Azərbaycan mühacirət irsi 1


Azərbaycan  mühacirət irsi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə3/70
tarix28.06.2018
ölçüsü2,04 Mb.
#52104
1   2   3   4   5   6   7   8   9   ...   70

Azərbaycan  mühacirət irsi 
 
 

-  Azərbaycanın  görkəmli  dövlət  xadimi  M.  Ə.  Rəsulzadə 
Azərbaycan  mühacirət    mətbuatının  banisidir  və  onun  yara-
dıcısıdır; 
-  İstanbulda nəşr edilən “Azəri Türk”, “Odlu Yurd” jurnal-
ları, “Bildiriş” qəzeti bolşevizmə və Azərbaycanın işğalına qar-
şı  mübarizə  məqsədi  daşımış,  Milli  Mərkəzin  Siyasi  Proqramı 
əsasında fəaliyyət göstərmişdir; 
- Avropa ölkələrində - Almaniyada, Polşada XX əsrin 30-cu 
illərində  azərbaycanlı  mühacirlər  milli  nəşriyyat  yaratmış,  ki-
tablar, qəzet və jurnallar nəşr etmişlər. Həmin ölkələrdə çap edil-
miş  “İstiqlal”  qəzeti,  “Qurtuluş”  jurnalı  və  “Müsavat  Bülleteni”  
xalqımızın  zəngin  mədəni-tarixi  dəyərlərinin  Avropa  ictimaiy-
yətinə çatdırılmasında ciddi təbliğat kürsüsünə çevrilmişlər; 
-  İkinci  Dünya  müharibəsinin    başlanması  ilə  Azərbaycan 
legionerlərinin  Almaniyada  müxtəlif  mətbuat  orqanlarını  yara-
dıb tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi təbliğ etmələri 
böyük əhəmiyyətə malikdir
-  İkinci  Dünya  müharibəsindən  sonra,  “soyuq  müharibə” 
illərində Türkiyədə, Almaniyada “Azərbaycan” (Azərbaycan və 
rus dillərində), “Mücahid”, “Türk izi”, “Türk yolu” adlı jurnal-
lar  yaradılmış,  çap  edilən  yazılarda  sovet  dövlətinin  imperiya 
siyasəti pislənilmiş, Azərbaycanın müstəqil yaşamaq haqqı mü-
dafiə olunmuşdur; 
-  Azərbaycanlı  mühacirlər  ötən  əsrin  50-ci  illərində 
fəaliyyətə  başlayan  “Amerikanın  səsi”,  “Azadlıq”  radiolarında 
“Azərbaycan” redaksiyaları yaratmış, hazırladıqları verilişlərdə 
milli müstəqilliyimizə dəstək olmuşlar
- Azərbaycanlı mühacirlər ABŞ dövlətinin yaratdığı “SSRİ-
ni  Öyrənmə  İnstitutu”nda  çalışmış,  institutun  nəşr  etdiyi  
“Dərgi” jurnalında maraqlı yazılarla çıxış etmişlər. 


Azərbaycan  mühacirət irsi 
 
 

Qeyd edək ki, bu sənədləri toplayıb Azərbaycana gətirmək-
də bir məqsədimiz də  azərbaycanlı mühacirlərin ayrı-ayrı ölkə-
lərdəki  fəaliyyətini  araşdırıb  onların  Azərbaycan  diasporunu 
formalaşdırmaq cəhdlərini öyrənməkdir. Bu məqsədlə azərbay-
canlı mühacirlərin XX əsrin 50-80-ci illərdəki müxtəlif ölkələr-
də fəaliyyətləri də ciddi tədqiq edilməlidir.  
Əlavə  edilməlidir  ki,  Azərbaycan  mühacirət  irsi  müxtəlif 
araşdırmaların  mövzusu olmuşdur.  Bu  tədqiqatlarda  mühacirət 
mətbuatımızın  yaranması,  formalaşması,  onun  yaradıcıları  və 
müəllifləri haqqında qiymətli elmi qənaətlər və nəticələr vardır. 
Lakin mühacirət irsinin yaranma səbəbləri və milli istiqlal mü-
barizəsi ilə sıx əlaqəli tədqiqi öyrənilməmişdir. Digər tərəfdən, 
bu mövzu Avropa ölkələrinin  arxiv materiallarına istinadən də 
tədqiq edilməyib. Araşdırılan mövzularda əsas tədqiqat obyekti 
olaraq  həmin  qəzet  və  jurnallardakı  materiallar,  yazılar  təhlilə 
cəlb  edilib.  Odur  ki,  mühacirət  irsimizin  daha  çox  Türkiyə  və 
Avropa  ölkələrinin  arxivlərinə  və  mühacirlərin  şəxsi  yazış-
malarına, sənədlərinə əsaslanıb tədqiq edilməsi son dərəcə va-
cibdir.  
Bu mənada  mövcud mənbələri  aşağıdakı  qruplara bölmək 
mümkündür: 1) Azərbaycan mühacirət irsi ilə bağlı Türkiyədə 
nəşr  edilən  qəzet  və  jurnallar,  kitablar,  aparılan  tədqiqatlar.  2) 
Almaniyada nəşr edilən qəzet və jurnallar, kitablar, tədqiqat iş-
ləri. 3) Polşada nəşr edilən kitab və məqalələr. 4) Qafqaz xalq-
larının  mətbuatında,  eləcə  də  “Prometey”,  Roçnik  Tatarstvo”, 
“Dərgi”  jurnallarında  Azərbaycan  Milli  İstiqlalı  ilə  bağlı  nəşr 
edilən  məqalələr.  5)  Türkiyə  Respublikası  “Cümhuriyyət  Ar-
xivi”ndəki sənədlər. 6) Polşa Respublikasında “Yeni Aktlar Ar-
xivi”ndə və “Foto Sənədlər Arxivi”ndəki sənədlər.   
Türkiyədə nəşr edilən jurnallar, qəzetlər, kitablar.  Tür-
kiyədə  Azərbaycan  mühacirət  mətbuatının    zəngin  nümunələri 


Azərbaycan  mühacirət irsi 
 
 
10 
vardır. Belə ki, “Yeni Qafqaziya”, “Azəri Türk”, “Odlu Yurd”, 
“Azərbaycan  Yurd  Bilgisi”,  “Azərbaycan”,  “Mücahid”,  “Türk 
izi”, “Türk  yolu” jurnallarının bütün  sayları vardır və tədqiqat 
üçün əsas mənbədir. Türkiyədə nəşr edilən qəzet və jurnallarda 
M. B. Məmmədzadənin, Ə. Qaracanın, Ə. Y. Akpinarın müha-
cirət mətbuatımızla bağlı dəyərli əsərləri nəşr edilmişdir. 
Azərbaycana toplayıb  gətirdiyimiz kitablar sırasında tanın-
mış alman tədqiqatçısı R. Mühlenin “Camali Xaç ilə Qızıl Yıl-
dız arasında” adlı 1984-cü ildə Ankarada nəşr edilmiş kitabını 
xüsusilə  qeyd  etməliyik.  Zəngin  arxiv  materialları  əsasında 
yazılmış bu kitabda “Prometey” klubu və qafqazlı təmsilçilərlə, 
onların  mətbuatı  ilə  bağlı  çoxlu  məlumatlar  vardır.  Kitabda 
azərbaycanlı  mühacirlərin  bolşevizmə  qarşı  təbliğat  istiqamə-
tində  gördüyü  işlər  haqqında  məlumatlar  da  az  deyil.  Bundan 
əlavə, müəllif Almaniya hökuməti rəhbərliyinə aid çoxlu sənəd-
lərlə, tanınmış siyasətçilərə, şəxslərə aid  yazışmalarla bağlı da 
oxucuları  bilgiləndirmişdir.  Ensiklopedik  informasiya  verməsi 
və  müxtəlif  xalqlara  aid  mühacirlərin  fəaliyyətini  əhatə  etmə-
sinə görə kitab böyük əhəmiyyətə malikdir. 
Tanınmış tədqiqatçı Səbahəddin Şimşir 1995-ci ildə Anka-
rada nəşr olunan “Mehmet Əmin Rəsulzadənin Türkiyədəki hə-
yatı,  fəaliyyəti  və  düşüncələri”  kitabında  “Yeni  Qafqaziya”, 
“Azəri Türk”, “Odlu Yurd” jurnallarındakı məqalələrin ümumi 
siyahısı  verilmiş, M. Ə. Rəsulzadəyə məxsusluğu əsaslandırıl-
mışdır. 
S.  Şimşirin  sonradan  Ankarada  çap  olunan  “Azərbaycanlı-
ların  Türkiyədə  siyasi  və  kültürəl  fəaliyyətləri  (1920-1991)” 
kitabında  mühacirət  mətbuatımız  sistemli  olaraq  ciddi  şəkildə 
araşdırılmışdır. 
Almaniyada  nəşr  edilən  kitablar.  1938-ci  ildə  Berlində 
M. B. Məmmədzadənin “Milli Azərbaycan hərəkatı” kitabı çap 


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə