Azərbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə2/91
tarix11.07.2018
ölçüsü3,29 Mb.
#54782
1   2   3   4   5   6   7   8   9   ...   91

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 

XX əsr 
 
Məhəmməd ağa Müctəhidzadə....................................................273 
İbrahim Tahir Musayev...............................................................279 
Həsənəli xan Qaradaği.................................................................285 
Şəmsəddin xan Həqqi Təbrizi......................................................291 
Məhəmmədəli Tərbiyət................................................................295 
Qulam Məmmədli........................................................................301 
Seyid Əbdülhəmid Xalxali..........................................................305 
Əziz Dövlətabadi.........................................................................307 
Əli Nəzmi....................................................................................313 
Yəhya Şeyda................................................................................315 
Məhəmməd Dəyhim....................................................................325 
XXI əsr 
Şahin Fazil...................................................................................331 
 
Nəticə........................................................................................335 
Ədəbiyyat.................................................................................341 
Göstəricilər..............................................................................361 
 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 



Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 

Elmi araşdırmalarımın hər bir mər-
hələsində mənəvi dəstəyini hiss etdi-
yim,  dürüstlüyü,  ləyaqəti  və  şəxsiy-
yətinə qibtə etdiyim, çox dəyərli qa-
yınanam  
Sevil  Mirbədəl  qızı  Musayevaya 
sonsuz sevgi və minnətdarlıqla...
 
 
ÖN SÖZ 
 
 
Şair  təzkirələri  ədəbiyyat  tarixinin  çox  dəyərli  və  əvəzsiz 
qaynaqlarındandır.  Akademik  B.Nəbiyev  uzaq  keçmişimizə  dair 
poetik irsin toplanıb tədqiq edilməsində, ədəbi fakt və hadisələrin 
tarixlərinin  dürüstləşdirilməsində,  filoloji  tədqiqatların  aparılma-
sında,  nəhayət,  ədəbiyyat  tarixlərinin  və  ayrı-ayrı  poetik  simalara 
həsr olunmuş monoqrafiyaların yazılmasında ilk məxəz kimi təzki-
rələrin çox böyük əhəmiyyəti olduğunu önəmlə vurğulayır
1

Sözün həqiqi mənasında, əgər təzkirələr qələmə alınmasaydı,  
bu gün bir çox şairin adı ədəbiyyat tarixindən silinəcəkdi. Məsələn, 
Sam  mirzənin  “Töhfeyi-Sami”  və  Sadiq  bəy  Əfşarın  “Məcməül-
xəvas”  təzkirələri  Səfəvi  dövrü  Azərbaycan  ədəbiyyatı  tarixinin 
önəmli  mənbələrindəndir.  Əhdi  Bağdadinin  “Gülşəni-şüəra”sı  isə 
Bağdadda  yaşayıb-yaratmış  azərbaycanlıların,  eləcə  də  Osmanlı 
ölkəsinə  mühacirət  etmiş  şairlərimizin  həyat  və  yaradıcılığını  öy-
rənmək  baxımından  böyük  əhəmiyyət  kəsb  edir.  Yalnız  azərbay-
canlı təzkirəçilərin deyil, həm də Orta Asiya və Osmanlı müəlliflə-
rinin qələmə aldığı təzkirələr Azərbaycan ədəbiyyatı tarixinin mü-
hüm mənbələrindən hesab oluna bilər. Osmanlı təzkirələri üzərin-
də apardığımız araşdırmalar bunu bir daha təsdiq edir. Belə ki, təd-
qiqatlar nəticəsində məlum olmuşdur ki, XVI-XX əsrlərdə qələmə 
alınmış Osmanlı təzkirələrində təxminən 60 nəfərə yaxın Azərbay-
                                                 
1
 Nəbiyev B. Şahinin qanadları: (“Təzkireyi-Şahin” haqqında rəy) / «Elm» qəze-
ti. -  2002. - 19 oktyabr. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 

can şairinin həyatı, yaradıcılığı və əsərlərindən nümunələr öz əksi-
ni tapmışdır. Bu şairlərin yarıya qədəri məhz Osmanlı təzkirələrin-
də xatırlanmış, fəqət Azərbaycanda tədqiq olunmamışdır
2

Azərbaycan təzkirələri dedikdə, müəlliflərin milli mənsubiy-
yətini  əsas  götürürük.  Belə  ki,  yazıldığı  dildən  və  məkandan  asılı 
olmayaraq,  azərbaycanlı  müəlliflərin  qələmə  aldıqları  təzkirələri 
Azərbaycan  təzkirələri  hesab  edirik.  Məsələyə  orta  əsrlər  dövrü-
nün prizmasından yanaşdıqda, burada “Azərbaycan təzkirələri” və 
“azərbaycanlı təzkirəçilər” ifadələri də müəyyən qədər şərti xarak-
ter daşıyır. Çünki həmin dövrə nəzər saldıqda, coğrafi vəziyyət ba-
xımından  Rum  və  Orta  Asiya,  dil  xüsusiyyətləri  baxımından  Os-
manlı  və  Cığatay  ədəbiyyatları  arasında  qalmış  böyük  bir  türk-
oğuz  topluluğunun  olduğunu  görürük.  Bu  topluluq  Qaraqoyunlu, 
Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar səltənətlərini qurmuş və idarə 
etmiş, Azərbaycan türkcəsində danışmış türk soylu ellərin məcmu-
sundan  ibarətdir.  Əsas  etibarilə  Azərbaycanda  yaşamalarına  rəğ-
mən,  dövrün  hərbi-siyasi  prosesləri  fonunda  ölkəmizin  tarixi-coğ-
rafi  hüdudlarını  aşaraq,  Şərqi  Anadoluya,  İraqa,  İrana  yayılan  bu 
topluluq vahid bir etnosu (ulusu) təşkil etmiş, özlərini Osmanlı və 
Orta Asiya türklərindən fərqləndirmişlər
3
. Bu ulus vahid siyasi qu-
ruluşa, mədəniyyətə, ədəbiyyata malik olmuşdur. Bu gün biz onla-
rın yaratdıqları tarixi, mədəniyyəti və ədəbiyyatı “Azərbaycan tari-
xi”, “Azərbaycan mədəniyyəti” və “Azərbaycan ədəbiyyatı” adı al-
tında  ümumiləşdiririk.  Gerçəklikdə  isə  bu  məfhumların  Azərbay-
can coğrafiyasının çox-çox ötəsinə varan anlayışlar olduqlarını gö-
rürük.  İzzəddin  Həsənoğlu  Xorasanda,  Qazı  Bürhanəddin  Orta 
Anadoluda,  Məhəmməd  Füzuli  İraqda  yaşayıb-yaratmalarından 
asılı olmayaraq, onların Azərbaycan ədəbiyyatı nümayəndələri ol-
duqları şübhə doğurmur. Çünki burada Azərbaycan məfhumu coğ-
                                                 
2
 Bax:  Musalı  V.  Osmanlı  təzkirələrində  Azərbaycan  şairləri.  Bakı,  Nurlan, 
2009, 368 s. 
3
 Bax: Буниятов З.М., Эфендиев О.А. От редакторов // Фазлуллах ибн Руз-
бихан Хунджи. Тарих-и алам-ара-йи Амини. Баку, 1987, с.5; Kərimov P.Ə. 
XVII əsr anadilli Azərbaycan lirikası. Bakı, 2011, s.22-23. 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə