Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə7/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   2   3   4   5   6   7   8   9   10   ...   179

14 

 

Əlbəttə, vətənimizin tarixi ilə bağlı hər hansı bir məlumatın nə vaxt və ya kimlər 



tərəfindən qələmə alınması  bizim  üçün az əhəmiyyətlidir. Əhəmiyyətlisi  odur  ki, 

həmin  qaynaqlarda  Albaniyanın  sərhədləri,  Ģəhərləri,  habelə  siyasi,  iqtisadi  və 

mədəni  həyatı  ilə  bağlı  yetərincə  material  var.  Elə  Girdiman  haqqında  yazılı 

mənbələrdə  ilk  məlumata  da məhz  IV  əsrin  sonu  -  V  əsrin  əvvəllərində  yaĢamıĢ 

Favstos Buzandın «Erməni tarixi» əsərində rast gəlirik. Əsasən IV əsrdə baĢ verən 

hadisələrin  Ģərhi  verilmiĢ  bu  əsərdə  bir  neçə  yerdə  Girdiman  nahararının  və 

Girdiman  knyazlığının  adı  çəkilir.  Əsərin  XVII  bölməsində  alban nəslindən  olan 

keĢiĢ  ġahakanın  «Böyük  Ermənistan»ın  [255,  12;  446]  patriarxı  kürsüsünə  necə 

gəlib çıxmasından bəhs edən müəllif daha sonra belə yazır: «Onu knyaz Mardpetə 

tapĢırdılar.  Onlar, həmçinin  Girdiman  knyazını  və  daha 10  baĢqa nahararı hakim 

təyin  etdilər»  [631, 37-38].  Favstos  Buzand  öz  əsərinin  «Albanlar haqqında  olan 

xüsusi  bölməsində  Albaniyanın  digər  vilayətləri  ilə  yanaĢı,  Girdimanın  da  adını 

çəkərək  belə  yazır:  «O  (yəni,  sərkərdə  MuĢeq  -  Q.C.),  «həmçinin  albanların 

ölkəsinə müharibəyə getdi və onları darmadağın etdi. Bir çox nahararı, o cümlədən 

tutmuĢ olduqları Uti, ġakaĢen və Girdiman nahararlarını onlardan aldı» [631, 162]. 

V  əsr  müəllifi  YeqiĢe  əsasən  Sasanilərin  Erməniyə,  Ġberiya  və  Albaniyada 

törətdikləri  amansız  zülm  və  ədalətsizlikləri  və  yerli  əhalinin  yadelli  iĢğalçılara 

qarĢı  etiraz  çıxıĢlarını  qələmə  alıb  [420].  Doğrudur,  erməni  tarixçisinin 

zəmanəmizə gəlib çıxmıĢ «Vardan və erməni müharibəsi» adlı əsərində bilavasitə 

Girdiman  vilayətinə  dair  məlumatlar  yoxdur.  Bununla  belə,  onun  Albaniya  və 

albanlar barəsində yazdıqlarının Girdiman tarixinə aidiyyəti olmadığını da demək 

olmaz.  Yəni,  YeqiĢenin  qeydlərində  dolayısı  yolla  da  olsa  Girdiman  haqqında 

məlumatlar tapmaq mümkündür. 

Girdimanın adı Moisey Xorenlinin «Ermənistan tarixi» əsərində də çəkilir. 

Albaniya  ərazilərinin  Ġberiyadan  baĢlayaraq  ġərqə  doğru  Xəzər  dənizi  və 

Sarmatiyayadək  əhatə  etdiyini,  orada  çoxlu  çay  və  zəngin  bitki  növləri,  habelə 

Ģəhərlər və qalalar olduğunu qələmə alan erməni tarixçisi daha sonra belə yazır: «O 

(yəni,  Albaniya  -  Q.C.),  aĢağıdakı  əyalətlərə  bölünüb:  Nibuh,  Xanbizaniya, 

Qolmal,  Saxed,  Saxeoniya,  Eror,  Qambaci,  Mərzbanan,  Xalarasti,  Ġvalakani  və 

ermənilərdən aldıqları Sikazeniya, Girdiman». [529, 225]. Xatırladaq ki, Ġ.Ġ.ġopen 

Albaniya  tarixinə  dair  məqaləsində  Moisey  Xorenlinin  adını  çəkdiyi  əyalət-

vilayətlərin  bir  çoxunun  unudulduğunu  yazır  [663,  415-416].  O,  həmçinin  bəzi 

əyalət-vilayət  adlarının  paralellərini  də  verməyə  çalıĢıb  və  bu  zaman  fikrimizcə, 

çox ciddi uyğunsuzluqlara yol verib [663, 416]. 

Girdiman tarixinə dair ən mükəmməl tarixi mənbə Moisey Kalankatuklunun 

«Albaniya tarixi» əsəridir [120]. Xatırladaq ki, həmin əsərdə Girdiman vilayətinin, 

Girdiman qalasının,  Girdiman məbədinin,  Girdiman hökmdarlarının  və  Girdiman 

ycpiskoplarının adları tez-tez çəkilir. Bundan əlavə «Albaniya tarixi»  əsərində adı 

çəkilən  bir  çox  yerlərin,  təsviri  verilən  görüĢ  və  hadisələrin,  barəsində  söhbət 

açılan hərbi  əməliyyatların da birbaĢa Girdiman vilayəti ilə əlaqəsi olmuĢdur. Bir 




15 

 

sözlə,  M.Kalankatuklunun  «Albaniya  tarixi»  əsərini  müəyyən  mənada  həm  də 



Girdiman tarixi kimi dəyərləndirmək olar. 

«Albaniya tarixi» əsəri və onun müəllifi barədə uzun illər ərzində üzdəniraq 

erməni  tarixçiləri  tərəfindən  olmazın  hədyanlar  yazılıb.  Təbiidir  ki,  ermənilər 

Albaniya  tarixini  saxtalaĢdırarkən,  daha  doğrusu,  erməniləĢdirərkən  ilk  növbədə 

məhz alban tarixçisinin qeydlərinə əl gəzdirmək məcburiyyətində olublar. 

Ötən əsrin 70-ci illərindən baĢlayaraq Azərbaycan albanĢünasları tərəfindən 

ilk  növbədə  məhz  M.Kalankatukluya  istinad  etməklə  ermənilərin  tariximizi 

saxtalaĢdırmaq cəhdləri çoxsaylı ciddi elmi dəlillərlə büsbütün ifĢa edildi [43; 151; 

157;  277]  Bu  baxımdan  «Albaniya  tarixi»ndə  toxunulan  ayrı-ayrı  məsələlərin 

izahına  və  Ģərhinə  dair  Z.M.Bünyadovun  və  F.C.Məmmədovanın  tədqiqatlarının 

əhəmiyyətini xüsusi olaraq qeyd etmək lazımdır [346; 350; 507]. 

M.Kalankatuklunun  əsəri  Vətənin  qeyri-adi  özəllikləri  haqqında  qeydlərlə 

baĢlanır: «...Qafqaz dağlarının qoynunda yerləĢən Alban ölkəsi öz saysız-hesabsız 

təbii  sərvətləri  ilə  həddindən  artıq  gözəl  və  heyranedici  bir  məmləkətdir...  Onun 

dağlarında  qızıl,  gümüĢ,  mis  və  oxra  çıxarılır»  [120,  16].  Çar  Vologez  Ģimal 

tayfaları  üzərində  öz  hakimiyyətini  bərqərar  edəndə  o,  yanına  Ģimal 

düzənliklərində  və  Qafqaz  dağları  ətəklərində,  dağlardan  cənubdakı  dərələrdə, 

çöllərdə və düzənlik baĢlanan yerlərdə yaĢayan vəhĢi qəbilələrin baĢçılarını çağırıb, 

onlara qarət və qətllərdən əl çəkib, çarın vergilərinin itaətlə ödənilməsini əmr etdi. 

Çar  qəbilələr  üzərinə  hakim  və  caniĢinlər  təyin  edir  və  onun  əmri  ilə  Yafəs 

nəslindən və Sisakan (Sünik) soyundan olan Aran onlara hakim təyin olunur [120, 

17].  Alban  tarixçisi  daha  sonra  yazır:  «Uti,  Girdiman,  Tsovd  və  Qarqar 

knyazlıqlarında  yaĢayan  xalqlar  da həmin  Aranın  oğullarının nəslindəndir»  [120, 

17]. 


Tarixi  mənbələrdən  məlum  olduğu  kimi  IV  əsrin  əvvəllərindən  etibarən 

Albaniyanın digər  vilayətlərində  olduğu  kimi,  Girdiman  vilayətində  də  xristianlıq 

geniĢ yayılaraq dövlət dini statusu qazanmıĢdı [384, 37-47]. Təsadüfi deyildir ki, 

məhz o dövrdən baĢlayaraq Girdiman yepiskopları ölkənin dini və siyasi həyatında 

olduqca  mühüm  rol  oynamağa  baĢlayır.  Hətta,  müqəddəs  Yeliazarın  (682-688-ci 

illərdə  katalikos  olub)  vəfatından  sonra  Albaniya  knyazı  Varaz-Tiridatın  arvadı 

Sparamanın  dəstəyi  ilə  Girdiman  yepiskopu  Nerses  Albaniya  katalikosu  seçilir 

[120,  175].  M.Kalankatuklunun  yazdığına  görə  «katalikos  (yəni,  Nerses  -  Q.C.) 

Girdiman  kilsə  dairəsindəndir.  Katalikos  kürsüsündə  17  il  oturdu»  [120,  205]. 

Alban  tarixçisinin  yazdığına  görə,  Nersesdən  baĢqa  Girdiman  yepiskopları 

Teodoros  4  il,  Qaik  isə  14  il  Albaniya  katalikosu  olublar  [120,  206-207]. 

M.Kalankatuklunun Girdiman vilayətində xristianlığın yayılması ilə bağlı qeydləri 

də  maraq  doğurur.  Bu  məsələ  ilə  əlaqədar  o  yazır  ki,  Mesrop  öz  Ģagirdləri  ilə 

səyahətə  çıxarkən  xəbər  alır  ki,  «Girdimanda  hələ  bütpərəstlikdən  qalan  var. 

Sünikdən keçərək Girdiman knyazı Xursun yanına gəlir. Onun köməyi ilə Mesrop 

bütpərəstləri müstəqim yola döndərir...» [120, 33]. 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə