Azərbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə3/91
tarix11.07.2018
ölçüsü3,29 Mb.
#54782
1   2   3   4   5   6   7   8   9   ...   91

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 

rafi  deyil,  etno-mədəni  bir  mühiti  ifadə  etməkdədir.  Məhz  bu  sə-
bəbdəndir  ki,  bu  geniş  coğrafiyanın  harasında  yaşayıb-yaratma-
larından asılı olmayaraq, özləri və ya əcdadları Azərbaycanın müx-
təlif şəhər və bölgələrində doğulmuş, bu şəhər və bölgələrin adları-
nı  özlərinə  nisbə  seçmiş  müəlliflərlə  yanaşı,  Azərbaycan  xalqının 
tarixində  və  etnogenezində  fəal  iştirak  etmiş  şamlu,  qacar  kimi 
türk-oğuz boylarının nümayəndələri də “azərbaycanlı təzkirəçilər” 
sırasına daxil edilmişlər.    
Azərbaycanlı  təzkirəçilər  tərəfindən  qırxdan  artıq  təzkirənin 
qələmə  alınmasına  baxmayaraq,  bunların  çox  az  qismi  tədqiqata 
cəlb olunmuş və nəşr edilmişdir. İndiyə kimi bəzi Azərbaycan təz-
kirələri – Sadiq bəy Əfşarın “Məcməül-xəvas”ı, Marağalı Məhəm-
mədhəsən  xan  Etimadüssəltənənin  “Xeyrati-hesan”,  Seyid  Əzim 
Şirvaninin  “Təzkirə”si,  Məhəmməd  ağa  Müctəhidzadənin  “Riya-
zül-aşiqin”i,  Məhəmmədəli  Tərbiyətin  “Danişməndani-Azərbay-
can”ı, Mir Möhsün  Nəvvabın “Təzkireyi-Nəvvab”ı, Şahin  Fazilin 
“Təzkireyi-Şahin”i respublikamızda işıq üzü görmüşdür.   
Bu qeyd olunanlardan əlavə, AMEA Əlyazmalar İnstitutunun 
əməkdaşları  tərəfindən  Sam  mirzənin  “Töhfeyi-Sami”si,  Əziz 
Dövlətabadinin “Süxənvərani-Azərbaycan”ı və Qulam Məmmədli-
nin  “Təzkirə”si  nəşrə  hazırlanmaqdadır.  Əhdi  Bağdadinin  “Gül-
şəni-şüəra”sının  Sankt-Peterburq  nüsxəsi  Ədəbiyyat  İnstitutunun 
əməkdaşı V.Feyzullayeva tərəfindən nəşrə hazırlanmış, ancaq çap 
olunmamışdır. 
Azərbaycan  təzkirəşünaslığının  qarşısında  mühüm  məsələlər 
durmaqdadır və  bir çox təzkirələr öz tədqiqatçılarını gözləməkdə-
dir. Belə ki, Azərbaycan təzkirəçilik tarixi sistemli şəkildə öyrənil-
məli, Azərbaycan təzkirələri nəzəri baxımdan tədqiqata cəlb olun-
malı, XVI əsrdən XXI əsrə qədər qələmə alınmış Azərbaycan təz-
kirələri Azərbaycan dilinə  tərcümə  və  ya  transfoneliterasiya olun-
duqdan sonra təzkirələr  dövrün ədəbi  fonunda təhlil  edilməli, təz-
kirələr  əsasında  ədəbi  tənqidin,  şairlərarası  münasibətin,  tərcümə 
sənətinin,  Azərbaycan  ədiblərinin  digər  xalqların  nümayəndələri 
ilə ədəbi və mədəni əlaqələrinin tarixi öyrənilməlidir. Təzkirələrin 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
10 
tədqiqata  cəlb  olunması  ilə  klassik  Azərbaycan  ədəbiyyatını  zən-
ginləşdirmək  və  adları  sadəcə  təzkirələrdə  xatırlanmış  şairləri  üzə 
çıxarmaq mümkündür. 
Məhz  bu  səbəbdən  monoqrafiyada  XVI-XX  əsrlər  Azərbay-
can təzkirəçiliyini araşdırmaq üçün qarşıya aşağıdakı vəzifələr qo-
yulmuşdur:  

 
Azərbaycan təzkirələrinin nəşri vəziyyəti və tədqiq tarixi-
ni araşdırmaq; 

 
Azərbaycan təzkirələrinin təsnifatını aparmaq; 

 
Təzkirələrin dil-üslub xüsusiyyətlərini təhlil etmək

 
Təzkirələrin strukturunu müəyyənləşdirmək

 
Azərbaycan təzkirələrinin əhatə etdiyi coğrafiya və dövrü 
öyrənmək; 

 
Təzkirələrin yazıldığı zaman və məkanı aydınlaşdırmaq; 

 
Azərbaycan  müəlliflərinin  qələmə  aldığı  tarixi  əsərlərin 
təzkirə hissəsini tədqiqata cəlb etmək; 

 
XX  əsrdə  çap  olunmuş  təzkirə  xarakterli  əsərlərə  nəzər 
salmaq; 

 
Azərbaycan  təzkirələrinin  özünəməxsus  cəhətlərini  üzə 
çıxarmaq və Osmanlı təzkirələrindən fərqli xüsusiyyətlə-
rini araşdırmaq; 

 
XVI-XXI  əsr  Azərbaycan  təzkirəçilərinin  həyat  və  yara-
dıcılığını  nəzərdən  keçirmək,  təzkirələrin  strukturunu, 
əsas cəhətlərini, özəlliklərini şərh etmək, əlyazma nüsxə-
ləri haqqında məlumat vermək. 
Azərbaycanlı  müəlliflər  tərəfindən  şairlərdən  bəhs  etməyən 
və  başqa  mövzuları  əhatə  edən  təzkirələr  də  qələmə  alınmışdır
4

Bu  əsərlər  şair  təzkirələri  olmadığı  üçün  tədqiqat  obyektimizdən 
kənarda qalmışdır.  
                                                 
4
 Xacə Nəsrəddin Tusi. Təzkirə (“Ağazü əncam”, “Məbdə və məad” – “Başlan-
ğıc və son”). Bakı: 2002, 70 s.; Şeyx Səfi təzkirəsi (“Səfvətüs-səfa”nın XVI əsr 
türk tərcüməsi). Bakı: 2006, 932 s.; Şah Təhmasibin təzkirəsi. Bakı: 1996, 128 
s.; Hacı Şıxəli Feyzullazadə. Təzkirətül-övliya. Bakı, 1917, 78 s.  


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
11 
Monoqrafiyada  Azərbaycan  təzkirəçiləri  haqqında  məlumat 
verərkən  xronoloji  prinsipi  əsas  götürmüşük.  Hər  bir  təzkirəçidən 
bəhs olunarkən onun həyatı və yaradıcılığı haqqında qısa məlumat 
verilmiş, əsas diqqət isə təzkirəsinə yönəldilmişdir.  
Apardığımız  tədqiqatlar  nəticəsində  məlum  olmuşdur  ki, 
azərbaycanlı  təzkirəçilər  bu  janrda  46  əsər  qələmə  almışlar.  XVI 
əsrdə dörd, XVII əsrdə iki, XVIII əsrdə beş, XIX əsrdə iyirmi iki, 
XX əsrdə on iki, XXI əsrdə bir təzkirə yazılmışdır.   
Azərbaycan təzkirəçiliyinin tədqiq tarixinə nəzər salsaq görə-
cəyik ki, Azərbaycan təzkirəçilik tarixi kompleks şəkildə araşdırıl-
mamışdır. Belə ki, bəzi təzkirələr tədqiqatçıların diqqət mərkəzin-
də  olmuşdur.  Ayrı-ayrı  monoqrafiya,  dissertasiya  və  məqalələrdə 
tədqiqat obyektimiz olan mövzunun müəyyən problemlərinə toxu-
nulmuşdur. Monoqrafiyada K.Talıbzadə,  S.Rüstəmov,  N.Qarayev, 
Q.Kəndli,  Ə.Xələfov,  A.Muayeva,  M.Muradova,  M.Məmmədova, 
T.Həsənzadə,  M.İsen,  F.Kılıç,  Ö.Bayram,  S.Solmaz,  K.Məmmə-
dova, A.Topalova, J.Şükürova və başqa alimlərin Azərbaycan təz-
kirəçiliyi  ilə  bağlı  tədqiqatları,  fikirləri,  mülahizələri  nəzərə  alın-
mışdır.  
Azərbaycan təzkirələri üzərində araşdırmalarımıza 2001-ci il-
dən başlamışıq. On bir il ərzində türk təzkirələri üzərində sistemli 
tədqiqatlar  aparmağa,  Azərbaycan  və  Osmanlı  təzkirəçiliyinin 
araşdırılmamış  səhifələrini  tədqiq  etməyə  səy  göstərmişik.  Hələ 
2004-cü  ildə  “XX  əsr  Azərbaycan  təzkirəçiliyi”  adlı  magistr  dis-
sertasiyası,  2006-cı  ildə  isə  “XV-XVII  əsrlər  türk  təzkirələrinin 
strukturu və spesifikası” mövzusunda namizədlik dissertasiyası tə-
rəfimizdən müdafiə olunmuşdur. Bunlardan əlavə, “XV-XVII əsr-
lər türk təzkirəçiliyi” və “Osmanlı təzkirələrində Azərbaycan şair-
ləri” adlı monoqrafiyalarımız işıq üzü görmüşdür. “Türk təzkirəçi-
liyi:  biblioqrafiya”  adlı  kitabımızda  isə  Azərbaycan,  Osmanlı  və 
Orta  Asiya  şair  təzkirələrinin  müxtəlif  kitabxanalarda  saxlanılan 
əlyazma nüsxələrinin elmi-paleoqrafik xüsusiyyətləri verilmiş, təz-
kirələrə həsr olunmuş kitab, məqalə və dissertasiyaların biblioqra-
fik təsviri yer almışdır. 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə