Azərbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə4/91
tarix11.07.2018
ölçüsü3,29 Mb.
#54782
1   2   3   4   5   6   7   8   9   ...   91

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
12 
Təzkirələrə  dair  tədqiqatlarımız  qırxdan  artıq  məqalədə  öz 
əksini tapmış, eləcə də Azərbaycanda və xaricdə təşkil olunmuş 19 
beynəlxalq  elmi  konfransda  təzkirələrin  öyrənilməsinə  həsr  olun-
muş məruzələrimiz dinlənilmişdir. 
Təzkirələr üzərində işə başladığımız zaman ilk öncə təzkirə-
lərin  biblioqrafiyası  hazırlanmış,  bundan  sonra  Azərbaycan  təzki-
rələrinin  dünyanın  müxtəlif  əlyazma  xəzinələrinə  səpələnmiş  əl-
yazmaları, təzkirələrin elmi-tənqidi mətnlərinin nəşri, çap olunmuş 
məqalələr,  monoqrafiyalar,  müdafiə  olunmuş  dissertasiyalar  və  s. 
dəqiqləşdirilmiş və nəzərdən keçirilmişdir.  
Bu  kitab  hazırlanarkən  tərəfimizdən  mövcud  Şərq  əlyazma 
kataloqları  bir-bir  nəzərdən  keçirilmiş,  azərbaycanlı  müəlliflərin 
həyatı, yaradıcılığı və təzkirələri haqqında məlumat toplanılmışdır. 
Azərbaycanlı müəlliflərin təzkirələrinin böyük bir qismi əldə edil-
mişdir. Bundan əlavə, Türkiyə və İranın müxtəlif kitabxanalarında 
da araşdırmalar aparılmışdır. Nəticədə, adı Azərbaycan oxucusuna 
tanış olmayan neçə-neçə təzkirəyə dair məlumatları əsərə daxil et-
mişik.
 
Son olaraq, məni təzkirələr üzərində araşdırmalara yönləndi-
rən, istiqamət verən elmi rəhbərim prof. Azadə Musayevaya dərin 
minnətdarlığımı  bildirirəm.  Dəyərli  məsləhətlərinə  görə  f.e.d.  Nə-
sib Göyüşova xüsusi təşəkkürümü çatdırıram. 
Mövzuya dair ədəbiyyatın əldə edilməsində göstərdikləri kö-
məyə görə Prof. Dr. Filiz Kılıça, Hacı Mustafa Əliyevə, Dos. Nailə 
Süleymanovaya, Jalə Şükürovaya, Yrd. Doç.Dr. Ömər və Pərvanə 
Bayrama, Prof. Dr. Namiq Açıqgözə, Doç. Dr. Süleyman Solmaza,  
Yrd. Doç.Dr. Tuba  Işınsu Durmuşa, Doç. Dr. Gencay Zavotçuya, 
Doç. Dr. Aysun Eydurana sonsuz minnətdarlığımı ifadə edirəm.  
Monoqrafiyanın korrektə olunmasına əmək sərf etmiş BDU-
nun Nəşriyyat işi və redaktəetmə ixtisasının III kurs tələbələrinə və 
xüsusilə Nübar Şükürovaya təşəkkürümü bildirirəm.  
Mənəvi dəstəyinə görə çox dəyərli ailəmə təşəkkürlərimi çat-
dırıram. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
13 
Təzkirələrə  həsr  olunmuş  çoxsaylı  araşdırmaların  müəllifi 
olan  müəllimim  dos.  Əşrəf  Xələfovu  və  Əlyazmalar  İnstitutunun 
mərhum direktoru f.e.d. Məmməd Adilovun  hörmətlə yad edir və 
onlara Allahdan rəhmət diləyirəm.  
Onu  da  qeyd  edək  ki,  Azərbaycan  təzkirəçilik  tarixinin  sis-
temli şəkildə araşdırılması tərəfimizdən həyata keçirilən ilk təşəb-
büsdür. Bu cəhəti diqqətə alsaq, burada gözdən qaçan məqamların 
olması mümkündür. Mütəxəssislərin bu amili nəzərə almalarını xa-
hiş edir və söyləyəcəkləri irad və təkliflərə görə onlara əvvəlcədən 
minnətdarlığımızı  bildiririk.  Kitabın  ədəbiyyatşünaslığımıza  və 
təzkirəşünaslığımıza faydalı olması ümidi və arzusu ilə…  
 
 
        Vüsalə Musalı 
filologiya üzrə fəlsəfə doktoru, dosent 
www.tezkire.info 
tezkireshinas@gmail.com 
 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
14 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
15 
 
 
 
 
 
 
 
I FƏSĠL 
 
AZƏRBAYCAN TƏZKĠRƏLƏRĠNĠN NƏġRĠ 
VƏZĠYYƏTĠ VƏ TƏDQĠQ TARĠXĠ 
 
1.1.Təzkirələrin nəşri vəziyyəti və problemləri 
 
1.2.Təzkirələrin tədqiq tarixi 
 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
16 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
17 
 
1.1. TƏZKĠRƏLƏRĠN NƏġRĠ VƏZĠYYƏTĠ VƏ 
PROBLEMLƏRĠ 
 
Azərbaycan  təzkirəşünaslığını  nəzərdən  keçirdikcə  məlum 
olur ki, bu sahədəki tədqiqatlar üç istiqamətdə aparılmışdır: 
1.
 
Ayrı-ayrı  təzkirələrin  tərcüməsi,  transfoneliterasiyası  və 
elmi-tənqidi mətnlərinin tərtibi; 
2.
 
Təzkirələrə dair tədqiqatlar və dissertasiyaların yazılması; 
3.
 
Təzkirələrin  nəzəri  baxımdan  tədqiqi,  sistemləşdirilməsi, 
biblioqrafiyasının hazırlanması. 
Burada  Azərbaycan  təzkirəçiliyinin  tədqiq  tarixini  təqdim 
edərkən xronoloji prinsipi əsas götürməyi və hər bir təzkirəyə dair 
aparılmış  tədqiqatları  sistemli  şəkildə  verməyi  məqsədəuyğun  he-
sab edirik. 
Çox  təəssüf  ki,  təzkirəşünaslarımız  azərbaycanlı  təzkirəçilər 
sırasında indiyə kimi təxminən iyirmi müəllifin adını xatırlamışlar. 
Bu  təzkirələri  aşağıdakı  şəkildə  sıralamaq  mümkündür:  XVI  əsr 
müəllifləri Sam mirzənin “Töhfeyi-Sami”, Əhdi Bağdadinin “Gül-
şəni-şüəra”, İbrahim mirzənin “Fərhəngi-İbrahim”, XVII əsr təzki-
rəçilərindən Sadiq bəy Əfşarın “Məcməül-xəvas”, XVIII əsr təzki-
rəçilərindən  Əliqulu  xan  Valehin  “Riyazüş-şüəra”,  Lütfəli  bəy 
Azərin  “Atəşkədə”,  XIX  əsr  müəlliflərindən  Bəhmən  mirzənin 
“Təzkireyi-Məhəmmədşahi”, Məhəmmədhəsən xan Etimadüssəltə-
nənin “Xeyrati-hesan”, Seyid Əzim Şirvaninin “Təzkirə”, Ziyainin 
“Təzkireyi-Ziyai”,  Mir  Möhsün  Nəvvabın  “Təzkireyi-Nəvvab”, 
XX əsr təzkirəçilərindən Məhəmməd ağa Müctəhidzadənin “Riya-
zül-aşiqin”,  Həsənəli  xan  Qaradağinin  “Təzkireyi-Qaradaği”,  İb-
rahim Tahir Musayevin “Riyazül-arifin”, Məhəmmədəli Tərbiyətin 
“Danişməndani-Azərbaycan”,  Qulam  Məmmədlinin  “Təzkirə”, 
Əziz  Dövlətabadinin  “Süxənvərani-Azərbaycan”,  Əli  Nəzminin 
“Devist  süxənvər”,  Məhəmməd  Deyhimin  “Təzkireyi-şüərayi-
Azərbaycan” təzkirələri. 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə