Azərbaycan müasir poeziyasının görkəmli nümayəndələrindən biri



Yüklə 229,28 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix17.11.2017
ölçüsü229,28 Kb.
#11009
  1   2   3   4   5   6   7   8


AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT 

VƏ TURİZM NAZİRLİYİ 

 

M.F.AXUNDOV adına MİLLİ  KİTABXANA 

 

 

 



 

 

AZƏRBAYCAN MÜHACİR POEZİYASININ 

PARLAQ ULDUZU

 

 

 

 

 

 

BAKI – 2007 

 

 

 




AZƏRBAYCAN RESPUBLİKASİ  

MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ 

 

M.F.AXUNDOV adına MİLLİ KITABXANA 

 

 

 

 

Azərbaycan mühacir poeziyasının görkəmli 

nümayəndələrindən biri, alovlu vətənpərvər şair 

Almas İldırımın anadan olmasının  

100 illik yubileyi  

ilə əlaqədar kitabxanaların  qarşısında duran 

vəzifələr 

 

 

Metodik tövsiyə 

 

    

Mədəniyyət və Turizm Nazirliyi 

        nəzdində Koordinasiya Şurasının 

        2007-ci il  10 avqust  tarixli 

        5  nömrəli protokolu ilə çapa 

        tövsiyə olunub 

 

 

 



BAKI – 2007 

 

 

 




Tərtibçi:               

Məmməd Məmmədov, Kitabxana siyasəti 

və metodik rəhbərlik  şöbəsinin bölmə 

müdiri 

 

Redaktor: Gülbəniz Səfərəliyeva, direktor müavini 



 

 

Kompüter yığımı  



Tünzalə Qarayeva 

və dizaynı: Cəlalə Baxışzadə 

 

 

 

 

 

 

   Azərbaycan mühacir poeziyasının parlaq ulduzu. / Metodik 

vəsait. – B., 2007. – 47 səh. 

  

 



 

 

 



 

 

 



 

 

 



 

 

© M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 2007 



 

 

 




 

 

 

 

 

 

 

Ünvan: AZ – 1000 Bakı ş., Xaqani küç. 29; 

E–mail: 

anl@aznet.org

 

 

 

 

 

M.F.Axundov ad. Milli Kitabxananın  

mətbəəsində ofset üsulu ilə 

 çap olunmuşdur. 

Çapa imzalanmışdır: 12.09.2007 

Sifariş: 21 

Tirajı 200 

Almas İldırımın 100 illik yubileyinin keçirilməsi 

haqqında 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

 

 2007-ci  ildə müasir Azərbaycan  ədəbiyyatının 



nümayəndələrindən biri, istiqlal şairi Almas İldırımın 

 




(İldırım  Əbdülməhəmməd oğlu Almaszadənin) anadan 

olmasının 100 illiyi tamam olur. 

 Almas 

İldırım yaradıcılığı Azərbaycan mühacirəti 



poeziyasının bənzərsiz səhifələrindən birini təşkil edir. 

Şairin milli azadlıq və müstəqillik uğrunda mübarizəyə 

həsr olunmuş  əsərlərində xalqımızın ağrılı tarixi taleyi, 

vətən məhəbbəti və  qəriblik mövzusu dolğun bədii 

əksini tapmışdır. 

 Azərbaycan 

ədəbiyyatının inkişafında 

özünəməxsus xidmətləri olan Almas İldırımın 100 illik 

yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi 

ilə qərara alıram: 

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm 

Nazirliyi, Azərbaycan Respublikasının Təhsil 

Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası 

ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin 

təkliflərini nəzərə almaqla, Almas İldırımın 100 illik 

yibileyinə  həsr olunmuş  tədbirlər planı hazırlayıb 

həyata keçirsin. 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu 

sərəncamdan irəli gələn məsələləri həll etsin. 

                                

 

İlham ƏLİYEV, 

               Azərbaycan Respublikasının Prezidenti 

               Bakı şəhəri, 16 aprel 2007-ci il 

Almas İldırım haqqında elm və mədəniyyət 

xadimlərinin, görkəmli şair və yazıçıların 

fikirləri 

 

 




“Almas 

İldırım yaradıcılığı Azərbaycan 

mühacirəti poeziyasının bənzərsiz səhifələrindən birini 

təşkil edir. Şairin milli azadlıq və müstəqillik uğrunda 

mübarizəyə  həsr olunmuş  əsərlərində xalqımızın ağrılı 

tarixi taleyi, vətən məhəbbəti və  qəriblik mövzusu 

dolğun bədii əksini tapmışdır.” 

 

             İlham ƏLIYEV, 



        Azərbaycan Respublikasının Prezidenti 

 

“Almas 



İldırım yaradıcılığını Azərbaycan 

poeziyasında qürbət lirikasının bariz təzahürü kimi 

qiymətləndirmək lazımdır.  Şair Türkiyəni özü üçün 

ikinci vətən, munis həmdəmlər tapmışdı. Amma yenə də 

qəlbi Azərbaycanın həsrətilə yanmışdı. Onun qürbət 

lirikasının qiymətli nümunələri də elə bu yanğının 

zaman-zaman ucalan tüstü, dumanı idi.” 

 

      Bəkir Nəbiyev, 

     Azərbaycan Milli Elmlər Akademiyasının akademiki 

 

 “Almas  İldırımın  şeirində ahəng və musiqi də 



həsrət, qürbət musiqisidir və  hər biri bir “ayrılıq” 

mahnısıdır. 



     Doktor Cavad Heyət (İran) 

         

“Vətən dərdi bütün dərdlərin  ən dəhşətlisidir və 

müqəddəsdir. Bu dərdə dözməyi bacaranlar mətin və ulu 

insanlardır. Almas İldırım da belə bir şəxsiyyətdir.” 

 




Yüklə 229,28 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə