Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə5/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   2   3   4   5   6   7   8   9   ...   97

 

14 


ideyanın özünü necə, hansı şəkildə, hansı bədii vasitələrlə ifadə 

etməsinə  yönəldir.  O,  diqqəti  İblisə  yox,  daha  çox  Arif 

obrazına  yönəldir.  Arifin  fikri  inkişafını  sanki  addımbaaddım 

izləyir,  onun  şübhəçiliyində,  müəmmalı  həqiqətləri  dərk  edib 

anlamaq  istəyində  köhnə  Şərq  zehniyyətinin  təsirini  görür. 

M.Cəfər  Ariflə  yanaşı  Elxanın  da,  qoca  Şeyxin  də  bu 

zehniyyəti  daşıdığını,  elm  və  fəlsəfədən  daha  artıq  etiqada 

arxalanan,  varlığın  fövqünə  yüksəlmək  istərkən  yerlərdə 

sürünən,  həyatın  əlində  bir  oyuncağa  çevrilən,  xəyalpərvər, 

qafil  insanlar  olduğunu,  bir  tərəfdən  bütün  dinləri,  fəlsəfələri 

incədən-incəyə  yoxlayan,  saf-çürük  edən,  şübhəçilik  azarına 

tutulan,  digər  tərəfdən  isə  möhkəm  etiqad,  «mistika»  sahibi 

olub mücərrəd xeyirxahlıq hissləri ilə yaşayan və bu səbəbdən 

də fəlakət və məhrumiyyətlərlə üzləşdiyini göstərir. 

«İblis»də  «həyat  mübarizəsi»  məsələsinin  Cavidi  çox 

düşündürdüyünü  də  M.Cəfər  nəzərdən  qaçırmır.  «Həyat 

mübarizəsi» nə demək idi? İnsanlıq əsil səadətə, azadlığa, sülh 

və  əmniyyətə  məhəbbət  ideyası  iləmi  nail  ola  biləcək,  yoxsa 

mübarizə  ilə?  M.Cəfərin  fikrincə,  Cavid  bu  məsələni 

idealistcəsinə  anlamasına  baxmayaraq,  bir  çox  hallarda 

tərəddüd  edərək  axırda  belə  qərara  gəlmişdi  ki:  «haqqını  sən 

mübarizə ilə alarsan» . 

M.Cəfər  Cavid  yaradıcılığının  müəyyən  dövrünü  -1920-

26-cı illəri «Məfkurəvi tərəddüd illəri» kimi səciyyələndirir. Bu 

illərdə  Cavid  «Peyğəmbər»,  «Topal  Teymur»  və  «Afət» 

pyeslərini  yazmışdır.Niyə  Cavid  həmin  illərdə  yeni  həyat 

haqqında  heç  nə  yazmadı?  M.Cəfər  bu  suala  cavab  verərkən 

30-cu  illərin  marksist  tənqidçilərinin  fikirləri  ilə  razılaşır,  əsas 

səbəb  kimi  Cavidin  sosialist  inqilabının  mahiyyətini  başa 

düşməməkdə, proletar inqilabının xilaskar roluna qəti inamının 

olmamasında  axtarır.  Yazır  ki:  «Proletar  inqilabının    sinfi 

mübarizə  yolu  ilə  köhnə  münasibətlərin  xərabələri  üzərində 

yeni cəmiyyət qurması mücərrəd, ümumi məhəbbət fəlsəfəsinə 

aludə  olmuş  romantik  şairə  çatmırdı.  Bu  illərdə  Cavidin 




 

15 


siyasətdən  uzaqlaşması,  «ədəbiyyat,  sənət  başqa,  təbliğat 

başqadır» və  ya  «romantik şairin keçmişdən  yazması təbiidir» 

deyib  bəhanə  gətirməsi,  tarixi  mövzulara,  uzaq  və  yaxın 

keçmişə  əl  atması  da  buradan  irəli  gəlirdi.  Cavid  heç  bir 

əsərində proletar inqilabına zidd cəbhə tutmamışdı; o, inqilaba 

mənfi  münasibət  bəsləmirdi;  eyni  zamanda,  o,  susur,  hələ 

inqilabın xeyrinə bir söz də demirdi».  

Göründüyü  kimi,  M.Cəfər,  bir  qədər  yumşaq  şəkildə, 

Cavidin  1920-26-cı  illərdə  proletar  inqilabının  qələbəsini 

sükutla  qarşılamasını  nöqsan  sayır,  bu  da  sovet  dövrünün 

ideologiyasından  doğan  bir  fikirdir.Əsil  səbəb  heç  də  bunda 

deyil.  Cavidin  «Peyğəmbər»i  və  «Topal  Teymur»u  onun 

çoxdan  düşündüyü  mövzuların  bədii  ifadəsi  idi.  O,bütün 

yaradıcılığı boyu ürəyinə yatmayan mövzuda əsər yazmamış və 

heç  bir  əsərini  də  kiminsə  sifarişilə  qələmə  almamışdı. 

Yaşadığı  cəmiyyətin  onda  doğurduğu  intibalar,  hadisə  və 

olaylar  beynində  həll  olunandan  sonra  qələmə  sarılmışdı. 

«Azər» poemasını yaxud «Knyaz» pyesini  Cavid inqilabın ilk 

illərində  yaza  bilməzdi,  çünki  baş  verən  ictimai-siyasi 

hadisələr,  onların  mahiyyəti  Cavidə  kifayət  qədər  bəlli  idisə, 

sadəcə, bu hadisələrin bədii şüurda həll olunması bir qədər gec 

başa  gəldi.  Ona  görə  də,  M.Cəfərin  «Peyğəmbər»  Cavidin 

kəskin  sinfi  mübarizə  illərində  tamamilə  sarsıldığını, 

dəhşətləndiyini  göstərirdi»  yaxud,  M.Quliyevin  fikrinə  haqq 

qazandıraraq  «Sosialist  inqilabı  ideallarından  isə,  Cavid 

əvvəllərdə  olduğu  kimi,  «Topal  Teymur»u  yazdığı  illərdə  də 

çox uzaq» idi fikirləri əsl həqiqəti ifadə etmir. Ona görə də, biz 

M.Cəfərin  «Peyğəmbər»  və  «Topal  Teymur»  əsərləri  ilə  bağlı 

təhlilləri  üzərində  dayanmağı  vacib  bilmirik.  M.Cəfər  bu 

əsərlərin  təhlilində  bir  sıra  maraqlı  elmi  müşahidələri  istisna 

olunmaqla, iyirminci-otuzuncu illərin marksist tənqidindən irəli 

gedə  bilməmişdir.Amma  qeyd  etməyə  dəyər  ki,  tədqiqatçı 

«Azər»  dastanı,  «Knyaz»,  «Səyavuş»,  «Xəyyam»  və  «İblisin 

intiqamı»  əsərlərinin  təhlilində  yeni  söz  deyə  bilir,  yəni  bu 




 

16 


təhlillər  həmin  əsərlər  haqqında  iyirminci-otuzuncu  illərdə 

söylənilən  fikirlərdən  tamamilə  fərqlidir.  İstər  «Azər» 

poemasının  bədii  forma  etibarilə  klassik  dastanlardan 

fərqləndiyini,  həmin  əsərdə  Cavidin  müasir  həyata,  yeni 

ideyalara  meyl  etdiyini  ,  istər  «Knyaz»da  inqilabi  hərəkatı 

alqışladığını,  istərsə  də  «Səyavuş»  və  «Xəyyam»da    tarixi 

hadisələrə və şəxsiyyətlərə müasirlik mövqeyindən yanaşdığını 

doğru səciyyələndirir. 

«Cavidin dramlarında sənətkarlıq xüsusiyyətləri» fəsli isə 

Cavidşünaslıqda  yeni  bir  mövzudur.  M.Cəfərə  qədər  heç  bir 

tədqiqatçı  Cavid  pyeslərinin  bu  cəhətinə  lazımi  diqqət 

yetirməmişdi.  M.Cəfər  ilk  dəfə  olaraq  Cavid  dramlarını 

xarakterlər  və  ehtiraslar  dramı  kimi  səciyyələndirir.  İlk  dəfə 

olaraq  o,  Cavidin  Azərbaycan  dramaturgiyasında  ailə,  məişət 

dramlarının  müəllifi  kimi  xarakterizə  edir,  bu  dramlarda 

(«Maral»,  «Uçurum»,  «Afət»)  melodramatizm  və  sentimental 

ünsürlər olduğunu sübut edir, onun pyeslərində  fantastik dram 

ünsürlərinin  də  xüsusi  yer  tutduğunu  romantik  dram  janrının 

xüsusiyyəti  kimi  nəzərə  çarpdırır.  Həmçinin  onu  da  qeyd  edir 

ki:  «…fövqəladə,  romantik,  sentimental  xarakterlərlə  yanaşı, 

eyni zamanda realist xüsusiyyətlər daşıyan xarakterlər Cavidin 

əsasən  romantik  üslubda  yazdığı  dramlarına,  bütün  görkəmli 

romantiklərin  əsərlərində  olduğu  kimi,  müəyyən  realist 

xüsusiyyətlər də gətirmişdir». M.Cəfər Cavid dramlarından söz 

açarkən  onların  bir  çoxunun  mürəkkəb  süjetli  olub,  iki  və  ya 

bir  neçə  paralel  xətli  süjet  quruluşuna  malik  olduğunu,  bu 

paralel  xətlərdə  isə  möhkəm  səbəbiyyət  əlaqələri  olduğunu  

nəzərə  çarpdırır.  Məsələn,  «Maral»  faciəsində  Maral-Turxan 

bəy  xətti  ilə  yanaşı,  bir-birini  sevən,  anlayan,  qiymətləndirən 

yeniyetmə  Cəmil  və  Humay  xətti  verilir  və  demək  olar  ki,  bu 

iki xətt-bir-birini tamamlayan paralel  süjet xətləri kimi  inkişaf 

edir.  Yaxud,  «Afət»  faciəsində  Afət-Özdəmir,  Afət-Qaratay, 

Afət-Kaplan,  Altunsaç-Kaplan,  Afət-Qorxmaz,  Ərtoğrul-

Altunsaç,  Ərtoğrul-Alagöz,  Yavuz-Alagöz,  Oqtay-Alagöz, 




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə