Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə4/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   2   3   4   5   6   7   8   9   ...   179

 

IX  əsrin  əvvəllərində  Girdiman  ərazisindəki  ilk  orta  əsr  yaĢayıĢ 



məskənlərinin  bir  qismində  (Mehrəvan,  Qəbələnin  Səlbir  hissəsi  və  s.)  həyat 

tamamilə dayanır və bir sıra yeni yaĢayıĢ məntəqələri meydana gəlir. Həyat davam 

etməkdə olan əski yaĢayıĢ yerlərində isə yeni dövrün xüsusiyyətlərini özündə əks 

etdirən  (Ģirli  keramikanın  meydana  gəlməsi,  dulus  dəzgahında  istehsal  olunan 

keramikanın  kəmiyyət  etibarı  ilə  artması,  keyfiyyətinin  yaxĢılaĢması,  məmulatın 

çeĢid  müxtəlifliyinin  çoxalması  və  s.)  keyfiyyətcə  yeni  mədəni  təbəqə 

formalaĢmağa baĢlayır. Əsərin xronoloji çərçivəsinin IX əsrin əvvəllərinədək olan 

dövrlə tamamlanması da sözsüz ki, yuxarıda sadalanan amillərlə əlaqədardır. 

«Girdiman  tarixi  (IV-IX  əsrlər)»  əsərinin  tədqiqat  obyekti  coğrafi 

ədəbiyyatda Böyük Qafqazın Cənub yamacı, Alazan-Həftəran çökəkliyi, Həftəran 

yaylası  və  AĢağı  ġirvan  düzü  adı  ilə  bəlli  olan  geniĢ  bir  ərazini  (təqribən  7  000 

km

2



) əhatə edir. Bolsulu çay Ģəbəkəsi, əkinə yararlı münbit torpaqları, geniĢ sahəni 

əhatə edən yay və qıĢ otlaqları, zəngin bitki və heyvanat aləmi bu ərazidə hələ e.ə. 

V  minillikdən  baĢlayaraq  ilk  yaĢayıĢ  məskənlərinin  meydana  gəlməsinə  zəmin 

olmuĢdur. Yerli əhalinin daha çox qədim Girdiman əraziləri kimi tanıdığı bu yerlər 

erkən  orta  əsrlərdə  xüsusilə  intensiv  məskunlaĢma  rayonu  olmuĢdur.  Ərazidəki 

çoxsaylı Ģəhər və Ģəhər tipli iri yaĢayıĢ məntəqələri (Qəbələ, Mehrəvan, Girdiman, 

Qalagah,  Qırlartəpə,  Lahıc),  digər  yaĢayıĢ  yerləri  və  nekropollar  (Həsənbəyin 

mülkü, Səngər yeri, Kənd yeri, Tərkəs, Ərəbcəbirli, AĢağı Qaraməryəm, KələĢ və 

s.) buna sübutdur. Oradakı neçə-neçə əzəmətli qalalar (Girdiman, CavanĢir, Niyal, 

Fit,  Xanəgah,  Xaçmaz,  Bum,  Vəndam,  Xosrov  və  Qız  qalaları),  habelə  digər 

müdafiə  tikililəri  (Xiroki  müdafiə  səddi,  Həzrə  qülləsi,  Qalatap  və  s.)  IV-IX 

əsrlərdə  Girdiman  vilayətinin  istər  lokal,  istərsə  də  regional  xarakterli  hərbi 

əməliyyatlarda fəal iĢtirakından xəbər verir. Müxləlif tiplərdən olan qəbir abidələri 

(küp  qəbirlər,  təknə  qəbirlər,  torpaq  qəbirlər,  sərdabə  tipli  qəbirlər,  daĢ  qutu 

qəbirlər  və  s.),  bütlər  və  nəhayət,  dini  əhəmiyyətli  obyektlər  (Kilsədağ  məbədi, 

Girdimandakı  Allah  evi  və  s.)  Girdiman  əhalisinin  mədəni  səviyyəsinin,  dini 

baxıĢlarının öyrənilməsi baxımından mühüm elmi əhəmiyyətə malikdir. Arxeoloji 

qazıntılar, təbii dağıntılar və tikinti-abadlıq iĢləri zamanı üzə çıxan istehsal ocaqları 

və  rəngarəng  çeĢidli  zəngin  maddi  mədəniyyət  nümunələri  ölkənin  təsərrüfat 

həyatını,  mədəni,  iqtisadi  və  ticarət  əlaqələrini  daha  dərindən  və  daha  əhatəli 

Ģəkildə öyrənməyə imkan verir. 

Ġnzibati-siyasi vahid olmaq etibarı ilə Girdiman vilayəti bütün ilk orta əsrlər 

boyu  Azərbaycanın  iqtisadi,  siyasi,  dini,  hərbi  və  mədəni  həyatında  aparıcı  yer 

tutmuĢdur, hansı ki, bütün bunlar ilk dəfə olaraq müəllif tərəfindən xüsusi tədqiqat 

obyekti kimi araĢdırılmıĢdır. 

Əsərin  iĢlənməsində  məqsəd  yazılı  mənbələr,  arxeoloji  komplekslər  və 

memarlıq  abidələri,  onlardan  aĢkar  edilən  zəngin  maddi  mədəniyyət  nümunələri 

əsasında  erkən  orta  əsrlərdə  Girdiman  vilayətində,  bütövlükdə  Qafqaz 

Albaniyasında cərəyan edən hadisə və prosesləri, ölkənin təsərrüfat həyatını, dini 



 

və mədəni durumu araĢdırmaqdır. Müəllif qarĢıya qoyduğu məqsədi reallaĢdırmaq 



üçün konkret olaraq aĢağıdakı məsələlərin həllinə çalıĢmıĢdır: 

-

 



Girdiman  vilayəti  ərazilərinin lokalizəsini dəqiqləĢdirərək  onun  arxeoloji 

xəritəsini iĢləmək; 

-

 

Ərazinin təbii-coğrafi xarakteristikasını vermək və əhalinin məskunlaĢma 



dinamikasını izləmək; 

-

 



Lokal miqrasiyanın səbəb və nəticələrini araĢdırmaq; 

-

 



Girdiman  abidələrini  və  oradan  məlum  olan  maddi  mədəniyyət 

nümunələrini sistemləĢdirərək onların təsnifatını vermək; 

-

 

Əhalinin  məĢğuliyyətini  -  əkinçilik,  maldarlıq,  ovçuluq  və  sənətkarlığın 



inkiĢafı  sahəsində  müĢahidə  olunan  proqressiv  və  reqressiv  meyilləri  izləyərək 

ümumiləĢdirmək; 

-

 

Cəmiyyətin sinfi tərkibini və sosial vəziyyətini öyrənmək; 



-

 

Ölkədə gedən etnik, dini və mədəni proseslərin konkret olaraq Girdiman 



vilayəti timsalında izlənilməsi; 

-

 



Bizans  və  Sasani  imperiyaları,  ərəb  Xilafəti  və  Xəzər  xaqanlığı,  habelə 

qonĢu  ölkələrlə  Albaniyanın  hərbi,  siyasi,  iqtisadi  və  mədəni  əlaqələrində 

Girdiman  vilayətinin  və  böyük  Mehrani  knyazlarının  rolunu  və  xidmətlərini 

öyrənmək; 

-

 

Ölkədə xristianlığın və Ġslamın yayılmasında, bütpərəstliyə və zərdüĢtliyə 



qarĢı mübarizənin təĢkilində Girdiman knyazlarının və yepiskoplarının iĢtirakını və 

rolunu müəyyənləĢdirmək. 

Tədqiqat iĢinin metodoloji əsasını hadisə və prosesləri tarixi inkiĢafda dərk 

etməyə  imkan  verən  dialektik  materialist  baxıĢı  təĢkil  edir.  AraĢdırmalar  zamanı 

yeri gəldikcə tarixi, statistik və tipoloji materialdan, habelə təhlildən geniĢ istifadə 

olunmuĢdur.  Tarixi  inkiĢafın  müəyyən  mərhələsində  alban  cəmiyyətinin  maddi 

əksi olan müxtəlif xarakterli abidə - komplekslərin analoji abidə  - komplekslərlə, 

həmçinin  yazılı  mənbə  məlumatları  ilə  müqayisəli  və  əlaqəli  Ģəkildə  tədqiqi 

müəllifin  istifadə  etdiyi  baĢlıca  metodik  üsuldur.  Tədqiq  olunan  abidələrin  və 

maddi  mədəniyyət  nümunələrinin  təsnifatı  və  təhlili  müasir  arxeologiya  elmində 

qəbul olunan və geniĢ surətdə istifadə edilən prinsip və üsullara əsaslanır. 

Əsərin yazılmasında antik və orta əsr mənbələrindən, Girdiman abidələrində 

aparılmıĢ tarixi, arxeoloji və etnoqrafik tədqiqatların materiallarından, muzey, fond 

və  Ģəxsi  kolleksiyalarda  saxlanılan  maddi  mədəniyyət  nümunələrindən,  slavyan-

rus,  rus-sovet  və  erməni-gürcü  müəlliflərinin,  xüsusilə  də  Azərbaycan 

albanĢünaslarının  əsərlərindən  geniĢ  istifadə  olunmuĢdur.  Məlum  olduğu  kimi, 

Strabonun, Koryunun, YeqiĢenin, Sebeosun, Lazar Parpetsinin və xüsusən də alban 

tarixçisi  M.Kalankatuklunun əsərlərində  Albaniya  tarixinə, o  cümlədən  Girdiman 

tarixinə  dair  olduqca  qiymətli  məlumatlar  verilmiĢdir.  Girdiman  probleminə, 

həmçinin  orta  əsr  ərəb  coğrafiyaĢünas  və  səyyahlarının  əsərlərində  də  bu  və  ya 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə