Azərbaycan mġLLĠ elmlər akademġyasi məHƏMMƏd füzulġ adına Əlyazmalar ġnstġtutu


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə9/91
tarix11.07.2018
ölçüsü3,29 Mb.
#54782
1   ...   5   6   7   8   9   10   11   12   ...   91

Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
30 
R.Seyvori
35
 də  Səfəvilər dövlətinə  həsr olunmuş  kitablarında Sam 
mirzədən yeri gəldikcə bəhs etmişlər. Filol.e.n. Ə.Rəhimovun təd-
qiqatları istisna olmaqla müasir tədqiqatlarda Sam  mirzənin  həyat 
yolu ötəri işıqlandırılmışdır.  
Sam  mirzənin  təzkirəsinə  həsr  edilmiş,  bizə  məlum  olan  ilk 
məqaləni 1798-ci ildə fransız tədqiqatçısı S. de Sacy nəşr etdirmiş-
dir
36
. “İndo-İranika” jurnalında da Sam mirzə təzkirəsinə həsr edil-
miş məqalə çap olunmuşdur
37
.  
1927-ci ildə “Həyat məcmuəsi”ndə türk alimi Fuad Köprülü 
“Töhfeyi-Sami”  haqqında  məqalə  nəşr  etdirmişdir.  1934-cü  ildə 
F.Köprülünün “Sam Mirza Safevi ve eseri” adlı başqa bir məqaləsi 
də dərc olunmuşdur
38

 “Töhfeyi-Sami” tacik alimi A.Səttarovun ayrıca tədqiqat ob-
yekti olmuşdur. O, 1972-ci ildə təzkirəni dissertasiya səviyyəsində 
tədqiqata  cəlb  etmiş
39
 və  “Töhfeyi-Sami”  və  onun  xüsusiyyətləri” 
adlı monoqrafiya nəşr etdirmişdir
40
. A.Səttarov Sam mirzənin təz-
kirəsinə xüsusi tədqiqat həsr etmişdirsə də təzkirəçinin həyatı haq-
qında  XVIII-XX  əsrlər  təzkirəçilərinin  və  kataloq  tərtibçilərinin 
verdikləri  informasiyaları  sadalamaqdan  uzağa  gedə  bilməmişdir. 
Tədqiqatçının  bu  əsərində  bir  sıra  tarixi  təhriflərə  də  rast  gəlmək 
mümkündür
41
.  Məsələn,  A.Səttarov  Sam  mirzənin  Heratda  üsyan 
                                                 
35
 Savory R. Iran under the Safavids. Cambridge, 1980, 277 p. 
36
 S. de Sacy. Le present sublime on histoire des poetes de Sam mirza // Notices 
et extraits des manuscrits de la bibliotheque nationale. Tome IV, Paris, 1798, p. 
273-308. 
37
 Kazi M.İ. Sam Mirza and his “Tuhfa-i Sami” // İndo-İranica / 1. – 1960. - p. 
18 – 39. 
38
 Köprülü F. Sam Mirza Safevi ve eseri // Azerbaycan Yurt bilgisi, 1934, № 3, 
s.32-34. 
39
 Сатторов  А.  «Тухфаи-Соми»  Соммирзо  Сафави  как  первоисточник  для 
изучения персидского-таджикского литературы ХV-первой половины ХVI 
вв., Автореф. диссерт. на соиск. кандид. филол. наук, Душанбе, 1972,  25 с.  
40
 Саттаров А. Тухфаи Соми ва хусусиятхои он. Душанбе, 1972, 133 с.                              
41
 Ə.Rəhimovun  Sam mirzənin qətli haqqındakı məqaləsinində də belə bir qey-
də rast gəldik: «A.Səttarovun bu əsərində bir sıra tarixi səhvlər vardır. Təssüf ki, 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
31 
qaldırıb, Qəndəhar üzərinə getdikdən, məğlub olduqdan  və Xora-
san  valiliyindən  uzaqlaşdırıldıqdan  sonra  onun  Təhmasib  tərəfin-
dən  Fars  hakimi,  daha  sonra  Azərbaycan  hakimi  təyin  edildiyini 
yazır. Lakin bu məlumat tamamilə yanlışdır və heç bir fakta əsas-
lanmır.  
Azərbaycan  ədəbiyyatşünasları  ilkin  mənbə  kimi  “Töhfeyi-
Sami”yə  müraciət  etsələr  də,  təzkirə  bütünlükdə  tədqiqata  cəlb 
olunmamışdır.  Sam  mirzənin  həyat  yolunun  öyrənilməsindən  da-
nışarkən mərhum şərqşünas alim, f.ü.f.d. Əbülfəz Rəhimovun nəşr 
etdirdiyi  iki  mənbənin  –  “Təkmilətül-əxbar”
42
,  “Şah  Təhmasibin 
təzkirəsi”
43
 əsərlərinin  və  “Sam  mirzənin  qətli  haqqında  yeni 
məlumat”
44
 adlı  məqalənin  böyük  əhəmiyyət  daşıdığını  xüsusi 
qeyd  etməliyik.  Alimin  “Xülasətüt-təvarix”  üzərində  apardığı 
tədqiqatlar  Sam  mirzənin  həbs  olunma  şəraitini  dəqiqləşdirməyə 
imkan yaradır. Ə.Rəhimov Sam mirzənin ölüm tarixinin Əbdi bəy 
Şirazi  tərəfindən  “Təkmilətül-əxbar”ın  həm  nəsr  hissəsində,  həm 
də  “maddeyi-tarix”ində  h.975-ci  (m.1567)  il  kimi  göstərildiyini 
sübut etmişdir. 
Adnan Karaismailoğlunun «"Töhfeyi-Sami" və altıncı fəsli-
nin  tərcüməsi»  adlı  məqaləsində  Fərrux  Hümayun  nəşri  əsasında 
təzkirənin  VI  fəslindəki  8  şairin  tərcümeyi-halı  türkcəyə  tərcümə 
olunmuşdur. Məqalənin adından da məlum olduğu kimi, tədqiqatçı 
burada  təzkirənin  VI  fəslinin  tərcüməsini  verməli  idi.  Burada  isə 
ancaq  Ə.Nəvai,  Əhməd  Süheyli,  Məhəmməd  Saleh,  Mir  Ahi, 
                                                                                                             
vaxtilə  bu  haqda  yazdığımız  rəyi  çap  etdirə  bilməmişik».  Rəy  çap  olunmadığı 
üçün Ə.Rəhimovun hansı səhvləri nəzərdə tutduğunu deyə bilmirik.  
42
 Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazi. Təkmilətül- əxbar (Səfəvi dövrü Şah 
İsmayıl və Şah Təhmasib dövrləri tarixi). Bakı, 1996, 200 s. 
43
 Şah Təhmasibin təzkirəsi / Çapa haz. Ə.Rəcəbov. Bakı, 1996, 128 s. 
44
 Rəhimov  Ə.  Sam  Mirzənin  qətli  haqqında  yeni  məlumat  //  AEA  Xəbərləri. 
Ədəbiyyat, dil və incəsənət seriyası, 1990, № 4, s. 94-101. 


Vüsalə Musalı. Azərbaycan təzkirəçilik tarixi 
 
32 
Hüseyn  Cəlayir,  Cədidi,  Həbibi  Bərgüşadi,  Susəni  haqqında  mə-
lumat verilmişdir və məqalənin adı məzmununu tam əhatə etmir
45
.  
G.S.Alışık Diyanət Vəqfi İslam Ensiklopediyasında Sam mir-
zənin  həyatı  və  təzkirəsi  haqqında  məlumat  verir.  Müəllif  yanlış 
olaraq Sam  mirzəni  iranlı kimi  təqdim edir
46
. Ümumiyyətlə, qeyd 
olunan  ensiklopediyada  bir  sıra  azərbaycanlı  şairlər  iranlı  və  ya 
dağıstanlı kimi qələmə verilmişlər (məsələn, Şirvanizadə Mehmed 
Rüşdi Paşa, şirvanlı Fateh Əfəndi, Nigari və s.).   
2008-ci ildə  İran alimi P.Həbibabadi  “Töhfeyi-Sami təzkirə-
sinə dair araşdırma” adlı monoqrafiya nəşr etdirmişdir
47
.   
Onu  da  qeyd  edək  ki,  XV  əsrin  ikinci  yarısı  və  XVI  əsrin 
birinci yarısında yaşayan 714 şair haqqında məlumat verən təzkirə 
hələ də Azərbaycan dilinə tərcümə olunmamışdır. 
Azərbaycan türkcəsində qələmə alınmış ilk təzkirə hesab olu-
nan Əhdinin “Gülşəni-şüəra”sı müxtəlif tədqiqatçıların araşdırma 
obyekti olmuşdur. 
Stüart Robinson “İran və İslam” məcmuəsində Əhdi Bağda-
di təzkirəsi haqqında məqalə dərc etdirmişdir
48
. Prof. Azadə Musa-
yeva  isə  Bağdadda  yaranan  Azərbaycan  ədəbiyyatını  araşdırarkən 
“Gülşəni-şüəra”ya müraciət  etmiş  və  Bağdad ədəbi  mühitinin  ye-
tişdirdiyi azərbaycanlılar haqqında məlumatı məhz bu mənbəyə is-
tinadən  vermişdir
49
.  C.Musayevin  “Maarifçi”  qəzetində  Əhdi  təz-
                                                 
45
 Karaismailoğlu A. Türk edebiyyatı kaynaklarından «Tuhfe-i Sami» ve altıncı 
bölümünün tercümesi // Türk Dünyası Araştırmaları, 1988 Aralık, № 57, s.178-
186. 
46
 Alışık G.S. Sam Mirza. Diyanet Vakfi İslam Ansiklopedisi. XXXIX c., İstan-
bul, 2010, s. 61. 
47
 Həbibabadi P. Təəmmüli dər təzkireyi-“Töhfeyi-Sami”. Tehran, 2005. 
48
 Robinson  J.  S.  Ahdi  and  His  Biographies  of  Poets  //  Iran  and  Islam,  Edin-
burgh, 1971. 
49
 Musabəyli  A.  Ruhi  Bağdadi:  mühiti,  həyatı,  poetikası  və  Divanı  (əlyazma 
qaynaqları əsasında). Bakı, 2005, 952 s.; Musayeva A. Əlyazma kitabı və XV-
XVI əsrlər Azərbaycan ədəbiyyatı: problemlər, araşdırmalar. Bakı, 2002, 340 s. 


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə