Azərbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə14/35
tarix08.07.2018
ölçüsü0,59 Mb.
#54598
1   ...   10   11   12   13   14   15   16   17   ...   35

42 
 
mətnin  timsalında  özünü  doğruldur.  Onun  İldırım  tanrısı  tərə-
findən yaradılması türk xalqlarının inamlarında geniş yayılmış-
dır (47, 84). Ona görə də qısa məzmununu verdiyimiz rəvayət-
də Odun İldırım tanrısının oğlu olması odun ildırım tərəfindən 
yaradılması  ideyasına  əsaslanır.  Odun  İldırım  tanrısının  kiçik 
oğlu  kimi  səciyyələndirilməsi  isə  kiçik  ailənin  yaranmasından 
əvvəl mövcud ola bilməzdi. Türkmən xalqının “Koroğlu” dasta-
nı bu baxımdan misilsiz fakt verir. Dastanda Rövşən Cığalı bə-
yin kiçik oğlu Adı bəyin oğludur (84, 34-35). Koroğlu surətinin 
od,  işıq  kultu  ilə  bağlılığı  barədə  folklorşünaslıqda  müəyyən 
mülahizələr söylənmişdir (39, 142; 33, 63). Prof. M.Seyidov bu 
həqiqəti  qəbul  edib  Koroğlu  surətinin  dağ  kultu  ilə  bağlılığını 
da qeyd edir. Müəllif doğru olaraq bu qənaətə gəlir ki, Koroğlu 
surətinin bu iki atributu türk xalqlarında od tanrısı ilə dağ tanrı-
sının  birgə  düşünülməsi  ilə  bağlıdır  (30,  200).  Türkmən  “Ko-
roğlu”sunda bizi maraqlandıran məsələ baxımından diqqəti cəlb 
edən odur ki, Koroğlu məhz kiçik qardaşın – Adı bəyin (Adı – 
kiçik  qardaşı  ifadə  edən  qohumluq  termini)  oğludur.  Deməli, 
dağ,  od  hamisinin  övladı  olan  Koroğlu  da  ən  son  redaktəyə 
məruz  qalaraq  kiçiklik  atributu  ilə  yüklənmişdir.  Başqa  sözlə, 
kiçikliyin kölgəsi Koroğluya da düşmüşdür. 
Maraqlıdır  ki,  kiçiklik  atributu  ilə  “Göyoğlu”  kimi  ta-
nınan bu mifik qəhrəmanlar silsiləsinin bir çoxu səciyyələnir. 
Q.Potaninin İldırım tanrısının oğlu hesab etdiyi adlar və 
tunkin buryatlarının əcdad kimi tanıdıqları Buxa-noin (hərfən: 
Buğa cənab) haqqında əfsanədə deyilir ki,  Buxa-noin göydən 
yerə  öküz  şəklində  düşmüşdür.  Başqa  bir  varianta  görə,  bu 
göy öküzü bir qızın yanına gedir və ondan bir uşaq olur. Baş-
qa bir varianta görə, Buxa-noin göy oğlu idi, onun atası Eseqe 
malan-tenqri, anası Əke Orön adlanır (150, 300). Sibir xalqla-
rında İsıqı-malan tenqrinin kiçik oğlu Otxan və Buxa-noin bir 
mifoloji surətin müxtəlif ifadə formalarıdır. 


43 
 
“Göy oğlu” mifinin zoomorfik buğa formasının Doqquz 
oğuz variantında qəhrəman Buğu Təkin adlanır. Mifdə deyilir: 
Hulin dağından axan Tuğla və Selenqa çayları arasında qayın 
və şam ağacları bitir; bir gecə ağacların üstünə göydən bir şüa 
enir; gün keçdikcə ağaclardan birinin qarnı şişir; doqquz ayın 
tamamında bu ağaclardan birinin qarnından qapı açılır; ağacın 
içində  ağzında  gümüş  əmzik  olan  beş  uşaq  görünür;  doqquz 
oğuzlar  uşaqları  saxlayır  və  onları  belə  adlandırır:  Sutur  Tə-
kin,  Qotur  Təkin,  Tukan  Təkin,  Or  Təkin,  Buğu  Təkin.  Buğu 
Təkin hamıdan ağıllı olduğu üçün onu özlərinə xaqan seçirlər 
(42, 212-213). Bu mifdə uşaqların dünya ağacından doğulma-
sı  mifin  ən  qədim  variantlarından  biri  hesab  olunmalıdır.  Bu 
motiv yakutların od hamisi, tanrının kiçik oğlu Tanqxa Dalar-
aksı,  Aal  uot  iççite,  Osox  (yəqin  ki,  ocaq  –  Ə.Ə)  botur,  Aal 
Okxon  adlanan  mifik  surətin  folklordakı  mahiyyətini  başa 
düşməyə imkan verir. “Bosko” adlı yakut nağılında Bosko üç 
qardaşın  kiçiyidir.  O,  xəstədir.  30  ildir  ki,  hərəkətsiz  yatır, 
altını isladır və s. Qardaşları onu incidir, yeməyin artığını ona 
atırlar.  Bosko  qardaşlardan  intiqam  almaq  üçün  onların  var-
dövlətini yandırır. Böyük qardaş onu qılıncla parçalamaq istə-
yəndə Bosko ağacın arxasında gizlənir. Qardaşlar onu ölmüş 
bilib gedirlər. Bosko ağacın koğuşundan çıxaraq ağaca müra-
ciətlə  deyir:  “Sən  mənim  anam,  məni  doğan,  məni  eşit,  mən 
30  il  yaşadım,  30  il  qardaşlarım  məni  incitdilər.  Bu  müddət 
ərzində  mən  onlardan  çox  pislik  görmüşəm.  İndi  isə  mənim 
ayağa  qalxmaq  və  qardaşlarımın  zülmünə  son  qoymaq  vax-
tımdır.  Göylərdə  mənim  üçün  at  və  yaraq-əsləhə  saxlanılır. 
Onlar  mənim  üçün  göydən  gəlməlidir,  mənə  güc  ver”.  Ağac 
yarılır  və  onun  içərisindən  vaşaq  dərisindən  paltar  geymiş  ağ 
saçlı  bir  qadın çıxır. O,  sol  döşündən oğlanı  əmizdirir. Oğlan 
qadının  döşünü  əmdikcə  ona  güc  gəlir.  Axmaq  (Bosko)  yenə 
güc  istəyir.  Qadın  dünyanın  yaradıcısına  (Ai-Toenə)  müraciət 


44 
 
edir:  “Sənin  lənətlədiyin  oğlun  30  il  yerdə  uzanaraq  hər  bir 
mərhumiyyətə  dözüb.  İndi  onu  bağışla.  Onu  bədbəxtlikdən 
qurtar”. Göy guruldayır, ildırım çaxır, göydən ağ paltarlı adam-
lar gələrək ona at, silah verir. Bundan sonra axmaq (Bosko) bö-
yük qardaşlarını bağışlayır və səfərə çıxır (151, 630-642). Na-
ğılda Bosko surəti tanrının (Ai-Toen) kiçik oğlu Od tanrısıdır
Bu  fikri  Boskonun  tanrı  oğlu  kimi  səciyyələndirilməsi,  tanrı 
tərəfindən  göydən  qovulması,  tanrının  hökmü  ilə  30  il  xəstə 
yatması,  altını  islatması  kimi  xüsusiyyətlər  təsdiq  edir.  Şa-
manlar mərasimlərdə od ruhu Aal Okxonu məhz bu cəhətlərlə 
səciyyələndirirlər (190, 241-243, 275-283). Mifoloji inamlarda 
Aal Okxonun dünyaya necə gəlməsi haqqında heç nə deyilmir. 
Nağıldan  məlum  olur  ki,  Bosko  məhz  ağacdan  doğulub.  Do-
ğulmanın səciyyəsi isə bizə Buğu-Təkin əfsanəsindən məlum-
dur. Beləliklə, “Göy oğlu” mifinin bir variantı ilə qarşılaşırıq. 
“Bosko”  nağılının  müasir  nağıl  poetikasına  uyğun  olduğunu 
(qardaşlar arasında ədavət) qeyd etməklə bir daha belə bir həqi-
qəti  qabartmaq  olar  ki,  nağıllarda  kiçik  qardaşın  ideallaşdırıl-
masında  onun  sakral  səciyyəsi  az  rol  oynamayıb.  Bu  nağılda 
Bosko  surəti  mifoloji  Aal  Okxonla,  ata  mülkünün  varisi  kimi 
sakral kiçik qardaşın sərhədində dayanır. Bu nağıldan canlı şə-
kildə yaşamaqda davam edən mifoloji elementləri çıxsaq, qar-
şımızda tam mənada sehrli nağılların kiçik qardaş surəti daya-
nar. Buradan həm də başqa bir həqiqət anlaşılır. Tanrının kiçik 
oğlu  Otxon  (Okxon)  “Göy  oğlu”  mifinin  variantlarından  biri 
kimi özünü göstərir. Bununla da onun yerə göndərilməsi haq-
qında mifoloji ideya “Göy oğlu” mifi ilə birləşir. 
“Göy oğlu” mifinin qəhrəmanları ulu əcdad, ilk insan he-
sab olunur. Bu fikrin təsdiqi üçün onun, demək olar ki, bütün 
türk xalqlarında əcdad hesab olunduğunu xatırlamaq kifayətdir. 
“Göy  oğlu”  mifi  altaylılar  arasında  dual  səciyyə  daşıyır. 
Burada dünyanın yaradıcısı Ülgen və onun kiçik qardaşı Erlik-


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə