Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə2/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
1   2   3   4   5   6   7   8   9   ...   47

 
 

        M.Ağayeva,  təqdim  etdiyi  monoqrafiya  işində  bir  sıra  elmi 
yeniliklərə  imza  atmışdır.  Belə  ki,  B.Vahabzadə  pyeslərinin  səhnə 
təcəssümü  mövzusu  kompleks  halında  və  sistemli  şəkildə  ilk  dəfə 
məhz  bu  monoqrafiyada  araşdırılmışdır.  Həmçinin,  B.Vahabzadə 
pyeslərinə  quruluş  vermiş  müxtəlif  üsluba  malik  rejissorların  fərqli 
dəst-xətləri  də  toplum  halında  ilk  dəfə  məhz  bu  monoqrafiyada  
öyrənilmiş, müqayisə edilərək maraqlı mülahizələr irəli sürülmüşdür. 
Eyni  zamanda  şair-dramaturqun  rayon  teatrlarında  quruluş  verilmiş 
pyesləridə  ilk  dəfə  müəllif  tərəfindən  monoqrafiyaya  cəlb 
olunmuşdur. 
        Ümumiyyətlə,  zəngin  faktoqrafiyası  və  elmi  aparatı  ilə  diqqəti 
çəkən  monoqrafiyada  müəllif  əsasən  tarixi  müqayisəli  və  tipoloji 
təhlil  metodlarından  səriştəli  şəkildə  yararlanaraq  ortaya  səlis  elmi 
dildə  yazılmış  monoqrafiya  qoya  bilmişdir.  İşin  məzmunu  və  təhlil 
səviyyəsi,  əldə  olunan  nəticə  və  qənaətlər,  irəli  sürülən  və 
əsaslandırılan  müddəalar  göstərir  ki,  müəllif  aydın  elmi  üsluba 
malikdir, teatr və dramaturgiya tarixinə dərindən bələddir. 
        Monoqrafiyanın  sənətşünaslar,  ədəbiyyatşünaslar,  geniş  teatr 
ictimaiyyəti  ilə  yanaşı,  mədəniyyətşünaslar  və  ümumən  də 
Azərbaycan  mədəniyyəti  ilə  maraqlanan  hər  bir  oxucuda  böyük 
maraq doğuracağına əminəm. 
        
 
 
                                                                                  
                                    Məryəm Əlizadə                                                                       
                                                   Əməkdar incəsənət xadimi,                                                                   
                                                           Sənətşünaslıq doktoru, professor 
                                                               
 
 
               
 
 
                                                      
 
 


 
 

GĠRĠġ 
 
Azərbaycan 
mədəniyyətinin 
və 
ədəbiyyatının  görkəmli 
nümayəndəsi, xalq şairi, dramaturq, publisist, ədəbiyyatşünas, ictimai 
xadim,  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  həqiqi  üzvü, 
filologiya  elmləri  doktoru,  professor  Bəxtiyar  Mahmud  oğlu 
Vahabzadə  (16.VIII.1925-14.II.2009)  milli  dramaturgiyamızın  və 
teatrımızın  tarixində  parlaq  səhifə  açan  şəxsiyyətlərdəndir.  Böyük 
Vətən  müharibəsinin  son  illərində  poeziya  aləminə  gələn 
B.Vahabzadə  ilk  şeirlərindən  ədəbi  ictimaiyyətin  diqqətini  cəlb 
etmiş,  altmış  ildən  artıq  gərgin  yaradıcılıq  fəaliyyəti  ilə  məşğul 
olmuş,  onun  qələmindən  çıxan  əsərlər  ədəbiyyatımızın  və 
mədəniyyətimizin inkişafında əvəzsiz rol oynamışdır. 
Ümummilli 
liderimiz 
Heydər 
Əlirza 
oğlu 
Əliyev 
B.Vahabzadənin ədəbiyyatımız və xalqımız qarşısındakı xidmətlərini 
yüksək  qiymətləndirərək  ona  yazdığı  təbrik  məktubunda  deyirdi: 
“Sizin  şəxsiyyətiniz  və  yaradıcılığınız  xalqın  milli  təfəkkürünün 
formalaşmasına  xidmət  etmiş,  onu  milli  dirçəlişə  səsləmiş, 
istiqlaliyyət  uğrunda  mübarizədə  əvəzsiz  rol  oynamışdır.  Siz  hər 
zaman  azadlıq  carçısı  olmuş,  ən  çətin  anlarda  belə  güc  və  silah 
qarşısında baş əyməmiş, əqidəsindən dönməyən şair, mübariz millət 
vəkili, 
yorulmaz  ictimai  xadim  kimi  xalqın  müdafiəsinə 
qalxmışsınız” (88). 
Azərbaycan Prezidenti İlham Əliyev şairə 80 illiyi ilə əlaqədar 
göndərdiyi  təbrikində  deyir:  “Sizin  yüksək  bədiiliklə  qələmə 
aldığınız  əsərlər  milli  qaynaqlardan  bəhrələnərək,  vətənpərvərliyin 
tərənnümü,  insanın  mənəvi  ucalığı  və  fəlsəfi  düşüncələrlə 
səciyyələnir. 
Zəngin 
ədəbi  irsimizdən  və  dilimizin  bədii 
imkanlarından  məharətlə  istifadə  edərək  yaratdığınız  poeziya 
nümunələrində  dərin  məna  ilə  emosionallıq  harmonik  bir  vəhdət 
təşkil edir” (88). 
Bəxtiyar Vahabzadənin yaradıcılığı geniş və zəngindir. 1943-cü 
il sentyabrın 25-də “Ana və şəkil” adlı ilk mətbu şeri ilə  ədəbiyyata 
gələn  şair-dramaturq  70-dən  çox  şeir  kitabının,  tarixi  və  müasir 
mövzuda  yazılmış  20-dən  çox  poemanın,  14  pyesin,  2 
monoqrafiyanın,  11  elmi-publisistik  kitabın  və  yüzlərlə  məqalənin 


 
 

müəllifidir. Azərbaycan ədəbiyyatı tarixində o, ilk növbədə özünəxas 
poetik dünyaya və üsluba malik şair kimi tanınmışdır. Yarım əsrdən 
də  artıq  bir  dövr  ərzində  şeirləri  xalq  tərəfindən  sevilə-sevilə 
oxunmuş,  geniş  oxucu  kütlələrinə  böyük  zövq  aşılamışdır. 
B.Vahabzadə  təkcə  Azərbaycan  torpağında  deyil,  sərhədlərimizdən 
kənarda da görkəmli şair kimi tanınmış, əsərləri rus, ukrayna, gürcü, 
eston, tatar, özbək, türkmən, moldav, türk, başqırd, portuqal, habelə 
ingilis,  fransız,  alman,  ispan,  ərəb,  polyak,  macar,  bolqar  dillərinə 
tərcümə edilmişdir. 
B.Vahabzadənin  poeziyası  ilk  qələm  təcrübələrindən  müasir 
ədəbi  proses  və  tənqidin  diqqətini  cəlb  etməklə,  haqqında  onlarla 
məqalə və kitablar yazılmaqla yanaşı, o özü də ədəbiyyatın estetik və 
nəzəri  məsələlərinə  dərindən  bələd  ədəbiyyatşünas  kimi  klassik  və 
müasir  ədəbiyyat  və  sənətimizin  aktual  problemlərinə,  ayrı-ayrı 
sənətkarların  yaradıcılığına  dair  elmi-tədqiqi  və  ədəbi-tənqidi 
məqalələr  yazmış, kitablar dərc etdirmişdir. 
B.Vahabzadə  alovlu  qələmə  malik  publisistdir.  Yarım  əsrdən 
də  artıq  bir  dövr  ərzində  Azərbaycan  xalqını  düşündürən  elə  bir 
mənəvi  məsələ  yoxdur  ki,  şair-publisist  bu  barədə  prinsipial 
mövqeyini  bildirməsin,  sözünü  deməsin.  Milli-mənəvi  dəyərlərin 
qorunması,  milli  dilin  saflığı,  adət-ənənələrə  sadiqlik,  qabaqcıl 
mədəniyyət  və  müasirlik  uğrunda  mübarizə  əzmi,  vətəndaşlıq 
mövqeyi  B.Vahabzadə  yaradıcılığının  bütün  janrlarına  sirayət 
etməklə, birbaşa publisist sözünün də əsasında durmuşdur.   
Türklük, bütöv, bölünməz, sarsılmaz türk dünyası B.Vahabzadə 
qələminin  daimi  predmetini  təşkil  edir.  Türklüyündən  həmişə  fəxrlə 
danışan  üsyankar  söz  ustasının  Azərbaycan  dilinin  saflığı,  təmizliyi 
və  zənginləşməsi  uğrunda  apardığı  mübarizə  onun  yaradıcılığının 
mühüm  istiqamətlərindən  birini  təşkil  edir.  Müxtəlif  illərdə  dövri 
mətbuatda  çap  etdirdiyi    “Ana  dilim-ana  köküm”,  “Ana  dili”, 
“Çörək-vətən”,  “Vətən  nəğməsi”,  “Azərbaycan  oğluyam”  əsərləri 
buna  misaldır.  Sabiq  Türkiyə  Prezidenti  Süleyman  Dəmirəl 
B.Vahabzadənin  təkcə  azırbaycanlıların  deyil,  türk  düynyasının  da 
böyük  söz  ustadı  olduğunu  qeyd  edir:  “Əsərləriniz  Türkiyədə  də 
böyük  sevgi  ilə  oxunur,  tədqiq  edilir  və  bəyənilir.  Türkiyə 
Cumhuriyyətinə bəslədiyiniz sevgi xalqlarımız arasındakı dostluq və 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə