Azərbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə6/91
tarix11.07.2018
ölçüsü3,29 Mb.
#54782
1   2   3   4   5   6   7   8   9   ...   91

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
21 
elmi-təndiqi  mətn  İstanbul  Universiteti  4085  şifrəli  əlyazma  əsa-
sında  hazırlanmış,  Nurosmaniyə  kitabxanalarındakı  3720  şifrəli 
nüsxə əsas mətnlə müqayisə olunmuşdur. Xəyyampur kitabda əv-
vəlcə  türkcə  hər  hansı  şair  haqda  olan  hissəni,  daha  sonra  həmin 
sətirlərin farsca tərcüməsini vermişdir. Beləliklə də, Sadiqinin təz-
kirəsinə  daxil  olan  333  şairin  tərcümeyi-halları  həm  türkcə  veril-
miş, həm də fars dilinə tərcümə olunmuşdur. İlk dəfə Sadiqi təzki-
rəsinin elmi-tənqidi mətni haqqında türk alimi İbrahim Kutluk bir 
məqalə  dərc  etdirmişdir
9
.  Məqaləni  nəzərdən  keçirdikdə  məlum 
olur ki, İ.Kutlukun “Məcməül-xəvas” təzkirəsi haqqındakı fikirləri 
arasında  ziddiyyətlər  vardır.  Belə  ki,  məqalə  müəllifi  əvvəlcə  bu 
təzkirəni  türk  mədəniyyət  tarixi  üçün  əhəmiyyətli  bir  nümunə  he-
sab  edir  və  əsərin  farscaya  tərcümə  edilməsini  bəyəndiyini  qeyd 
edir
10
.  Daha  sonra  Kutluk  Sadiqi  təzkirəsini  ciddi  tənqid  edərək 
yazır: «"Məcməül-xəvas" bir tərcümeyi-hal məcmuəsindən ziyadə 
antologiyadır.  Verdiyi  bioqrafik  məlumatların  heç  bir  əhəmiyyəti 
yoxdur. İçindəki şairlərin nə vaxt yaşayıb-vəfat etdiyi verilməmiş-
dir… Şairlər baxımından əhəmiyyətli olmaqdan ziyadə, cığatay di-
li baxımından əhəmiyyətlidir”
11
.    
Prof. Əhməd Atəş də 1953-cü ildə “Oriens” jurnalının üçün-
cü  cildində  təzkirənin  elmi-tənqidi  mətninin  müsbət  və  mənfi  cə-
hətlərini  əks  etdirən  tənqidi  rəy  yazmışdır.  Xəyyampur  Ə.Atəşin 
qeyd  etdiyi  çatışmazlıqlar  və  nöqsanlara  cavab  olaraq  bir  məqalə 
nəşr  etdirmişdir
12
.  Bundan  sonra  “Tarix”  jurnalında  Ə.Atəşin 
başqa bir məqaləsi dərc olunmuşdur
13
.  
F.ü.f.d. Məntiqə  Muradova uzun müddət ərzində Sadiq  bəy 
Əfşarın  Təbriz  külliyyatı  (3616)  daxilindəki  “Məcməül-xəvas” 
                                                 
9
 Kutluk İ. Sadıki-i Kitabdar. Macma-al-havas // Türk Dili ve Edebiyatı Dergisi, 
1949, № 3-4, s.577-580. 
10
 yenə orada, s. 579.  
11
 yenə orada, s. 580. 
12
 Nəşriyeyi-daneşkədeyi-ədəbiyyati-Təbriz, sal-i 6, s.117-128 
13
 Ateş  A.  Mecma  al-Havas  /  İstanbul  edebiyat  fakültesi  Tarih  dergisi,  1953, 
s.183-187. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
22 
nüsxəsini Azərbaycan dilinə çevirərək nəşrə hazırlamışdır. Təəssüf 
ki, bu tərcümə işıq üzü görməmişdir. 
“Məcməül-xəvas”ın  Təbriz  külliyyatındakı  nüsxəsi  f.ü.f.d. 
Ə.Bağırov tərəfindən qısa ön sözlə 2008-ci ildə nəşr olunmuşdur. 
Tərcümə zamanı təzkirənin Təbriz Dövlət Kitabxanasında mühafi-
zə  olunan  “Külliyyat”a  daxil  olan  nüsxəsi  əsas  götürülmüş, 
h.1327-ci  il  Ə.R.Xəyyampur  nəşri  ilə  müqayisə  olunmuşdur.  Tər-
cümə zamanı sadəcə şair bioqrafiyaları Azərbaycan dilinə tərcümə 
olunmuş,  farsca  nümunələr  isə  Azərbaycan  dilinə  çevrilməmiş-
dir
14
.  
Əliqulu xan Valehin qələmə aldığı “Riyazüş-şüəra” Möhsün 
Naci Nəsrabadi tərəfindən tədqiqata cəlb olunmuş və 2005-ci ildə 
5 cilddə (3315 səhifə) Tehranda işıq üzü görmüşdür. 
XVIII  əsr  Azərbaycan  təzkirəçisi  Lütfəli  bəy  Azərin  “Atəş-
kədə”sinin nəşri məsələlərindən f.ü.f.d. M.Məmmədova geniş bəhs 
etmiş,  bu  nəşrlərin  mənfi  və  müsbət  tərəfləri  haqqında  məlumat 
vermişdir. Belə ki,  “Atəşkədə” ilk dəfə  h. 1249/1833-cü ildə  Kəl-
küttədə nəşr olunmuşdur. Daha sonra əsər 1844-cu ildə Dorn tərə-
findən çap edilmişdir. 
Təzkirə  h.1277/1860  və  h.1299/1881-ci  illərdə  Hindistanda 
daşbasması üsulu ilə nəşr olunmuşdur. M.Məmmədova təzkirənin 
Bombey  nəşrlərinin  dəqiq  işləndiyini  və  əhəmiyyətli  olduğunu 
vurğulayır.  Lakin  buna  baxmayaraq,  tədqiqatçı  əldən-ələ  keçən, 
müxtəlif  şəxslər  tərəfindən  işlənib  üzü  köçürülən  “Atəşkədə”  əl-
yazmalarının  və  çap  nüsxələrinin  hamısında  çoxlu  təhriflərə  yol 
verildiyini yazır
15
.   
Təzkirənin bir nüsxəsinin (h.1247-ci ildə Əli Şeydayi Tusər-
qaninin  köçürdüyü  əlyazma)  faksimile  mətni  ön  söz  və  şərhlərlə 
Seyid  Cəfər  Şəhidi  tərəfindən  h.  1337/1958-ci  ildə  nəşr  olunmuş-
dur. Təzkirənin bu nəşrində şəxs və coğrafi adlar göstəricisi də yer 
almışdır. 
                                                 
14
 Sadiq bəy Sadiqi. Məcməül-xəvas. Bakı, 2008, 411 s. 
15
 Məmmədova  M.  Lütfəli  bəy  Azər  və  Azərbaycan  ədəbiyyatı.  Bakı,  2001,  s. 
125-126. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
23 
“Atəşkədə”nin elmi-tənqidi mətni 1956-1962-ci illərdə İran-
da  işıq  üzü  görmüşdür.  Elmi-tənqidi  mətn  Həsən  Sadat  Nasiri 
tərəfindən  hazırlanmışdır.  Həsən  Sadat  təzkirəni  üç  cilddə  çap  et-
dirmişdir.  Hər  cildin  əvvəlində  İran  ədəbiyyatşünaslarının  kitaba 
yazdıqları  müqəddimə  və  rəylərdə  Azərin  alimlik  mövqeyi  müəy-
yənləşdirilir. Həsən Sadat təzkirədə olan şeirləri şairlərin divanları-
nın mətni ilə müqayisə etmiş və “Atəşkədə” ilə “Divan”lar arasın-
dakı fərqləri səhifə altında göstərmişdir.    
Elmi-tənqidi mətnin birinci cildi “Atəşkədə”nin  birinci məc-
mərəsinin şahlar və şahzadələr olan hissəsini əhatə edir və 1956-cı 
ildə  Tehranda  çap  olunmuşdur.  İkinci  cild  1957-ci  ildə  işıq  üzü 
görmüşdür və burada Xorasan, Kirman, Astrabad, Cürcan, Mazan-
daran və Gilanın 152 nəfər şairi daxildir.  Təzkirənin üçüncü cildi 
1962-ci ildə çap olunmuşdur. Bu cilddə 206 nəfər İraqi-əcəm şair-
lərindən bəhs olunur. 
M.Məmmədova axırıncı “məcmərə”nin – Lütfəli bəy Azərin 
dövrü, müasirləri və öz yaradıcılığını əhatə edən hissənin elmi-tən-
qidi mətninin hazırlanmadığını xüsusi vuğulayır
16
.  
“Atəşkədə”nin  hökmdarlar,  şahzadələr  və  əmirlərdən  bəhs 
edən  “şölə”  hissəsi  isə  hələ  1841-ci  ildə  N.Bland  tərəfindən  Lon-
donda çap olunmuşdur
17
.  
Bəzi  müəlliflər
18
“Atəşkədə”nin  türkcəyə  tərcümə  olunaraq  
h.1259/1843-cü  ildə  nəşr  edildiyini  yazırlar.  Lakin  T.Yazıcı 
onların bu fikri ilə razılaşmır. Adı çəkilən tədqiqatçı həmin tarixin 
Dövlətşah  Səmərqəndinin  təzkirəsinin  Fəhmi  Əfəndi  tərəfindən 
“Səfinətüş-şüəra” adı ilə çap olunan tərcüməsinə aid olduğunu bil-
dirir
19

                                                 
16
 Yenə orada,  s. 129. 
17
 Bland N. Account of the Atesh Kedah, a Bibliographical work of the Persian 
Poets, by Haji Lutf Ali Beg, of Ispahan // Journal of the Royal Asiatic Society
VII. - London: Royal Asiatic Society, 1843, 345 - 392 pp. 
18
 Bax: Storey Ch. Persian literature. A bio-bibliographikal survey. Vol 1. Lon-
don, 1927, p. 871; Kramers J.H. Lutf ali Beg. Eİ, v. 5, p. 834. 
19
 Yazıcı T. Ateşkede. DVİA. IV c., İstanbul, 1991, s. 59. 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə