Azərbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə5/91
tarix11.07.2018
ölçüsü3,29 Mb.
#54782
1   2   3   4   5   6   7   8   9   ...   91

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
18 
Ancaq Azərbaycan təzkirəçiliyini araşdırdıqda bu nümunələ-
rin  sayının  46  olduğu  üzə  çıxmışdır.  Azərbaycan  təzkirəçiliyinin 
bu və ya digər dövrü araşdırılarkən xatırlanmayan Azərbaycan təz-
kirəçiləri  və  əsərləri  bunlardır:  Tövfi  Təbrizi  “Təzkireyi-Tövfi” 
(XVI  əsr),  Nazim  Təbrizi  “Nəzmi-güzidə”  (XVII  əsr),  İshaq  bəy 
Üzri “Təzkireyi-İshaq” (XVIII əsr), Əbu Talib xan Təbrizi “Xüla-
sətül-əfkar” (XVIII əsr), Sultan Məhəmməd mirzə Bahadır xan Sə-
fəvi “Töhfətüş-şüəra” (XVIII əsr), Əbdürrəzzaq bəy Dünbüli “Təc-
rübətül-əhrar və təsliyyətül-əbrar”, “Hədayiqül-üdəba”, “Nigarista-
ni-Dara” (XIX əsr), Məhəmməd Fazil xan Gorusi Ravi “Əncümə-
ni-xaqan”  (XIX  əsr),  Məhəmməd  Saleh  Şamlu  “Məhəküş-şüəra” 
(XIX  əsr),  Hülaku  mirzə  Qacar  “Xərabat”  (XIX  əsr),  Xudaverdi 
xan  Qacar  “Təzkireyi-mədayih-i  Elxaniyyə”  (XIX  əsr),  Məhəm-
məd  Bağır  xan  Qacar  “Fələkül-Mərrix”  (XIX  əsr),  Heydərqulu 
mirzə Qacar “Təzkireyi-Xavər” (XIX əsr), Məhəmmədqulu Mirzə 
Qacar  “Təzkireyi-Xosrovi”  (XIX  əsr),  Seyfüddövlə  Sultan  Mə-
həmməd Tağı “Bəzmi-xaqan” (XIX əsr), Məhəmməd Kazım Əsrar 
Əlişah  Təbrizi  “Behcətüş-şüəra”  (XIX  əsr),  Əli  Rza  mirzə  Qacar 
“Büstanül-xaqaniyyə”  (XIX  əsr),  Əbülqasım  Möhtəşəm  Şirvani 
“Əxtəri-taban” (XIX əsr), Şəmsəddin xan Həqqi Təbrizi “Əncümə-
nül-üdəba” (XX əsr), Seyid Əbdülhəmid Xalxali “Təzkireyi-şüəra-
yi-müasiri-İran”  (XX  əsr),  Yəhya  Şeyda  “Ədəbiyyat  ocağı”  (XX 
əsr).    
Bizə məlum olan ilk Azərbaycan təzkirəsi XVI əsrdə Səfəvi 
şahzadəsi Sam mirzə tərəfindən fars dilində qələmə alınmış “Töh-
feyi-Sami”dir. Bu təzkirəni ilk dəfə Hindistandakı Pətənə Univer-
sitetinin professoru Mövləvi İqbal Hüseyn çap etdirmişdir. O, təz-
kirənin  V  fəslini  Pətənə  Universiteti  kitabxanasındakı  dörd  əlyaz-
ma  əsasında  1934-cü  ildə  nəşr  etdirmişdir.  Daha  sonra  İran  alimi 
Vəhid  Dəstgərdi  əsəri  Ağayi-Nəcmabadi  kitabxanasındakı  nüsxə 
əsasında nəşrə hazırlamış və bu əsər h.1314/1936-cı ildə Tehranda 
“Ərməğan” jurnalına əlavə kimi tam şəkildə çap olunmuşdur.  
H.  1345/1969-cu  ildə  isə  Rüknəddin  Fərrux  Hümayun  beş 
nüsxə  (Astani-Qüdsi-Rizəvi,  Baetin  şəxsi  kitabxanasındakı  əlyaz-


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
19 
ma, Məhəmməd Müin kitabxanası, Pətənə Universiteti kitabxanası, 
Ağayi-Nəcmabadi  kitabxanası)  əsasında  “Töhfeyi-Sami”nin  elmi-
tənqidi  mətnini  hazırlamışdır.  Təzkirənin  bu  nəşri  bəzi  tədqiqat-
çıların tənqid obyektinə çevrilmişdir. Məsələn, Prof. Dr. A.Karais-
mailoğlu yazır: “...altıncı bölüm için yararlanılan yazma nüshaların 
azlığı ve eksik oluşları kanaatimizce çoğunluğu Türkçe beyitlerde 
olmak  üzere  geriye  bir  çok  problem  bırakmıştır.  Bu  bölümün  ha-
zırlanmasında Mevlevi  İkbalın beşinci bölüm için kullandığı  yaz-
maların  dikkate  alınmadığı  anlaşılmaktadır”
5
.  Sam  mirzədən  və 
təzkirəsindən bəhs edən digər bir müəllif G.S.Alışık sözügedən el-
mi-tənqidi mətnin türkcə olan hissələrində  yanlışlıqların olduğunu 
xüsusi qeyd edir
6
.    
Onu da qeyd edək ki, XV əsrin ikinci yarısı və XVI əsrin bi-
rinci  yarısında  yaşayan  714  şair  haqqında  məlumat  verən  təzkirə 
hələ də Azərbaycan dilinə tərcümə olunmamışdır. 
Azərbaycan  türkcəsində  qələmə  alınmış  ilk  təzkirə  hesab 
olunan Əhdi Bağdadinin “Gülşəni-şüəra”sı AMEA Ədəbiyyat İns-
titutunun əməkdaşı f.ü.f.d.  Vəcihə Feyzullayeva  tərəfindən Sankt-
Peterburqdakı  Əlyazmalar  İnstitutunda  saxlanılan  nüsxə  əsasında 
nəşrə hazırlanmışdır. Ancaq təzkirə hələ də işıq üzü görməmişdir.  
Türk  ədəbiyyatı  üçün  qiymətli  mənbə  olan  “Gülşəni-şüəra” 
təzkirəsinin 17 nüsxə əsasında elmi-tənqidi mətni Pamukkale Uni-
versitetinin əməkdaşı Süleyman Solmaz tərəfindən hazırlanmış və 
2005-ci  ildə  Atatürk  Kültür  Mərkəzi  Başkanlığı  tərəfindən  çap 
olunmuşdur
7
.  
 Araşdırma  ön  söz,  giriş  və  üç  bölümdən  ibarətdir.  Giriş  iki 
paraqrafa  ayrılmışdır.  Birinci  paraqrafda  Əhdinin  həyatı  haqqında 
                                                 
5
 Karaismailoğlu  A.  Türk  edebiyatının  kaynaklarından  Tuhfei-Sami  //  Klasik 
dönem türk şiiri incelemeleri. Ankara: 2001, s. 149. 
6
 
Alışık  G.S.  Sam  Mirza.  Diyanet  Vakfi  İslam  Ansiklopedisi.  XXXIX  c., 
İstanbul, 2010, s. 61. 
7
 Ahdi ve Gülşen-i şuarası (İnceleme-metin) / Haz.: Süleyman Solmaz.  Ankara: 
2005. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
20 
ilkin  mənbələr  əsasında  geniş  məlumat  verilir.  İkinci  paraqrafda 
təzkirəçinin ədəbi şəxsiyyəti və şairliyinə diqqət yetirilmişdir. 
Kitabın  I  fəsli  üç  paraqrafdan  ibarətdir.  Birinci  paraqrafda 
Əhdiyə  qədərki  türk  təzkirəçilik  ənənəsinə  nəzər  salınmış,  Əlişir 
Nəvai,  Səhi  bəy,  Lətifi  təzkirələri  haqqında  məlumat  verilmişdir. 
İkinci paraqraf “Gülşəni-şüəra”da dil və üslub” adlanır. S.Solmaz 
əsərin müqəddimə və xatiməsinin çətin bir dillə qələmə alındığını 
yazır. Təzkirənin ilk üç bölməsində də sultan, şahzadə, bəylərbəyi, 
dəftərdar şairlərdən bəhs olunarkən ərəb-fars ibarələri ilə dolu ağır 
bir dildən istifadə olunmuşdur. Dördüncü bölmənin  dili isə   sadə-
dir.  Üçüncü  paraqraf  “Gülşəni-şüəra”nın  qaynaqları”  adlanır.  Bu-
rada tədqiqatçı təzkirənin qaynaqlarını təhlil edir. S.Solmaz “Gül-
şəni-şüəra”nın qaynaqlarını üç qismə ayırmışdır. Kitabın II fəslin-
də  təzkirənin  əlyazma  nüsxələri  haqqında  məlumat  verilmiş  və 
elmi-paleoqrafik təsviri yer almışdır. S.Solmaz təzkirənin Türkiyə-
də və xaricdə iyirmi nüsxəsinin olduğunu qeyd edir: “Eser yüzyıl-
lara  mukavemet  etmiş,  bilinen  yirmi  nüshası  ile  aranılan  bir  eser 
olma  özelliği  göstermektedir”
8
.  Tədqiqatçı  elmi-tənqidi  mətni  ha-
zırlayan zaman bunlardan yalnız Rusiya, İngiltərə və Misir nüsxə-
lərini əldə edə bilmədiyini xüsusi vurğulayır.   
Kitabın üçüncü fəslində təzkirənin elmi tənqidi mətni yer al-
mışdır. Elmi-tənqidi mətn Fateh Milli Kitabxanası, Əli Əmiri 774 
şifrəli əlyazması əsasında hazırlanmışdır. Yardımçı nüsxə kimi İs-
tanbul Universiteti TY. 2604 şifrəli əlyazmadan istifadə olunmuş-
dur.  S.Solmazın  uzun  illər  üzərində  çalışaraq  ortaya  qoyduğu 
“Gülşəni-şüəra”nın elmi-tənqidi mətni ədəbiyyatşünaslarımız üçün 
dəyərli töhfədir. 
XVII  əsr  məşhur  Azərbaycan  xəttatı,  rəssam,  şair  və  təzkirə 
müəllifi  Sadiq  bəy  Sadiqinin  cığatay  türkcəsində  qələmə  aldığı 
“Məcməül-xəvas”  təzkirəsini  İran  alimi  Əbdürrəsul  Xəyyampur 
h.ş.1327/1948-ci ildə Təbrizdə nəşr etdirmişdir. Tərtibçi müqəddi-
mədə  Sadiqinin  həyatı,  ədəbi  fəaliyyətinə  dair  fikirlərini  vermiş, 
elmi-tənqidi mətnin hazırlanması prinsiplərindən bəhs etmişdir. Bu 
                                                 
8
 Yenə orada, s. 70. 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə