Azərbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə14/91
tarix11.07.2018
ölçüsü3,29 Mb.
#54782
1   ...   10   11   12   13   14   15   16   17   ...   91

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
48 
ların gözəl mahiyyətə malik əhvalının bir qismi” sərlövhəsi altında 
təqdim olunmuşdur.  
Hülaku Mirzə Qacarın “Xərabat” adlı təzkirəsində də xrono-
loji prinsip əsas alınmış, xronologiya daxilində də şairlər əlifba ar-
dıcıllığı ilə təqdim olunmuşdur.  
XX  əsr  təzkirəçisi  Şəmsəddin  xan  Həqqi  Təbrizinin  “Əncü-
mənül-üdəba” adlı əsəri 3 qismət və 9 cilddən ibarətdir. Hər cildin 
əvvəlində  ərəb  əlifbası  sırası  ilə  şairlərin  siyahısı  verilmiş,  daha 
sonra  onların  tərcümeyi-halları,  axırda  isə  şeirlərindən  nümunələr 
əksini  tapmışdır.  Bu  təzkirə  xronoloji  prinsip  əsasında  qurulmuş, 
xronologiya daxilində isə əlifba ardıcıllığı əsas götürülmüşdür. 
Mir  Möhsün  Nəvvab  əsərinin  ön  sözündə  təzkirənin  tərtib 
prinsipi  haqqında  yazır:  “...təzkirəni  üç  hissəyə  bölürəm.  Birinci 
hissə  həyatda olmayan şairlərin əhvalı və şeirləri.  İkinci hissə  hə-
yatda olan şairlərin əhval və şeirləri. Üçüncü hissə kitabın xatimə-
si, məzhəkəli şeir parçaları, satiralar və s. əvvəlki hissədə adı get-
məyən şairlər və Qafqaz şəhərlərinin şairləri”
72
.   
XX  əsr  təzkirəçisi  Məhəmməd  ağa  Müctəhidzadə  əsərinin 
strukturu haqqında ön sözdə bilgi verir: “...Qarabağın şüəralarının 
əhvalına filhəzə Riyazül-aşiqinə mövsum və iki rövzəyə bir bağça-
ya  məqsum  olundu”.  Daha  sonra  hər  bir  rövzədə  hansı  şairlərdən 
bəhs edəcəyini qeyd edir: “Əvvəlinci rövzədə bəyan olunur mütə-
qəddiminin keyfiyyati-halatı və müntəxəbati-əbyatı. Və ikinci röv-
zədə zikr edilir mütəəxxerin və müasirinin əhval və ətvarı və mün-
təxəbati-əşarı.Və bağçada fəqət dərc olunur müəllifin əhvalı və nə-
tayici-xəyalı”
73
.  Lakin  onun bu  yaradıcılıq  planı  yarımçıq qalmış, 
əsərin yalnız birinci rövzəsi işıq üzü görmüşdür.  
 
Ədəbi nümunələrin janrına görə tərtib olunmuş təzkirələr 
 
Lütfəli bəyin qardaşı olan İshaq bəy Üzri Bəydilinin antolo-
giya xarakteri daşıyan (?-h.1185/1771) “Təzkireyi-İshaq”ı dörd fə-
                                                 
72
 Mir Möhsün Nəvvab. Təzkireyi-Nəvvab. Bakı: 1995, s. 10.  
73
 Müctəhidzadə Məhəmmədağa. Riyazül-aşiqin. Bakı: Azərbaycan, 1995, s. 8. 


Osmanlı,_İran,_Orta_Asiya'>Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
49 
sildən ibarət olub, ədəbi nümunələrin janrına görə tərtiblənmişdir. 
Təzkirənin I fəsili qəsidələri, II fəsil qitələri, III fəsil qəzəlləri, IV 
fəsil isə rübailəri əhatə edir. 
Heydərqulu  mirzənin  “Təzkireyi-Xavər”  əsəri  təzkirə  adını 
daşısa da, əslində köhnə  və  yeni şairlərin şeirlərindən ibarət mün-
təxəbatıdır. Üç “bəxş”dən ibarət olan bu əsərin I hissəsində  qəsi-
dələr,  II  hissəsində  qəzəllər,  III  hissəsində  rübailər  təqdim  olun-
muşdur. Buradakı şeirlər qafiyə və rədifə görə əlifba ardıcıllığı ilə 
sıralanmışlar.  
 
Sistemsiz tərtib olunmuş təzkirələr 
 
Xudaverdi ibn  Məhəmməd  İbrahim xan  Qacarın  “Təzkireyi-
mədayihi-Elxaniyyə”  adlı  təzkirəsi  Qacarlar  dövrünün  ortalarında 
yaşayıb-yaratmış 37 şairin qısa şərhi-hallarını, əsərlərindən və şeir-
lərindən nümunələri əhatə edir. Əsərdə müxtəlif şairlərin təzkirəçi-
nin oğlu olan və Kamal təxəllüsü ilə şeirlər yazan Allahqulu mirzə 
Elxaninin mədhində dedikləri şeirləri toplanmışdır.  
 
2.3. TƏZKĠRƏLƏRĠN ƏHATƏ ETDĠYĠ COĞRAFĠYA 
VƏ ZAMAN 
 
Azərbaycan  təzkirələrini  əhatə  etdiyi  coğrafiyaya  görə    üç 
hissəyə ayırmaq mümkündür: 

 
ümumşərq 

 
ümumazərbaycan 

 
məhəlli 
 
Ümumşərq coğrafiyasının şairlərini əhatə edən təzkirələr 
 
Bəzi  Azərbaycan  təzkirəçiləri  ümumşərq  coğrafiyasında  ya-
şayıb-yaratmış şairləri əsərlərinə daxil etmişlər. Məsələn, Sam mir-
zə  təzkirəsi  XV  əsrin  ikinci  yarısı  və  XVI  əsrin  birinci  yarısında 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
50 
yaşayan 713 nəfər Azərbaycan, Osmanlı, İran, Orta Asiya şairləri 
haqqında məlumatı əhatə edir. 
Əhdi  Bağdadi  öz  əsərində  XVI  əsrin  381  nəfər  Osmanlı  və 
Azərbaycan şairi haqqında məlumat vermişdir.  
Sadiqi  “Məcməül-xəvas”  təzkirəsində  XVI  əsrdə  və  XVII 
əsrin başlanğıcında  yaşayıb-yaratmış fars  türk əsilli şairlərdən 
bəhs etmişdir. 
Nazim  Təbrizi  təzkirəsində  (1036/1626)  qədim  və  orta  dövr 
Şərq şairlərindən və öz müasirlərindən bəhs etmişdir. 
Valeh Dağıstani Yaxın və Orta Şərqin bir çox tanınmış şair-
lərini əsərinə daxil etmişdir. 
Lütfəli  bəyin  “Atəşkədə”  təzkirəsi  İran,  Orta  Asiya,  Azər-
baycan və Hindistanda yaşayan 842 şair haqqında məlumatı əhatə 
edir. 
Əbülqasım  Möhtəşəm  Şirvani  “Əxtəri-taban”  təzkirəsində 
XIX əsr Şərq ölkələrinin şairələrindən bəhs olunmuşdur. 
Şəmsəddin xan Həqqi Təbrizi “Əncümənül-üdəba”sında fars-
dilli poeziyanın başlanğıcından öz dövrünə qədər farsca  yazıb-ya-
ratmış şairdən bəhs etmişdir. 
Məhəmməd  Fazil  xan  Gorusi  “Əncüməni-xaqan”  adlı  təzki-
rəsini h. 1234/1818-19-cu ildə fars dilində qələmə almışdır. Əsərdə 
müəllifin öz müasirlərindən bəhs olunmuşdur. 
Bəhmən  mirzənin  “Təzkireyi-Məhəmmədşahi”  adlı  əsərinin 
birinci  fəslində  XVIII  əsrin  sonlarına  qədər  yaşamış  şairlər  haq-
qında məlumat   verilmişdir.  İkinci və üçüncü  fəsillərdə təzkirəçi-
nin müasirləri xatırlanmışdır. 
Seyid Əzim Şirvani əsərində XII əsrdən XX əsrin əvvəllərinə 
qədər  yaşayıb-yaratmış  Azərbaycan  Qafqaz,  İran,  Türküstan  və 
Rum şairləri haqqında məlumat vermişdir. 
“Təzkireyi-mədayihi-Elxaniyyə”  Qacarlar  dövrünün  ortala-
rında  yaşayıb-yaratmış  37  şair  haqqında  məlumatı  əhatə  etmək-
dədir. 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə