16
rinə
hakimiyyət hüququ verirdi. Bu qanunun aradan çıxmaqda
olan qardaş ailənin vərəsəlik prinsipinin bərpası olduğunu qə-
bul etsək, onda X əsrdə peçeneq tayfaları arasında mövcud
olan həmin vərəsəlik prinsipini türkütlərin təsiri kimi deyil, o
vaxta qədər qədim ailə formasını qoruyub saxlamaları kimi
izah etmək lazımdır. Peçeneqlərin qədim ailə formasını X
əsrə qədər qoruyub saxlamaları bizə qəribə görünməməlidir.
Yuxarıda qeyd etdik ki, böyük ailələrin kiçik ailələrə parça-
lanması prosesi bizim eranın V əsrindən başlamış və
XX əsrin
əvvəllərinə qədər davam etmişdir. E. ə. I minilliyin ortaların-
dan X əsrə qədər (və bəlkə sonrakı dövrlərdə də) patriarxal
böyük ailələrin kiçik ailələrlə yanaşı yaşaması isə təbiidir.
Qardaş ailəsinin daxilində
ata-oğul qohumluq münasi-
bətləri tədricən qardaş qohumluğu münasibətlərini üstələyir
3
.
Nəticədə bu ailə öz yerini patriarxal böyük ailəyə (və ya bö-
yük ata ailəsinə) verir.
Patriarxal ailəyə ata, oğlanları və nəvəsi daxil olur. XIX
əsrdə və XX əsrin əvvəllərində patriarxal böyük ailə əksər
hallarda belə təsvir olunur (114, 12-46).
Qardaş ailəsində olduğu kimi, böyük ata ailəsində də
varislik böyüklük prinsipi ilə gedir. Bu iki ailə formasında
mövcud olan
varislik prinsipi arasında fərq ondadır ki, birinci-
də böyük qardaşdan kiçik qardaşa, ikincidə isə atadan böyük
oğula keçir
4
(67, 52-62).
3
Bu proses Tobo xanın oğlu Yanloya ölümqabağı etdiyi vəsiyyətində parlaq
şəkildə əks olunub. Məlumdur ki, atanın ən yaxın qohumu oğuldur. Ancaq
mənim böyük qardaşım bu qohumluğa məhəl qoymayıb taxt-tacı mənə verdi.
Mən öləndən sonra sən Dalobyanı (Muğan xanın oğlu) gözləməlisən” (88, 15).
4
Etnoqrafik ədəbiyyat patriarxal böyük ailədə böyük qardaşdan sonra ailə
başçılığına böyük qardaşın oğlunun, yoxsa ailənin növbəti böyük üzvünün,
başqa sözlə, kiçik qardaşın keçməsi haqqında bizə heç bir məlumat vermir.
Ailə başçılığını atadan almış böyük qardaşdan sonra ailə başçılığına ailənin
digər böyük üzvü, yəni kiçik qardaş keçirsə, artıq varislik sistemi qardaş ailə-