Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə2/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   2   3   4   5   6   7   8   9   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 

 


Azərbaycan  mühacirət irsi 
 
 

 
 
Ön söz 
 
zərbaycan  mühacirət  tarixinin  öyrənil-
məsi  olduqca əhəmiyyətlidir. Uzun illər 
boyu  Sovet  İttifaqının  ideoloji  basqıları 
altında  yaşamış Azərbaycanda  tarimizin 
bu  maraqlı  dövrünün  öyrənilməsi  qeyri-mümkün  olmuşdur. 
Azərbaycandakı  mövcud  sistem  bu  mövzuda  araşdırmaların 
aparılmasına imkan verməmişdir. 
Məlum olduğu kimi, 1920-ci ilin Aprelin 27-də Azərbaycan 
Xalq Cümhuriyyəti süqut etdi. 23 aylıq mövcudluğu dövründə 
Azərbaycan  Xalq  Cümhuriyyəti  milli-demokratik  dövlət 
qurulmasında,  milli  şüurun  oyanmasında,  müstəqilliyin  siyasi, 
hüquqi,  mənəvi  baxımdan  təminində  əhəmiyyətli  rol  oynadı. 
Milli  ordunun  yaradılması,  Azərbaycanın  ərazi  bütövlüyünün 
qorunması,  azad  mətbuatın  inkişafı,  ictimai-siyasi  həyatın 
bütün  sahələrində  demokratiyanın  bərpası  böyük  tarixi  hadisə 
idi. 
1920-ci  ilin  27 Aprel  hadisəsindən sonra Azərbaycan xalqı 
bolşevik  rejimi  və  işğalçılıq  siyasəti  ilə  razılaşmadı.  İlk  gün-
lərdən  başlayaraq  gizli  təşkilatların  yaradılması,  müqavimət 
hərəkatının  güclənməsi  sübut  etdi  ki,  Azərbaycan  xalqı  bolşe-
viklərin  işğalı  ilə  barışmamış,  təcavüzə  qarşı  ciddi  mübarizə 
aparmışdır.  
Eyni  zamanda  mühacirətdə  olan  M.  Ə.  Rəsulzadənin  və 
Ə.M.Topçubaşovun  xidmətləri  sayəsində  azərbaycanlı  mü-
hacirlərin fəaliyyəti sistemli olaraq daha da güclənmişdir. 



Azərbaycan  mühacirət irsi 
 
 

1923-cü  ilin  sentyabr  ayında  İstanbulda  “Yeni  Qafqasya” 
jurnalının nəşrə başlaması ilə Azərbaycan mühacirət mətbuatı-
nın  əsası  qoyulmuşdur.  Sonradan  Türkiyənin  İstanbul  və  An-
kara şəhərlərində, Almaniyada, Polşada,  Fransada çoxlu  sayda 
qəzetlər,  jurnallar,  kitablar  nəşr  edilərək  mühacirət    mətbua-
tımızın  dəyərli  nümunələri  olmuşlar.  Bu  mətbuat  orqanlarında 
Azərbaycanın  mədəniyyət,  tarixi,  ədəbiyyat,  incəsənət  və 
folkloru ilə bağlı  yazılar çap edilmişdir. 
Lakin  Sovetlər  Birliyinin  mövcudluğu  şəraitində  bu  qəzet 
və  jurnalların  Azərbaycana  gətirilməsi  və  geniş  təbliği  qeyri-
mümkün olmuşdur.  
Yalnız  1991-ci  ildə  Sovetlər  Birliyi  rəsmi  olaraq  dağıldıq-
dan və Azərbaycan Müstəqillik Aktını qəbul etdikdən sonra di-
gər sahələrdə olduğu kimi, ölkəmizin tarixinə, beynəlxalq  əla-
qələr tarixinə yeni baxışlar sistemi formalaşdı. Nəticədə bu isti-
qamətdə  yeni  araşdırmalar,  tədqiqatlar,  kitablar  ortalığa  qo-
yuldu.  Məlum  oldu  ki,  Azərbaycan  xalqının  tarixi  bütövlükdə 
təhrif  edilmiş  və  yeni  araşdırmalara  ehtiyac  vardır.  Çoxlu  sa-
hələrdə isə ciddi tədqiqatların aparılması vacibdir. 
Belə  mövzulardan  biri  də  Azərbaycan  mühacirət  tarixinin  
yaranma  səbəbləri,  milli  istiqlalımız  uğrunda  mübarizəsi  və 
əsas  fəaliyyət  istiqamətləridir.  Ümumiyyətlə  isə,  Azərbaycan 
mühacirətinin  son  20  ildə  araşdırıldığını  diqqətə  alsaq,  bu  sa-
hənin aktuallığı bir daha təsdiqlənər. 
Qeyd edək ki, zəngin tarixi faktlarla, maraqlı ictimai-siyasi, 
ədəbi-bədii materiallarla diqqəti  çəkən mühacirət tariximiz də-
rindən araşdırılmamış və az öyrənilmişdir. Azərbaycan mühaci-
rət tarixinin tanınmış xadimləri ilə bağlı tədqiqat işləri yetərincə 
deyildir və həmin şəxsiyyətlər haqqında məlumatlar azdır. 
Azərbaycan mühacirət tarixinin, fəaliyyət istiqamətləri cid-
di araşdırılıb ortalığa qoyulmadan XX əsr Azərbaycan tarixini, 


Azərbaycan  mühacirət irsi 
 
 

xalqımızın apardığı milli istiqlal mübarizəsini geniş tədqiq edib 
öyrənmək mümkün deyildir. 
Mühacirət  irsinin  sistemli  şəkildə  öyrənilməsi,    həm  də 
bütövlükdə  uzun  illər  sovet  ideologiyasının  təsiri  altında 
formalaşmış tariximizin qaranlıq məqamlarını aydınlaşdırır. 
Xüsusi  qeyd  olunmalıdır  ki,  mühacirət  tariximiz  hər  cür 
ideoloji təsirdən uzaq olmuş və faktları obyektiv işıqlandırmış, 
problemləri doğru olaraq ictimai fikrə çatdırmışdır. 
Türkiyənin,  Almaniyanın,  Polşanın  arxivlərində  saxlanan  
Azərbaycan  mühacirət  irsi,  mətbuat  və  milli  Azərbaycan 
nəşriyyatı nümunələri bu sahənin aktuallığı ilə bağlı daha yeni 
fikri və tendensiyanı formalaşdırır. 
Qeyd edək ki, Azərbaycan mühacirət tarixini formalaşdıran 
şəxsiyyətlərimizin  fəaliyyəti  aşağıdakı  işlərin  görülməsini 
məqsədəuyğun hesab edir. 
- uzun illər boyu mövcud olmuş sovet dövləti və Stalin re-
jimi Sovet İttifaqında, eləcə də o ittifaqa daxil olan respublika-
larda  sərt  terror  rejimi  yaratmış,    nəticədə    çoxlu  sayda  müha-
cirlər Türkiyədə, Polşada və digər Avropa ölkələrində mövcud 
rejimə qarşı mübarizə aparmışlar; 
-  1920-ci  ilin  27  Aprel  hadisəsindən  –  Azərbaycanın  bol-
şeviklər tərəfindən işğalından sonra Türkiyəyə getmiş azərbay-
canlı  mühacirlər  M.  Ə.  Rəsulzadənin  başçılığı  altında  təş-
kilatlanmış, Milli Mərkəz yaratmışlar; 
- Azərbaycan Milli Mərkəzi xalqımızın müstəqillik uğrunda 
apardığı  mübarizəni  müdafiə  məqsədi  ilə  yaradılmış  və  onun 
hazırladığı  siyasi  proqrama  uyğun  mühacirət  mətbuatımızın 
əsası qoyulmuşdur
- 1923-cü ilin sentyabrın 26-dan İstanbulda M. Ə. Rəsulza-
dənin təşkilatçılığı ilə nəşrə başlayan “Yeni Qafqaziya” jurnalı 
Azərbaycan mühacirət mətbuatının ilk nümunəsidir


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə