Azərbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə8/91
tarix11.07.2018
ölçüsü3,29 Mb.
#54782
1   ...   4   5   6   7   8   9   10   11   ...   91

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
27 
türkcə mətnləri  çevirdiyini  dönə-dönə qeyd edir.  Halbuki təzkirə-
nin tərcüməsi bütünlüklə (yəni həm fars, həm də türkcə olan hissə-
lər – V.M.) on səkkiz il öncə (1980) N.Qarayev tərəfindən tamam-
lanmış,  tanınmış  iranşünas  alim  M.Sultanov  tərəfindən  ciddi  re-
daktə olunaraq nəşrə hazır şəkildə elmi arxivə təhvil verilmişdir.  
Hal-hazırda elmi yazılarda və akademik nəşrlərdə beynəlxalq 
standartlar və etik normalar mövcuddur və bu məsələ təkcə Avro-
pada  deyil,   İran  və  Türkiyə  kimi  Şərq  ölkələrində  də  ciddi  nəza-
rətdə saxlanılır. Bununla bağlı, elmdə plagiatlığın və başqa neqativ 
halların qarşısını almaq üçün normativlər mövcuddur. Müəllif tək-
cə başqa kitab və qaynaqlardan götürdüyü fakt və mülahizələrə de-
yil,  hətta  öz  əsərlərinə  də  istinad  etməlidir
27
.  Fakt  budur 
ki,  Nəvvab təzkirəsi və onu nəşrə hazırlayan mərhum N. Qarayev 
haqsızlığa uğramışdır. 
Bizim burada təzkirənin N.Qarayev tərəfindən çapa hazırlan-
mış nüsxəsi haqqında geniş məlumat verməyimizin məqsədi “Təz-
kireyi-Nəvvab” kimi irihəcmli əsər üzərində işləyərək onu tam şə-
kildə  çapa  hazırlayan  mərhum  tədqiqatçının  xidmətini  uzun  illər-
dən sonra obyektiv şəkildə qiymətləndirmək,  bu barədə elmi icti-
maiyyəti bilgiləndirmək və Nəsrəddin Qarayevin adını Azərbaycan 
təzkirəşünaslıq tarixinə daxil etməkdən ibarətdir. 
Məhəmməd ağa Müctəhidzadənin “Riyazül-aşiqin” təzkirə-
si hələ müəllifin sağlığında, 1910-cu ildə İstanbulda çap olunmuş-
dur
28
.    Sədi  Çögənli  və  Rəcəb  Toparlı  isə  təzkirənin  1910-cu  il 
nəşrini, ön söz əlavə olunmaqla 1992-ci ildə Ərzurumda çap etdir-
                                                 
27
 Bax: Gökyay O.Ş. Destursuz bağa girenler. İstanbul, Kabalcı yayınevi, 2007, 
357  s.;  Demirel  İ.H.,  Erol  B.,  Saraç  C.  Akademik  yazım  ihlalleri.  Ankara: 
TÜBİTAK, 2011, 132 s.  
28
 Karabağlı  Müctehid-zade  Mehmed  Aka.  Tezkiretü‟ş-şuara  Riyazül-aşıkin.  – 
Dersaadet: Karabet Matbaası, 1328. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
28 
mişlər
29
. Təzkirə transliterasiya olunaraq, 1995-ci ildə Bakıda çap 
edilmişdir
30

Həsənəli xan Qaradağinin təzkirəsi zamanımıza gəlib çatma-
mışdır. Təzkirəçinin həyat və yaradıcılığı f.ü.f.d. Nəsrəddin Qara-
yev, dos. Vüqar Qaradağlı və dos. Raqub Kərimov tərəfindən təd-
qiq olunmuşdur
31

Böyük Azərbaycan alimi və ədibi  Məhəmmədəli  Tərbiyətin 
fars  dilində  qələmə  aldığı  “Danişməndani-Azərbaycan”  adlı  təz-
kirəsi  1314/1935-ci  ildə  Tehranda  çap  olunmuşdur.  Təzkirə  İs-
mayıl Şəms və Qafar Kəndli tərəfindən Azərbaycan dilinə tərcümə 
olunaraq, geniş ön sözlə 1987-ci ildə nəşr edilmişdir
32
. Kitabın so-
nunda  “Azərbaycanda  çıxmış  qəzetlər”  haqqında  məlumat  da  yer 
almışdır.  
Bu böyük həcmli təzkirənin 1987-ci il nəşri fars dilini bilmə-
yən  mütəxəssislərin  tənqid  obyektinə  çevrilmişdir.  Tərcümənin 
yalnız  qüsurlu  tərəflərini  diqqətə  çatdırmaq  istəyən  tədqiqatçılar 
əsərin  önəmini  vurğulamaqdan  çəkinmişlər.  Məsələn  A.Topalova 
tərcümədə bir sıra qüsurların olduğunu yazır və bunun əsərin mən-
bəşünaslıq  baxımından  dəyərini  xeyli  aşağı  saldığını  xüsusi  qeyd 
edir. Daha sonra çox kəskin şəkildə  yazır: “Kitabdakı  farsca şeir 
nümunələrini şairlik haqqında heç bir təsəvvürü olmayan və Azər-
baycan ədəbi dilini yaxşı bilməyən İsmayıl Şəmsin “poetik” tərcü-
                                                 
29
 Karabağlı  Müctehid-zade  Mehmed  Aka.  Tezkiretü‟ş-şuara  Riyazü‟l-aşıkin  / 
Ön söz. M. Sadi Çöğenli ve R.Toparlı. Erzurum, 1992. 
30
 Müctəhidzadə  Məhəmmədağa.  Riyazül-aşiqin  /  Çapa  haz.  f.e.n.  Ə.Bağırov.  - 
Bakı: Azərbaycan, 1995. - 248 s. 
31
 Qarayev  N.  XIX  əsrin  ikinci  yarısında  Azərbaycanın  görkəmli  maarifpərvər 
şairlərindən  Həsənəli  Xan  Qaradaği.  -    Məhəmməd  Füzuli  adına  Əlyazmalar 
İnstitutu Elmi Arxivi, (əlyazma, kiril əlifbası ilə, maşın çapı). 143 s.; Qaradaği 
(Xan-Qaradağski)  Həsənəli  ağa.  Fələyin  bir  belə  dövrü  olacaqmış...(şeirlər, 
tərcümələr, tarixi salnamə) / Tərtib ed. R.Kərimov; ön sözün müəl.: V.Qaradağ-
lı. - Bakı: “Azərbaycan Milli Ensiklopediyası” NPB, 2003. - 280 səh., Qaradaği 
(Xan-Qaradağski),  Həsənəli  Xan.  Əsərləri  /  Ön  söz  və  tərtib  R.Kərimov.  Bakı: 
“Şuşa” nəşriyyatı, 2004. - 168 s. 
32
 Məhəmmədəli  Tərbiyət.  Danişməndani-Azərbaycan.  Bakı:  Azərnəşr,  1987, 
464 s. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
29 
mə  etməsi  isə  əsərin  ciddiliyinə  xeyli  xələl  gətirmişdir...  ən  təəc-
cüblüsü isə Söhrab Tahir kimi görkəmli bir şairin bu cür ədəbi xal-
turalara rəy verməsidir”
33

Hər  halda,  müəyyən  qüsurlarına  baxmayaraq,  təzkirənin 
Azərbaycan dilinə tərcümə olunmasını Azərbaycan təzkirəşünaslı-
ğına bir töhfə hesab etmək lazımdır. 
Seyyid  Əbdülhəmid  Xalxalinin  “Təzkireyi-şüərayi-müasiri-
İran”  adlı  iki  cildlik  əsəri  h.ş.1333/1954-1337  /  1958-ci  illərdə 
Tehranda “Təhuri” nəşriyyatda işıq üzü görmüşdür. 
Əziz Dövlətabadinin “Süxənvərani-Azərbaycan” adlı təzkirə-
si 1377/1998-ci ildə Tehranda iki cilddə nəşr olunmuşdur. Təzkirə-
çinin  digər  əsəri  (“Qafqazın  farsdilli  şairləri”)  1370/1991-cı  ildə 
Tehranda çap edilmişdir. 
Azərbaycanlı  təzkirəçi  Yəhya  Şeydanın  “Ədəbiyyat  ocağı” 
adı  verdiyi  təzkirəsi  1985-2002-ci  illərdə  üç  cilddə  Təbrizdə  işıq 
üzü görmüşdür. 
Məhəmməd  Dəyhimin  “Təzkireyi-şüərayi-Azərbaycan”  adlı 
beş cildlik əsəri 1989-1992-ci illərdə Təbrizdə nəşr edilmişdir.  
Şahin  Fazilin  hazırladığı  “Təzkireyi-Şahin”  2006-cı  ildə 
Bakıda çap olunmuşdur.  
 
1.2. TƏZKĠRƏLƏRĠN TƏDQĠQ TARĠXĠ 
 
Bizə  məlum  olan  ilk  Azərbaycan  təzkirəsi  «Töhfeyi-Sami» 
Sam mirzə tərəfindən fars dilində qələmə alınmışdır. I Şah İsmayı-
lın  ikinci  oğlu  Sam  mirzənin  həyatı  haqqında  Səfəvilər  dövrünün 
ayrı-ayrı tarixi mənbələrində əhəmiyyətli, lakin adda-budda, səpə-
lənmiş  faktlara,  həmçinin  müxtəlif  təzkirələrdə  yığcam  və  əsasən 
bir-birini  təkrarlayan  məlumatlara  rast  gəlirik.  O.  Əfəndiyev
34
 və 
                                                 
33
 Topalova A. Ədəbiyyat tarixinin öyrənilməsində təzkirələrin rolu və Ağa Mə-
həmməd Müctəhidzadənin «Riyazül-aşiqin» təzkirəsi. - Bakı: Elm, 2001. s. 43-
44. 
34
 Эфендиев О. Азербайджанское государство Сефевидов в XVI веке. Баку, 
1981, 306 с. 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə