31
Bu adların
Djeqin,
Djəqin hissəsi qədim türkdəki
təkin titu-
lunun,
uduquy və
eteqeli isə qədim türkdəki
atu (
idi) ter-
mininin yakut variantlarıdır. Eyni mənalı iki terminin yanaşı
işlənməsini monqolların kiçik qardaş mənası daşıyan
otçiqin
və
ot zəkinə (yəni
od təkin) terminlərində də görürük (164,
216). Bu fakt bir daha sübut edir ki, hər iki termin qədim
dövrdə məhz aşağı nəsil-yaş kateqoriyasını ifadə etmişdir. Bu
sıraya monqolların
otqon, buryatların
otxon kiçik qardaş,
oca-
ğın sahibi terminlərini də əlavə etsək, məsələnin mahiyyəti
daha da aydınlaşmış olar (193, 175). Altaylılar və xakaslarda
“kiçik qardaş”, “ocağın sahibi”
oçı (
o+çı) adlanır (72, 160).
Qeyd etmək lazımdır ki,
atu (
idi) termini antroponim
kimi müasir dövrdə də yaşamaqda davam edir.
Adpay, Adı-
bay, Adıkoy kimi altay (195, 40), XVIII-XIX əsrlərə aid sə-
nədlərdə qeyd olunmuş
Otebas, Oteuli, Oteqan, Etes, Atim,
Ote, Otek, Otın kimi qazax (99, 207-212),
Adı, Adış kimi
Azərbaycan şəxs adları qohumluq termininin
antroponim kimi
yaşamaqda davam etdiyini göstərir.
Qardaş ailəsində aşağı nəsil-yaş kateqoriyasını ifadə
edən
atu termininin müxtəlif fonetik variantlarda son dövrə-
dək
ocaq sahibi,
varis,
kiçik qardaş mənasını ifadə etməsi
E.M.Meletinskinin
hüquqi minoratın yarandığı dövrdə (yəni
kiçik ailə minoratı)
arxaik minoratın unudulması fikrini təs-
diq edir (128, 106).
Patriarxal ailənin formalaşması ilə əlaqədar olaraq ailə
başçısı
ata adlanmağa başlayır. Bu terminlə arxaik qohumluq
sistemində kiçik qohumları ifadə edən
atu termininin oxşar-
lığı göz qabağındadır. Bu oxşarlığın səbəbi izah olunmalıdır.
Araşdırma göstərir ki, ana hüququna əsaslanan ailə
daxilində bu termin
ananı ifadə etmişdir. Bu fikri öncə türk-
monqol xalqlarında qadın şamanın
udaqan, udqan, otqan ad-
lanması təsdiq edir. Q.S.Tsıbikov daha arxaik dövrdə
ocaq
32
hamisinin (buradan da ailə başçısının – Ə.Ə.) qadın olması
fikrini irəli sürür. Ocağa hər səhər mütləq qadının qurban
verməsi faktına əsaslanan müəllif göstərir ki, qadın şamanlığı
və onun daşıdığı ad qadının arxaik cəmiyyətdə kult daşıyıcısı
olmasından doğmuşdur (192, 170).
Özünün bəzi mülahizələrinə və prof. P.A.Bertaqayevin
fikirlərinə söykənərək Ş.Çaqdurov buryatlarda yer tanrısı he-
sab olunan
otykan-ın ana xanlığı dövründə oda tapınmadan
yarandığını söyləyir (193, 153).
Qədim türk abidələrində
Ö t ü k ə n şəklində
qeyd olunan
tanrı Göytürklərdə ən geniş yayılmış tanrı olmuşdur. Qədim
mifoloji Ana Yer surətinin təzahür formalarından biri olan
Ötü-
kənə qədim türklər dağ, yer, vətən və dövlət hamisi kimi tapın-
mışlar (155, 283). Ötükənin bu xüsusiyyətləri bir-birindən ay-
rılmazdır. Qədim türklər dağı vətənin və torpağın (yaşadıqları
ərazinin) hamisi kimi təsəvvür edirdilər. Eyni zamanda vətən,
torpaq hamisi kimi tapındıqları dağı
Ötükən adlandırırdılar.
Dağ inamı bu xüsusiyyətini Altay türkləri arasında saxlamışdır.
L.A.Potapov göstərir ki, Altay tayfaları dağa yaşadıqları ərazi-
nin və tayfanın hamisi kimi baxırlar*
9
(153, 156).
Ötükən ina-
mı ilə altaylılar arasında yaşamaqda olan dağ inamı arasında
fərq ondadır ki,
Ötükən-ə dövlət səviyyəsində tapınılmışdır. Bu
xüsusiyyət dövlətin yaradılması ilə izah olunur.
Ötükən-in od-ocaqla bağlılığına dair yuxarıda qeyd et-
diklərimizə aşağıdakıları əlavə edə bilərik.
Öncə, bu mifoloji surətin adı onun odla bağlı olduğunu
göstərir:
Ötükən – “od xan”, “od sahibi”. Altaylılar, teleutlar,
qırğızlar bu günə qədər od hamisini “
Ot ana” adlandırırlar
9
Maraqlıdır ki, bu mifogem tibetlilər arasında da mövcuddur. Özlərinin icma
ərazilərini Edika adlandıran tibetlilər, ulu əcdad kimi Odequn dağına ta -
pınırlar (83, 192-193).