Azərbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə7/35
tarix08.07.2018
ölçüsü0,59 Mb.
#54598
1   2   3   4   5   6   7   8   9   10   ...   35

21 
 
“Vəfalı  at”  nağılında  padşah  oğlanlarına  vəsiyyət  edib 
ölür. Qardaşlar səfərə çıxır. Yol boyu atasının vəsiyyətinə yalnız 
kiçik  qardaş  əməl  edir  və  böyük  qəhrəmanlıq  göstərir.  Böyük 
qardaşlar  xəyanət  edib  quyuda  olan  kiçik  qardaşın  ipini  kəsir, 
onu  quyuda  qoyurlar.  Böyük  və  ortancıl  qardaş  öz  ölkələrinə 
qayıdır: böyük padşah, ortancıl  isə  vəzir  olur. Bir çox  macəra-
lardan sonra kiçik qardaş vətənə qayıdaraq qardaşlarını öldürür 
və  taxta  çıxır  (15,  70-79).  “Məhəmmədin  nağılı”nda  padşahın 
gözləri tutulur. Dərman ardınca onun üç oğlu gedir. Böyük qar-
daşlar ipi kəsib kiçik qardaşı quyuda qoyur, onun sehrli əşyala-
rını öz adlarına çıxırlar. Həqiqət açılır. Böyük qardaşların yalanı 
məlum  olur  (15,  32-38).  Oxşar  konflikt  “Yaxşılıq”,  “Məlik 
Məmməd” nağıllarında əks olunur (12, 122-134; 9, 190-200). 
Sehrli  nağıllarda,  eləcə  də  dastanlarda  kiçik  qardaşın 
kasıb  mənşəli  olması  faktdır.  “Güloğlan”  nağılında  konflikt 
varlı    böyük  qardaş  və  kasıb  kiçik  qardaş  üzərində  qurulur. 
Kiçik  qardaşın  oğlu  böyük  qəhrəmanlıqlar  göstərir  və  ən  nə-
hayət,  əmisini  öldürür  (9,  252).  Oxşar  vəziyyət  “Qurbani” 
dastanında  özünü  göstərir  (12,  203-260).  Bir  çox  nağıllarda 
isə kiçik qardaş ana tərəfdən kasıb mənşəli olur. “Hatəmin na-
ğılı” (AA 500), “Məlik Ducar” (AA 313), “Məlik Cümşüdün 
nağılı”,  “Ağ  atlı  oğlan”  (AA  313)  və  s.  nağıllarda  kiçik  qar-
daşın incidilməsinin səbəbi anasının kasıb qızından olmasıdır 
(8, 23-59; 167-168; 11, 232-255; 12, 70-79). 
Tarixdən  məlumdur  ki,  kasıb  mənşəli  arvaddan  olan 
uşağın hakimiyyət hüququ olmamışdır.  Ancaq  nə üçün kasıb 
mənşəlilik sehrli nağıllarda həmişə kiçik arvad və kiçik oğulla 
bağlı  olur?  Axı  böyük  arvadların  da  kasıb  mənşəli  olması 
                                                                                                     
kimiyyəti qardaşına verir. Köhnə vərəsəlik sisteminə görə, hakimiyyəti ələ ke-
çirən  qardaş  böyük  qardaşın  oğlunu  ölkədən  qovur  (15,  217).  “Ağ  quş  ”  na-
ğılında isə əmi qardaşı oğluna öz oğlanlarından yaxşı münasibət bəsləyir. Əmi 
ilə qardaşoğlu arasında belə münasibət daha arxaik hesab olunmalıdır (7, 114).
 


22 
 
mümkün idi. Çoxarvadlılıq şəraitində kiçik arvadın böyük ar-
vadlardan hüquqca aşağı  tutulması etnoqrafik reallıqdır (115, 
17-27).  Məhz  bu  etnoqrafik  reallığın  nəticəsidir  ki,  kasıb 
mənşəlilik atributu həmişə kiçik arvad və padşahın kiçik oğlu 
ilə  bağlı  olur.  Kasıb  mənşəliliyin  ailə  ierarxiyası  böyük 
qardaş-kiçik  qardaş  qarşıdurmasının  varlı-kasıb  qarşıdurması 
ilə birləşməsini daha aydın şəkildə izah edir. 
Bizim fikrimizə görə, varlı-kasıb semantik qarşıdurması-
nın böyük qardaş-kiçik qardaş şəklində gerçəkləşməsinin sosial 
bazası  böyük  qardaş  ailəsində  mövcud  olan  qohumluq  müna-
sibətlərindən  və  bu qohumluq  münasibətlərinə uyğun  olan  ie-
rarxik  strukturdan  irəli  gəlir.  Yuxarıda  qeyd  etdiyimiz  kimi, 
qardaş  ailəsində  mövcud  olan  qohumluq  münasibətlərinin 
strukturuna  görə,  hər  nəsil  öz  daxilində  iki  yerə  bölünürdü: 
böyüklər  özündən  əvvəlki  nəslin  aşağı  hissəsi  ilə,  kiçiklər  isə 
özündən  sonrakı  nəslin  yuxarı  hissəsi  ilə  qohumluq  kateqo-
riyasına daxil olurdu. Deməli, doğma qardaşlar (və ya bacılar) 
müxtəlif  qohumluq  kateqoriyalarına  daxil  olurdular.  Bu  qo-
humluq  münasibətləri  həm  də  sosial  ierarxiyanı  müəyyən-
ləşdirirdi. N.V.Bikbulatovun qeyd etdiyi kimi, “hər kəs özünün 
bu və ya digər hüququnu özündən yaşlıdan sonra, və ya əksinə, 
özündən  kiçikdən  əvvəl  həyata  keçirirdi”  (68,  38).  Aşağı  yaş 
sinifləri nəinki hüquqi  yaş  baxımından, hətta  sosial  məşğuliy-
yətlərinə  görə  də  böyüklərdən  fərqlənirdi.  Onlar  cəmiyyətin 
bərabərhüquqlu üzvü olana qədər ən ağır sınaqlardan keçirilirdi 
(91, 13). O da məlumdur ki, aşağı nəsil-yaş kateqoriyasına da-
xil olanlar, adətən, “qara” işlər görürdülər. Orta Asiya xalqla-
rının  həyatında  bu  qədim  institutun  qalıqlarını  tədqiq  edən 
K.L.Zadıxina göstərir ki, sınaqdan keçmiş gəncləri çoban, ov-
çu, gözətçi, buyruqçu vəzifələrinə qoyurdular (103, 186). 
Kiçik qardaş haqqında olan nağılların inisiasiya ilə bağ-
lılığı elmə məlumdur. Ancaq bu inisiativliyin nəyə görə kiçik 


23 
 
qardaşla  bağlı  olması  tamamilə  başqa  səbəblərlə  bağlıdır. 
Qeyd etdiyimiz kimi, doğma qardaşlar müxtəlif yaş siniflərinə 
daxil olduğu üçün bu qarşıdurmanın müxtəlif tərəflərində du-
rurdular və deməli, eyni vaxtda  inisiasiya aktını keçə bilməz-
dilər.  Tarixən olduğu kimi sehrli  nağıllarda da  inisiasiya  sta-
tusunda məhz kiçik qardaş dayanır. 
Yuxarıda  qeyd  olunanlar  eyni  sosial-mədəni  hadisənin 
müxtəlif təzahür xüsusiyyətləridir. 
Qohumluq  terminlərinin  semantik  xüsusiyyətləri  sosial 
ierarxiyanın mahiyyətini daha aydın izah etməyə imkan verir. 
A.A.Pokrovskayanın  araşdırmasına  görə,  arxaik  dövrdə 
yaşca böyük olan qohumlara ağa, yaşca kiçik olan qohumlara 
isə  toğan  (variant:  tunqma,  tuğan)  deyilmişdir  (148,  34-46). 
Yuxarı nəsil-yaş kateqoriyasını ifadə edən  ağa  sözünün  varlı 
təbəqəni ifadə etməsi qohumluq sistemində böyüklərin nüfuz-
lu mövqe tutmasından irəli gəlmişdir. 
Maraqlıdır ki, daha arxaik dövrdə yuxarı nəsil-yaş kate-
qoriyasını kağan termini ifadə etmişdir. Bu fikri bir neçə fakt 
təsdiq  etməkdədir.  VI  əsrə  aid  Çin  qaynağının  verdiyi  məlu-
mata görə, türklər böyük ailə şəklində  yaşayırlar və bir-birini 
uv  kağan”  adlandırırlar  (44,  300-301).  S.A.Abramzon  bu 
fakta  öz  münasibətini  bildirərək  ehtimal  edir  ki,  bu  terminlə 
ailə başçısına müraciət olunmuşdur (44, 301). Ancaq qaynaq-
da aydın şəkildə qeyd olunur ki, “türklər bir-birini “uv kağan” 
adlandırırdılar”.  Kağan  sözünün  uv  kağan  şəklində  diferen-
siallaşdırılması göstərir ki, ailənin kağan adı ilə tanınan başqa 
üzvləri  də  olmuşdur.  Türk  qohumluq  terminlərinin  sisteminə 
əsaslanaraq  söyləmək  olar  ki,  bu  terminlə  ailə  üzvləri  ancaq 
yuxarı  nəsil-yaş  kateqoriyasına  müraciət  edə  bilərdilər.  Bu 
fikri terminin bu günə qədər bəzi türk dillərinin dialektlərində 
bəzi  yaşlı qohumları (ata, əmi, böyük qardaş  və b.) ifadə et-
məsi  faktı  da  sübut  edir.  Kağan  sözünün  qağa  variantı  ilə 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə