,  moldovanlar,  yunanlar,  ermənilər,  estonlar  və  az  sayda  almanlar 
yerləşdirilməyə  başladılar.  Abxaziyada  köçkünlər  üçün  dövlət  fondundan  23600 
desyatin torpaq ayrılmışdı.  Köçkünlərə  verilən torpaq payı vərəsəlik  hüququ  üzrə 
nəsildən-nəslə  ötürülə  bilərdi.  Bununla  yanaşı,  yeni  məskunlaşan  əhali  10  il 
müddətinə bütün vergilərdən azad olunmuşdu
125

Çar hökumətinin apardığı siyasət nəticəsində Rusiya imperiyasının müxtəlif 
quberniyalarından  köçkünlər  Abxaziyaya  axışdılar.  Tarixi  mənbələrə  görə  XIX 
əsrin sonu — XX əsrin əvvəllərində Abxaziyada 20 rus, 15 yunan, 6 moldovan, 10 
erməni,  5  eston  və  3  alman  məskəni  yaranmışdı
126
.  1879-cu  ildə  yaranan  bu 
koloniyaların  3-ü  də  —  Qnadenburq,  Noydorf  və  Lindau  Suxumi  qəzasında 
yerləşirdilər.  Bir  faktı  da  qeyd  edək  ki,  yuxarıda  adı  çəkilən  etnoslardan  savayı 
Abxaziyaya  gürcü  əhalisinin  də  kortəbii  axını  başlamışdı.  Meqreliya  Svanetiya, 
Quriya və sair qonşu əyalətlərdən torpaqsız kəndlilər Abxaziyada qanunsuz olaraq 
torpaq sahələrini ələ keçirir və məskənlər yaradırdılar. 
XX əsrin əvvəllərində onların sayı 15-ə çatırdı
127
. Çar hökuməti Abxaziyada 
gürcülərin  məskunlaşdırılmasını  planlaşdırmasa  da,  pravoslav  əhalinin  burada 
qanunsuz yerləşməsinə barmaqarası baxırdı. 
Almanların  sayı  çox  deyildi.  Təəssüflər  olsun  ki,  Abxaziyada  yaşayan 
alman  kolonistlərinin  sayı  barədə  dəqiq  məlumat  yoxdur.  1992-ci  ilin  Gürcüstan-
Abxaziya müharibəsi zamanı Abxaziyanın arxivlərində bir çox mühüm sənədlər, o 
cümlədən  alman  koloniyalarına  dair  fondlar  məhv  edilmişdir.  Bu  səbəbdən, 
Abxaziyadakı  alman  koloniyalarının  tarixini  öyrənərkən,  əsasən  tarixi  ədəbiyyata 
əsaslanmalı oluruq. Yazılı mənbələri təhlil etdikdə görürük ki, alman koloniyaları 
ənənəvi  olaraq  planlı  şəkildə  salınırdı.  Əgər  gürcü,  yunan,  erməni,  moldovan 
yaşayış məntəqələri daha çox səpələnmiş, xutor şəklində mövcud idisə, rus, eston, 
o  cümlədən  alman  koloniyaları  böyük  məntəqələr  şəklində  yaradılırdılar  və  hər 
məntəqədə  ən  azı  500-600  sakin  yaşayırdı.  Ekstropolyasiya
 
metodundan  istifadə 
edərək deyə bilərik ki,  Abxaziyanın 3 alman koloniyasında 1500-2000 arası əhali 
məskunlaşmışdı.
128
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə