Azərbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə6/35
tarix08.07.2018
ölçüsü0,59 Mb.
#54598
1   2   3   4   5   6   7   8   9   ...   35

18 
 
yuxarıda  qeyd  etdiyimiz  kimi,  qardaş  ailəsində  də  mayoratlıq 
prinsipi mövcud olmuşdur. Ancaq vərəsəlik mayoratdan mino-
rata  keçmişdir.  E.M.Meletinskinin  qeyd  olunan  nəticəyə  gəl-
məsi qardaş ailəsindən yan keçməsi olmuşdur (128, 77-78). Biz 
artıq yuxarıda J.Bromleyin araşdırmasına əsaslanaraq göstərdik 
ki, qardaş ailəsi dünyanın  bir çox  xalqlarında  mövcud olmuş-
dur. Patriarxal  ailədə böyük  qardaşın  ata  mülkiyyətini  ələ  ke-
çirərək kiçik qardaşı sıxışdırması ideyası isə heç bir real fakta 
əsaslanmadığı üçün həqiqət sayıla bilməz. Bir daha xatırladırıq 
ki,  türk  xalqlarının  ailə  tarixini  araşdıran  alimlər  minoratın 
mayorat tərəfindən sıxışdırılmasını müşahidə etməmişlər. 
Demokratik təbiətli vərəsəlik prinsipi despotik səciyyəli 
atadan oğula  vərəsəlik prinsipi ilə əvəz olunur.  Vərəsəlik qa-
nunu  dinamik  vəziyyətdən  donuq  vəziyyətə  gətirilir.  Kiçik 
qardaşların  ailədəki  sakral  və  sosial  varisliyi  inkar  olunur  və 
bununla  da  onun  siyasi  hakimiyyətə  yolu  bağlanır.  Axırıncı 
halda bir tərəfdən əmi ilə qardaşoğlu, başqa tərəfdən qardaşla 
qardaş  arasında  siyasi  hakimiyyət  uğrunda  bitib-tükənməyən 
mübarizə başlayır. Bütöv orta əsrlər tarixi bu tezisə dair bizə 
kifayət qədər fakt verir
5
.
 
Məşhur hun hökmdarı Mete öz kiçik qardaşını öldürəndən 
sonra  hakimiyyətə  gəlmişdir.  Səbəb  atasının  sevimli  kiçik  oğ-
lunu varis təyin etməsi olmuşdur (89, 63-64). Siyasi hakimiyyət 
uğrunda  varislər  arasındakı  mübarizə  Səlcuq  dövlətində  daha 
kəskin  şəkildə  özünü  göstərir.  Bütün  Səlcuq  tarixində  əmilərlə 
qardaşoğluların və qardaşlarla qardaşların mübarizəsi müşahidə 
olunur (17, 15-31). Köhnə vərəsəlik prinsipinə görə hakimiyyəti 
əmisi Toğruldan alan Alp Arslan yeni vərəsəlik prinsipinə görə 
onu öz oğlu Mahmuda verir. Bununla Səlcuq tarixində varislər 
                                                
5
Bu konfliktə dair faktlar başqa xalqların tarixində də çoxdur (70, 166-174; 
68, 37). 


19 
 
arasında  siyasi hakimiyyət uğrunda mübarizənin  əsası qoyulur. 
Eyni  vəziyyət  Xarəzmşah  tarixində  müşahidə  olunur.  İlk  Xa-
rəzmşah hökmdarı Əlaəddin Atsızın oğlu Əbulfəth əl-Arslan ha-
kimiyyətə  əmilərini  və  qardaşını  öldürmək  yolu  ilə  keçmişdir. 
Oxşar yolu onun oğlu Əlaəddin Təkiş keçir (58, 395- 401). Ən 
nəhayət, Osmanlı tarixində saysız-hesabsız qardaş qırğınları da 
buraya  daxil  edilməlidir.  Qardaş  qırğınlarını  aradan  qaldırmaq 
üçün II Sultan Mahmud 1767-ci ildə köhnə vərəsəlik prinsipini 
bərpa  etməyə  məcbur  oldu.  Bu  qanuna  əsasən  sultan  ailəsinin 
hamısı  böyüklük  prinsipi  ilə  hakimiyyətə  keçməli  idi.  Yəni 
hakimiyyət  atadan  oğula  deyil,  böyüklük  prinsipinə  əsasən 
qardaşa  keçirdi  (186,  113).  Bu  qanun  Nadir  şah  tərəfindən  də 
verilmişdir (57, 532). Beləliklə, Muğan xanın VI əsrin sonlarına 
aid  islahatı XVII və XVIII əsrdə də təkrarlanır. 
Əcdadlar haqqında tarixi əfsanə və dastanlar bu tarixi ha-
disəni daha aydın şəkildə əks etdirir. Yeni vərəsəlik prinsipinin 
ideologiyası  və  ona  uyğun  dövlət  düzümü  “Oğuznamə”lərdə 
parlaq  şəkildə  gerçəkləşir:  Oğuz  xan  dövlət  düzümünü  müəy-
yənləşdirərkən  böyük  qardaşları  sağda  (hakimiyyət  simvolu), 
kiçik  qardaşları  isə  solda  əyləşdirərək,  onları  böyük  qardaşın 
daimi  vassalına  çevirir
6
;  hakimiyyət  Oğuzun böyük  oğlu Gün 
xana,  sonra  isə  onun  böyük  oğluna  verilir.  Qeyd  edək  ki, 
“Oğuznamə”lərdə  köhnə  vərəsəlik  prinsipi  arasında  ziddiyyət 
və  köhnədən  yeniyə  keçid  də  öz  əksini  tapır.  Kayı  İnal  xan 
öləndən sonra (guya oğlu balaca olduğuna görə) Əbülqazi va-
riantına  görə,  qardaşı,  Rəşidəddin  variantına  görə,  Bayat  tay-
fasından olan Kol Erki xan arasında taxt-tac üstündə narazılıq 
                                                
6
Dövlət  sistemindəki  bu  vəziyyət  Çingiz  xan  dövründə  yeni  semantik  çalar 
qazanır.  Belə  ki,  bu  dövrdə  böyük  qardaş-kiçik  qardaş  qarşıdurması  artıq  əsl 
qardaşların  hakim-tabe  vəziyyəti  kimi  deyil,  artıq  birbaşa  siyasi  mənada  işlə-
dilirdi. Yəni tabe tayfaların başçısı hakim tayfanı böyük qardaş, hakim tayfanın 
xanı isə tabe tayfanın başçısını kiçik qardaş adlandırırdı (168, 39-41).
 


20 
 
baş verir (165, 71; 120, 58-59). Zöhhak Qardizinin 1050-1053-
cü illərdə yazdığı “Zəyi əl-Əxbar” əsərində verdiyi Kimakların 
mənşəyi barədəki əfsanə də bu baxımdan maraqlıdır. Tatarların 
başçısı öləndən sonra onun yerinə böyük oğlu keçir. Kiçik oğlu 
Şad  qardaşını  öldürüb  onun  yerinə keçmək  istəyir.  Ancaq Şa-
dın qəsdi baş tutmadığına görə o qaçmağa məcbur olur (59, 43-
44).  Həmin  mənbədə  verilmiş  Doqquzquzlar  haqqındakı  əf-
sanədə  də  böyük  qardaş  hakimiyyəti  ələ  alaraq  kiçik  qardaşı 
Kur-Təkinə  qəsd  edir.  Kiçik  qardaş  sağalandan  sonra  böyük 
qardaşa qalib gəlib hakimiyyəti ələ alır (59, 52). 
Qazaxların  əcdadları  olan  Ablay  haqqındakı  əfsanələrin 
biri sehrli nağıllara daha çox yaxındır. Burada deyilir ki, üç qar-
daşdan  biri  (ehtimal  ki,  kiçiyi)  olan  Ablaya  atasından  sonra 
mülk çatmır. Ona qardaşları qəsd etmək istəyir. Lakin Ablay qa-
çaraq bir müddət varlı bir adamın yanında çoban olur. Adını də-
yişdirib Sabalak qoyur. Kalmıklarla və çinlilərlə müharibə başla-
yanda Sabalak da müharibəyə gedir. Sabalak dua oxuyaraq çayı 
dondurur və duman yaradır. Onları təqib edən kalmıklar duman-
da azırlar. Beləliklə də, ordu xilas olur. Onların xanı müharibədə 
ölür. Ablayı (Sabalakı) onun yerinə xan seçirlər (152, 67). 
Bu  tarixi  hadisə  sehrli  nağıllarda  nisbətən  mücərrəd 
şəkildə  əks  olunur.  Kiçik  qardaş  haqqında  olan  nağılların  bir 
çoxunda  bəzən  dolayı,  bəzən  birbaşa  şəkildə  böyük  qardaşlar 
kiçik qardaşı hakimiyyət və ya ata qarşısında nüfuz üstündə in-
cidirlər.  “Beçə  dərviş”  nağılında  atası  sevimli  kiçik  oğlu  Ca-
hangirin  varis olmasını  vəsiyyət  edir.  Böyük  qardaş  Ərkə Ca-
hangiri quyuya salıb ipi kəsir və taxt-tacı ələ keçirir. Cahangir 
quyudan  xilas  edilir.  O,  adını  dəyişib  Beçə  dərviş  qoyur.  Bir 
çox macəralardan sonra böyük qardaşı ilə barışır
7
 (8, 135-156). 
                                                
7
Köhnə vərəsəlik sistemi ilə yeni vərəsəlik sistemi arasındakı mübarizə nağıl-
larda başqa şəkildə də özünü göstərir. Bəzi nağıllarda padşah öləndən sonra ha-


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə