Azərbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə2/35
tarix08.07.2018
ölçüsü0,59 Mb.
#54598
1   2   3   4   5   6   7   8   9   ...   35


 
muşdur. Bu mədəniyyətin əsrarını bilmək üçün xalq ədəbiyyatı-
mız, bilxassə nağıllarımız qiymətli vasitə ola bilər” (19, 44-45). 
Azərbaycan 
folklorşünaslarından 
Y.V.Çəmənzəminli, 
M.H.Təhmasib,  M.Hatəmi  və  başqaları  Azərbaycan  sehrli  nağıl-
larında  qəhrəman  surətindən  bu  və  ya  digər  dərəcədə  bəhs 
etmişlər  (19,  44-47,  50-56;  36,  135-139;  37,  93-101;  38,  79-90; 
34, 32-42; 35, 38-41).  
80-ci  illərdə  O.Əliyev,  R.Xəlilov,  F.Gözəlovun  müvəffə-
qiyyətlə  müdafiə  etdiyi  namizədlik  dissertasiyaları  sehrli  nağıl-
ların sistemli tədqiqi sahəsində mühüm addımdır (bax: 49; 189; 
82). Biz bu ənənəyə sadiq qalaraq sehrli nağıllarda qəhrəman su-
rətinin tədqiqində sistemli araşdırma prinsipini əsas götürmüşük. 
Azərbaycan folklorunun müxtəlif problemlərinə həsr edilmiş 
bəzi  monoqrafiya,  dərslik  və  məqalələrdə  irəli  sürülən  bir  sıra 
mülahizələr  Azərbaycan  nağıllarında  qəhrəman  surətinin 
öyrənilməsinə kömək etmişdir (bax: 39; 31; 30; 32; 20; 41). 
Sovet  folklorşünaslığında  sehrli  nağıl  qəhrəmanının  mən-
şəyinə dair  ilk  fundamental tədqiqatın  müəllifi E.M.Meletinski-
dir  (bax:  128).  Müəllif  sehrli  nağıllarda  kiçik  qardaş,  ögey  qız, 
ironik  surətlər  barəsində  əhəmiyyətli  fikirlər  söyləmişdir. 
E.M.Meletinskinin sehrli  nağılların surətləri barədə elmi fikirlə-
rini  müəyyən  düzəlişlərlə  V.A.Anikin,  S.Kaskabasov  davam 
etdirmişlər (bax: 52; 113). 
Qazax  alimi  E.Tursunovun  qazax  məişət  nağıllarının  mən-
şəyinə həsr etdiyi fundamental tədqiqatında kiçik qardaş və ironik 
qəhrəmanlar haqqında orijinal fikirlər söyləmişdir (bax: 183). 
Başqırd alimi B.Bikbulatovun kiçik qardaş surətinin mən-
şəyinə dair söylədiyi orijinal  fikirlər bizə kiçik qardaş surətinin 
mənşəyini öyrənməkdə xüsusi kömək etmişdir (67, 52-61). 
O.Freydenberqin,  Y.Proppun,  M.Baxtinin,  E.S.Novikin, 
B.Ternerin nağılların, mifologiyanın, mərasimlərin, ümumiyyət-
lə,  mədəniyyətin  mahiyyətinə  dair  konseptual  tədqiqatlarının 
Azərbaycan  sehrli  nağıllarında  qəhrəmanın  səciyyəsinin  və 



 
mənşəyinin öyrənilməsində  ayrıca əhəmiyyəti vardır (bax:  187; 
158; 159; 160; 65; 174; 144; 143, 214-246). 
Qəhrəmanlıq  dastanlarına,  eləcə  də  sehrli  qəhrəmanlıq  na-
ğıllarında  bahadır  surətlərinə  həsr  olunmuş  bir  çox  tədqiqatlar 
vardır  (56,  29-40;  101; 104,  3-19;  133, 55-74;  136;  137,  12-87; 
141).  Bu  tədqiqatlar  Azərbaycan  sehrli  qəhrəmanlıq  nağıllarında 
bahadır surətlərinin öyrənilməsinə yardım etmişdir. 
Tədqiqatın  başlıca  məqsədi  Azərbaycan  sehrli  nağıllarında 
qəhrəman  surətinin  səciyyəvi  xüsusiyyətlərini  və  mənşəyini 
araşdırmaqdan  ibarətdir.  Həmçinin  bu  tədqiqat  işində  dissertant 
sehrli  nağılların  bütün  qəhrəmanlarını  deyil,  ən  geniş  yayılmış 
sehrli nağıl qəhrəmanı kimi kiçik qardaş surətini, ironik surətləri, 
bahadır surətlərini araşdırmağı qarşıya məqsəd qoyur.  
Azərbaycan sehrli nağıllarında qəhrəman surətinin səciyyə 
və  mənşəyinin  aydınlaşdırılması  məqsədilə  aşağıdakı  vəzifələr 
qarşıya qoyulur. 
1.  Kiçik qardaş surətinin sehrli  nağıllarda  ideallaşdırılma-
sına dair mövcud elmi konsepsiyaların güclü və zəif tərəflərinin 
aşkarlanması;  türk  xalqlarının  ailə  tarixinə  nəzər  salınması  və 
müxtəlif  ailə  tiplərində  vərəsəliyin  mayoratlıq  (böyük  qardaşın 
varisliyi)  və  minoratlıq  (kiçik  qardaşın  varisliyi)  prinsipinin 
strukturunun  aydınlaşdırılması;  bu  fonda  kiçik  qardaşın  sehrli 
nağıllarda  ideallaşdırılmasının  sosial  bazasının  müəyyən-
ləşdirilməsi;  minoratlıq  ideologiyasının  türk  xalqlarının  inam, 
mif  və  folklorunda  gerçəkləşdirilməsi;  sehrli  nağıllarda  kiçik 
qardaş surətinin minoratla bağlılığı;                              
2.  İronik  surətlərin  səciyyəvi  xüsusiyyətlərinin  aşkarlan-
ması və onların mifoloji semantikasının aydınlaşdırılması;  
 3.  Bahadır surətlərinin atributlarının öyrənilməsi  və  nağıl 
poetikasında  onların  sistemliliyinin  müəyyənləşdirilməsi,  eləcə 
də onların mifoloji semantikasının araşdırılması. 
  Araşdırmada  sinxronik  və  diaxronik  üsuldan  istifadə 
olunmuşdur.  Sinxronik  üsul  hazırkı  nağıl  mətnlərinin  təsvirində 



 
tətbiq edilir. Bu zaman surətlərin ortaq səciyyəvi xüsusiyyətləri 
müəyyənləşdirilir. 
Sehrli nağıl qəhrəmanlarının mənşəyini öyrənərkən diaxro-
nik üsulun tətbiqi labüddür. Bu zaman ən sınanmış metod kimi ta-
rixi müqayisəli metod tətbiq olunmuşdur. Tipoloji metod qohum, 
eləcə  də  qohum  olmayan  xalqların  folkloruna  müraciət  edərkən 
lazım  olmuşdur.  Bu  zaman  araşdırılan  folklor  hadisəsinin  başqa 
xalqlarla müqayisədə oxşar və fərqli xüsusiyyətləri öyrənilir. 
Azərbaycan sehrli nağıllarında qəhrəman surətinin mənşəyi 
və  səciyyəvi  xüsusiyyətlərinin  ayrıca  və  geniş  öyrənilməsinə  ilk 
dəfə  bu  araşdırmada  təşəbbüs  göstərilmişdir.  Azərbaycan  sehrli 
nağıllarında qəhrəmanın səciyyəvi  xüsusiyyətlərinin sosial, eləcə 
də  arxaik-mifoloji  kökləri,  onların  sehrli  nağıl  poetikasında  əksi 
məsələsi ilk dəfə bu tədqiqat işində sistemləşdirilmişdir. 
Bu  araşdırmada  müəllif  kiçik  qardaş  surətinin  mənşəyinə 
etnik  mədəniyyət  kontekstində  yanaşmış  və  yeni  elmi  kon-
sepsiya irəli sürmüşdür. Bununla əlaqədar olaraq bəzi etnoqrafik 
hadisələrə yeni qiymət verilmişdir. 
Azərbaycan  sehrli  nağıllarında  ironik  surətlərin  səciyyəvi 
xüsusiyyətlərinin  sistemliliyi  və  bu  xüsusiyyətlərin  mənşəyi  ilk 
dəfə bu dissertasiyada araşdırılmışdır. 
Sehrli  nağıllarda  bahadır  surətlərinin  səciyyəvi  xüsusiy-
yətləri  və  mifoloji  semantikasının  sistemli  araşdırılmasına  tə-
şəbbüs göstərilmişdir. 
Bu tədqiqat sehrli nağıl qəhrəmanına həsr edilmiş monoq-
rafik əsər kimi Azərbaycan nağılşünaslığının gələcək axtarışları 
üçün  müəyyən  əhəmiyyət  daşıya  bilər.  Bu  araşdırmada  tətbiq 
olunan sistemli tədqiqat metodu gələcək folklorşünasları bu me-
todun  üstünlüklərinə  inandırmaqla  Azərbaycan  folklorşünas-
lığında çox qiymətli tədqiqat işlərinin meydana çıxmasına səbəb 
ola  bilər.  Monoqrafiya,  həmçinin  elmi  vəsait  kimi  ali  məktəb-
lərdə folklorun tədrisinə yardım edə bilər. 
 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə