Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə2/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   2   3   4   5   6   7   8   9   ...   179

 

coğrafiyaĢünas  və  səyyahlarının  Albaniyaya  dair  qeydlərində  Girdimanın  məhz 



ġirvan  ərazisində  lokalizəsini  təsdiqləyə  biləcək  bir  sıra  prinsipial  əhəmiyyətli 

məqamlar  üzərində  dayanan  müəllif,  öz  mülahizəsini,  həmçinin  Albaniyanın 

qərbində,  daha  doğrusu  ġəmkir,  DaĢkəsən,  Gədəbəy,  Tovuz,  Qazax  və  Ağstafa 

rayonları  ərazisində  Girdimanla  bağlı  heç  bir  arxeoloji  və  memarlıq  abidəsinin, 

habelə  qədim  toponimlərin  olmaması,  ġirvan  ərazisində  isə  bu  cür  abidə  və 

toponimlərin  mövcudluğu  ilə  də  əsaslandırmağa  çalıĢıb.  Qafqaz  ərazisində 

Girdiman  adı  ilə  məlum  olan  yeganə  çayın,  Girdiman  hökmdarları  Xursun  və 

Cəsur  Vardanın  adını  daĢıyan  qədim  yaĢayıĢ  yerlərinin,  CavanĢirin adını  daĢıyan 

yaĢayıĢ  yeri və VII əsrə aid möhtəĢəm qalanın məhz ġirvan ərazisində olması da 

müəllifin  fikrincə,  Girdiman  vilayətinin  lokalizəsi  ilə  bağlı  son  və  qəti  fikir 

söyləmək üçün kifayət qədər ciddi arqumentlər hesab edilməlidir. 

Əsərdə  Girdiman  vilayətinin  təbii-coğrafi  Ģəraiti  və  orada  əhalinin 

məskunlaĢma dinamikasından bəhs olunur,  ərazinin əlveriĢli iqlim Ģəraitinə, flora 

və faunasına, əkin yerləri, örüĢ sahələri və su ehtiyatlarının zənginliyinə, müxtəlif 

istiqamətdə  olan  karvan  yollarının  bilavasitə  oradan  keçməsinə  və  nəhayət, 

arxeoloji  tədqiqatlar  nəticəsində  aĢkar  edilən  çox  zəngin  maddi-mədəniyyət 

qalıqlarına istinadən Girdiman ərazilərinin minilliklər boyu intensiv məskunlaĢma 

rayonu olduğu bildirir. Müəllifin qənaətinə görə erkən orta əsrlər dövründə bir sıra 

daxili  və  xüsusən  də  xarici  amillərin  təsiri  altında  Girdiman  vilayətinin  əhalisi 

Alazan-Həftəran vadisi ilə Qaraməryəm tirəsi arasındakı ənənəvi yaĢayıĢ  yerlərini 

tədricən  tərk  edərək  Böyük  Qafqazın  Cənub  yamacındakı  dağlara  və  dağətəyi 

ərazilərə  çəkilib.  Beləliklə  də,  V  əsrin  sonu  -  VI  əsrin  əvvəllərindən  baĢlayaraq 

həmin  ərazidə  çoxsaylı  müdafiə  tikililəri  və  yaĢayıĢ  yerləri  meydana  gəlir. 

Fikrimizcə,  müəllifin  bu  mülahizələri  Albaniyanın  erkən  orta  əsrlər  dövrünə  aid 

tarixi-coğrafiyasını iĢləmək baxımından da çox əhəmiyyətlidir. 

Albaniyanın digər bölgələri kimi, Girdiman vilayətinin ərazisi də ilk orta əsr 

abidələri ilə olduqca zəngindir. Hansı ki, həmin abidələr barəsində əsərdə təfsilatı 

ilə bəhs olunur, Girdimanın yaĢayıĢ yerləri, qala və istehkamları, oradakı məbədlər 

və  qəbir  abidələri  barəsində  ətraflı  məlumat  verilir.  ġəhər  və  Ģəhərtipli  yaĢayıĢ 

məntəqələrindən Qəbələ, Qalagah, Mehrəvan, Qırlartəpə, Lahıc, kəndtipli yaĢayıĢ 

məskənlərindən  Pəldahar,  Kürdüvan,  Həsən  bəyin  yeri,  AĢağı  Qaraməryəm, 

Yekəxana, TərkəĢ, KələĢ, qəbir abidələrindən Gəndob və Ərəbcəbirli nekropolları, 

Girdiman və Kilsədağ məbədləri, habelə bir sıra digər abidələr və həmin abidələrdə 

aparılan  arxeoloji  tədqiqatlardan  bəhs  olunur.  Xatırladaq  ki,  bu  abidələrdən  bir 

qismi  ilk  dəfə  olaraq  məhz  Q.C.Cəbiyev  tərəfindən  tədqiq  olunub.  Əsərdə, 

həmçinin əvvəllər tədqiq olunmuĢ abidələrin də xeyli qisminin dövrü və təyinatı ilə 

bağlı bir sıra yeni mülahizələr irəli sürülüb. 

Mehrəvan  Ģəhərində  Q.C.Cəbiyevin  rəhbərliyi  ilə  aparılmıĢ  arxeoloji 

tədqiqatları  xüsusi  olaraq  qeyd  etmək  istərdim.  Məlum  olduğu  kimi,  tarixi 

mənbələrdə  adı  çəkilən  Mehrəvan  Ģəhərinin  yeri  uzun  illər  idi  ki,  elm  üçün  sirr 




 

olaraq  qalırdı.  Bu  Ģəhərin  lokalizəsi  ilə  bağlı  müxtəlif  vaxtlarda  ayrı-ayrı 



tədqiqatçılar  tərəfindən  söylənilmiĢ  mülahizələr  ciddi  elmi  dəlillərlə 

əsaslandırılmadığından, ehtimal olaraq qalırdı. Ġlk dəfə məhz Q.C.Cəbiyev 2004-cü 

ildə  apardığı  arxeoloji  tədqiqatlar  nəticəsində  Ağsu  rayonun  Bəyimli  kəndi 

yaxınlığındakı  9  hektar  əraziyə  malik  qala  yerinin  Mehrəvan  Ģəhərinin  qalıqları 

olduğunu elmi cəhətdən əsaslandırmıĢdır. 

Girdiman  abidələrində  aparılan  arxeoloji  tədqiqatlar  nəticəsində  aĢkar 

olunan  zəngin  maddi-mədəniyyət  nümunələri  yerli  əhalinin  məĢğuliyyəti  və 

təsərrüfat  həyatı  barədə  kifayət  qədər  aydın  təsəvvür  yaradır.  Müəllif  arxeoloji 

materiallara,  həmçinin  mənbə  məlumatlarına  istinadən  erkən  orta  əsrlərdə  bəhs 

olunan  ərazidə  əkinçiliyin,  maldarlığın,  ovçuluğun  və  sənətkarlığın  yerli  əhalinin 

təsərrüfat  həyatındakı  rolunu  və  əhəmiyyətini  göstərə  bilib.  Əsərdə  sənətkarlığın 

ayrı-ayrı  sahələri,  o  cümlədən  metaliĢləmə,  dulusçuluq,  daĢiĢləmə,  toxuculuq, 

ağaciĢləmə, sümükiĢləmə və ĢüĢə məmulatı istehsalı barəsində xüsusilə ətraflı bəhs 

olunur.  Müəllifin  keramika  istehsalı  tarixi  və  texnologiyası,  o  cümlədən  dulus 

çarxının  kəĢfi  və  təkmilləĢdirilmiĢ  dulus  kürələrinin  meydana  gəlməsi  ilə  bağlı 

mülahizələri də elmi cəhətdən maraq doğurur. 

Erkən  orta  əsrlərdə  Albaniyanın  iqtisadi,  siyasi,  hərbi,  dini  və  mədəni 

həyatında  Girdiman  vilayəti  aparıcı  mövqeyə  malik  olmuĢdur.  Bu  da hər  Ģeydən 

öncə vilayətin təbii-iqtisadi imkanları, Girdiman feodallarının hərbi-siyasi nüfuzu 

və onların ölkədə siyasi hakimiyyətə təsir dairəsinin geniĢliyi ilə izah oluna bilər. 

Hansı ki, əsərdə bütün bunlar barəsində ətraflı bəhs olunur. 

Girdiman  hökmdarı  CavanĢirin  böyük  sərkərdə,  mahir  diplomat,  bacarıqlı 

dövlət xadimi, ən baĢlıcası isə vətənini və xalqını sonsuz məhəbbət hissi ilə sevən 

alovlu bir vətənpərvər kimi təqdim olunması, əsərin mühüm üstünlüklərindən biri 

kimi dəyərləndirilməlidir. Xatırladaq ki, indiyədək Albaniya tarixi barədə yazılan 

tədqiqat  əsərlərinin  heç  birində  CavanĢirin  xidmətləri  və  onun  hərbi  yürüĢləri 

barəsində bu dərəcədə əsaslı və əhatəli bəhs olunmayıb. 

IV-IX  əsrlərdə  Girdimandakı  mürəkkəb  dini  durum  və  bu  müstəvidə 

cərəyan edən hadisələr, ərazidə məskunlaĢan insanların etnik mənsubiyyəti, onların 

dili, mədəniyyəti və nəhayət, alban əlifbasının meydana gəlməsi ilə bağlı məsələlər 

də təqdim olunan kitabda kifayət qədər əhatəli Ģərh olunub. 

Bir sözlə, Q.C.Cəbiyevin «Girdiman tarixi (IV-IX əsrlər)» əsəri Azərbaycan 

albanĢünaslığına  yeni  töhfə  kimi  dəyərləndirilə  bilər.  Ümid  edirik  ki,  bu  əsər 

gələcəkdə  Albaniyada  mövcud  olan  digər  inzibati-siyasi  vahidlərin  tarixinin  də 

ayrı-ayrılıqda tədqiqinə təkan olacaqdır. 

Göründüyü kimi, Q.C.Cəbiyevin «Girdiman tarixi (IV-IX əsrlər)» adlı əsəri 

Azərbaycan  tarix  elminin  çox  mühüm  və  olduqca  aktual  problemlərindən  birinə 

həsr  olunmuĢdur.  Bir  daha  xatırladım  ki,  bu  mövzu  milli  tarixĢünaslığımızda 

indiyədək ayrıca bir problem kimi tədqiq olunmamıĢdır və bu mövzunun hərtərəfli 

araĢdırılması tarix elmimiz üçün çox gərəklidir. 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə