Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə3/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
1   2   3   4   5   6   7   8   9   ...   47

 
 

qardaşlıq  əlaqələrinin  genişlənməsində  mühüm  rol  oynamışdır.  Bu 
yöndəki xeyirxah fəaliyyətinizi indən sonra da davam etdirəcəyinizə 
əminəm”  (10).  Tofiq  Hacıyevin  fikrincə:  “Bəxtiyarın  dili  bir 
çaydırsa,  o,  axarını  dolğunluğu,  suyunun  şəffaflığı,  səsinin 
ürəkaçanlığı ilə seçilir.  Bu poeziya məntiqi cəhətdən dərin və aydın, 
bədii baxımdan fəaldır. Bu poeziya həyatla bərabər addımlayır, nəsil-
nəsil artır, on illikdən on illiyə müdrikləşir, müasirliyini saxlayır. Bu 
əlamətləri bizə onun dili deyir” (41). 
B.Vahabzadə həm də gözəl tərcüməçidir, dünya xalqlarının bir 
çox  məşhur  şairlərini  (Höte,  Bayron  C.,  Nekrasov  A.N.,  Mejelaytis 
E.,  Yevtuşenko  Y.,  Dementyev  A.,    Moldonis  A.,  Kuşner  A.) 
Azərbaycan 
oxucuları 
onun 
çevirməsində 
tanımışlar. 
B.Vahabzadənin şeirlərinə onlarla bəstəkar musiqi bəstələmiş, bu da 
onun  geniş  xalq  kütlələri  arasında  daha  da  sevilməsinə  səbəb 
olmuşdur.  
Məhz 
yaradıcılıq 
üfüqlərinin 
genişliyi 
B.Vahabzadə 
tədqiqatçılarının  diqqətini    onun  əsərlərinin  ümdə  keyfiyyətinə  - 
umimiləşdirici  mahiyyəti  və  fəlsəfi  mündəricəsinə  cəlb  etmişdir. 
“Dərin  məna,  gözəl  məntiq,  ürək  çırpıntılarıyla  dolu  bədii  fəlsəfi 
fikirləri  Bəxtiyar  əsərlərinin  özülüdür”  (5).  Akademik  Bəkir 
Nəbiyevin  dediyi  kimi:  “B.Vahabzadə  öz  parlaq  yaradıcılığı  və 
ictimai  fəaliyyəti ilə  Azərabycanın  estetik fikrinin zənginləşməsində 
mühüm  rol  oynamışdır.  Bu  böyük  sənətkar  xalqımızın  əsrlər  boyu 
təşəkkül  tapmış  yüksək  milli-mənəvi  dəyərlərinin  qorunması,  adət-
ənənələrimizin yaşadılması naminə 60 ildən artıq bir müddət ərzində 
müntəzəm  olaraq  yazıb-yaradıb.  O,  Azərbaycançılıq  məfkurəsinə 
dərindən bağlı olan və milli özünüdərkə çağıran çoxsaylı əsərləri ilə 
ədəbiyyatımızın, mədəniyyətimizin inkişafına çoxlu dəyərli tövhələr 
verib” (90). 
Bütün  bunlarla  yanaşı  qeyd  etmək  gərəkdir  ki,  B.Vahabzadə 
yaradıcılığının mühüm bir hissəsini onun dramaturgiyası təşkil edir. 
Bütün  yaradıcılığı  boyu  teatr  və  səhnə  poeziyadan  sonra 
B.Vahabzadə  sözünün  ən  gur  səsləndiyi,  onu  geniş  auditoriyalara 
çatdıran  vacib  bir  tribuna  olmuşdur.  Lakin  şair-dramaturqun  teatr 
aləminə  gəlişi  təsadüf  olmadığı  kimi,  birdən-birə  də  baş 
verməmişdir.  Cəlal  Məmmədova  görə:  “Müasirlərinin  zəngin  və 


 
 

rəngarəng  daxili  aləmi,  nəcib  həmvətənlərinin  çirkin  ehtiraslara, 
köhnə  adətlərə,  pisliyə  qarşı  mübarizəsi  şair-dramaturqun  hər  bir 
pyesinin  əsas  məzmununu,  mahiyyətini  təşkil  edir.  Bəxtiyar 
Vahabzadənin  dramaturgiyası  fəlsəfi  dərinliyi  ilə,  həyat,  cəmiyyət, 
insan haqqında qayğıkeş, həssas sənətkar və vətəndaş mühakimələri 
ilə qiymətlidir”  (124).  
Başqa sözlə, dramaturq B.Vahabzadənin sənət doğuluşu poetik 
yaradıcılığının  üzvi  davamı  olduğu  qədər,  həm  də  Azərbaycan 
teatrının  ötən  əsrin  ikinci  yarısındakı  real  durumu  və  tələbləri  ilə 
bilavasitə bağlıdır.   
1960-cı 
illər  Azərbaycan  teatrının  inkişafında  yeni 
mərhələnin  başlanğıcı  hesab  olunur.  Tədqiqatçılar  bunu  milli 
səhnə  sənətində  monumental-romantik  üslubun  dominantlığının 
başa çatması, yerini yeni – psixoloji realist teatra tərk etməsi kimi 
səciyyələndirir,  ictimai-siyasi  və  mədəni  həyatda  baş  verən  köklü 
dəyişmələrlə  bağlayırlar.  Belə  ki,  yeni  teatr  yaratmaq  yolunda 
cəhdlər  hələ  1950-ci  illərdən,  müasirlik  problematikası  və  müasir 
estetika  axtarışları  ətrafında  başlamış,  bütövlükdə  yalnız  1960-cı 
illərin  ikinci  yarısında  bəhrə  vermişdi.  “50-ci  illərin  sonundan 
özünü göstərən və 60-cı illərdə daha da dərinləşən bir proses indi 
sabitləşməkdə  və  öz  real  bəhrələrini  verməkdə  idi.  “Yeniləşmə” 
daha meyl deyildi, “təmayül” deyildi; o, yeni səhnənin özü, onun 
əsas keyfiyyəti idi. İnkişafda mühüm tarixi bir dövr tamamlanmış 
və  onu  əvəz  etməli  olan  növbəti,  daha  yüksək  mərhələnin 
əlamətləri görünməyə başlamışdı” (21, 292). 
Teatrın  və  bədii  fikrin  müasir  inkişafı  mərhələsində  lirik-
psixoloji  dramın  ön  plana  keçməsi  qanunauyğun  və  məntiqi  bir 
hadisə  idi.  Stalinizmin  və  totalitarizmin  kəskin  ifşasından  sonra 
cəmiyyətdə  yeni  əxlaq  normalarının  bərqərar  olması,  həm 
məişətin, həm də  ictimai həyatın bütün sahələrində mənəvi-əxlaqi 
problemlərin aktuallıq kəsb etməsi fərdi insan taleyinə, şəxsiyyət - 
cəmiyyət  qarşılaşmasına,  müasir  insanın  daxili  aləminə,  iç 
dünyasına  diqqəti  artırdığından  yeni  mövzular  yeni  də  həllini 
gözləyirdi.  “Teatrın  əsas  qəhrəmanına  çevrilən  yeni  insan  əxlaqi, 
fəlsəfi  və  sosioloji  təhlil  predmeti  kimi  getdikcə  daha  hərtərəfli 
tədqiq olunmağa başlayırdı” (21, 292). 


 
 
10 
Teatrın  yeniləşməsində  görkəmli  səhnə  xadimləri,  qabaqcıl 
teatr  ideyaları  ilə  yaşayan  rejissorlar,  aktyorlar,  ümumən  teatra 
ömrünü  həsr  etmiş  insanlarla  yanaşı,  şəksiz  ki,  Azərbaycan 
dramaturqlarının da böyük rolu vardı. 1960-cı illərin əvvəllərində 
“milli  teatrın  ən  yaxşı  realist  ənənələrinin  təsbitinə  və  inkişafına 
nail  olmaq”  yolunda  bir  sıra  qəti  islahatlar  keçirmiş  Azərbaycan 
teatrı  həmçinin  səhnəni  yeni  repertuarla  zənginləşdirən  müasir 
dramaturgiya  arzusunda  idi.  “Teatrın  müasir  tələblərə  doğru 
meylinə  kömək  göstərmək,  ən  müxtəlif  üslub,  janr  və  təsvir 
üsulları  vasitəsilə  səhnədə  xarakterin  və  psixoloji  vəziyyətlərin 
həqiqətini canlandırmaq lazım idi” (21, 270). 
Mehdi  Məmmədovun  fikrincə,  hətta  “bu  zaman  başlıca 
təşəbbüs,  həlledici  söz,  təbii  ki,  dramaturgiyaya  məxsus  idi.  Belə 
ki,  köhnə  “passiv  rejissura”  teatrının,    basmaqəlib  aktyor 
oyununun, psevdopatetika və  yalançı pafosun izləri orda və burda 
rudiment  və  residivlər  şəklində  hələ  qalırdısa  da,  amma  bu 
onilliyin  dramaturgiyası  əks  tədbirlər  və  profilaktika  zəminində 
səhnəyə aşkar psixologizmə meyl edən bir çox pyeslər təklif etdi” 
(148, 342).  
Sözsüz  ki,  bu  məqamda  birincilik  görkəmli  yazıçı  və 
dramaturq İlyas Əfəndiyevə məxsus idi. Akademik Məmməd Arif 
haqlı  qeyd  edir  ki,  “İlyas  Əfəndiyev  dramaturgiyamızın  qabaqcıl 
ənənələrini  davam  etdirərək  daha  çox  psixoloji-lirik  planda 
yaratdığı əsərlərlə səhnəmizə yeni bir hava, yeni məna və məzmun 
gətirmişdir”(73,  256).  Dramaturqun  səhnəmizə  gətirdiyi  “yeni  bir 
hava”,  “yeni  məna  və  məzmun”  ondan  irəli  gəlirdi  ki,  dramaturq 
yaşadığı  qapalı  cəmiyyətin,  sovet  rejiminin  və  ideologiyasının, 
sosializm  realizmi  metodunun  qoyduğu  tabulardan,  qadağalardan 
kənara  çıxaraq,  onların  tələb  etdiyi  kimi  yalnız  “ictimai  insan”ı 
deyil, həm də adi cəmiyyət üzvünü, sadə insanı-fərdi bir şəxsiyyət 
olaraq  öz  qəhrəmanına  çevirirdi.  Sənətkar  yalançı  pafosdan, 
patetikadan,  romantikadan  uzaq  olan  personajlarının  daha  çox 
daxili dünyasını, fikir və duyğularını, hiss və həyacanlarını, şəxsi 
arzu  və  istəklərini  önə  çəkməsi  ilə  Azərbaycanın  teatr  səhnəsinə 
yeni və fərqli obrazlar qalareyası bəxş etdi. 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə