Azərbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə8/35
tarix08.07.2018
ölçüsü0,59 Mb.
#54598
1   ...   4   5   6   7   8   9   10   11   ...   35

24 
 
Azərbaycan  türkcəsinin  müxtəlif  dialektlərində  ataya,  əmiyə, 
böyük  qardaşa,  koka  variantında  türkmən  dilinin  dialektlə-
rində  ataya,  əmilərə,  qazax  dilinin  dialektlərində  koke,  kokaş 
variantında  ataya,  əmiyə,  böyük  qardaşa,  tatar  dialektlərində 
ataya  və  babaya  müraciət  olunur  (117,  440;  69,  66-67).  Bu 
terminin ata məfhumunu ifadə etməsi patriarxal ailənin mey-
dana  çıxması  ilə  bağlıdır.  Məlumdur  ki,  patriarxal  böyük 
ailədə qardaş, əmi funksiyasında artıq ata çıxış edirdi. Bu ter-
minin ən arxaik  variantı isə çuvaş dilində saxlanmışdır. Belə 
ki, çuvaş dilində bu termin (kukasi – ana baba, kukami – ana 
nənə, kukka – dayı) ana qohumlarını ifadə edir (194, 59-61). 
Axırıncı  fakt  bir  daha  J.Bromleyin  qardaş  ailəsinin  ana 
hüququna  əsaslanan  ailədən  yaranması  fikrini  təsdiq  edir. 
Mətləbdən uzaq düşmədən qeyd edək ki, sonralar hökmdar ti-
tuluna  çevrilən  kağan  sözü  yuxarıda  nəsil-yaş  kateqoriyasını 
ifadə edən termin olmuş və bu termin həm arxaik şəkildə (çu-
vaşlarda),  həm  də  müəyyən  dəyişikliklərlə  qeyd  olunan 
müasir türk dillərində bu günə qədər işlənməkdədir. 
Göründüyü  kimi,  yuxarı  nəsil-yaş  kateqoriyasını  ifadə 
edən kağan  sözü  dövlətçiliyin  yaranması  ilə  hökmdar  tituluna 
çevrilmişdir. Hökmdar titulu kimi kağan sözünün Çin qaynağı-
nın məlumat verdiyi uv kağan termini ilə genetik qohumluğunu 
iddia  edən  S.M.Abramzon  göstərir  ki,  bu  iki  termin  arasında 
semantik yaxınlıq ailə başçısının ailədəki rolu ilə dövlət başçı-
sının  dövlət  qatında  oynadığı  rolla  bağlıdır  (44,  301).  Əlavə 
edək ki, bu yaxınlıq sadəcə olaraq mexaniki bənzətmə nəticəsi 
deyil, arxaik dövlət sisteminin və arxaik dövlət vərəsəlik siste-
minin  məhz  uyğun  ailə  düzümündən  və  vərəsəlik  sistemindən 
doğmasından  irəli  gəlirdi.  Göründüyü  kimi,  yuxarı  nəsil-yaş 
kateqoriyasını ifadə edən qohumluq termininin sosial yuxarını 
ifadə  etməsinin  tarixi  çox  qədimdir.  Təkin  titulunun  təhlili  bu 
fikri daha da möhkəmləndirir. Məlumdur ki, bu söz göytürklər-


25 
 
də  taxt-tacın  varisi,  şahzadə  anlamında  işlənmişdir  (88,  25). 
Mahmud  Kaşğarlının  bu  sözün  semantikası  haqqında  verdiyi 
məlumat bizi maraqlandıran məsələ baxımından həddindən çox 
qiymətlidir.  M.Kaşğarlı  göstərir  ki,  teqin  sözü  əslində  qul 
deməkdir, sonradan şahzadə mənası qazanmışdır (43, 413). Bu 
söz yaxın mənanı bəzi türk dillərində saxlamışdır. Məs: uyğur-
şor  dilində  təkin  sözü  sadə  adam,  vəzifəsiz  adam  mənasında 
işlənir  (162,  1034).  Komandin  dilində  də  teqin  sözü  sadə  və 
adi  anlamında  işlənir  (63,  252).  İlk  baxımdan  qul  mənası  da-
şıyan təkin sözünün sonradan şahzadə mənası daşıması qəribə 
görünür. Ancaq bu qəribəlik türk ailə münasibətləri və bu ailə 
münasibətlərinə  uyğun  olan  vərəsəlik  prinsipi  baxımından  ta-
mamilə  qanunauyğundur.  Biz  artıq  yuxarıda  yaşca  kiçik  olan 
qohumların  toğan  (tunqma,  tuğan)  termini  ilə  ifadə  olundu-
ğunu xatırlatmışıq. Təkin ilə toğan sözü, bizcə, eyni kökdəndir. 
İlkin  olaraq  bu  söz  aşağı  nəsil-yaş  kateqoriyasını  ifadə  etmiş, 
sonralar  diferensiallaşaraq  varis,  şahzadə  anlamında  işlənmiş-
dir. Təkin sözünün varisşahzadə mənası arxaik qardaş ailəsin-
də  təkinlərin,  yəni  aşağı  nəsil-yaş  kateqoriyasının  varis  statu-
sunda dayanması hesabına mümkün olmuşdur. Şahzadə məna-
sında həm də uyğurların törü sözü işlənmişdir. Səbəbsiz deyil 
ki,  L.Qumilyovdan  fərqli  olaraq  Q.Şleqel  törü  titulunu  şahza-
dələrə verilən titul hesab edir (88, 25). S.P.Tolstov hər iki sö-
zün  (təkin,  törü)  eyni  kökdən  törəməsi  fikrindədir  (176,  78). 
Deməli, törü və təkin sözü eyni anlayışın müxtəlif dialekt va-
riantlarıdır.  Qohumluq  sistemində  aşağı  nəsli  ifadə  edən  ter-
minlərin qul mənası daşıması  böyük ailədə aşağı nəsil-yaş ka-
teqoriyası  ilə  yuxarı  nəsil-yaş  kateqoriyası  arasında  mövcud 
olan  münasibətin  strukturundan  irəli  gəlir.  Bu  baxımdan  aşa-
ğıdakı fikir də maraqlıdır: “Ənənəvi mədəniyyətdə əhalinin az 
bir  qrupunun  ictimai  baxımdan  nişanlanması  zamanı  sosial 
nişanə  bioloji  nişanə  ilə  əvəz  olunur.  Ona  görə  də  bəzi  türk 


26 
 
dillərində balaca, eyni zamanda asılı adam ifadəsi aşağı sosial 
statusa şamil olunur. Məsələn, uyğur dilində balo sözü xidmət-
çini  ifadə  edir.  Yakut  dilində  oğul  xidmətçi,  fəhlə,  nökər  mə-
nasında işlənir” (179, 188). 
Yuxarıda qeyd etdiklərimizə əsasən belə bir nəticəyə gə-
lirik ki, böyük qardaşın yuxarı sosial təbəqəni (varlı) kiçik qar-
daşın  isə  aşağı  sosial  təbəqəni  simvolizə  etməsi  arxaik  ailə  və 
qohumluq münasibətlərindən yaranmış və cəmiyyətdə müxtəlif 
səviyyələrdə (hakim-vassal; böyük-kiçik; müstəqil-asılı; yuxarı-
aşağı təbəqə) qarşıdurma şəklində mövcud olmuşdur. Bu qarşı-
durmanın  varlı-kasıb  qarşıdurmasına  qədər  kəskinləşməsində 
vərəsəlik prinsipinin “qardaş-qardaşa” formasının “atadan-oğu-
la”  formasına  keçməsi  (böyük  qardaş  ailəsinin  dağılması  və 
patriarxal böyük ailənin yaranması) az rol oynamamışdır. 
Nağıllarda  qardaşlar  arasında  ata  mülkünün  bölünməsi 
motivi həqiqətən  də  mövcuddur.  “Tacirin  qalığı”nda kiçik  qar-
daşın şərtinə görə, böyük qardaş ya bütöv əmlakı, ya da kor ata-
nı götürməlidir. Böyük qardaş (arvadının təkidi ilə) əmlakı gö-
türərək kor atanı kiçik qardaşa verir. Kor atanın sayəsində kiçik 
qardaş böyük dövlət qazanır və padşah olur. Böyük qardaş isə 
müflisləşərək  dilənçiyə  çevrilir  (12,  280-286).  Bu  nağılın  va-
riantları  başqa  türk  xalqlarında  da  mövcuddur.  “Möcüzəli  bı-
çaq” adlı qazax nağılında ata əmlakı bölərkən kiçik qardaş Nur-
qala yalnız atasının dəstəkli bıçağını istəyir. Ata öləndən sonra 
böyük qardaş Akılbek kiçik qardaşı evdən qovur. Nurqala sehrli 
bıçağın sayəsində xeyli var-dövlət qazanaraq xoşbəxt olur (109, 
77-78).  “Gərənaylı  cavan”  adlı  özbək  nağılında  ata  öləndən 
sonra qardaşlar küsüşürlər. Atası kiçik qardaşın yuxusuna girib 
deyir:  “Oğul,  səndən  xahiş  edirəm,  hər  şeyi  böyük  qardaşına 
ver,  axı  onun  ailəsi  var. Sən  isə  mənim  köhnə gərənayımı gö-
türüb həyətə çıx. Kimin dərdi var, çal, kimin şad günüdür, çal. 
Sən bununla öz qismətini tapacaqsan”. Kiçik qardaş gərənayın 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə