Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə4/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   2   3   4   5   6   7   8   9   ...   97

 

11 


isə  romantik  üslubda  yazılmış  ailə  faciəsidir.  «İblis»  isə 

M.Cəfərin fikrincə, müharibə əleyhinə yazılıb, insanlığın tarixi 

faciələrini  əks  etdirir.  Əlbəttə,  Cavidin  əsərlərinin  mövzusunu 

belə sadə bir sxemlə izah etmək bəlkə də çoxdarına qəribə gələ 

bilər.  Ancaq  M.Cəfər  bu  sadə  sxemdə  Cavidin  əsərlərinin 

obrazlar aləmini, janr-üslub xüsusiyyətlərini  açmağa müvəffəq 

olur.    Məsələn,  «İblis»  əsərinin  janrı  barədə  bəzi  mübahisələr 

olmuşdur.  M.Cəfər  həmin  mübahisələrə  son  qoyaraq  qəti 

şəkildə  bildirir  ki:  «…birinci  dünya  müharibəsinin  törətdiyi 

fəlakətlər  də,  onun  mürəkkəb  nəticələri  də  göz  qabağında  idi. 

Bu nəticələrdən ən mühümü bu idi ki, imperialist cəbhəsi xeyli 

zəifləmiş,  Rusiyada  sosialist  inqilabı  qalib  gəlmişdi.  Əgər 

Cavid  realist  olsaydı,  belə  bir  tarixi  hadisə  haqqında  ondan 

tamamilə  başqa  ruhlu  bir  əsər  gözləmək  olardı.  Amma  Cavid 

romantik idi, «İblis» də romantik bir faciə idi».  

Təbii  ki,  adını  çəkdiyimiz  bu  əsərlərin  təhlilində 

müəyyən  mübahisəli  fikirlər  də  diqqəti  cəlb  edir.  Məsələn, 

müəllif  sovet  dövrü  ideologiyasından  irəli  gələn  belə  bir  fikri 

irəli  sürür  ki,  birinci  imperialist  müharibəsi  ərəfəsində    və 

müharibə 

dövründə 

bütün 


əksinqilabçı 

burjua 


nəzəriyyəçilərinin  «islamlaşmaq»  şüarını  ortalığa  atıb,  inadla 

bu  çürük  fikri  müdafiə  etdikləri  bir  şəraitdə  Cavidin  «Şeyx 

Sənan»  kimi  bir  əsəri  qələmə  alması  onun  yaradıcılığında 

müsbət bir hadisə idi. Məlumdur ki, Cavid «Şeyx Sənan»da bir 

dini  yox,  bütün  dinləri  tənqid  edir,  məhəbbət  dinini  intixab 

edir.  Əsərin  təhlili  zamanı  M.Cəfər  özü  də  elə  bu  fikrə  gəlib 

çıxır:  «O  (Şeyx  Sənan-G.B.)  başa  düşür  ki,  dinlər  insanları, 

xalqları  bir-birindən  ayrı  salır,  bəlalar,  fitnələr  doğurur. 

Bununla  belə  Şeyx  Sənan  özü  də  insanları,  xalqları,  millətləri 

bir-birinə  mehriban  edə  biləcək,  bir-birinə  qardaş  edə  biləcək 

başqa  bir  etiqad  axtarır.  Bu  etiqad  dinə  yox,  müəyyən  bir 

fəlsəfəyə əsaslansa da, hər halda yenə etiqaddır. Bu da bir növ 

ilahi  bir  məhəbbət,  ruhani  bir  eşqdir.  Doğrudur,  bu  «ilahi 

məhəbbət»  ideyasının  qarşısında  din,  iman,  məzhəb,  Kəbə, 




 

12 


monastr, incil, tövrat, quran və sair bir heçə, əfsanəyə çevrilir; 

lakin əslində, bu etiqad özü də başqa ruhlu bir əfsanədir».  

«Şeyx 

Sənan» 


və 

«İblis» 


faciələri 

Cavid 


dramaturgiyasına  xas  olan  bir  cəhətiylə  də  seçilir.  Hər  iki 

əsərdə  fikir  və  ideya  nöqteyi-nəzərindən  qüvvətli  təsir 

bağışlayan və bu mənada Baş Qəhrəmanla yanaşı dura biləcək 

obrazlar diqqəti cəlb edir. Baş Qəhrəmanla müqayisədə onların 

fəaliyyət dairəsi, meydanı dar və məhduddur, lakin onların hər 

birinin öz fəlsəfəsi və məntiqi var. «Şeyx Sənan»da Şeyx Kəbir 

və Dərviş, «İblis»də Arif və İblislə yanaşı, Qoca Şeyx və Elxan 

belə 


obrazlardandır. 

Şeyx 


Sənan 

Şeyx 


Kəbirin 

yetirməsdir.M.Cəfərin fikrincə, o panteist bir mürşüddür, islam 

dininin  bir  çox  ehkamlarına,  quranın  bəzi  hökmlərinə, 

rəvayətlərinə  şübhə  ilə  yanaşır  və  Şeyx  Sənanı  da  bu  ruhda 

tərbiyə edir ki: 

 

    Şübhədir hər həqiqətin anası, 



    Şübhədir əhli-hikmətin babası. 

    Şübhə etməkdə haqlıdır insan, 

    Çünki hər kəscə bəllidir: yaradan- 

     Hər zaman, hər tərəfdə nurəfşan

     Fərqsiz onca həp zamanü məkan.. 

     Ona məxsus yoxsa bir məva

     Ərşə çıxmaqda varmı bir məna? 

 

Şeyx  Kəbirdən sonra Cavid  bütün  dini ehkamlara şübhə 



ilə yanaşan, səhranişin, təriqətçi bir mütəfəkkir surətini-Dərvişi 

səhnəyə  gətirir.  O,öz  fikirlərinə  görə  Şeyx  Kəbirdən  daha 

kəskindir, bütün dinləri mənasız hesab edir, həmişə «ənəlhəqq» 

deyir.  Tamamilə  dinsiz,  etiqadsız  olan  bu  obraz  Şeyx  Sənanın 

fikri  inkişafında  böyük  təbəddülat  yaradır.  Amma  M.Cəfər  

Şeyx  Sənanı  Dərvişdən  ayıran,  fərqləndirən  xüsusiyyətləri  də 

nəzərə  çarpdırır.  O  da  bundan  ibarətdir  ki,  Şeyx  Sənan  sonda 

Dərvişi və onun mövhumi təbliğatını rədd edir. 




 

13 


«Şeyx  Sənan»  haqqında  fikirlərini  ümumiləşdirən 

M.Cəfər  sonda  belə  bir  doğru  qənaətə  gəlir  ki:  «Şeyx  Sənan, 

təbiidir ki, müasir həyatdan alınan bir surət deyildi. Lakin tarixi 

bir  şəxsiyyətin  surəti,  bir  tarixi  faciə  qəhrəmanı  da  deyildi; 

ancaq  müəyyən  ideyaları  əks  etdirən  xəyali,  romantik  bir 

qəhrəman  idi.  Bununla  belə,  Sənanın  simasında  Azərbaycanın 

ictimai  fikir  tarixinə  və  əsərin  yazıldığı  dövrə  aid  olan 

müəyyən  və  məşhur  bir  həqiqət  təcəssüm  etdirilmişdi:  bu 

həqiqət isə bizim ictimai fikrimizdə, ədəbiyyatımızda, xüsusən, 

klassik  şeirimizdə,  Xaqani,  Nizami,  Nəsimi,  Füzuli  və  başqa 

mütəfəkkir  şairlərin  yaradıcılığında  dini  təəssübkeşliyə,  dini 

ehkama, idealizmə zidd olan görüşlərin Cavid sənətinə məxsus 

orijinal bir şəkildə ifadəsi idi».  

«İblis»i  romantik  faciə  adlandıran  M.Cəfər  pyesə  məhz 

romantik  cərəyanın  prinsipləri  nöqteyi-nəzərindən  təhlil 

verir.Tədqiqatçı  əsərin  ideyası  belə  müəyyənləşdirir:  «Burada 

qarşılaşdırılan  qüvvələr  əsasən  şairi  yaradıcılığının  ilk 

dövrlərindən düşündürən iki zidd ideyadan ibarət idi: birincisi: 

 

    Yaşamaq istəyirmisən, çarpış, 



     Hərbə qoş, həp vuruş, ya əz, ya əzil - 

 

deyən müharibə ideyası, ikincisi isə: 



 

      Bir fəzilətsə öldürüb ölmək

      Canavar bizdən əşrəf olsa gərək - 

 

deyən qoca Şərqin mücərrəd sülh, məhəbbət ideyasıdır. 



Əsərdə şair tərəfindən yaradılmış somiənişin, qoca Şeyx, 

Arif və qismən də xəyali, fantastik surətlər olan İblis, Mələk və 

başqaları  bu iki zidd ideyanı təmsil edirlər».  

«İblis»  Cavidin  həm  ideya-məzmun,  həm  də  forma, 

kompozisiya baxımından ən mürəkkəb və çoxplanlı əsəridir və 

bu  əsərin  təhlilində  M.Cəfər  əsas  diqqəti  əsərin  ideyası  ilə  bu 




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə