Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə8/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   4   5   6   7   8   9   10   11   ...   97

 

24 


və  demək  olar  ki,  onun  hər  bir  yeni  əsəri  haqqında  məqalələr 

yazmış,  fikir  söyləmiş,  xeyirxah  bir  niyyətlə  onun  əsərləri  və 

görüşlərində  olan  müvəffəqiyyət  və  nöqsanları  göstərmişlər. 

Bu  obyektiv  elmi  tənqidin  də  şairin  yaradıcılıq  inkişafına  çox 

müsbət təsiri olmuşdur. 

Cavidin  görüşlərində  olan  bütün  ziddiyyətlərdə,  onun 

yaradıcılığında  müəyyən  dövrdə  əmələ  gələn  tərəddüdlərə, 

hətta  ciddi  ideya  səhvlərinə  baxmayaraq,  xalqımız,  qabaqcıl 

ziyalılarımız 

və 


ədəbi-bədii 

təşkilatlarımız 

Cavidin 

xidmətlərini və gələcəyini də unutmayaraq onun yaradıcılığına 

həmişə geniş ürəklə, qayğı ilə yanaşmışdır. 

Azərbaycan  sovet  tənqidi  Cavidin  istedad  və  sənətkarlığını 

qiymətləndirməklə  bərabər,  həmişə  onun  qarşısına  yeni 

tələblər, vəzifələr qoymuş və şairin yaradıcılıq çətinliklərindən 

qurtarması  üçün  yollar  göstərməyə  çalışmışdır.  Bununla  belə 

Cavid 


yaradıcılığına 

marksist  münasibətin  birdən-birə 

yarandığını demək olmaz. 

Cavidin  yaradıcılığı  ilə  məşğul  olan  ilk  sovet  tənqidçisi 

Hənəfi Zeynallıdır. O, 1923-1926-cı illərdə ―Şeyda‖ xüsusunda 

qısa  bir  mülahizə‖,  ―Şeyx  Sənan‖  haqqında  mülahizələrim‖, 

―Cavidin  Peyğəmbəri  haqqında  mülahizələrim‖  məqalələrini 

yazmışdı


1

.

 



Məqalələrin  adından  da  göründüyü  kimi, 

H.Zeynallının  mülahizələri  əsasən  şairin  inqilabdan  əvvəl 

yazdığı  əsərlər  haqqında  idi.  Tənqidçinin  xüsusən  ―Şeyx 

Sənan‖,  ―Şeyda‖  və  ―Maral‖  haqqında  mülahizələri,  təhlilləri 

maraqlı  idi.  O,  haqlı  olaraq,  ―Şeyx  Sənan‖ı  ruhaniliyi, 

fanatizmi, bütün köhnəlmiş din və təriqətləri rədd edən bir əsər 

hesab  edir,  ―Şeyda‖  faciəsində  şairin  inqilabçılara  rəğbət 

bəslədiyini,  ―Maral‖da  feodal  zülmünü  və  əxlaqını  ittiham 

etdiyini,  qadın  hüququnu  müdafiə  etdiyini  göstərirdi. 

H.Zeynallı Cavidin Şeyda kimi romantik qəhrəmanlarında olan 

zəif  cəhətləri,  ziddiyyətləri,  tərəddüdləri  də  meydana  çıxarır, 

tənqid  edirdi.  Bütün  bunlarla  bərabər,  H.Zeynallı  çox  vaxt 

                                                 

1

Bax: ―Maarif və mədəniyyət‖ məcmuəsi, 1923 № 1, 2; 1926, № 9, 10, 11, 12



  


 

25 


Cavidin  yaradıcılığına  birtərəfli  yanaşırdı.  Onun  bu 

məqalələrində  1920-1926-cı  illərdə  yeni  həyata  çox  laqeyd 

münasibət  bəsləyən  Cavidə  keçmiş  xidmətlərinə  görə  bir  növ 

bəraət  qazandırmaq  meyli  var  idi.  Bu  illərdə,  demək  olar  ki, 

H.Zeynallı  özü də hələ  marksist  estetikası və ədəbi  tənqidinin 

prinsiplərini  tamamilə  mənimsəyə  bilməmişdi.  Buna  görə  də 

tənqidçi  səhv  olaraq  Cavidin  ―Peyğəmbər‖  əsərində  də  ―çox 

parlaq‖  bir  müasirlik  görür,  bu  əsərdəki  mücərrəd 

insanpərvərliyin,  köhnəlmiş  panteist  görüşlərin  və  dini 

modernizə  etmək  təşəbbüslərinin  də  müasir  inqilabi  ideyalarla 

səsləşdiyini iddia edirdi. 

H.Cavidin  yaradıcılığına  ilk  dəfə  nisbətən  düzgün  qiymət 

verən  tənqidçi  Mustafa  Quliyev  olmuşdur.  1926-cı  ildən 

başlayaraq  Cavidin  yaradıcılığını  diqqətlə  izləyən  M.Quliyev 

şairin ayrı-ayrı əsərlərinin təhlilinə xüsusi məqalələr həsr etmiş 

başqa  məqalələrində  də  Cavidin  hər  bir  yeni  əsərinə  öz 

münasibətini bildirməyə çalışmışdır. 

M.Quliyev  müasir  ədəbiyyatın  vəziyyəti  və  gələcək 

perspektivlərinə  partiya  və  dövlət  nöqteyi-nəzərindən  yanaşan 

bir  mədəniyyət  xadimi  idi.  O,  Cavidin  də  əsərlərinə  bu 

cəbhədən  yanaşır  şairə  təsir  etməyə,  Cavidin  yaradıcılığına 

xalqın mənafeyinə və müasir ədəbiyyatın tələblərinə uyğun bir 

istiqamət  verməyə  çalışırdı.  O, Cavidin səhv  addımlarına  görə 

hamıdan artıq kəskinliklə, bəzən də çox amansız şəkildə tənqid 

edirdi.  Lakin  bu,  əsasən,  səmimi,  haqlı,  ədalətli  və  hər  cür 

yersiz  hücumlardan  qərəzçilikdən uzaq olan obyektiv marksist 

tənqid  idi.  M.Quliyev  şairin  yalnız  səhvlərini  əsas  götürüb, 

onun  sənəti  haqqında  birtərəfli  mülahizələr  yürütmürdü; 

Cavidin  keçdiyi  yaradıcılıq  yolunun  mürəkkəbliyini  nəzərdə 

tutaraq  onun  qarşısında  yeni  tələblər  qoyurdu.  O,  Cavidin 

inqilabdan əvvəlki yaradıcılığını qiymətləndirir, başqaları kimi 

heç də onu dəlilsiz-sübutsuz ―füyuzatçı şair‖, ―mürtecə  burjua 

romantiki‖  adlandırmırdı.  Çünki  dünyagörüşü  və  sənəti 



 

26 


etibarilə Cavid həmişə mürtəce romantizmdən uzaq olmuşdu

 1



―Füyuzat‖da  isə  şair  gəncliyində  təkcə  bir  şeir  çap  etdirmişdi 

ki, bu şeirin də məzmunca ―Füyuzat‖ın ideya istiqaməti ilə heç 

bir  əlaqəsi  yox  idi.  M.Quliyev  ―Şeyda‖  faciəsini  nəzərdə 

tutaraq  Cavidin  1917-1918-ci  illərdə  inqilaba  xüsusi  rəğbət 

bəslədiyini,  ―inqilabın  qarşısında  səcdə  etdiyini‖  də  qeyd 

edirdi.  Tənqidçinin  nəzərində  H.Cavid  burjua-dvoryan  ictimai 

quruluşundan  narazı  olan,  burjua-mülkədar  dünyagörüşünün 

puçluğunu  dərk  edən,  bununla  belə  1926-cı  ilə  qədər  proletar 

inqilabı  ideyalarını  da  çətinliklə  mənimsəyən  yazıçılardan  biri 

idi. 


M.Quliyev tamamilə haqlı olaraq belə hesab edirdi ki, Cavid 

kimi yazıçıları yersiz hücumlarla yeni həyatdan uzaqlaşdırmaq 

yox,  əksinə  onların  proletar  inqilabı  cəbhəsinə  keçməsinə 

kömək  etmək  lazımdır.  Bu  kömək  də  quru  təriflərdən  ibarət 

olmayıb,  kəskin  marksist  tənqid  yolu  olmalı  idi.  O  yazırdı  ki: 

―...biz  Cavid  kimi  şairlərdən  inqilab  tərəfinə  keçməyi  tələb 

edirik. İnqilab treni var qüvvəsi ilə qoşur. Əziz şairlər, inqilab 

dalğaları üzərində daha yuxarı qalxa bilərsiniz‖

 2

. Bu, keçmişdə 



burjua-mülkədar  zülmündən  fəryad  edən,  köhnə  ictimai 

quruluş  alt-üst  olandan  sonra  isə  gec-tez  proletar  inqilabı 

cəbhəsinə  keçəcəklərinə  heç  bir  şübhə  qalmayan  Cavid  kimi 

yazıçılara  düzgün  marksist  münasibət  idi.  Mustafa  Quliyevin 

belə yazıçılara münasibətində diqqəti cəlb edən başqa bir cəhət 

də  var  idi:  tənqidçi,  eyni  zamanda,  nəzərdə  tuturdu  ki,  bu 

yazıçıların sosialist inqilabı cəbhəsinə keçməsini arxayınçılıqla 

oturub gözləmək də olmaz. Bu məqsədə nail olmaq üçün onları 

hərəkətə  gətirmək,  onlara  sağlam  və  tələbkar  inqilabi  tənqid 

yolu ilə təsir etmək lazımdır, onların hər bir səhvini və bu səhvi 

düzəltmək yollarını göstərmək lazımdır. 

Cavidin  1920-1926-cı  illərdə  yeni  həyatdan  heç  nə 

yazmaması,  əsərlərində  yeni  cəmiyyət  quruluşuna  öz 

                                                 

1

 Bax: Azərbaycan ədəbiyyatı tarixi,  II cild, Bakı, 1960 ―Romantizm‖ bəhsi. 



2

 ―İnqilab və mədəniyyət‖ məcmuəsi, 1928, № 8-9. 




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə