Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə4/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
1   2   3   4   5   6   7   8   9   ...   47

 
 
11 
İ.  Əfəndiyevin  içtimai-sosial  mövzulu  pyesləri  belə,  içtimai 
zəmindən ayrılmadan, mənəvi-psixoloji problemlərin qabardılması 
ilə  secilir.  Müasir  mövzulu  əsərləri  ilə  yanaşı  tarixi  mövzuda 
yazdığı  əsərlərində  də  “dramaturq  özündən  əvvəlki  müəlliflərdən 
fərqli  olaraq,  inqilab  və  milli  şüur  problemini  ümumi  hadisələr 
fonunda  deyil,  personajların  psixoloji  münasibətlərində,  özü  də 
lirik planda həll etməyə çalışmışdır”(95,30). 
Hər  zaman  müasirliyə  və  yeniliyə  səy  göstərən  İlyas 
Əfəndiyev “təkcə zamanın tələblərini həssaslıqla duymur, yeniliyi 
tez  görür,  həm  də  onun  mahiyyətini  ustalıqla  açır.  Əsərlərində 
gerçəkliyə fəal münasibəti, təzə meyl və təşəbbüsü, humanist amal 
və  duyğunu,  nəcib  məqsədi,  müasir  əxlaq,  davranış  və 
münasibəti..,  doğma  vətənə,  ana  torpağa  bağlılığı  tərənnüm  edir, 
həmişə  surətlərin  əxlaqi-mənəvi,  ruhi  aləmini  araşdırır”(40)dı. 
Məhz  bunun  sayəsində  onun  bir-birinin  ardınca  səhnəyə  qoyulub 
tamaşaçı qəlbini fəth edən, eyni zamanda mədəni ictimaiyyətin və 
ədəbi  tənqidin  təqdirini  qazanan    “Sən  həmişə  mənimləsən”, 
“Unuda  bilmirəm”,  “Məhv  olmuş  gündəliklər”,  “Mahnı  dağlarda 
qaldı”,  “Qəribə  oğlan”,  “Natəvan”,  “Büllur  sarayda”,  “Şeyx 
Xiyabani”  pyeslərinin  tamaşaları  teatrın  yeni  istiqamətdə 
mövqeyini  tam  möhkəmlətdi.  Bunun  mayasında  isə o  dururdu ki, 
“İ.Əfəndiyev 
“öz 
varlığını” 
özünəməxsus 
mövzularla, 
xarakterlərlə,  konfliktlə,  bədii  vasitələrlə  realizə  edir.  Onun 
kompozisiyası,  pyeslərinin  dil-ifadə  mövzu  dairəsi,  müsbət 
qəhrəman  anlayışı”(95,14-15)  tamamilə  fərqli  səciyyə  daşıyırdı. 
Məhz  bunun  nəticəsində,  İlyas  Əfəndiyevin  təməlini  qoyduğu  
lirik-psixoloji  üslub  Azərbaycan  teatrında  həm  aktyor  ifasının, 
həm rejissor işinin dərinləşməsinə geniş imkan yaratmaqla, müasir 
səhnənin əsas estetik göstəricilərindən birinə çevrildi. 
Böyük  dramaturqun  lirik-psixoloji  üslubun  səhnəmizə 
gəlməsi  və  inkişafında  əvəzsiz  xidmətlərini  danmadan,  o  da  qeyd 
olunmalıdır ki, həmin üslub zamanın tələbi idi. Heç təsadüfi deyil 
ki,  1960-cı  illərin  sonlarından  Azərbaycan  Akademik  Milli  Dram 
Teatrının əsas ağırlığını çiynində mətanətlə daşıyan İ.Əfəndiyevlə 
yanaşı, teatra istedadlı gənc dramaturqlar da ayaq açmağa başladı. 
Və  ümumən,  tədqiqatçıların  göstərdiyi  kimi,  1960-70-ci  illərdə 


 
 
12 
“Azərbaycan  dramaturgiyasının  əsasını  təşkil  edən  üslub  lirik-
psixoloji  üslubdur.  İlyas  Əfəndiyevin,  İmran  Qasımovun,  Şıxəli 
Qurbanovun,  Bəxtiyar  Vahabzadənin,  Nəbi  Xəzrinin,  Anarın, 
Rüstəm 
İbrahimbəyovun, 
Əkrəm 
Əylislinin, 
Maqsud 
İbrahimbəyovun  pyeslərinin  əksəriyyəti  məhz  lirik-psixoloji 
dramlardır”  (95,  9-10).  Zamanın  tələbinə  hər  bir  dramaturq  öz 
mövzuları, yaradıcılıq aləmi çərçivəsində, fərdi yanaşma ilə cavab 
verməyə çalışmış, milli teatra öz töhfələrini vermişlər. 
Bu sırada Bəxtiyar Vahabzadə dramaturgiyasının da öz yeri, 
sanbalı, çəkisi vardı. 1969-cu ildə “İkinci səs” pyesi ilə Akademik 
Milli  Dram  Teatra  gələn  Bəxtiyar  Vahabzadənin  sonrakı  illərdə 
“Yağışdan  sonra”  (08.05.1971),  “Kimdir  haqlı?”  (27.12.1981), 
“Fəryad”  (24.03.1984),  “Hara  gedir  bu  dünya?”  (10.09.1991), 
“Özümüzü  kəsən  qılınc”  (10.04.1998),  “Cəzasız  günah” 
(11.06.2000),  “Dar  ağacı”  (09.12.2000),  “Rəqabət”  (27.11.2003) 
pyesləri teatrın repertuarına daxil olmuş, neçə onillər milli teatrın 
inkişaf  yoluna  uyğun  bədii-estetik  təcəssümünü  tapmışdır.  O  da 
əlamətdardır  ki,  həm  müasir,  həm  də  tarixi  mövzularda 
B.Vahabzadənin  dramaturgiyası  teatrın  yaradıcılıq  axtarışlarından 
kənarda  olmamış,  milli  səhnədə  realist  lirik-psixoloji  və  fəlsəfi-
dram üslublarının intişarına rəvac vermişdir. 
Tədqiqatçılar doğru qeyd edirlər ki, lirik-psixoloji təmayülün 
teatrda yer almasında hər bir dramaturqun ayrıca payını  öyrənmək 
vacibdir.  Bu  baxımdan  B.Vahabzadənin  yüksək  mənəvi-əxlaqi 
problemlər 
qaldıran  dramaturgiyasının  teatrın  inkişafında 
özünəməxsus  rolu  var.  Ümumən  lirik-psixoloji  üsluba  xas  iç 
konfliktlərini insan fərdində  qabartmaqla bahəm, B.Vahabzadə bu 
konfliktləri yüksək ictimai qayə, əqidə, amalla, təmiz əxlaqi pafos, 
fəlsəfi 
mövqe  və  çalarlarla  yükləyir  və  zənginləşdirir. 
B.Vahabzadənin  istər  ailə-məişət  mövzusundan  alıb  dərin  ictimai 
konfliktlərə  qədər  inkişaf  etdirdiyi  dramlarında,  istərsə  də  tarixi 
mövzudan  alıb  əbədi  mənəvi  qayələr  üzərində  düşündürən 
pyeslərində, 
istər 
nəsrlə 
olsun, 
istərsə 
də 
mənzum 
dramaturgiyasında    məxsusi  bir  poetiklik  duyulur.  Bu  mənada 
şairin dramaturgiyası ümumi yaradıcılığından, XX əsr Azərbaycan 


 
 
13 
şeirində ayrıca bir zirvə təşkil edən yüksək ideallar poeziyasından 
heç də ayrı deyildir. 
Yaşar  Qarayev  yazır:  “Bəxtiyar  Vahabzadənin  pyeslərini 
onun  poeziyası  ilə  bağlayan  digər  nöqtələr  də  çoxdur.  İnsan 
psixologiyasına  məxsus  mürəkkəblik  və  ziddiyyətlərə,  əxlaq  və 
idrak  problemini  vəhdətdə  və  qarşılıqlı  əlaqədə  izləməyə, 
bilavasitə “ikinci aləmi” – daxili aləmi təhlil etməyə qüvvətli meyl 
şairin  bütünlükdə  yaradıcılığı  üçün  səciyyəvidir.  Onun  öz 
pyeslərindən  birinə  sərlövhə  kimi  seçdiyi  simvolik  ad  –  “İkinci 
səs”  də  məhz  bu  “ikinci  aləmin”  səsi,  daxilin,  mənəviyyatın  səsi 
deməkdir. 
İkinci  səs  –  Bəxtiyar  Vahabzadənin  bütün 
poeziyasından eşidilir, burada isə ayrıca obraza, simvola çevrilir” 
(121). 
Alman şair və dramaturqu İoqann  Volfqanq Höte (1749-1832) 
demişdir  ki,  “Hər  bir  sənət  əsəri  hər  şeydən  əvvəl  sözün  əsil 
mənasında sənət əsəri olmalıdır. Yalnız belə olduqda o öz vəzifəsini - 
insanlarda  gözəllik  hissini  artırmaq  və  mənən  tərbiyə  etmək 
vəzifəsini yerinə yetirə bilər” (146, 13). İstər insanın mənəvi aləminə 
dərindən  müdaxilə  edən,  onun  ictimai  mühitlə  daxili  əlaqəsini 
araşdıran  müasir  mövzulu  lirik-psixoloji  dramlarında,  istərsə  də, 
tarixi  pyeslərində  B.Vahabzadə  Azərbaycan  dramaturgiyasının 
ənənələrinə  sadiq  qalmış,  dünyaya  öz  münasibətini  bildirmək, 
zəmanəsinin  qayğı  və  həyəcanlarını  ifadə  etmək  üçün  janrın  bütün 
imkanlarından sənətkarlıqla istifadə etmişdir.  
B.Vahabzadənin  dramaturji  yaradıcılığının  aktuallığını  və 
əhəmiyyətini şərtləndirən cəhətlərindən biri onun pyeslərinin müasir 
Azərbaycan  dramaturgiyası    kontekstində  də  öz  mövqeyini 
qorumasıdır.  Şair-dramaturqun  xüsusən,  pyeslərinin  mövzuları, 
mövzuya  yanaşma  və  onu  həlletmə  yolları,  cəmiyyətin  üzvi,  xalqın 
övladları  olan,  müəllifin  fəlsəfi-poetik  dünyasını,  ülvi  və  bəşəri 
arzularını  təcəssüm  etdirən  qəhrəmanları  bu  gün  də,  çağdaş 
dövrümüzdə  də  öz  yaşarlılığını  qoruyub  saxlayır.  Bu  gün  orta  və 
gənc  nəslə  mənsub  dramaturqlarımızın    pyeslərində  tez-tez  elə 
mövzulara,  problemlərə  rast  gəlirik  ki,  onlarda  mövzuya 
B.Vahabzadə  əsərlərindəki  fəlsəfi-poetik  yanaşma  üsulunun  təsiri 
açıq-aşkar hiss olunur. Deməli, şair-dramaturqun əsərləri bu gün həm 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə