Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə14/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
1   ...   10   11   12   13   14   15   16   17   ...   47

 
 
44 
əsaslandırır  ki,  “O  təhər  ki,  o  qızın  bacısı  əri  ola-ola  özgəsi  ilə… 
Belə qız bizə  yaraşar?”.  Halbuki bu “özgəsi” onun özüdür. Bununla 
tamaşanın  müəllifləri  insanın  cəmiyyətdə  “özgələşməsi”nə,  mənəvi 
ikiləşməsinə diqqət cəlb edirdilər. 
Azərbaycan  səhnəsinin  ustad  aktyorları  daim  ifa  etdikləri 
obrazları  dərindən  qavrayaraq  yüksək  bədii  biçimdə  tamaşaçılara 
təqdim  etməyə  çalışmışlar.  K.S.Stanislavskinin  yazdığı  kimi, 
“həqiqəti  yalnız  ən  mahir,  ən  zərif  sehirkar  -  bizim  ülvi  təbiətimiz 
yarada bilər. Ona görə də aktyor öz ülvi təbiətini özünə tabe etməyi, 
lazım  olduğu  zaman  onu  işə  salmağı,  öz  daxili  yaradıcılıq 
qüvvəsindən istifadə etməyi bacarmalıdır” (151, 46). 
Mahir  səhnə  ustası  Məlik  Dadaşov  Aslanın  səhnədən-səhnəyə 
mürəkkəbləşən soyuq və ruhsuz obrazındakı daxili miskinliyi xüsusi 
ustalıqla  göstərirdi.  M.Dadaşov  ondan  umulan  sevgi  nəvazişlərini 
qətiyyətlə  rədd  edən  soyuqqanlı  rəis,  oğlunun  gələcək  taleyini 
xudbinliyinə  qurban  verən  rəsmiyyətçi  ata  və  mənsub  olduğu  nəslin 
doğma müqəddəs  ənənələrindən təcrid olunmuş  bivec oğul  obrazını 
ifşa  etmək  üçün  müvafiq  boyalar,  aydın  ifadə  vasitələri  seçmişdi. 
“Onun bir çox mizanlarda öz fikir və duyğularının zahiri əzəmətini, 
qüdrətini  artırmaq,  hisslərini  daha  qabarıq,  daha  təntənəli  əks 
etdirmək  üçün  yumruğunu  xüsusi  bir  əda  ilə  sıxması,  xarakterin 
ümumi məzmununu tamamlayan yaxşı aktyor tapıntısıdır” (32). 
Aslanı  tərksilah  etmək  mümkün  deyildir.  Bu  adamın  bütün 
işləri  qaydasındadır.  Ürəklə  yaşamadığı  üçün  zahirən  səhvə  də  yol 
vermir.  Təmasda  olduğu  insanları  ağır,  dözülməz  mənəvi  əzablara 
düçar  edən  Aslanın  finalda  amiranə  bir  görkəmlə,  öz  “fəlsəfəsi”nin 
həqiqət  olduğunu  təsdiqə  yetirirmiş  kimi,  məmnun  addımlarla 
səhnəni  tərk  etməsi  tamaşanı  izləyənlərin  yadından  uzun  zaman 
çıxmırdı.  Aslan  -  M.Dadaşov  başlanğıcda  (I  şəkil)  da,  final 
səhnəsində (IX şəkil) də zahiri ötkəmliyini, məmnunluğunu təmkinlə 
nümayiş  etdirirdi.  Hadisələrin  gərgin  şəkil  aldığı  və  münaqişəli 
xətlərin  get-gedə  dərinləşdiyi  səhnələrdə  isə  (III  və  IV  şəkillər) 
aktyorun  məharəti  yüksək  mərhələyə  çatırdı.  Xalq  artisti  Amaliya 
Pənahova  Məlik  Dadaşovun  oyununu  belə  xatırlayır:  “Məlik 
Dadaşov  həm  sözləri,  həm  jestləri,  hərəkətləri,  müəmmalı  baxışları 
ilə  Aslanın  iç  üzünü  bacarıqla  qamçılayırdı,  göstərirdi  ki,  Aslanın 


 
 
45 
xoşagəlməz xüsusiyyəti adi bir inadkarlıq, sadəcə qadına inamsızlıq 
deyil, obrazın  daxili  məzmunu  və  mahiyyəti ilə  əlaqədardır. Aktyor 
təbii  olaraq  göstərirdi  ki,  xaricən  bu  qədər  mədəni,  humanist,  ağıllı, 
işgüzar görünən bir insanın qəlbinin dərinliklərində köhnəliyin iyrənc 
xüsusiyyəti özünə möhkəm bir yuva salmışdır” (93, 148). 
Pyesdə  konfliktin  dramatizmi  kəskin  dialoqlarda  daha  bariz 
görünür.  Rejissor  obrazların  münasibətlərindəki  ziddiyyətləri  və 
konfliktin  psixoloji  qatlarını  qabartmaqdan  ötrü  Cığatay-Reyhan 
xəttini  əsas  diqqət  hədəfi  seçmişdi.  Aslan  arxalı  bir  ailə  ilə  qohum 
olmaq  niyyətilə,  oğlu  Cığataya  Xosrovun  qızını  almağı  məsləhət 
görür.  Nihalın  bacısı  Reyhanı  sevən  Cığatay  öz  düşündüyü  kimi 
hərəkət  etmək  istəyəndə,  ata  ilə  oğul  qarşılaşmalı  olur,  obrazların 
dialoqlarında,  daxili-mənəvi  aləmlərində  güclü  psixoloji  mübarizə 
üzə çıxır. Buna baxmayaraq, tamaşaçı ata – oğul arasında məhəbbət 
tellərinin  qırılmadığını,  nə  vaxtsa  mənəvi  ziddiyyətlərin  aradan 
qalxmasına da ümidlər bəsləyir. Müəllif “Yağışdan sonra” deyərkən 
hər  iki  gəncin  -  Cığatayla  Reyhanın  səhər  yağışından  sonra  təmiz  
məhəbbətinin  qələbəsi  fonunda  perspektivlərə  də  boylanmış  olur. 
Tamaşadan  söz  açan  məqaləsində  Məsud  Əlioğlu  yazır:  “Yağışdan 
sonra”  fikri  bədii  qaynaqları  etibarı  ilə  psixoloji  dramdır,  müasir 
insanların  daha  yüksək  ideal  mövqeyindən  ictimai  yaramazlığa, 
mənəvi  puçluq  və  misikinliyə  qarşı  apardıqları  aramsız,  barışmaz 
mübarizə ilə əlamətdardır” (85). 
Fuad  Poladov  tamaşada  Cığatayı  keçmişinə  qırılmaz  tellərlə 
bağlı, həyata baxışlarının müstəqilliyi ilə fərqlənən, mübariz bir gənc 
kimi  təqdim  edə  bilmişdi.  Obrazın  səhnədən-səhnəyə  dəyişib 
təkmilləşən  daxili  bütövlüyü,  fərdi  psixoloji  aləminin  incəlikləri 
aktyorun  ifasında  məharətlə  açılırdı.  Ali  məktəbin  son  kurs  tələbəsi 
olan  Reyhan  da  sevgilisi  kimi  saf  təbiətə  malikdir.  Böyük  bacısı 
Nihal  kimi  o  da  odlu-alovlu  məhəbbətlə  sevir,  lakin  sevgisi  daha 
təmiz,  pak  və  ülvidir.  Reyhan  bacısının  ərinə  xəyanətini,  gələcək 
qaynatası  Aslanın  xəbis,  riyakar  əməllərini  gördükdə  dəhşətə  gəlir, 
daxilən  sarsılır,  əzab  çəkir.  Bakirə  hisslər  yaşayan  bu  qızın  mənəvi 
aləmini, hiss və həyəcanlarını Amaliya Pənahova təbii lirik boyalarla 
açmış, onun yaddaqalan, canlı portretini yaratmışdı. 


 
 
46 
Dramda  müasir  ictimai  problem  olan  “atalar  və  oğullar” 
məsələsi  əsas  konfliktin  fonunda  açılırdı.  Bununla  da  müəllif 
mənəviyyatın ekologiyası problemini insan-təbiət münasibətlərindən, 
insan-cəmiyyət  münasibətləri  müstəvisinə  keçirirdi.  Ənənə  və 
müsirlik  probleminə  həssas  olan  rejissor  bu  məqamı  tamaşada 
məxsusi  qabardırdı.  Qədimliyi  tamaşada,  həm  də  keçmişə 
çevrilməyən, bu günə də xidmət edən nəslin nümayəndəsi Qədimbəy 
(baba),  orta  nəsli  Aslan  (oğul),  gənc  nəsli  –  gələcəyin  nümayəndəsi 
Cığatay  (nəvə)  təmsil  edirdilər.  Mütərəqqi,  bu  günlə  səsləşən 
ənənələrlə öyünmək, onlardan öyrənmək, müasir həyatın problemləri 
üzərində düşünmək, ümidi və arzuları gələcəyə bağlamaq mənasında 
-  müəllif  fikirlərinin  bu  istiqamətdə  izahı,  həmin  qayənin  səhnə 
sənətinin dili ilə şərhi uğurla nəticələnmişdi. 
Tamaşada  Baba  (Qədimbəy)  digər  iki  nəslin  (oğul  və  nəvə) 
nümayəndələrindən daha cazibədar, kaloritli, dolğun nəzərə çarpırdı. 
O, kauçuk və sintetika əsrində kənddən şəhərə gəlib, əlini övladlarına 
uzadır,  onları  təbiiliyə,  ilkinliyə,  milli  dəyərlərə  qaytarır. 
Müasirlərimiz  nə  qədər  irəliləsələr  də,  tərəqqi  etsələr  də,  kökdən 
uzaqlaşmamalı, babaların bizə irs qoyub getdikləri möhkəm təməllər 
üzərində yüksəlməlidirlər. 
Pyesdə  Qədimbəyin  simasında  ilk  növbədə  təbiətə,  torpağa 
sağlam  münasibət  təcəssüm  olunub.  Səksən  yaşlı  qoca  təbiətin 
aşınmasına  dözməyib,  şəhərə  vəzifə  sahiblərinin  yanına  şikayətə 
gəlir.  O,  ürək  ağrısı  ilə  deyir:  “Sel-su  bizim  torpağımızı  yuyub 
apardı.  Torpağın  qaymağı  getdi.  Hər  il  deyirik:  “Bol  məhsul 
götürək!”  Yaxşı  bu  il  götürdük,  bəs  sonra?  Bu  torpaq  bizə 
dədələrimizdən  qalıb.  Bəs,  nəvələrimizə  nə  verəcəyik”  (124,  125). 
Bu sözlər torpağa bağlı vətəndaşın ürək ağrısıdır. Ömrü boyu kənddə 
yaşayan,  ayağı  torpaqdan  ayrılmayan  Qədimbəy  dünyagörmüş 
ağsaqqaldır.  Cavanların  başına  gələn  xoşagəlməz  hadisələrin 
səbəbini  də  ana  torpaqdan  ayrılmaqda,  təbiətdən  ayrı  düşməkdə 
görür.  Qədimbəy  səhnəyə  gec  daxil  olsa  da,  gəlişi  ilə  dramatik 
vəziyyətə  yeni  bir  vüsət,  tamaşaya  yeni  nəfəs  və    canlılıq  gətirir, 
tamaşaçılarda  ümid,  mənəviyyatın  qələbəsinə  inam  oyadır.  Aslanın 
əməlləri  elə  vəziyyət  yaradıb  ki,  Cığatay  özünə  layiq  sevgilisini  və 
bununla 
ümumən  insanlara  inamını,  etibarını  itirə  bilər. 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə