Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə26/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   22   23   24   25   26   27   28   29   ...   97

 

79 


xüsusi  qənaətlərindən  və  demək  olar  ki,  o  zaman  hələ  şairin 

özü  üçün  də  tamamilə  aydın  olmayan  məsələlərdən  də  bəhs 

etmişdi.  Həqiqətən  şairə  belə  bir  sual  verən  olmuşdumu?  Bu 

xüsusda  heç  nə  bilmirik.  Əslində  bunu  bilib-bilməməyin  bir  o 

qədər də əhəmiyyəti yoxdur. Ancaq onu demək olar ki, belə bir 

sualı  qoyub,  ona  cavab  axtarmaq  bir  idealist,  romantik  şair 

olaraq Cavid yaradıcılığının təbiətindən doğurdu. 

Bu  dövrdə  və  bir  müddət  ondan  sonra  da  Cavid  hələ 

―dünyanı  ideyalar  idarə  edir‖  anlayışına  çox  bağlı  idi.  Başqa 

sözlə  şairi  bir  sənətkar  kimi  birinci  növbədə  real  varlığın 

tədqiqi deyil, daha çox ideal həqiqət axtarıcılığı məşğul edirdi. 

Buna  görə  də  az-çox  tanış  olduğu  köhnə  və  təzə  ideyalara  öz 

münasibətini bildirməyə xüsusi meyl və səy göstərirdi. 

Şeirdə  barışmaz,  narahat  və  narazı  bir  ruh,  kəskin  bir 

inkarçılıq ruhu var idi. Şair bu narazı ruhla, hər şeydən əvvəl, 

xalqları,  millətləri  bir-birindən  ayrı  salan,  insanlar  arasında 

fitnə-fəsad törədən ―bir yığın əfsanə, yalan, uydurmadan ibarət 

olan‖ dini etiqadları qamçılayırdı: 

 

Bir yığın əfsanə, min lafü kəzaf  



Uydurub hər kəs çıxarmış ixtilaf.  

Hər biri boş bir xəyal almış ələ, 

Uğraşıb dünyaya salmış vəlvələ... 

...Eyləmiş hər kəs təsəvvür qayəsiz  

Başqa yol, bir başqa xaliq, başqa iz. 

...Hər kəsin ruhunda bir xaliq gülər, 

Eylə bir xaliq ki, xəlq etmiş bəşər...

1

 

Oxucuya  məlumdur  ki,  bu  illər  yalnız  Azərbaycanda  deyil, 

ümumiyyətlə  Zaqafqaziyada,  həmçinin  Türkiyə  və  İran  kimi 

Yaxın  Şərq  ölkələrində  inqilabi  ideyalara  qarşı  dini 

təəssübkeşliyin  çox  qızğın  şəkildə  təbliğ  edildiyi  illər  idi.  Bu 

işdə ruhanilər xüsusi canfəşanlıq göstərirdilər. Dini təbliğatdan 

müstəmləkəçi dövlətlərin və yerli millətçilərin çox əlverişli bir 

                                                 

1

 H.Cavid. Seçilmiş əsərləri. səh. 541-542 




 

80 


vasitə kimi istifadə edib, dost və qardaş xalqlar arasında milli 

ədavət  toxumu  səpməyə  müvəffəq  olduqları  da  oxucuya  bəlli 

olan  tarixi  bir  həqiqətdir.  Belə  bir  şəraitdə  Cavidin  dini 

təəssübkeşliyi  kəskin,  qəzəbli  şəkildə  qamçılamasının  və 

mücərrəd  humanizm  ruhunda  olsa  da,  millətləri  sülhə, 

qardaşlığa  çağırmasının,  şübhəsiz  ki,  dövrünə  görə  xüsusi 

əhəmiyyəti var idi. 

Cavidin  sonrakı  əsərləri,  xüsusən  ―Şeyx  Sənan‖  faciəsi 

aydın  göstərir  ki,  onun  bu  şeirində  ümumiyyətlə  dinə  şübhəli 

baxışı,  dini  təfriqəyə,  ayrılığa  qarşı  çıxması  təsadüfi  olmayıb, 

onu həmişə düşündürən, onun yaradıcılığında həmişə öz həllini 

tələb  edən  və  şairin  dünyagörüşünün  formalaşmasına  da 

qüvvətli  təsir  göstərən  məsələlərdən  biri  olmuşdur.  Lakin 

Cavid  idealist  idi,  dinin mənşəyi,  tarixi  kökləri  haqqında onun 

mülahizələri idealist mahiyyətdə idi. Onun dini şübhəçiliyi isə, 

yeni  bir  ideya  olmayıb,  hələ  XX  əsrdən  çox-çox  qabaqlar 

Azərbaycan  ictimai  fikrinin  və  ədəbiyyatının  başlıca  qüvvətli 

cəhətlərindən  biri  idi.  Din  bu  dövrdə  şairin  düşündüyü  kimi 

xalqlar,  millətlər  arasındakı  münaqişələrin  və  ictimai 

ziddiyyətlərin başlıca, yeganə səbəbi də deyildi. Bütün bunlara 

baxmayaraq, bu ideyanı yeni şəraitdə öz sənətinə, üslubuna xas 

olan xüsusi şairanə bir qüvvətlə və inadla təbliğ etməsi Cavidin 

müvəffəqiyyəti  idi.  İkinci  tərəfdən,  bu,  Cavid  romantizminin 

müəyyən real zəminəyə malik olduğunu göstərirdi. Belə ki, din 

və dini təəssübkeşlik tarixdə çox fitnə-fəsad törətdiyi kimi, indi 

də  şairin  doğma  vətənində  və  onunla  qonşu  olan  xalqlar 

arasında yenicə canlanmış olan ictimai və milli azadlıq hərəkatı 

əleyhinə  çevrilmişdi.  Cavid  bir  insanpərvər  şair  kimi  bu  açıq 

fitnəkarlığa qarşı susa bilmir, dözə bilmirdi; həyatın suallarına 

cavab  verməyə  çalışır,  ziddiyyətləri  həll  etmək  haqqında 

düşünürdü. 

Şairin bütün yaradıcılıq yolunu diqqətlə izlədikdə aydın olur 

ki, onun dinə münasibəti həmişə eyni şəkildə olmamışdır. Hər 

halda haqqında bəhs etdiyimiz dövrdə şairin dini təəssübkeşliyi 




 

81 


nifrətlə qarşıladığı əsərlərindən aydındır. 

Şeirdə  müəllifin  oxucularına  çatdırmaq  istədiyi  ikinci  fikir 

müasir insan, müasir cəmiyyət, bəşəriyyətin keçmişi, hazırı və 

gələcəyi haqqında onun mülahizələri, başqa sözlə bir növ tarixə 

olan  baxışı  idi.  Bu  mülahizələrdə  narazı  ruh  daha  kəskin  idi. 

Şairin  nəzərində  bəşəriyyətin  tarixi  guya  bir  yığın  mənasız 

əxlaq,  adət  və  ənənələr,  yersiz  ixtilaflar,  ziddiyyətlər, 

keşməkeşlər  tarixindən  ibarət  idi.  Onun  fikrincə  bu  tarix  ―bir 

bölük miskin, hədyançı, xülyapərvər, əxlaq, etiqad dəllalarının‖ 

və öz mənafeyini güdən ―tülkü siyasilərin‖ milyonları zorla öz 

iradələrinə  tabe  etdirmələri  tarixindən,  bunun  nəticəsində  də 

millətlərin,  xalqların,  tayfaların,  dövlət  və  hökumətlərin  bir-

birinə  düşmən  kəsilməsi,  bir-birinə  nifrət  etməsi  tarixindən 

ibarət  idi;  hal-hazır  isə  keçmişin  əsiri,  haman  mənfur 

köhnəliyin ayrı bir donda təkrarından başqa bir şey deyildi: 

 

Hökm edər ―mazi‖ bütün vicdanlara, 



―Əskilik‖ eylər nüfuz iz’anlara. 

Əski adətlər birər zəncir olub, 

Dəmbədəm etməkdə təsxiri-qülub! 

 Sorsalar: dünyada kimdir hökmdar? 

Mən derim: ölmüşlər, ölmüş duyğular

 1

. 



 

Şair insanlığın yeganə səadət yolunu bu qaranlıq keçmişdən, 

bu  ―ölmüşlər və  ölmüş duyğular‖  aləmindən  ayrılmaqda görür 

və bu köhnəliyə qarşı mübarizəni əsrin ən böyük qəhrəmanlığı 

hesab edirdi. 

 

Hər nə yad etmişsiniz dün ya bu gün, 



Qəlbinizdən həp silin bir-bir bütün. 

Valideyn ağuşu, məktəb, mədrəsə, 

Qorxu, ümmid, təvəkkül, vəsvəsə, 

Etiqad, əxlaqü adət hər nə var,  

                                                 

1

 H.Cavid. Seçilmiş əsərləri, səh. 542. 




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə