Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə14/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   10   11   12   13   14   15   16   17   ...   97

 

42 


səsin  var  —  demişdir.—  Amma,  öz  aramızdır,  rövzəxanların 

səsini batıran səsə oxşayır... Özünü gözlə, bu iki səs bir-birini 

batıran səslərdir!‖. 

1898-ci  ildə  Cavid  ―Məktəbi-tərbiyə‖ni  müvəffəqiyyətlə 

bitirir.  O,  təhsilini  yenə  də  davam  etdirmək  istəyir.  Ancaq  bu 

vaxt  şiddətli  göz  ağrısına  tutulması  buna  mane  olur.  Atası 

Hüseyni  müalicə  üçün  Təbrizə  göndərir.  Bu  zaman  Cavidin 

qardaşı Məhəmməd Rasizadə də Təbrizdə idi. 

Cavid Cənubi Azərbaycana hansı ildə getmişdir, orada neçə 

il  qalmış və  nə  ilə  məşğul  olmuşdur?  Bu  suallara  ancaq,  onun 

Təbrizdən  və  Urmidən  müəllimi  Sidqiyə  göndərdiyi 

məktublardan  cavab  alırıq.  Bu  məktubların  biri  (1898-ci  ildə, 

Təbrizdən yazılmışdır. Burada Cavid müəlliminə bildirir ki, o, 

Təbrizdə  böyük  qardaşının  yanındadır  və  ―Talibiyyə‖ 

mədrəsəsində  təhsilini  davam  etdirir,  qardaşı  Məhəmməd, 

Seyid  həkim  adlı  bilikli,  açıqfikirli  bir  şəxs  ilə  çox  yaxın 

dostdur.  Seyid  həkim  hər  axşam  onların  mənzilinə  gəlir  və 

onlarla  birlikdə  ―Nasiriyyə‖,  ―Təbriz‖,  ―Şərafət‖,  ―İzzət‖, 

―İttila‖  və  ―İran‖  qəzetlərini  oxuyur,  müzakirə  edirlər

1



Təbrizdən  yazılmış,  ancaq  tarixi  göstərilməmiş  digər  iki 

məktubda  isə  Cavid  ―Talibiyyə‖  mədrəsəsinə  daxil  olmadan 

əvvəl  yenə  Təbrizdə  gözlərini  müalicə  etdirdiyi  haqqında 

məlumat  verir,  Sidqidən  aldığı  bir  məktub  münasibətilə  öz 

sevincini  və  təşəkkürünü  bildirir.  O,  müəlliminə  yazır  ki, 

―məktubunu  aldım.  Qəmli,  xəstə  gözlərimə  işıq  gəldi‖

2



―Şagirddən müəllimə‖ sözləri ilə başlanan başqa bir məktubda 



isə  Cavid  gözlərinin  yaxşı  olduğunu  sevinclə  xəbər  verir. 

―Gözlərimin  xəstəliyi  yaxşıdır.  Görmək  allahın  insana  bəxş 

etdiyi  ən  böyük  nemət  imiş‖  —  deyə  sözlərinə  onu  da  əlavə 

edir ki, ―mənə tez-tez məktub yazın. Mən sizin şagirdinizəm və 

həmişə çalışıram ki, sizdən bir söz eşidəm, öyrənəm‖

  3


                                                 

1

 Rəf, arx. 7, Q-3 (272). 

2

 Yenə orada, arx. 7, Q-3 (270). 



3

 Yenə orada, (271). 




 

43 


Məzmunundan aydın olur ki, bu iki məktub 1898-ci il tarixli 

məktubdan  əvvəl  yazılmışdır.  Çünki  Cavid  gözlərini  müalicə 

etdirmədən mədrəsəyə daxil ola bilməzdi. 

Cavidin  Sidqiyə  məktublarının  çoxu  farsca  yazılmışdır.  Bu 

məktublar  şairin  fars  ədəbi  dilinin  bütün  incəliklərinə  vaqif 

olduğunu  göstərməklə  bərabər,  onun  o  zamankı  siyasi-ictimai 

görüş  dairəsini,  eləcə  də  İran  və  Cənubi  Azərbaycan  həyatına 

baxışını  əks  etdirir.  Məktubların,  demək  olar  ki,  hamısında 

Cavid  Cənubi  Azərbaycanın  siyasi,  ictimai  və  inzibati 

həyatından  çox  şikayət  edir,  narazı  qaldığını  bildirir.  İran 

dövlət başçılarının özbaşınalıqları, öz şəxsi mənafeləri xatirinə 

ölkəni  göz-görəti  xarici  işğalçıların  tapdağına  çevirmələri 

Sidqinin  şagirdini  çox  narahat  edir.  Xüsusən  Cənubi 

Azərbaycanın  bir  tərəfdən  İran  istibdadının,  digər  tərəfdən 

ingilis  imperializmi  və  rus  çarizminin  təzyiqi  altında  olması, 

xalqın  öz  azadlığını  itirməsi  gənc  şairi  çox  düşündürür.  O  bu 

vəziyyətin  dözülməz  olduğunu  öz  müəlliminə  bildirir.  Bu 

cəhətdən Cavidin Urmidən Sidqiyə göndərdiyi hicri 1321-ci il 

2  cəmadiyələvvəl  (1903)  tarixli  məktubu  çox  səciyyəvidir. 

Məktubda  oxuyuruq:  ―...Rəbiyələvvəl  ayının  13-də  Urmiyə 

gəldim.  Bu  şəhərdə  mənə  böyük  şadlıq  üz  verdi...  Urmini 

İranın  şəhərləri  ilə  müqayisə  etmək  olmaz.  Bu  şən  şəhər 

Azərbaycan  şəhərlərinə  xüsusilə  oxşayır.  Bu  şəhərin  İran 

şəhərlərinə  dəxli  yoxdur‖.  ―...Urmi  bir  torpaqdır  ki,  Rumun 

parçalarındandır.  Özü  gözəl  şəhər,  camaatı  da  safqəlbli,  sadə 

adamlardır.  Ticarət  və  sənayedə  mahirdirlər,  kəsbi-ticarətdə 

qabil,  tərəqqi  və  mədəniyyətə  maildirlər...  Amma  təəssüflər 

olsun  ki,  ingilis  və  rus  (çar  Rusiyası.  —  Red).  təzyiqi  yerli 

əhalinin azadlıq səsini batırmışdır‖. Cavid bu əsarətin əsas bir 

səbəbini  ―qeyrətsiz‖,  ―namussuz‖  İran  dövlət  başçılarının 

xəyanəti  və  kütbeyinliyi  ilə  izah  etdikdən  sonra  yazır  ki, 

ingilislər  və  rus  çarı  özlərinin  şəxsi  mənafelərini  güdürlər, 

özlərinin mövqelərini möhkəmləndirməyə səy edirlər... Şəhərin 

hər  tərəfində  nə  qədər  gözəl,  abad  yerlər  var,  harada  yaxşı 




 

44 


yaylaqlar  var,  —  ingilislərin  əlindədir...  Onlar  burada  öz 

mövqelərini  möhkəmləndirmək  üçün  qalalar,  istehkamlar 

tikdirir,  camaatın  gözündə  onları  kilsə  kimi  göstərirlər...‖

1



M.T.Sidqinin  şəxsi  arxivində  mühafizə  olunan  iranlı  və 

cənublu  dostlarından  alınmış  bir  çox  məktublar  və  Sidqinin 

onlara  yazdığı  cavablar  aydın  göstərir  ki,  bu  illərdə 

Azərbaycanın  hər  iki  hissəsində  ölkəni  ingilis  və  çar  işğalı 

təhlükəsindən,  İran  istibdadı  zülmündən  xilas  etmək  yollarını 

axtaran  müəyyən  qrup  ziyalılar  varmış  ki,  onlar  müxtəlif 

yollarla,  o  cümlədən  şəxsi  məktublaşma  yolu  ilə  bir-birilə 

fikirlərini  bölüşdürmüşlər.  Məsələn,  hicri  1320  (1902)-ci  ildə 

Naxçıvandan Q.Şərifov tərəfindən Xosrov Nasirülmülkə (Əmir 

Tuman  Xosrov  xan  Nasirülmülk)  yazılan  bir  məktubda 

deyilirdi  ki,  ―Vətənin  istiqlalı  bizim  ən  böyük  arzumuzdur. 

Başımızda  olan  bu  sevda  yalnız  başımız  bədənimizdən 

ayrıldıqdan  sonra  bizi  tərk  edə  bilər.  Millətlər  iri  qədəmlərlə 

tərəqqi  etdikləri  halda,  bizim  millət  zəlil  və  xar  olmaqdadır. 

Xarabazara  çevrilmiş  vətənin  dözülməz  vəziyyəti  getdikcə 

onun  səhhətini daha da  kökündən  sarsıtmaqdadır...  Bəli, vətən 

mədəsi  pozulmuş,  əlacı  çətin  olan  xəstələrə  bənzəyir..  Bu 

xəstənin  yaxası  cahil  və  nadan  təbiblər  əlindədir.  Nə  qədər 

onun  səhhəti  haqqında  düşünürüksə,  məlal  və  hüznümüz  o 

qədər  artır.  Vətən  başçılarımızın  başı  qumara  və  qəhbələrə 

qarışmışdır.  Vətən  nə  vətən,  tfu  belə  vətən  başçılarının 

üzünə!‖


2

 Cavidin  məktublarından  hiss  olunur  ki,  gəncliyində, 

20-21  yaşlarında  ikən  o  da  zalımlara  nifrət  edən  qabaqcıl 

ziyalılar qrupuna rəğbət bəsləyirmiş. 

Cavidin Urmidən  yazdığı başqa məktubları da vardır. Onun 

Sidqinin  vəfatı  münasibətilə  ―Şərqi-rus‖  qəzetinə  göndərdiyi 

və: 

 

Əz cahan rəft həzrəti-Sidqi  



                                                 

1

 Rəf, arx. 7, Q-3 (296). 

2

 Rəf, arx. 7, Q-3 (296).  




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə