Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə6/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   2   3   4   5   6   7   8   9   ...   179

12 

 

I FƏSĠL 



 

GĠRDĠMAN TARĠXĠNĠN ÖYRƏNĠLMƏ 

VƏZĠYYƏTĠNƏ DAĠR 

 

Girdiman  vilayəti  qədim  Qafqaz  Albaniyası  ərazisində  insanların  daha 



erkən  məskunlaĢdığı  ərazilərdəndir.  Qırlartəpədə  aparılmıĢ  arxeoloji  tədqiqatlar 

nəticəsində  hələ  eneolit  dövründən  baĢlayaraq  təqribən  7000  il  ərzində  bu 

ərazilərdə  intensiv  həyat  olduğunun  müəyyənləĢdirilməsi  deyilənlərə  sübutdur. 

Erkən orta əsrlərdə Girdiman vilayəti ölkənin iqtisadi, siyasi və mədəni həyatında 

xüsusi ilə önəmli rola malik olmuĢdur. Əfsuslar olsun ki, Girdimanın Azərbaycanın 

dövlətçilik  tarixindəki  yeri  və  rolu  milli  tarixĢünaslığımızda  hələlik  yetərincə 

araĢdırılmayıb.  Bu,  əlbəttə,  müəyyən  mənada  Girdiman  tarixi  ilə  bağlı  mənbə 

məlumatlarının azlığı və xeyli dərəcədə ziddiyyətli xarakter daĢıması ilə əlaqədar 

olub.  Lakin  əsas  səbəb  bu  deyil.  Fikrimizcə,  Girdiman  tarixinin  öyrənilməsi 

sahəsində aparılan tədqiqatların istiqamətinə, xarakterinə və nəticələrinə prinsipial 

Ģəkildə təsir  edən  çox  ciddi amillərdən  biri  də məhz  sovet  təfəkkür  sistemi  olub. 

Gizli  deyildir  ki,  uzun  illər  ərzində  sovet  tarixĢünaslığında  əsas  «strateji 

yüksəkliklər»ə  nəzarət  edən  ermənilər  Albaniya  tarixinin  istisnasız  olaraq  bütün 

problemlərinin  araĢdırılmasında  Azərbaycan  tarixçilərinə  daim  əngəl  olmağa 

çalıĢmıĢlar. Onlar qədim erməni mənbələrinin zəmanəmizə qədər gəlib çatan, hətta, 

birtərəfli  məlumatlarını  da  özlərinə  xas  üslubda  «redaktə»  edərək  əsaslı  surətdə 

erməniləĢdirmiĢlər. Nəticədə, Albaniya tarixinin bir çox məsələlərini, o cümlədən 

Girdiman  problemini  onilliklər  boyu  sözün  əsl  mənasında  çox  ciddi  polemika 

mövzusuna  çevirmiĢlər.  Bu,  əslində  Azərbaycan  və  erməni  tarixçiləri  arasında 

Qarabağ  müharibəsindən  çox-çox  əvvəllər  baĢlanan  və  daha  geniĢ  sahələri  əhatə 

edən  mövqe  müharibəsi  idi.  Fikrimizcə,  bütün  bunlar,  həmçinin,  60-cı  illərdən 

baĢlayaraq  Azərbaycan  ərazisində  aparılan  geniĢmiqyaslı  arxeoloji  tədqiqatların 

nəticələri,  bütövlükdə,  Girdiman  vilayəti  tarixinin  müasir  reallıqlar  müstəvisində 

araĢdırılmasını aktual edir. 



 

GĠRDĠMAN TARĠXĠ ANTĠK VƏ ORTA ƏSR MƏNBƏLƏRĠNDƏ 

 

Məlum  olduğu  kimi,  tarixi  mənbələrdə  Albaniya  haqqında  ən  erkən 

məlumatlara  Strabon,  Klavdi  Ptolemey  və  Böyük  Plininin əsərlərində rast  gəlirik 

[276].  Lakin  həmin  müəlliflərin  qeydlərində  bilavasitə  Girdiman  haqqında 

məlumatlar yox dərəcəsindədir. 

Bununla belə onların Albaniya tarixinin bu və ya digər məsələləri ilə bağlı 

çoxsaylı  məlumatlarının  bir  qismini  həm  də  Girdiman  tarixinə  aid  etmək  üçün 

kifayət  qədər məntiqi  əsaslar  olduğu  da  danılmazdır.  Məsələn,  Strabonun  Qafqaz 

dağlarından  axıb  gələrək  Kürə  qovuĢan  çayların  ətraf  ərazilərdə  «torpağın 



13 

 

məhsuldarlığını  artırması»  və  bu  çayların  «gətirdiyi  çoxlu  çöküntülərin  keçidləri 



tutması»  barədəki  fikirlərini  eyni  ilə  Girdiman  vilayətinin  çaylarına  da aid  etmək 

olar  [617,  475].  Yəni,  Kürün  sol  qolu  olan  Göyçay,  Girdiman,  Türyan  və  digər 

çayların  əsrlər  boyu  Böyük  Qafqazın meĢə  və  dağ  yamaclarını  yuyaraq  gətirdiyi 

lyos  çöküntüləri  ġirvanın  aran  ərazilərinin  torpaq  örtüyünün  münbitləĢməsi  ilə 

nəticələnib. Güman  etmək olar ki, bu çayların Həftəran yaylasını və Qaraməryəm 

tirəsini yararaq əmələ gətirdiyi paleodərə-keçidlər də məhz Strabonun qeydlərində 

xatırladılan keçidlərdəndir. 

K.Ptolemeyin  «Coğrafiya  dərsliyi»  əsərində  də  Albaniya  tarixinə  dair  bir 

sıra maraqlı məlumatlar vardır. Fikrimizcə, onun adını çəkdiyi  və koordinatlarını 

göstərdiyi Ģəhər, kənd və çayların bir qismi məhz Girdiman ərazisindədir. Məsələn, 

Ptolemeyə  görə  «Alban  çayı  və  Kaysi  çayı  arasında  yerləĢən»  Xabala  (Qəbələ  - 

Q.C.)  Ģəhəri  buna  sübutdur  [586,  24].  Bəzi  müəlliflərə  görə  Ptolemey  tərəfindən 

adı çəkilən Alban çayı Oğuz, Qəbələ və AğdaĢ rayonları ərazisindən axaraq Kürə 

qovuĢan  Türyançaydır.  A.Yanovski  və  S.YuĢkovun  fikrincə  isə  Ptolemey 

tərəfindən  adı  çəkilən  «Alban»  çayı  Oğuz  və  ġəki  rayonları  ərazisindən  axan 

Əlciyan çayına daha çox uyğun gəlir [668, 672]. «Kaysi» isə fikrimizcə daha çox 

«Qaraçay»  və  ya  «Qarasu»  hidroniminə  uyğun  gəlir.  Məlumat  üçün  bildirək  ki, 

Qarasu Türyançayın ikinci adıdır. Daha doğrusu, çayın aĢağı axarında ona Qarasu, 

yuxarı  hissədə  isə  Türyançay  deyirlər.  Qaraçay  isə  Qəbələ  Ģəhərinin  qərb  sahili 

boyunca  axır.  Göründüyü  kimi,  bu  halda  həm  Alban,  həm  də  «Kaysi»  (yəni, 

Qaraçay, yaxud Qarasu) çayları Qəbələnin qərb tərəfindədir. Halbuki, Ptolemeyin 

xəritəsində Alban çayını Qəbələdən Ģərq tərəfdə axtarmaq lazım gəlir. 

«Coğrafiya  dərsliyi»  əsərində  adı  çəkilən  və  koordinatları  etibari  ilə 

Qəbələyə  yaxın  ərazilərdə  olan  «Xabota»,  «Mozuata»,  «Misia»,  «Xadaxa»  və 

«Alam»  kimi  yaĢayıĢ  məntəqələrini  də  fikrimizcə  məhz  Girdiman  ərazisində 

axtarmaq  daha  məntiqə  uyğun  olardı.  Bu  cəhətdən  «Xadaxa»nın  Oğuz  rayonu 

ərazisindəki  Xalxal,  «Alam»ın  isə  Qəbələ  rayonu  ərazisindəki  Zalam  yaĢayıĢ 

məntəqələrinə daha çox uyğun gəldiyini söyləmək olar. Məlumat üçün bildirək ki, 

adı  çəkilən  hər  iki  yaĢayıĢ  məntəqəsi  ətrafında  antik  dövrə  aid  yaĢayıĢ  yeri  və 

nekropollar mövcuddur. 

Eramızın  I  yüzilliyində  yaĢamıĢ  Roma  tarixçisi  Böyük  Plininin  «Təbiət 

tarixi»  əsərində  öz  əksini  tapmıĢ  bir  sıra  məlumatların  da  Albaniya  tarixinin 

öyrənilməsində  mühüm  əhəmiyyəti  olduğu  Ģəksizdir.  Maraqlıdır  ki,  antik  dövr 

müəllifləri  içərisində  ilk  dəfə  məhz  o,  Qəbələnin  «Albaniyanın  baĢ  Ģəhəri 

olduğunu» yazıb [34, 25]. 

Orta əsr müəlliflərindən Favstos Buzandın [631], Moisey Xorenlinin [529], 

YeqiĢenin  [420],  keĢiĢ  Sebeosun  [446]  və  bir  sıra  baĢqalarının  əsərlərində  də 

Albaniya ilə  bağlı məsələlərə kifayət qədər geniĢ yer verilmiĢdir. Lakin unutmaq 

olmaz ki, erməni müəllifləri əksər hallarda Albaniyaya, albanlara və ümumiyyətlə, 

qonĢulara  münasibətdə  qərəzli,  birtərəfli  və  ziddiyyətli  fikirlər  söyləmiĢlər. 



Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə