Azərbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə9/35
tarix08.07.2018
ölçüsü0,59 Mb.
#54598
1   ...   5   6   7   8   9   10   11   12   ...   35

27 
 
sayəsində xoşbəxt olur (28, 149-152). Bu nağılın Altay (ku-kiji) 
variantı da vardır. Ata öləndə əmlakını böyük və ortancıl oğluna 
vəsiyyət  edir.  Sevimli  kiçik  oğluna  isə  pişik  verir.  Kiçik  oğul 
pişiyin  köməyi  ilə  dövlətlənir  (64,  106-108).  “Elik  Bootur”  və 
“Kıqıl Bootur”  adlı  yakut dastanında konflikt  bu  motivin üzə-
rində  qurulur.  Ata  mülkünün  bölünməsi  zamanı  böyük  arvad-
dan  olan  böyük  oğula  bütün  ata  mülkü,  kiçik  oğula  isə  ata 
bıçağı düşür (161, 88-89). “Ağıllı qardaşlar və axmaq” adlı Tür-
kiyə nağılında ata öləndən sonra axmaq qardaş ata mülkündən 
təkcə qoca dəvəni götürür (182, 256-259). 
Bu nağıllarda ata mülkü böyük və kiçik qardaş arasında 
bölünərkən sakral səciyyə daşıyan əşya  və  ya  varlıqlarla real 
mülkiyyət  qarşılaşdırılır.  Ata  və  ya  ataya  məxsus  sehrli  əşya 
və heyvanlar kiçik qardaşa, real əmlak isə böyük qardaşa (və 
ya  qardaşlara)  verilir. Bu halda qardaşlar arasında ata mülkü 
üstündə mübarizə deyil, ailə fonunda kiçik qardaşın sakral si-
ması – ata-baba ruhuna sədaqəti və ailə ocağına yaxınlığı qa-
bardılır. Sehrli, eləcə də məişət nağıllarında ata-baba kultu ilə 
bağlılıq kiçik qardaş və ya yeganə oğulla bağlıdır. 
Sehrli  nağıllarda  kiçik  qardaşın  (və  ya  yeganə  oğulun) 
ata-baba  kultu  ilə  bağlılığı  müxtəlif  şəkildə  özünü  göstərir. 
“Paslı qılınc” nağılında ata öləndə övladlarına vəsiyyət edir ki, 
səfərə çıxanda paslı qılıncı bellərinə bağlasınlar. Böyük qardaş-
lar vəsiyyətə əməl etməyib həlak olurlar. Kiçik qardaş isə və-
siyyətə əməl edib qələbə qazanır (15, 251-258). “Üçbuğ Kosa” 
(AA  530+  AA  552)  nağılında  ata  vəsiyyət  edir  ki,  övladları 
onun qəbrinin üstündə keşik çəksinlər və qızlarını gələn ilk el-
çiyə  versinlər.  Böyük  qardaşlar  ata  vəsiyyətinə  əməl  etməyib 
kiçik qardaşı vəsiyyətə əməl etdiyinə görə incidirlər. Kiçik qar-
daş ata vəsiyyətinin köməyilə uğur qazanır (8, 157-166). 
Sehrli nağıllarda kiçik qardaşın ata-baba kultu ilə bağlı-
lığı metaforik şəkildə də özünü göstərir. Bu halda kiçik qardaş 


28 
 
axmaq  kimi  təsvir  olunur.  Böyük  qardaşlar  iş-güclə  məşğul 
olduqları  halda  kiçik  qardaş  küllükdə  eşələnir.  “Üç  pəncəli 
div” adlı  Türkiyə  nağılında kiçik qardaş  bacısını xilas etmək 
məqsədi ilə küllükdən çıxır. Üstünün külünü təmizləmək üçün 
ətəyini çırpanda elə külək qalxır ki, bütün əkinçilər oraqlarını 
atıb  qaçırlar.  Oğlan  oraqları  yığıb  onların  dəmirindən  gürz 
düzəltdirib bacısını xilas etmək üçün səfərə çıxır (181, 39-42). 
Azərbaycan  nağıllarında  kiçik  qardaşın  ocaqla,  küllə  əla-
qəsinə  dair  motiv  yoxdur.  Bu  ona  görədir  ki,  Azərbaycan  na-
ğıllarında kiçik qardaş surəti əksər hallarda ciddi şəkildə təqdim 
olunur.  Ancaq  ironik  qəhrəmanın  ocaqla,  küllə  əlaqəsi  Cənubi 
Azərbaycanda yazıya alınmış “Təndirə girən keçəl” adlı nağılda 
öz  əksini  tapmışdır.  Bu  nağılda  ironik  qəhrəman  tənbəl  kimi 
təsvir olunur. O, bütün günü təndirin içindən çıxmır. Oxşar süjet 
tipinə daxil olan başqa nağıllarda bu motiv yoxdur. Axmaq bü-
tün günü sobanın üstündən yerə düşmür və pişiyə adam dili öy-
rədir (173, 255). Kiçik qardaşın və ya ironik qəhrəmanın ocaqla, 
küllə,  soba  ilə  əlaqəsi  bir  çox  dünya  xalqlarının  nağıllarında 
mövcuddur
8
 (128,  217-227).  Beləliklə,  kiçik  qardaşın  ailə,  ata-
baba kultu ilə əlaqəsi sehrli nağıllarda sistem təşkil edir. 
Kiçik  qardaş  surətini  tədqiq edən araşdırıcılar kiçik  qar-
daşın ailə, ata-baba kultu ilə əlaqəsinə müxtəlif şəkildə yanaş-
mışlar.  E.M.Meletinski  kiçik  qardaşın  ailə,  ata-baba  kultu  ilə 
əlaqəsini  “patriarxatlığın  sübhü”  ilə  bağlayır.  Müəllif  göstərir 
ki,  ana  xanlığından  ata  xanlığına  keçid  dövründə  böyük  qar-
daşlar ata mülkündən özlərinə çatan payı götürərək ayrılır. Ki-
çik  qardaş  isə  ata  mülkünün  sahibi  olur  və  ailə mərasimlərini 
icra edir. Bu zaman o, ailə kultu ilə bağlı olur (128, 103-105). 
V.Anikin  kiçik  qardaşın  sehrli  nağıllarda  ideallaşdırılmasını 
                                                
8
Kiçik qardaş, eləcə də ironik qəhrəmanın ocaqla, küllə əlaqəsi elmdə onların 
ata-baba kultuna bağlılığı kimi qiymətləndirilmişdir (128, 233; 159, 216-225).
 


29 
 
onun böyük ailədə ata mülkünün qanuni varisi olması və bura-
dan da ata-baba kultu ilə bağlı mərasimlərin icraçısı olması ilə 
bağlamışdır (52, 151-155). S.Kaskabasov da qazax nağıllarında 
kiçik qardaşın  ideallaşdırılmasının  birinci  mərhələsini  eyni  ilə 
V.Anikin  kimi  izah  etmişdir  (113,  132-139).  N.V.Bikbulatov 
kiçik  qardaşın  nağıllarda  ideallaşdırılmasında  onun  ailə  kultu 
ilə  bağlılığını  ehtimal  edir.  Müəllif  kiçik  qardaşın  ailə  kultu, 
ailə  ocağı  ilə  əlaqəsini  ancaq kiçik ailənin  yaranması  ilə  bağ-
layır (67, 52-62). E.Tursunov kiçik qardaşın ailə kultu ilə bağlı 
olaraq ideallaşdırılmasını tamamilə inkar edir (183, 134-135). 
Kiçik  qardaşın  ailə  kultu  ilə  bağlılığının  tarixi  çox  qə-
dimdir.  Bu  bağlılıq  yenə  də  qardaş  ailəsi  ilə  əlaqədardır.  Bu 
barədə  birinci  faktımız  ancaq  məntiqi  səciyyə  daşıyır.  Artıq 
biz yuxarıda göstərdik ki, qardaş ailəsində vərəsəlik böyüklük 
prinsipi ilə qardaşdan-qardaşa keçmişdir və deməli, kiçik qar-
daş  varislik  statusunda  dayanmışdır.  Bu  təqdirdə  kiçik  qar-
daşın varis kimi ailə kultu ilə bağlılığı tamamilə mümkündür. 
Patriarxal  böyük  ailədə  ata  və  onun  varisi  olan  böyük  oğul, 
eləcə də kiçik ailədə ata və onun varisi olan kiçik oğul sakral 
səciyyə  daşıdığı  kimi  qardaş  ailəsində  də  böyük  qardaş  və 
onun varisi olan kiçik qardaş sakral səciyyə daşımışdır.  
Göytürklərdə  kiçik  qohumların  atu  termini  ilə  ifadə 
olunması  bu  fikri  gücləndirir.  A.Bernştam  göstərir  ki,  Göy-
türklərdə  kiçik  qohumlar  atu,  kiçik  qardaş  isə  ini  termini  ilə 
ifadə  olunmuşdur  (66,  91).  Heç  şübhəsiz,  kiçik  qardaşın  ter-
minlə  kiçik  qohumlardan  ayrılması  ailənin  individuallaşması 
ilə  bağlı  olaraq  qohumluq  terminlərinin  diferensiallaşmasını 
göstərir.  Qohumluq  sisteminin  nəsil-yaş  kateqoriyasına  görə, 
bütün kiçik qohumlar bir terminlə ifadə olunmuşdur. Ona gö-
rə də daha arxaik dövrdə atu termininin aşağı nəsil-yaş kate-
qoriyasını  ifadə  etməsi  şübhə  doğurmur.  Ailənin  individual-
laşma prosesinin nəticəsi olaraq atu termini qohumluq termini 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə