Azərbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə7/91
tarix11.07.2018
ölçüsü3,29 Mb.
#54782
1   2   3   4   5   6   7   8   9   10   ...   91

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
24 
Əbdürrəzzaq  bəy  Dünbilinin  “Nigaristani-Dara”sı  Əbdürrə-
sul Xəyyampur tərəfindən h.ş.1342/1963-cü ildə Təbrizdə, “Təcrü-
bətül-əhrar və təsliyətül  əbrar” adlı təzkirəsi h.ş.1349/1971-ci ildə 
Həsən Qazı Təbatəbai tərəfindən Təbrizdə çap olunmuşdur. 
Məhəmməd  Fazil  xan  Gorusinin  “Əncüməni-xaqan”ı 
h.ş.1376/1997-98-ci  ildə  Tofiq  Sübhan  tərəfindən  Tehranda  nəşr 
edilmişdir.  
XIX  əsrdə  yaşayıb-yaratmış  türk  ədibi  Məhəmməd  Zehni 
əfəndinin “Məşairün-nisa” adlı əsərini Marağalı Məhəmmədhəsən 
xan  Etimadüssəltənə  “Xeyrati-hesan”  adı  altında  sadəcə  tərcümə 
etməmiş,  buraya  azərbaycanlı  şairələr  haqqında  məlumat  əlavə 
edərək 1886-1888-ci ildə üç cilddə farsca nəşr etdirmişdir. T.ü.f.d. 
Tahirə  Həsənzadə  “Xeyrati-hesan”  əsərindəki  159  azərbaycanlı-
türk  qadını  haqqında  məlumatı  fars  dilindən  Azərbaycan  dilinə 
tərcümə etmişdir
20
.      
XIX  əsrin  görkəmli  Azərbaycan  şairi  və  təzkirəçisi  Seyid 
Əzim Şirvaninin əsərlərini üç cilddə 1967-1974-cü illərdə  Süley-
man Rüstəmov nəşr etdirmişdir. S.Rüstəmovun hazırladığı bu nəşr 
əvvəlkilərdən  əsaslı  surətdə  fərqlənirdi.  Tədqiqatçı  şairin  irsini 
diqqət və səylə toplamış, onları elmi prinsiplər üzrə tərtib etmişdir. 
Seyid Əzim Şirvaninin təzkirəsi bu əsərlərin üçüncü cildində geniş 
şərhlərlə 1974-cü ildə çap olunmuşdur
21
. Ş.Salmanov Seyiz Əzim 
təzkirəsinin  nəşrindən  bəhs  edərkən  yazır:  “Seyid  Əzim  Şirvani 
təzkirəsinin elmi-tənqidi mətnini hazırlamaq çətin və mürəkkəb bir 
tədqiqat işidir. Bir çox şeirlərin məlum məxəzlərdəki mətni ilə bu-
radakını  müqayisə  edib,  fərqləri  üzə  çıxarmaq,  mətni  dəqiqləşdir-
mək,  təzkirədə  yol  verilmiş  bəzi  təhrifləri  düzəltmək,  ayrı-ayrı 
şeirlərin kimə aid olduğunu təyin etmək və s. bu səpkidən olan çə-
                                                 
20
 Marağalı  Məhəmmədhəsən  xan  Etimadüssəltənə.  Xeyrati-hesan  (Gözəllər 
sərvəti) / Tərcümə edən: T.Həsənzadə. Bakı, 2003, 103 s. 
21
 Seyid Əzim Şirvani. Əsərləri. III cild. Bakı. Elm, 1974, 499 s. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
25 
tinliklərin  öhdəsindən  gəlmək  lazım  idi.  Mətnşünas  bu  işin  öhdə-
sindən layiqincə gələ bilmişdir”
22
.  
Türkiyəli  tədqiqatçı,  Nevşehir  Universitetinin  müəllimi 
Ömər  Bayramın  “Azərbaycan  sahəsi  təzkirələri  və  Seyid  Əzim 
Şirvaninin təzkirəsi” mövzusunda dissertasiyasında da Azərbaycan 
təzkirəçiliyinin  mərhələləri  müəyyən  qədər  tədqiqata  cəlb  olun-
muşdur
23
. Tədqiqat işində Seyid Əzim Şirvaninin həyatı, yaradıcı-
lığı dəyərləndirilmiş, əsas diqqət təzkirəsinə yönəldilmişdir. Müəl-
lif təzkirənin yazılı və şifahi qaynaqlarından bəhs etmiş, əsərin dil 
və üslubu üzərində dayanmış, digər təzkirələrdən fərqini göstərmə-
yə çalışmışdır. Daha sonra Şirvani təzkirəsində şair və əsərlə bağlı 
təzkirəçinin  dəyərləndirmələri  ciddi  şəkildə  araşdırılmışdır.  Etiraf 
etmək  lazımdır  ki,  Azərbaycan  təzkirələrinin,  demək  olar  ki,  heç 
biri bu qədər əhatəli və ciddi şəkildə tədqiqata cəlb olunmamışdır.  
Ö. Bayram Seyid Əzim Şirvani təzkirəsinin mətnini müqayi-
səli  şəkildə  nəşrə  hazırlamışdır.  Bu  zaman  təzkirənin  AMEA  Əl-
yazmalar  İnstitutunda  mühafizə  olunan  yeganə  nüsxəsi  əsas  götü-
rülmüş və 1974-cü il nəşri ilə müqayisə olunmuşdur. Təzkirə Tür-
kiyə Cümhuriyyəti Kültür və Turizim Bakanlığının e-kitab layihəsi 
çərçivəsində hazırlanmışdır
24

Şərqşünas ailm  f.ü.f.d.  Nəsrəddin  Qarayevin təzkirələr üzə-
rində  apardığı  araşdırmalar  və  nəşrə  hazırladığı  “Təzkireyi-Nəv-
vab” da bu baxımdan diqqətəlayiqdir. Belə ki, N.Qarayev Nəvvab 
təzkirəsini Azərbaycan dilinə tərcümə edərək tam şəkildə çapa ha-
zırlamışdır. Mərhum alimin nəşrə hazırladığı bu irihəcmli təzkirə-
nin mətni AMEA Əlyazmalar İnstitutunun elmi arxivində müha-
fizə  olunmaqdadır
*
.  Əsər  1980-ci  ildə  tamamlanaraq  elmi  arxivə 
                                                 
22
 Salmanov  Ş.  Rüstəmov  Süleyman  //  Azərbaycan  mətnşünaslığı  məsələləri, 
Bakı, 1979, s. 184-187. 
23
 Bayram Ö.  Azerbaycan sahası tezkireleri ve Seyid Azim Şirvaninin tezkiresi. 
– Doktora Tezi. Gazi Üniversitesi, Ankara, 2005.  
24
 Seyyid  Azim  Şirvânî  -  Tezkîretü‟ş-Şu‟arâ  /  haz.:  Ö.Bayram.  T.C.  Kültür  ve 
Turizm Bakanlığı Yay. (e-kitap), Ankara. 
*
 AMEA Əlyazmalar İnstitutu elmi arxiv. Nəsrəddin Qarayevin arxivi. Təzki-
rənin  N.Qarayevin  öz  xətti  ilə  olan  əlyazması  175  və  176  şifrələri  altında  iki 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
26 
təhvil  verilmişdir.  Kitabın  redaktoru  iranşünas  alim  f.ü.f.d.  Məm-
mədağa  Sultanovdur.  Təzkirə  çapa  hazırlandıqdan  sonra  f.ü.f.d. 
Şaməddin  Xəlilov  tərəfindən  də  təkrar  gözdən  keçirilmiş  və  bəzi 
düzəlişlər  edilmişdir.  Ancaq  bu  abidənin  nəşrini  görmək  N.Qara-
yevə  nəsib  olmamışdır.  Ömür  vəfa  etmədiyindən  əsər  uzun  illər 
alimin  Əlyazmalar  İnstitutundakı  elmi  arxivində  qalmışdır.  Nəha-
yət,  “Təzkireyi-Nəvvab”  1998-ci  ildə
25
 Azərbaycan  nəşriyyatında 
işıq üzü görmüşdür. Təzkirənin N.Qarayev tərəfindən hazırlanmış 
(1980) nüsxəsi ilə 1998-ci il nəşri tərəfimizdən tam şəkildə müqa-
yisə  olunmuş  və  maraqlı  faktlar  aşkarlanmışdır.  Xoşbəxtlikdən, 
onun  çapa  hazırladığı  əsərin  həm  əlyazması,  həm  də  makinə  çapı 
arxivdə saxlanılır. 
Təəssüf  ki,  uzun  illər  bu  əsəri  nəşrə  hazırlayan  mərhum 
N.Qarayevin  adı  mütərcim  kimi  deyil,  sadəcə  türkcə  mətnləri 
transfoneliterasiya edən  şəxs  kimi  qeyd  edilmişdir. Bundan  əlavə, 
kitabın ön sözündə oxuyuruq: “Əsərin türkcə mətnlər

 olan hissə-
lərini  mərhum  tədqiqatçımız  Nəsrəddin  Qarayev  çevirib  qurtar-
maq  üzrə  idi.  Ancaq  bu  əsərin  yubiley  nəşrini  planlaşdıranlar 
unutmuşlar  ki,  Nəvvab  XIX  əsr  ikidilli  ədib-alimlər  sırasında  ge-
dir...  təzkirənin  bütün  nəsr  hissəsi,  şeirlərin  böyük  bir  qismi  fars 
dilində  idi”
26
. Təzkirənin 1998-ci  il nəşrini  çapa hazırlayan və  ön 
sözün müəllifi faktiki olaraq N.Qarayev nüsxəsini əsas götürsə də, 
mərhum  alimin  yalnız  təzkirənin  kiçik  bir  hissəsini  əhatə  edən 
                                                                                                             
qovluqda saxlanılır. Eyni əlyazmanın makina çapı isə  (1058 səhifə həcmində) 4 
qovluqda  152,  153,  154,  155  şifrələri  ilə  mühafizə  olunmaqdadır.  Qovluqların 
hər birinin üzərində yazılmışdır:  
“Nəvvab  Mir  Möhsün  Ağamirzadeyi-Qarabaği.  Təzkireyi-Nəvvab”.  Tərcümə 
edəni: N.S.Qarayev. Redaktoru: M.Sultanov. Bakı: 1980.  
25
 Bu  kitabın  titul  vərəqində  əsərin  1998-ci  ildə  çap  olunduğu  yazılmışdır. 
Ancaq titul vərəqinin arxasında yer alan məlumatda 1995-ci il qeyd olunmuşdur. 
Yəqin ki, bu, texniki qüsurdur - V.M. 

  Təzkirənin  yalnız  türkcə  hissələrinin  çevrilməsi  məsələsi  absurddur.  Çünki 
əsərdəki  bəzi  şeirlər  türkcədir  və  N.Qarayevin  bu  hissələri  transfoneliterasiya 
etməkdə məqdəsi nə idi? – V.M. 
26
 Mir Möhsün Nəvvab. Təzkireyi-Nəvvab. – Bakı: 1995, s. 3. 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə