Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə14/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   10   11   12   13   14   15   16   17   ...   179

28 

 

özü də bir qədər əvvəl xatırlatdığımız kimi, Girdiman ərazisi olaraq təqdim etdiyi 



Göyçə  (Sevan)  və  Dilican  ərazilərinin  heç  vaxt  «ucqar  Ģimal-Ģərq  vilayəti» 

olduğundan bəhs etməzdi. 

Bəli,  nə  qədər  qəribə  olsa  da,  hər  halda,  əsil  həqiqət  ondan  ibarətdir  ki, 

ermənilər min illər ərzində o dərəcədə fanatik və Ģovinist olublar ki, artıq onlar hər 

yerdə  «Böyük  Ermənistan»  axtarıblar.  Onlar  nəinki  Böyük  Qafqaz  dağlarını,  lap 

elə Ural dağlarını da o kiçik Ermənistanın sərhədi daxilində yerləĢdirmək istəyi ilə 

alıĢıb  yanıblar.  Daha  bir  danılmaz  həqiqət  ondan  ibarətdir  ki,  erməni  dövləti 

mövcud  olduğu  dövrlərdə  (bəli,  bu  dövlət  tarix  boyu  dəfələrlə  nəinki  öz 

müstəqilliyini,  hətta  dövlət  olaraq  mövcudluğunu  belə  itirməli  olub)  regionda 

marağı  olan  böyük  dövlətlər  üçün  bufer  funksiyası  daĢıyıb.  Bu,  o  deməkdir  ki, 

erməni dövlətinin heç vaxt müstəqil siyasəti olmayıb və o daim kimlərinsə əlində 

oyuncağa  çevrilib.  Məsələn,  S.T.Yeremyanın  yazdığına  görə,  387-ci  ilədək  o, 

Roma imperiyasına bufer olub [425, 312]. Lakin kimlərəsə bufer olmaq ermənilərə 

həmiĢə  olduqca  baha  baĢa  gəlib.  Məsələn,  387-ci  il  müqaviləsinə  əsasən 

Ermənistan  Roma  və  Ġran  arasında  parçalandı  [425,  312].  Daha  doğrusu, 

Ermənistanın  kiçik  bir  hissəsi  Roma  imperiyasının  əlində  qalsa  da,  onun  böyük 

hissəsi Sasani Ġranının pəncəsi altına keçdi. Erməni tarixçilərinin və siyasətçilərinin 

daim ĢiĢə-ĢiĢə yazdıqları «Böyük Ermənistan» məfhumu da əslində elə o vaxtdan 

meydana gəlib. Bu isə o deməkdir ki, tarix boyu heç zaman «Böyük Ermənistan» 

adlı  dövlət  olmayıb.  Söhbət  sadəcə  olaraq  387-ci  il  müqaviləsinə  əsasən 

Ermənistanın  bölünməsi  nəticəsində  onun  Sasani  Ġranının  pəncəsi  altına  düĢən 

nisbətən böyük hissəsindən gedə bilər. Erməni tarixçiləri isə Ermənistanın böyük 

hissəsi  əvəzinə  «Böyük  Ermənistan»  yaza-yaza  bütün  dünyanı  aldatmaq 

niyyətindədirlər  və  guya  387-ci  il  müqaviləsinə  əsasən  bufer  dövləti  olaraq 

Ermənistanın  mövqelərinin  zəifləməsi  Sasani  Ġranının  Qafqazda  nüfuzunun 

artması, bu isə Albaniya və Ġberiyanın da əsarət altına düĢməsi ilə nəticələnib [425, 

319]. Halbuki, Albaniya o vaxta qədər də, ondan sonrakı dövrdə də ermənilərdən 

müttəfiqlik  yox,  daha  çox  məhz  xəyanət  görüb.  Ola  bilsin  ki,  təbiətən  sadəlövh 

olan albanlar çox zaman bunu bəlkə də ya hiss etməyiblər, yaxud da bilsələr də onu 

biruzə  verməyiblər.  Ona  görə  də  bir  sıra  hallarda  məhz  erməni  xəyanətindən 

qorunmaq  naminə  Albaniya  dövlətinin  siyasətini  müəyyən  edən  insanlar  konkret 

tarixi Ģəraitdən asılı olaraq gah Roma, gah Bizans, gah Ġran, gah ərəb Xilafəti, gah 

Gürcüstan  dövləti,  gah  da  xəzərlərlə  müttəfiqlik  etməyə  can  atıb.  Bununla  da 

özünün dövlət müstəqilliyini qorumağa çalıĢıb. Bu səylər isə, əlbəttə ki, nəticəsiz 

qalmayıb.  Xüsusən  də  Girdiman  feodalları  olan  Mehranilərin  ölkədə  siyasi 

hakimiyyətə nəzarət etdiyi vaxtlarda Albaniya dövləti özünün daha uğurlu daxili və 

xarici siyasəti sayəsində Cənubi Qafqazda aparıcı mövqeyi ilə seçilən qüdrətli bir 

dövlətə  çevrilib.  S.T.Yeremyanın  fikrincə,  ölkənin  iqtisadi  və  siyasi  həyatında 

Girdimanın  mövqeyinin  durmadan  artması,  hər  Ģeydən  öncə,  onun  əlveriĢli  təbii 



29 

 

coğrafi mövqeyi  və  beynəlxalq ticarət yollarının üzərində yerləĢməsi ilə əlaqədar 



olub [425, 319]. 

S.T.Yeremyanın  Albaniya-Girdiman  münasibətlərinin  Ģərhində  yanlıĢlığa 

yol verdiyini də nəzərdən qaçırmaq olmaz. Məsələn, onun fikrincə, guya 591-ci il 

müqaviləsindən  sonra  Girdiman  birbaĢa  Bizans  əraziləri  ilə  həmsərhəd  olduğuna 

görə  həm  də  Sasanilərin  qərb  sərhədlərini  təcavüzdən  qorumalı  idi  [425,  319]. 

Fikrimizcə,  erməni  tarixçisi  burada  «Albaniya»  və  «Girdiman»  məfhumlarını 

qarıĢıq salıb, yaxud da Girdiman hökmdarları o dərəcədə nüfuzlu və məĢhur olub 

ki, bəzən hətta alban dövləti də onların adı ilə tanınıb. 

Tarixdən  bəlli  olduğu  kimi,  II  Xosrov  Pərviz  Ġran  taxt-tacına  sahib 

durmaqda  ona  yardımçı  olduğuna  görə  591-ci  ildə  imzalanmıĢ  sülh  müqaviləsi 

əsasında  o  vaxtadək  Sasanilərin  tabeçiliyində  olan  Ġberiya  və  Ermənistan 

ərazilərinin bir hissəsini Bizansa verib. Daha böyük ərazilər isə yenə də Ġranın təsir 

dairəsində  qaldı.  Urmiya  gölünün  Ģimali-Ģərq  ərazilərindən  baĢlayaraq  Naxçıvan, 

Dvin  vilayəti,  Ararat  vadisi,  Zəngəzur  və  Göyçəətrafı  ərazilər  isə  bütünlüklə 

Albaniyanın  nüfuz  dairəsinə  qaytarılıb.  Tədqiqatçıların  bir  qismi  bu  hadisəni 

Ermənistan  və  Gürcüstanın  bölüĢdürülməsi  kimi  Ģərh  edirlər.  Əslində  isə  söhbət 

müxtəlif  vaxtlarda  hiylə  və  hərb  yolu  ilə  zəbt  olunmuĢ  tarixi  Azərbaycan 

torpaqlarının geri qaytarılmasından gedirdi. 

Təbiidir ki, Bizansla müharibədə Sasanilərlə müttəfiqlik etdiyindən 591-ci il 

müqaviləsindən  sonra  Cənubi  Qafqazda  Albaniyanın  mövqeləri  daha  da 

möhkəmlənib.  Yəni,  bu  dövrdə  ölkə  hüquqi  baxımından  Sasanilərin  mərzbanlığı 

hesab edilsə də, əslində tam müstəqil dövlət siyasəti yeritməkdə davam edirdi. Bu, 

əlbəttə  xeyli  dərəcədə  həm  də  Albaniya  taxt-tacının  sahibi  olan  Girdiman 

feodallarının yeritdiyi çevik daxili və xarici siyasətlə əlaqədar idi. 

Yuxarıda  artıq  qeyd  olunduğu  kimi,  XX  əsrin  30-cu  illərindən  baĢlayaraq 

Albaniya  tarixinin  yazılması  Moskva  tərəfindən  ermənilərə  etibar  olunub.  Bu  da 

çox  güman  ki,  iki  mühüm  amillə  əlaqədar  olub.  Birincisi,  görünür,  Moskvada 

əyləĢənlər,  daha  doğrusu  SSRĠ  tarixinin  əsas  istiqamətlərini  müəyyənləĢdirənlər 

hələ ki, Albaniya tarixi barəsində yetərincə təsəvvürə malik olmayıblar. Ola bilsin 

ki,  bir  çoxları  erməni  təbliğatının  təsiri  altına  düĢərək,  ümumiyyətlə  tarixdə 

Albaniya adlı müstəqil dövlət olduğunu hələ ki, anlamırmıĢ. Bu, həmçinin rus və 

Azərbaycan tarixçiləri içərisində hələlik nüfuzlu albanĢünas alimlərin olmaması ilə 

də əlaqədar ola bilərdi. Sözsüz ki, hər iki halda məsələyə münasibətdə ermənilərin 

fəallığı  həlledici  rol  oynayıb.  Bəli,  hər  Ģeydən  öncə  məhz  bu  amillər  30-50-ci 

illərdə  erməniləri  SSRĠ  miqyasında  albanĢünaslıq  sahəsində  söz  sahibi  etmiĢdir. 

Yalnız  1959-cu  ildə  K.V.Treverin  çapdan  çıxan  «Qafqaz  Albaniyasının  tarix  və 

mədəniyyətinə  dair  oçerklər»  kitabı  ilə  ermənilərin  SSRĠ  tarixĢünaslığındakı  bu 

monopoliyasına son qoyulmuĢ oldu [628]. 

K.V.Treverin  əsərinin  üstünlüyü  ondadır  ki,  o  təkcə  yazılı  mənbələrdən 

deyil,  həm  də  Azərbaycan  və  Dağıstan  ərazisində  aparılmıĢ  geniĢ  miqyaslı 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə