Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə3/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   2   3   4   5   6   7   8   9   ...   179

 

Girdiman  probleminin  dərin  elmi  əsaslarla  araĢdırılması  tarixĢünaslığımız 



üçün bir də ona görə aktualdır ki,  bu mövzu  yaxın keçmiĢdə  - sovet hakimiyyəti 

illərində  xüsusi  məqsəd  güdən  basqılara  və  saxtalaĢdırmalara  məruz  qalmıĢdır. 

Azərbaycanın  qədim  tarixi  vilayəti  olan  Girdimanı  ġirvandan  uzaqlaĢdırıb  indiki 

Ermənistanla  sərhəd  regiona  aparıb  çıxaran  erməni  saxtakarları,  əslində  mifik 

«Böyük  Ermənistan»  saxtakarlığına  haqq  qazandırmaq  və  ölkəmizə  qarĢı  ərazi 

iddialarını  «əsaslandırmaq»  məqsədi  güdürdü.  Erməni  tarixĢünaslığında 

«Gardman» xəstəliyi bu gün də davam edir və getdikcə «Ģiddətlənməkdədir». Buna 

görə  də  Qafar  Cəbiyevin  həmin  problemi  xüsusi  tədqiqat  mövzusu  olaraq 

araĢdırması olduqca təqdirəlayiq haldır. 

Əsərin  xronoloji  çərçivəsi  düzgün  müəyyənləĢdirilmiĢdir.  Çünki  IV-IX 

əsrlər  tarixi  Girdimanın  ən  yüksək  tərəqqi  dövrüdür.  Bunu  ərazinin  qiymətli 

arxeoloji və tarixi abidələrlə son dərəcə zəngin olması bir daha sübut edir. 

Müəllif  məlum  olan  bütün  ilk  mənbələrin  məlumatlarını  və  arxeoloji 

araĢdırmaların nəticələrini təhlil edir, üzləĢdirir, müqayisələr aparır, mövcud elmi 

ədəbiyyata öz tənqidi münasibətini bildirir. O, ciddi və inkarolunmaz elmi əsaslara 

söykənərək  S.T.Yeremyanın  və  digər  üzdəniraq  erməni  tarixçilərinin 

saxtalaĢdırmalarını  və  onun  «ardıcıllarının»  qeyri-elmi  iddialarını  rədd  edir. 

Girdimanın  real  tarixini  -  ġirvan  ərazisində  yaranmıĢ,  təĢəkkül  tapmıĢ  və  öz 

inkiĢafının zirvəsinə yüksəlmiĢ tarixini təqdim edir. 

Əsər  mühüm  elmi-nəzəri  əhəmiyyətə  malik  olduğu  qədər  də  əməli 

əhəmiyyətə  malikdir.  ġübhə  etmirəm  ki,  bu  əsər  Girdimanın  tarixi  ilə  bağlı  çox 

məsələlərə aydınlıq gətirəcəkdir. 

Q.C.Cəbiyev tərəfindən təqdim olunan Girdiman tarixi real tarixdir, olmuĢ 

tarixdir, bizim tariximizdir. Bu təkcə müəllifin deyil, ümumiyyətlə tarix elmimizin 

də böyük uğurudur. 

Müəllifin  Girdimanın  IV-IX  əsrlər  tarixinə  həsr  olunmuĢ  əsəri  elmimizdə 

yenilikdir,  tarixi  saxtalaĢdıranlara,  xüsusilə  erməni  saxtakarlarına tutarlı  cavabdır, 

tarixi  həqiqəti  müdafiə  edən  araĢdırmadır.  Onun  apardığı  ciddi  tarixi-arxeoloji 

araĢdırmalar  sayəsində  gəldiyi  elmi  nəticələr  kifayət  qədər  əsaslandırılmıĢdır  və 

inandırıcıdır. 



Yaqub Mahmudov 

AMEA-nın müxbir üzvü, 

tarix elmləri doktoru, professor, 

Əməkdar elm xadimi 

 

 



 


 

GĠRĠġ 

 

Azərbaycanın  erkən  orta  əsrlər  tarixi  uzun  illərdir  ki,  tarixçilər  və 



arxeoloqlar  tərəfindən  davamlı  Ģəkildə  öyrənilməkdədir.  Bununla  belə,  Qafqaz 

Albaniyasının tərkibinə daxil olan ayrı-ayrı inzibati-siyasi vahidlərin tarixi hələ də 

lazımınca  öyrənilməyib.  Deməli,  ölkənin  iqtisadi,  siyasi  və  mədəni  həyatında 

onların iĢtirakı və rolu da hələlik dəqiq müəyyənləĢdirilməyib. Bu cəhətdən uzun 

müddət Albaniyanın iqtisadi, siyasi, hərbi, dini və mədəni həyatında çox mühüm 

yeri olan Girdiman vilayəti tarixinin öyrənilməsi xüsusi aktuallıq kəsb edir. Yazılı 

mənbələrdən  məlum  olduğu  kimi  Girdiman  knyazları  və  yepiskopları  hələ 

ArĢaqilər  dövründə  ölkədə  böyük  nüfuz  sahibi  olublar.  Mehranilərin hakimiyyəti 

dövründə isə Girdiman knyazları bütövlükdə Albaniyada siyasi hakimiyyəti də ələ 

alıblar. Girdiman yepiskoplarından bir neçəsi alban katalikosu kürsüsünə yüksəlib. 

Bütün  bunlar  barəsində  yazılı mənbələrdə  yalnız  ümumi  Ģəkildə  məlumat  verilir. 

AraĢdırıcılar  isə  hələlik  həmin  məlumatları  Albaniya  tarixi  kontekstində  sadəcə 

olaraq  yada  salmaqla  kifayətləniblər.  Halbuki  ötən  əsrin  ortalarından  etibarən 

tədqiq  olunan  çoxsaylı  arxeoloji  abidələr,  Girdiman  hökmdarları  tərəfindən 

təqribən V-VIII əsrlərdə tikilən əzəmətli məbəd, qala və istehkamlar, əsrlər boyu 

Girdiman tarixini özündə yaĢadan toponimlər, orada məskunlaĢan etnosların dili və 

mədəniyyəti  -  bütün  bunların  yazılı  mənbələrin  məlumatları  ilə  əlaqələndirilərək 

kompleks Ģəkildə öyrənilməsi zəruriyyəti təqdim olunan əsərin aktuallığına dəlalət 

edir. 

Tədqiqatın xronoloji çərçivəsinin IV-IX əsrləri əhatə etməsi bir çox mühüm 



amillərlə əlaqədardır. Birincisi, Girdiman vilayətinin adı yazılı mənbələrdə ilk dəfə 

olaraq məhz IV əsrə aid hadisələrlə əlaqədar çəkilir. Məlum olduğu kimi IV əsrdə 

Albaniyada  artıq  yeni  ictimai-iqtisadi  formasiya  olan  feodal  cəmiyyəti  tədricən 

formalaĢmaqda  idi.  Əsasında  iri  torpaq  sahibliyi  dayanan  ilkin  inzibati-siyasi 

vahidlərin  də  məhz  bu  dövrdə  təĢəkkül  tapdığı  güman  edilir.  Tədqiqat  iĢinin 

xronoloji çərçivəsinin IV əsrdən götürülməsi də elə bu amillərlə izah oluna bilər. 

Əsərin  xronoloji  çərçivəsinin  IX  əsrin  əvvəllərinədək  olan  dövrü  əhatə 

etməsi də bir sıra çox mühüm elmi-məntiqi əsaslarla izah oluna bilər. Birincisi, IX 

əsrin  əvvəllərində,  daha  doğrusu  822-ci  ildə  Mehranilər  sülaləsinin  sonuncu 

nümayəndəsi  II  Varaz  Tiridat  öldürülüb.  854-cü  ildə  isə  Girdimanın  sonuncu 

hakimi  Qetric  ərəblər  tərəfindən  əsir  alınıb.  IX  əsrin  əvvəllərindən  baĢlayaraq 

Azərbaycanda, o cümlədən ġirvanda yeni feodal dövlətləri meydana gəlir. Bununla 

da inzibati-siyasi vahid olmaq etibarı ilə Girdimanın mövcudluğu sona yetir. Elə bu 

səbəbdən  də  sonrakı  dövrə  aid  mənbələrdə  inzibati-siyasi  və  dini  vahid  olaraq 

Girdimanın  adı  çəkilmir.  Ġkincisi,  erkən  orta  əsrlər  xronoloji  baxımdan  məhz  IX 

əsrin əvvəllərinədək olan dövrü əhatə edir. Göründüyü kimi, təqdim olunan əsər də 

Azərbaycan  tarixinin  özünəməxsus  xüsusiyyətləri  ilə  səciyyələnən  bütöv  bir 

dövrünü - erkən orta əsrlər dövrünü əhatə edir. 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə